Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5273/2025 21.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 60 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. xx.xx.1983-cü il tarixli Д 418192 nömrəli diploma əsasən İddiaçı xx.xx.1980-ci il tarixdə Kirovabad 9 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş, xx.xx.1983-cü il tarixdə səhiyyə texnikası çilingəri ixtisası üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. İmtahan Komissiyasının qərarı ilə ona 3-cü dərəcəli səhiyyə texnikası çilingəri ixtisası verilmişdir.
2. 25.11.1983-cü il tarixli НЗ ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1983cü il tarixdən xx.xx.1985-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir.
3. xx.xx.1985-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Ulyanov adına avtomobil zavodunda, xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Gəncə avtomobil zavodu baş elektrik şöbəsinin enerji bloku sahəsində havabölücü aparat işçisi, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Gəncə Gil-torpaq istehsalat birliyi 1 nömrəli gil-torpaq sexində avtoklav sahəsində aparatçı hidrometallurq, xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək Gəncə Gil-torpaq istehsalat birliyi İstehsalat Departamentinin xammal hazırlama sexində aparatçı hidrometallurq, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" MMC İstehsalat Departamentinin Təzyiqlə Emal və Boyama zavodunun Boyama xətti sahəsində boyama mütəxəssisi, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC X5 İstehsalat şöbəsinin Təzyiqlə Emal və Boyama zavodunun Boyama xətti sahəsində boyama mütəxəssisi, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X3 İstehsalat şöbəsinin Təzyiqlə Emal və Boyama sexində boyaqçı, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək X3 İstehsalat şöbəsinin Təzyiqlə Emal və Boyama sexində dartma-yuyulma aparatçısı işləmiş, xx.xx.2025-ci il tarixdən hal-hazıradək X3 İstehsalat şöbəsinin Soyuq metal yayma sexində dartıb düzləndirmə dəzgahının soyuq metal yaymaçısı işləyir.
4. "xxxx" ASC-nin “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2025-ci il tarixli 13-5-3/3-57/2025 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ASC-nin “Gil-Torpaq” X8-Torpaq İstehsalatı – aparatçı hidrometallurqlar peşəsində işləmişdir. İşlədiyi peşənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri Avtoklavlarda və aqiqatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə, pulpa hazırlanması kaustifikatorlarda məşğul olanlar – aparatçı hidrometallurqlar peşəsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 9, yarımbölmə 9a bəndinə aparatçı hidrometallurqlar peşəsi (2091100a-10187) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 7, yarımbölmə 29a bəndinə aparatçı hidrometallurqlar peşəsi peşə koduna uyğundur.
5. "xxxx" MMC-nin “Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2025-ci il tarixli 13-5-2/3-97/2025 nömrəli arayışına əsasən İddiaçı O, "xxxx" MMC-nin Soyuq metal yayma sexində Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyiyinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən aşağıda qeyd olunan peşələrdə; 1). "hopdurucu" peşəsində (əmək kitabçasında peşənin adı "boyama mütəxəssisi" yazılıb) xx.xx.2018-ci ildən: (peşəyə təyinat xx.xx.2018-ci il tarixli, əmr N 07-k;) - xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində işləmişdir. 2). "hopdurucu" peşəsində (əmək kitabçasında peşənin adı "boyaqçı" yazılıb) xx.xx.2022-ci ildən: (peşəyə təyinat xx.xx.2022-ci il tarixli, əmr № 111-k;) xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində işləmişdir. 3). "soyuq metal yaymaçısı peşəsində (əmək kitabçasında peşənin adı "dartma-yuma aparatçısı yazılıb) xx.xx.2023-cü ildən (peşəyə təyinat xx.xx.2023-cü il tarixli, əmr N 253-K;) - xx.xx.2025-ci il tarixi arasındakı dövr ərzində işləmişdir. 3). "soyuq metal yaymaçısı" peşəsində xx.xx.2025-cü ildən (peşəyə təyinat xx.xx.2024-cü il tarixli, əmr N 860-K;) - hazırkı dövrədək xx.xx.2025-ci il tarixinədək işləməyi davam edir. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 06 (altı) il, 07 (yeddi) ay il, ay, gün (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Hopdurucu"nın iş xüsusiyyətləri; Alüminium təbəqənin (zolağın) yükləmə stolundan boyama xəttinə yönəldilməsi; Rulonun xəttin mərkəzi oxu səviyyəsinə uyğunlaşdırılması; Təbəqənin kənarlarının kəsmə mexanizminə yerləşdirlilməsi; Təbəqənin tikmə maşınının başlığına verilməsi; Alüminium rulon təbəqənin tikiş mövqeyinə yerləşdirilməsi; fasiləsiz istehsal üçün tikiş prosesinin giriş blokundakı darağın tam dolmuş olmasının yoxlanılması; Alüminium təbəqənin qaynaq olunması əməliyyatının aparılması; Təbəqənin yenidən növbəti dövrünü başlamaq üçün işçi seksiyaya göndərilməsi; Texnoloji prosesin ardıcıllıqla aparılması; təbəqənin hər iki tərəfinin təmizləyici isti qələvi məhlulu şırnağı ilə yuyulması; təbəqənin çəndə ilkin aşındırma prosesi aparılması; fırlanan fırçalarla yüksək konsentrasiyalı qələvi məhlulu ilə təbəqənin hər iki tərəfi yuyulması; əlavə təzyiq vasitəsilə təbəqənin üstündə olan digər qarışıqların təmizləməsi; Səpələyici, qələvi məhlulu hazırlanan, aşınma prosesi gedən çənlərin iş prinsipinə uyğun istifadəsi; prosesinin gedişatına nəzarət və rejimlərin tənzimlənməsi; Alüminium təbəqənin (zolağın) xromat örtük qurğusuna daxil olmasına nəzarət; təbəqənin (zolağın) hər iki səthinə xrom örtüklü kimyəvi maye örtüyün hopdurulması; səpələyici çəndə təbəqənin üstündə qalan müxtəlif məhlul qalıqların təmizlənməsi; pnevmatik silindrdən istifadə etməklə sıxma silindrlərinin qaldırılması; Təmizlənmiş alüminium təbəqə (zolaq) hava üfleyicisi vasitəsi ilə qurudulması; çənlərin qidalandırcı nasosların işinə nəzarət edilməsi; ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 11. Metal emalı bölməsinin, 11.14. Metal emalının digər peşələri yarımbölməsinin, a) fəhlələr altqrupunda: "xrom pastası ilə məmulat hopdurulması ilə məşğul olan hopdurucular" peşə kodunda müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eynidir. Soyuq metal yaymaçısı"nın iş xüsusiyyətləri: Alüminium rulon təbəqələrin yayılması üçün avtomatik qidalandırıcının qaldırıcı masasına verilməsi; Avtomatik təbəqə qidalandırıcısının işinə və rulonların dəzgaha düzgün yerləşdirilməsinə nəzarət; Dəzgahın və avtomatik qidalandırıcının iş prinsipini, təbəqələrin səthindəki qüsur növlərinin təyini; Rulon eninin 2000 mm-ə qədər olan təbəqələrdə dəzgahların ayrı-ayrı dayaqlarında vərəqlərin soyuq eninə yayma və uzununa yayma texnoloji proseslərinin aparılmasının təmin edilməai; Nəzarət-ölçü cihazları və ölçmə alətlərindən istifadə edərək yayma sürətinin və dayaqlar arasında zolağın gərginliyinin miqdarının tənzimlənməsi; Qidalanma rulonların açıcıya daxil edilməsi, zolağın ön ucunu sarıcının ağzına keçirilməsi və açıcı konusların sükanına nəzarət edilməsi;. Rulonları sarımlardan çıxararkən bağlamasına nəzarət edilməsi; Təbəqələrin yuvarlanması zamanı rulonlara qoyulmasının təmin edilməsi; Rulonların səthinə, yaymanın keyfiyyətinə və rulonların temperatur şəraitinə nəzarət edilməsi; Xidmət olunan dezgahın stendlərin köçürülməsində, sazlanmasında və təmirində iştirak edilməsi; Yayma sürətinə, hər keçiddən sonra zolağın qalınlığına, stendlər və keçidlər arasında azalmaların paylanmasına, rulonların temperatur şəraitinə və səthinin keyfiyyətinə, əsas aparıcı mühərrikə və təzyiqli vintli mühərrikin yükünə nəzarət edilməsi; Stendlərin tənzimlənməsinin təmin edilməsi; Ayrı-ayrı stend qruplarında və ya soyuq yayma dəzgahınını fərdi stendlərində texnoloji proseslərin aparılmasına nəzarət edir. Təmirdə iştirak, dəzgahın təmirdən sonra sazlanması və yayma prosesinə istismara qəbul edilməsi. ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 7. Metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin 7.39.4. Yayma istehsalatı yarımbölməsində a) fəhlələr altqrupunda: "soyuq metalın yaymaçıları" peşə kodunda müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eynidir. P.S. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 860-K nömrəli Əmri ilə müəssisənin istehsal yönümü və istehsalatın xüsusiyyətlərinə əsaslanaraq peşə və vəzifələrin adlarını, əvvəlki dövrlərdə (xx.xx.2010-xx.xx.2018-ci illərdə və xx.xx.2018-xx.xx.2024-cü illərdə) əmək kitabçalarında peşə və vəzifələrin adlarının AR ƏM-nin 57-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olmayan - peşə və vəzifələrin adlarının qanunun tələblərinə uyğunluğunu müəyyən edilmiş və müəssisə üzrə peşə və vəzifələrin adlarını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na uyğun qeyd etməklə işçilərin hüquqlarını bərpa etmişdir.
6. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-1/2-H-176527/2025 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair İşəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7), əlvan və qiymətli metalların emalı və təkrar emalı yarımbölməsinin (7.39) yayma istehsalatı bəndinin (7.39.4) fəhlələr yarımbəndində (a) soyuq metalın yaymaçıları, metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndinin (11.14) fəhlələr yarımbəndində (a) xrom pastası ilə məmulat hopdurulması ilə məşğul olan hopdurucular vəzifələri nəzərdə tutulub. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin ona dair 23 may 2025-ci il tarixli 13-5-2/3-97/2025 nömrəli arayışında xx.xx.2018-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində boyama mütəxəssisi, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində boyaqçı, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində isə dartma-yuma aparatçısı vəzifələrində işlədiyiniz qeyd olunub. İşlədiyi boyama mütəxəssisi və boyaqçı vəzifələri sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan xrom pastası ilə məmulat hopdurulması ilə məşğul olan hopduruculara, dartma-yuma aparatçısı vəzifəsi isə soyuq metalın yaymaçıları vəzifəsinə aid deyil. Göstərilən səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (10 il 8 gün xx.xx.1999-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2009-cu il və xx.xx.2025-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşki edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.
7. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 13-5-2/2- 369/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC-də aparılmış daxili araşdırma zamanı müəyyən edilmişdir ki, bir sıra işçilərin əmək kitabçalarında qeyd olunan peşə və vəzifə adları müəssisənin istehsalat prosesinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsinin 2-ci bəndinin tələblərinə tam uyğun deyil. Araşdırmanın nəticəsinə əsasən xx.xx.2024-cü il tarixli 860-K N-li saylı Əmr ilə müəssisənin istehsal yönümü və istehsalat xüsusiyyətlərinə uyğun peşə və vəzifə adları müəyyən edilmişdir və əmək kitabçalarında qanunvericiliyin tələblərinə uyğun olmayan formada yazılmış peşə və vəzifə adları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olaraq düzəldilərək işçilərin əmək və sosial təminat hüquqları bərpa edilmişdir. Belə ki, İddiaçı Soyuq metal yayma sexinin alüminium təbəqənin səthinə boya örtüyünün hopdurulması xəttinin “boyama mütəxəssisi” peşəsində işlədiyi dövrdə gündəlik icra etdiyi işin məzmunu və xüsusiyyətləri texnoloji prosesin ardıcıllıqla aparılmasında aşağıdakı kimi qeyd olunmuşdur. Yəni alüminium təbəqənin hər iki tərəfinin təmizləyici isti qələvi məhlulu şırnağı ilə yuyulması, təbəqənin çəndə ilkin aşındırma prosesinin aparılması, fırlanan fırçalarla yüksək konsentrasiyalı qələvi məhlulu ilə təbəqənin hər iki tərəfinin yuyulması, əlavə təzyiq vasitəsilə təbəqənin üstündə olan digər qarışıqların təmizləməsi, alüminium təbəqənin (zolağın) xromat örtük qurğusunda hər iki səthinə xrom örtüklü kimyəvi maye örtüyün hopdurulması, səpələyici çəndə təbəqənin üstündə qalan müxtəlif məhlul qalıqların təmizlənməsi, pnevmatik silindirdən istifadə etməklə sıxma silindirlərinin qaldırılması, təmizlənmiş və üzərinə boya çəkilmiş alüminium təbəqənin (zolağın) sobada 2600 C-də hava üfləyicisi vasitəsilə qurudulması prosesinə uyğun olan peşənin iş xüsusiyyətləri hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11. Metal emalı bölməsinin, 11.14. Metal emalının digər peşələri yarımbölməsinin, a) fəhlələr altqrupunda: “xrom pastası ilə məmulat hopdurulması ilə məşğul olan hopdurucular” peşə kodunda müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eynidir. Alüminium təbəqənin səthinin boya örtüyü ilə rənglənməsi xüsusi kimyəvi emalla – xromlaşdırma ilə - xrom anhidridi məhlulunda aparılır ki, bu da alüminium təbəqənin səthində solğun rəngli nazik (0,1-2,0 q/m2 ) xromat örtüyü əmələ gətirir. Bu isə alüminium təbəqənin korroziyaya davamlılığını əhəmiyyətli dərəcədə artırır və passivləşməsinin qarşısını alır. Qeyd edilməlidir ki, xrom duzlarınının insan orqanizminə təsiri dərinin və ya selikli qişanın qıcıqlanmasına, dəridə xoraların əmələ gəlməsinə, yuxarı tənəffüs yollarına, ağciyərlərə və gözlərə təsir etməsidir. Burada peşənin adının əmək kitabçasında istehsalatın yönümü və icra olunan işin xüsusiyyətləri nəzərə alınmadan təhrif olunmuş yazılması işçidən asılı olan hal deyildir. İddiaçı Qınyaz oğlu metal təbəqəyə boya örtüyünün çəkilməsi xəttində gündəlik yuxarıda qeyd edilən “metal təbəqəyə xrom pastası ilə rəng məmulatının hopdurulması” işlərini icra etdiyi halda xx.xx.2022-ci il tarixli 111-K Nli əmrlə struktur dəyişikliyi ilə əlaqədar peşəsinin adının “boyaqçı” olaraq yazılmasına baxmayaraq, o elə əvvəlki peşəsində və əvvəlki işi üzrə əmək fəaliyyətini davam etdirmişdir. Belə ki, boyama xəttində işlər ardıcıllıqla rulon dolayan, hopdurma aparatısı və hopdurucu peşələri vasitəsi ilə icra olunur. Həmçinin İddiaçı Qınyaz oğlu xx.xx.2023-cü il tarixli 253-K N-li əmrlə dartib düzləndirmə və yuma dəzgahında soyuq metalın yaymaçısı peşəsinə keçirilmişdir ki, burada peşənin adı “dartma-yuyulma aparatçısı” kimi səhv qeyd olunmuşdur. Belə ki, “Dartıb düzləndirmə və yuma dəzgahın”da icra olunan işin əsas mahiyyəti dəzgahın istismar qaydalarında aşağıdakı kimi göstərilmişdir: Qalınlığı 0,2-1,0 mm olan, qırılma möhkəmliyi 80 ~ 380 Mpa, axma həddi 40 ~ 240 Mpa, en həddi 800 ~ 1700 mm olan alüminium təbəqə, xarici diametri Ø 800 mm ~ Ø 2200 mm və maksimum çəkisi 1500 kq olan dolağa sarınmış dolaq açıcıdan açılaraq dartıcı valiklər vasitəsi ilə diskili bıçağa daxil olur. Burada dolağın kənarları tələb olunan ölçüdə kəsilir və dolaq dartıcı valiklərin vasitəsi ilə su ilə yuma kamerasına, buradan isə dartıcı valiklərlə isti su ilə yuma kamerasına daxil olur. Bu kamerada dolaq yüksək və aşağı təzyiqlə yuyulduqdan sonra, dolaq maye həlledici SHELL SOL D40 məhlulundan keçərək qurutma kamerasına daxil olur. Qurutma kamerasından sonra alüminium təbəqə dolağı düzləndirici valiklər vasitəsilə 1-ci giriş dartma blok fazasına, oradan istiqamətverici valik vasitəsilə 2-ci çıxış dartma blokuna daxil olur və bu fazada dolaq düzlənir. Sonra istiqamətləndirici valik vasitəsilə qayçıya yönəldilir və dartıcı valiklər vasitəsilə alüminium təbəqə bu dəzgahda yayılaraq dolayıcı sarıma mexanizminə ötürülür. Beləkliklə, alüminium təbəqə bu dəzgahda yayılaraq dartılır, yuyulur və yayılaraq düzləndirilir, yenidən sarılır. “Dartıb düzləndirmə və yuma dəzgahın”da icra olunan işin əsas mahiyyətinə və dəzgahın istismar qaydalarına əsaslanaraq bu peşənin iş xüsusiyyətləri hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 7. Metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin 7.39.4. Yayma istehsalatı yarımbölməsində a) fəhlələr altqrupunda: “soyuq metalın yaymaçıları” peşə kodunda müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eyni olduğu aydın görünür. “Dartıb düzləndirmə və yuma dəzgahın”da alüminium təbəqə maye həlledici SHELL SOL D40 məhlulundan keçərək qurutma kamerasına daxil olur. Bu prosesdə istifadə olunan SHELL SOL D40 maddəsi insan orqanizminə aşağıdakı mənfi təsirləri göstərir; dərinin orta dərəcədə qıcıqlanmasına, təkrar məruz qalmada dərinin qurumasına və ya çatlamasına, udulduqda ağciyərlərə zərər verə bilir, boğazda yanma hissi, öskürək və nəfəs almaqda çətinliklər yaradır, Proses zamanı əmələ gələn yüksək buxar konsentrasiyası mərkəzi sinir sisteminin (MSS) depresiyasına, nəticədə başgicəllənməsi, başağrısı, ürək bulanmasına səbəb ola bilir. Lakin əmək kitabçasında peşə adının işçinin faktiki icra etdiyi işin mahiyyətinə uyğun olmayan peşə adı kimi təhrif olunmuş yazılması işçidən asılı deyildir. İşçinin faktiki işlədiyi istehsalatda peşə və vəzifə adının əmək kitabçasında təhrif olunmuş, indiki halda “boyama mütəxəssisi”, “boyaqçı” və “dartma-yuyulma aparatçısı” yazılması - işçini güzəştli şərtlərlə pensiya hüququndan məhrum etmir. Qeyd edilməlidir ki, "xxxx" MMC-nin istehsal və texnoloji proseslər aparılan sex və sahələrinin yerləşdiyi yanğın və partlayış təhlükəsi olan binaların kateqoriyalarının təyinatını "Yanğın təhlükəsizliyinə dair texniki tələblər”ə əsasən Fövqəladə Hallar Nazirliyinin X1 Mühafizə İdarəsi lisenziya ilə Soyuq metal yayma sexini “A” kateqoriyasına aid olan yanar qazların, alışma nöqtəsi 28 dərəcədən çox olmayan yanar mayelərin olduğu, partlayıcı buxar-qaz-hava qarışıqları əmələ gətirə bilən, alovlanması təxmin edilən dərəcədə olan otaqlarda partlayışın həddindən artıq təzyiqi 5 kilopaskaldan və (və ya) su, atmosfer oksigeni ilə və ya bir-biri ilə qarşılıqlı əlaqədə olduqda partlaya və yanmağa qadir olan maddələr və materiallar otaqlarda partlayışın hesablanmış həddindən artıq təzyiqini 5 kilopaskalı keçəcək miqdarda olan təhlükəli iş zonası olaraq müəyyən etmişdir. Beləliklə, hesab edirlər ki, İddiaçı Qınyaz oğlunun Soyuq metal yayma sexinin alüminium təbəqənin səthinə boya örtüyünün hopdurulması xəttində zərərli, dartıb dizləndirmə və yuma dəzgahında - fırlanan mexanizmlərlə ağır əmək şəraitində işləməsinə baxmayaraq, faktiki işlədiyi peşə üzrə peşənin adı əmək kitabçasında təhrif olunmuş şəkildə yazılmışdır. Bu hal işəgötürənin Əmri ilə düzəldilmiş, işçinin əmək və sosial təminat hüquqları bərpa edilmişdir. II. Məhkəmədə icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 60 yaşı tamam olan 25 iyun 2025-ci il tarixə kimi ümumi stajı 35 il 2 aydan artıq, güzəştli zərərli iş stajı isə 17 il 1 ay təşkil edir. O, iyun 2025-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlərini göndərmişdir. Mərkəzi filial tərəfindən 28 iyul 2025-ci tarixli 3-17-1/2-11- 176527/2025 nömrəli məktubla ona güzəştli şərtlərlə pensiya təyinatından imtina cavabı verilmişdir. İmtinanın əsas səbəbi kimi onun güzəştli zərərli iş stajının 12 il 6 aydan az, yəni 10 il 8 gün olduğu bildirilir. Məhkəməyə bildirir ki, "xxxx" ASC-dən verilmiş 18 fevral 2025-ci il tarixli, 13-5-3/3-57/2025 nömrəli arayışda təkcə "xxxx" ASC-də 9 il 10 ay 08 gün güzəştli zərərli iş stajı haqqında arayış var. Bundan başqa məhkəməni məlum edir ki, 22 iyun 2009-cu il tarixdən "xxxx" ASC-də iş dayandığına görə 22 iyun 2009-cu il tarixdən 10 oktyabr 2014-cü il tarixə kimi ödənişsiz məzuniyyətdə olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Buna əsasən də Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə istinadən ödənişsiz məzuniyyətin ən çoxu ilk altı ayı işçinin əmək stajına daxil edilir. O cümlədən də altı ay güzəştli zərərli iş stajı kimi əlavə edildikdə onun təkcə "xxxx" ASC-də 10 il 4 ay 08 gün zərərli güzəştli iş stajı olur. "xxxx" MMC-də 01 oktyabr 2018-ci il tarixdən hal-hazıra kimi işləyir. "xxxx" MMC-dən verilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışda: 1. "Hopdurucu" peşəsində (əmək kitabçasında peşənin adı "boyama mütəxəssisi" yazılıb) xx.xx.2018-ci ildən (peşəyə təyinat xx.xx.2018-ci il tarixli, əmr №07K) - xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində işləmişdir. 2. "Hopdurucu" peşəsində (əmək kitabçasında peşənin adı "boyaqçı" yazılıb) xx.xx.2022-ci ildən (peşəyə təyinat xx.xx.2022-ci il tarixli, əmr № 111-K) xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində işləmişdir. 3. "Soyuq metal yaymaçısı" peşəsində (əmək kitabçasında peşənin adı "dartma- yuma aparatçısı" yazılıb) xx.xx.2023-cü ildən (peşəyə təyinat xx.xx.2023-cü il tarixli, əmr № 253-K) xx.xx.2025-ci il tarix arasındakı dövr ərzində işləmişdir. 4. "Soyuq metal yaymaçısı" peşəsində xx.xx.2025-ci ildən (peşəyə təyinat xx.xx.2024-cü il tarixli, əmr № 860-K) hazırki dövrədək xx.xx.2025-ci il tarixinədək işləməyə davam edir. Onun 60 yaşı tamam olan 25 iyun 2025-ci ilə kimi "xxxx" MMC-də 6 il 8 ay güzəştli iş stajı olur. Beləliklə, onun 60 yaşı tamam olan xx.xx.2025-ci il tarixdə 17 ildən artıq güzəştli zərərli iş stajı olur. Mərkəzi Filial isə təkcə xx.xx.2025-ci ildən xx.xx.2025-ci il tarixə kimi güzəştli staj hesablayıb. Hətta onu da düzgün hesablamayıb. Azərbaycan Respublikası Nazirlət Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək kitabçalarının tərtibi qaydaları haqqında" Əsasnamənin 3.2-ci bəndinin tələblərinə uyğun yazılması və məlumatların təhrif olunması, gələcəkdə işçiyə pensiya təyin olunması haqqında qeydlərin əmək kitabçasında təsnifata uyğun aparılması işçidən asılı olan hal deyil və onun sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Belə ki, 3.2-ci bəndə əsasən, işçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə (əmək kitabçasında) işlədiyi peşəsi (vəzifəsi) barədə qeydlərin Əmək Məcəlləsinin 57-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinə uyğun olaraq təfsilatı ilə göstərilməməsi, faktiki işlədiyi peşənin adının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına uyğun yazılmaması, yaxud təhrif olunmuş yazılması işçidən asılı deyil, onun gündəlik icra etdiyi işin məzmununu, xüsusiyyətini dəyişdirmir və iş yerində peşə üzrə güzəştli şərtlərlə pensiya almaq hüququnu məhdudlaşdırmır. Məhkəmənin nəzərinə çatdırır ki, buna uyğun olaraq “Azəralüminium" MMC-dən verilmiş güzəştli zərərli iş stajı haqqında arayışda da "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 860-K nömrəli əmri ilə də işçilərin (xx.xx.2010- xx.xx.2018 və xx.xx.2018-xx.xx.2024-cü illərdə) güzəştli iş stajı hüquqları bərpa edilmişdir. III. İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
12. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
16. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
17. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
18. Etirazın dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən verilən cavab məktubunda göstərilən arqumentlərlə eynilik təşkil edir.
19. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
20. Cavabdehin nümayəndəsi X4 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
22. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
23. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı (Qərara 2 №-li əlavə): 2091100 9) Giltorpaq istehsalatı 2091100a a) fəhlələr 2091100a—10187 avtoklavlarda və aqitatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə, pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı hidrometallurqlar
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına görə:
7. Metallurgiya istehsalatı (əlvan metallar) 7.29. Giltorpaq istehsalatı a) fəhlələr avtoklavlarda və agitatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə, pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı-hidrometallurqlar 7.39.4. Yayma istehsalatı a) fəhlələr: soyuq metalın yaymaçıları
11. Metal emalı 11.14. Metal emalının digər peşələri a) fəhlələr: xrom pastası ilə məmulat hopdurulması ilə məşğul olan hopdurucular
26. İddiaçı iddia tələbində güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması.
28. İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuş, 60 yaşı xx.xx.2025-ci il tarixdə tamam olmuşdur.
29. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması ilə bağlı tələb mövcud olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə dəyişiklik edilmiş (13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2022-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 583) ilə 9.1 – 9.3-cü, 9.6-cı və 9.7-ci maddələr yeni redaksiyada verilmişdir) və bununla da kapitalla bağlı həmin tələb ləğv edilmişdir.
30. İddiaçının cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün hüququ yarandığı tarixədək ümumi iş stajı üzrə tələb olunan şərt ödənilir. Həm iddiaçının əmək kitabçası, diplomu, həm də hərbi bileti ilə hərbi xidmət dövrü də daxil olmaqla onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Cavabdeh orqan nə imtina məktubunda, nə də iddiaya qarşı etirazında iddiaçının ümumi iş stajı barədə mübahisə açmamışdır.
31. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən xüsusi stajı 10 il 8 gün təşkil edir. Cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC X5 İstehsalat şöbəsinin Təzyiqlə Emal və Boyama zavodunun Boyama xətti sahəsində, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X3 İstehsalat şöbəsinin Təzyiqlə Emal və Boyama sexində, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X3 İstehsalat şöbəsinin Təzyiqlə Emal və Boyama sexində işlədiyi boyama mütəxəssisi, boyaqçı və dartma-yuma aparatçısı vəzifələrinin güzəştli iş stajına aid olmaması barədədir.
32. Məhkəmə iddiaçının xüsusi stajı ilə bağlı qeyd edir ki, Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxarılmalıdır.
33. Məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
34. "xxxx" ASC-nin “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2025-ci il tarixli 13-5-3/3-57/2025 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ASC-nin “Gil-Torpaq” X8-Torpaq İstehsalatı – aparatçı hidrometallurqlar peşəsində işləmişdir. İşlədiyi peşənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri Avtoklavlarda və aqiqatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə, pulpa hazırlanması kaustifikatorlarda məşğul olanlar – aparatçı hidrometallurqlar peşəsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 9, yarımbölmə 9a bəndinə aparatçı hidrometallurqlar peşəsi (2091100a-10187) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 7, yarımbölmə 29a bəndinə aparatçı hidrometallurqlar peşəsi peşə koduna uyğundur.
35. "xxxx" MMC-nin “Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2025-ci il tarixli 13-5-2/3-97/2025 nömrəli arayışına əsasən İddiaçı O, "xxxx" MMC-nin Soyuq metal yayma sexində Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyiyinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən aşağıda qeyd olunan peşələrdə; 1). "hopdurucu" peşəsində (əmək kitabçasında peşənin adı "boyama mütəxəssisi" yazılıb) xx.xx.2018-ci ildən: (peşəyə təyinat xx.xx.2018-ci il tarixli, əmr N 07-k;) - xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində işləmişdir. 2). "hopdurucu" peşəsində (əmək kitabçasında peşənin adı "boyaqçı" yazılıb) xx.xx.2022-ci ildən: (peşəyə təyinat xx.xx.2022-ci il tarixli, əmr № 111-k;) xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində işləmişdir. 3). "soyuq metal yaymaçısı peşəsində (əmək kitabçasında peşənin adı "dartma-yuma aparatçısı yazılıb) xx.xx.2023-cü ildən (peşəyə təyinat xx.xx.2023-cü il tarixli, əmr N 253-K;) - xx.xx.2025-ci il tarixi arasındakı dövr ərzində işləmişdir. 3). "soyuq metal yaymaçısı" peşəsində xx.xx.2025-cü ildən (peşəyə təyinat xx.xx.2024-cü il tarixli, əmr N 860-K;) - hazırkı dövrədək xx.xx.2025-ci il tarixinədək işləməyi davam edir. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 06 (altı) il, 07 (yeddi) ay il, ay, gün (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Hopdurucu"nın iş xüsusiyyətləri; Alüminium təbəqənin (zolağın) yükləmə stolundan boyama xəttinə yönəldilməsi; Rulonun xəttin mərkəzi oxu səviyyəsinə uyğunlaşdırılması; Təbəqənin kənarlarının kəsmə mexanizminə yerləşdirlilməsi; Təbəqənin tikmə maşınının başlığına verilməsi; Alüminium rulon təbəqənin tikiş mövqeyinə yerləşdirilməsi; fasiləsiz istehsal üçün tikiş prosesinin giriş blokundakı darağın tam dolmuş olmasının yoxlanılması; Alüminium təbəqənin qaynaq olunması əməliyyatının aparılması; Təbəqənin yenidən növbəti dövrünü başlamaq üçün işçi seksiyaya göndərilməsi; Texnoloji prosesin ardıcıllıqla aparılması; təbəqənin hər iki tərəfinin təmizləyici isti qələvi məhlulu şırnağı ilə yuyulması; təbəqənin çəndə ilkin aşındırma prosesi aparılması; fırlanan fırçalarla yüksək konsentrasiyalı qələvi məhlulu ilə təbəqənin hər iki tərəfi yuyulması; əlavə təzyiq vasitəsilə təbəqənin üstündə olan digər qarışıqların təmizləməsi; Səpələyici, qələvi məhlulu hazırlanan, aşınma prosesi gedən çənlərin iş prinsipinə uyğun istifadəsi; prosesinin gedişatına nəzarət və rejimlərin tənzimlənməsi; Alüminium təbəqənin (zolağın) xromat örtük qurğusuna daxil olmasına nəzarət; təbəqənin (zolağın) hər iki səthinə xrom örtüklü kimyəvi maye örtüyün hopdurulması; səpələyici çəndə təbəqənin üstündə qalan müxtəlif məhlul qalıqların təmizlənməsi; pnevmatik silindrdən istifadə etməklə sıxma silindrlərinin qaldırılması; Təmizlənmiş alüminium təbəqə (zolaq) hava üfleyicisi vasitəsi ilə qurudulması; çənlərin qidalandırcı nasosların işinə nəzarət edilməsi; ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 11. Metal emalı bölməsinin, 11.14. Metal emalının digər peşələri yarımbölməsinin, a) fəhlələr altqrupunda: "xrom pastası ilə məmulat hopdurulması ilə məşğul olan hopdurucular" peşə kodunda müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eynidir. Soyuq metal yaymaçısı"nın iş xüsusiyyətləri: Alüminium rulon təbəqələrin yayılması üçün avtomatik qidalandırıcının qaldırıcı masasına verilməsi; Avtomatik təbəqə qidalandırıcısının işinə və rulonların dəzgaha düzgün yerləşdirilməsinə nəzarət; Dəzgahın və avtomatik qidalandırıcının iş prinsipini, təbəqələrin səthindəki qüsur növlərinin təyini; Rulon eninin 2000 mm-ə qədər olan təbəqələrdə dəzgahların ayrı-ayrı dayaqlarında vərəqlərin soyuq eninə yayma və uzununa yayma texnoloji proseslərinin aparılmasının təmin edilməai; Nəzarət-ölçü cihazları və ölçmə alətlərindən istifadə edərək yayma sürətinin və dayaqlar arasında zolağın gərginliyinin miqdarının tənzimlənməsi; Qidalanma rulonların açıcıya daxil edilməsi, zolağın ön ucunu sarıcının ağzına keçirilməsi və açıcı konusların sükanına nəzarət edilməsi;. Rulonları sarımlardan çıxararkən bağlamasına nəzarət edilməsi; Təbəqələrin yuvarlanması zamanı rulonlara qoyulmasının təmin edilməsi; Rulonların səthinə, yaymanın keyfiyyətinə və rulonların temperatur şəraitinə nəzarət edilməsi; Xidmət olunan dezgahın stendlərin köçürülməsində, sazlanmasında və təmirində iştirak edilməsi; Yayma sürətinə, hər keçiddən sonra zolağın qalınlığına, stendlər və keçidlər arasında azalmaların paylanmasına, rulonların temperatur şəraitinə və səthinin keyfiyyətinə, əsas aparıcı mühərrikə və təzyiqli vintli mühərrikin yükünə nəzarət edilməsi; Stendlərin tənzimlənməsinin təmin edilməsi; Ayrı-ayrı stend qruplarında və ya soyuq yayma dəzgahınını fərdi stendlərində texnoloji proseslərin aparılmasına nəzarət edir. Təmirdə iştirak, dəzgahın təmirdən sonra sazlanması və yayma prosesinə istismara qəbul edilməsi. ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 7. Metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin 7.39.4. Yayma istehsalatı yarımbölməsində a) fəhlələr altqrupunda: "soyuq metalın yaymaçıları" peşə kodunda müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eynidir. P.S. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 860-K nömrəli Əmri ilə müəssisənin istehsal yönümü və istehsalatın xüsusiyyətlərinə əsaslanaraq peşə və vəzifələrin adlarını, əvvəlki dövrlərdə (xx.xx.2010-xx.xx.2018-ci illərdə və xx.xx.2018-xx.xx.2024-cü illərdə) əmək kitabçalarında peşə və vəzifələrin adlarının AR ƏM-nin 57-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olmayan - peşə və vəzifələrin adlarının qanunun tələblərinə uyğunluğunu müəyyən edilmiş və müəssisə üzrə peşə və vəzifələrin adlarını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na uyğun qeyd etməklə işçilərin hüquqlarını bərpa etmişdir.
36. Həmçinin, məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 13-5- 2/2-369/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC-də aparılmış daxili araşdırma zamanı müəyyən edilmişdir ki, bir sıra işçilərin əmək kitabçalarında qeyd olunan peşə və vəzifə adları müəssisənin istehsalat prosesinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsinin 2-ci bəndinin tələblərinə tam uyğun deyil. Araşdırmanın nəticəsinə əsasən xx.xx.2024-cü il tarixli 860-K N-li saylı Əmr ilə müəssisənin istehsal yönümü və istehsalat xüsusiyyətlərinə uyğun peşə və vəzifə adları müəyyən edilmişdir və əmək kitabçalarında qanunvericiliyin tələblərinə uyğun olmayan formada yazılmış peşə və vəzifə adları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olaraq düzəldilərək işçilərin əmək və sosial təminat hüquqları bərpa edilmişdir. Belə ki, İddiaçı Soyuq metal yayma sexinin alüminium təbəqənin səthinə boya örtüyünün hopdurulması xəttinin “boyama mütəxəssisi” peşəsində işlədiyi dövrdə gündəlik icra etdiyi işin məzmunu və xüsusiyyətləri texnoloji prosesin ardıcıllıqla aparılmasında aşağıdakı kimi qeyd olunmuşdur. Yəni alüminium təbəqənin hər iki tərəfinin təmizləyici isti qələvi məhlulu şırnağı ilə yuyulması, təbəqənin çəndə ilkin aşındırma prosesinin aparılması, fırlanan fırçalarla yüksək konsentrasiyalı qələvi məhlulu ilə təbəqənin hər iki tərəfinin yuyulması, əlavə təzyiq vasitəsilə təbəqənin üstündə olan digər qarışıqların təmizləməsi, alüminium təbəqənin (zolağın) xromat örtük qurğusunda hər iki səthinə xrom örtüklü kimyəvi maye örtüyün hopdurulması, səpələyici çəndə təbəqənin üstündə qalan müxtəlif məhlul qalıqların təmizlənməsi, pnevmatik silindirdən istifadə etməklə sıxma silindirlərinin qaldırılması, təmizlənmiş və üzərinə boya çəkilmiş alüminium təbəqənin (zolağın) sobada 2600 C-də hava üfləyicisi vasitəsilə qurudulması prosesinə uyğun olan peşənin iş xüsusiyyətləri hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11. Metal emalı bölməsinin, 11.14. Metal emalının digər peşələri yarımbölməsinin, a) fəhlələr altqrupunda: “xrom pastası ilə məmulat hopdurulması ilə məşğul olan hopdurucular” peşə kodunda müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eynidir. Alüminium təbəqənin səthinin boya örtüyü ilə rənglənməsi xüsusi kimyəvi emalla – xromlaşdırma ilə - xrom anhidridi məhlulunda aparılır ki, bu da alüminium təbəqənin səthində solğun rəngli nazik (0,1-2,0 q/m2 ) xromat örtüyü əmələ gətirir. Bu isə alüminium təbəqənin korroziyaya davamlılığını əhəmiyyətli dərəcədə artırır və passivləşməsinin qarşısını alır. Qeyd edilməlidir ki, xrom duzlarınının insan orqanizminə təsiri dərinin və ya selikli qişanın qıcıqlanmasına, dəridə xoraların əmələ gəlməsinə, yuxarı tənəffüs yollarına, ağciyərlərə və gözlərə təsir etməsidir. Burada peşənin adının əmək kitabçasında istehsalatın yönümü və icra olunan işin xüsusiyyətləri nəzərə alınmadan təhrif olunmuş yazılması işçidən asılı olan hal deyildir. İddiaçı Qınyaz oğlu metal təbəqəyə boya örtüyünün çəkilməsi xəttində gündəlik yuxarıda qeyd edilən “metal təbəqəyə xrom pastası ilə rəng məmulatının hopdurulması” işlərini icra etdiyi halda xx.xx.2022-ci il tarixli 111-K Nli əmrlə struktur dəyişikliyi ilə əlaqədar peşəsinin adının “boyaqçı” olaraq yazılmasına baxmayaraq, o elə əvvəlki peşəsində və əvvəlki işi üzrə əmək fəaliyyətini davam etdirmişdir. Belə ki, boyama xəttində işlər ardıcıllıqla rulon dolayan, hopdurma aparatısı və hopdurucu peşələri vasitəsi ilə icra olunur. Həmçinin İddiaçı Qınyaz oğlu xx.xx.2023-cü il tarixli 253-K N-li əmrlə dartib düzləndirmə və yuma dəzgahında soyuq metalın yaymaçısı peşəsinə keçirilmişdir ki, burada peşənin adı “dartma-yuyulma aparatçısı” kimi səhv qeyd olunmuşdur. Belə ki, “Dartıb düzləndirmə və yuma dəzgahın”da icra olunan işin əsas mahiyyəti dəzgahın istismar qaydalarında aşağıdakı kimi göstərilmişdir: Qalınlığı 0,2-1,0 mm olan, qırılma möhkəmliyi 80 ~ 380 Mpa, axma həddi 40 ~ 240 Mpa, en həddi 800 ~ 1700 mm olan alüminium təbəqə, xarici diametri Ø 800 mm ~ Ø 2200 mm və maksimum çəkisi 1500 kq olan dolağa sarınmış dolaq açıcıdan açılaraq dartıcı valiklər vasitəsi ilə diskili bıçağa daxil olur. Burada dolağın kənarları tələb olunan ölçüdə kəsilir və dolaq dartıcı valiklərin vasitəsi ilə su ilə yuma kamerasına, buradan isə dartıcı valiklərlə isti su ilə yuma kamerasına daxil olur. Bu kamerada dolaq yüksək və aşağı təzyiqlə yuyulduqdan sonra, dolaq maye həlledici SHELL SOL D40 məhlulundan keçərək qurutma kamerasına daxil olur. Qurutma kamerasından sonra alüminium təbəqə dolağı düzləndirici valiklər vasitəsilə 1-ci giriş dartma blok fazasına, oradan istiqamətverici valik vasitəsilə 2-ci çıxış dartma blokuna daxil olur və bu fazada dolaq düzlənir. Sonra istiqamətləndirici valik vasitəsilə qayçıya yönəldilir və dartıcı valiklər vasitəsilə alüminium təbəqə bu dəzgahda yayılaraq dolayıcı sarıma mexanizminə ötürülür. Beləkliklə, alüminium təbəqə bu dəzgahda yayılaraq dartılır, yuyulur və yayılaraq düzləndirilir, yenidən sarılır. “Dartıb düzləndirmə və yuma dəzgahın”da icra olunan işin əsas mahiyyətinə və dəzgahın istismar qaydalarına əsaslanaraq bu peşənin iş xüsusiyyətləri hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 7. Metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin 7.39.4. Yayma istehsalatı yarımbölməsində a) fəhlələr altqrupunda: “soyuq metalın yaymaçıları” peşə kodunda müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eyni olduğu aydın görünür. “Dartıb düzləndirmə və yuma dəzgahın”da alüminium təbəqə maye həlledici SHELL SOL D40 məhlulundan keçərək qurutma kamerasına daxil olur. Bu prosesdə istifadə olunan SHELL SOL D40 maddəsi insan orqanizminə aşağıdakı mənfi təsirləri göstərir; dərinin orta dərəcədə qıcıqlanmasına, təkrar məruz qalmada dərinin qurumasına və ya çatlamasına, udulduqda ağciyərlərə zərər verə bilir, boğazda yanma hissi, öskürək və nəfəs almaqda çətinliklər yaradır, Proses zamanı əmələ gələn yüksək buxar konsentrasiyası mərkəzi sinir sisteminin (MSS) depresiyasına, nəticədə başgicəllənməsi, başağrısı, ürək bulanmasına səbəb ola bilir. Lakin əmək kitabçasında peşə adının işçinin faktiki icra etdiyi işin mahiyyətinə uyğun olmayan peşə adı kimi təhrif olunmuş yazılması işçidən asılı deyildir. İşçinin faktiki işlədiyi istehsalatda peşə və vəzifə adının əmək kitabçasında təhrif olunmuş, indiki halda “boyama mütəxəssisi”, “boyaqçı” və “dartma-yuyulma aparatçısı” yazılması - işçini güzəştli şərtlərlə pensiya hüququndan məhrum etmir. Qeyd edilməlidir ki, "xxxx" MMC-nin istehsal və texnoloji proseslər aparılan sex və sahələrinin yerləşdiyi yanğın və partlayış təhlükəsi olan binaların kateqoriyalarının təyinatını "Yanğın təhlükəsizliyinə dair texniki tələblər”ə əsasən Fövqəladə Hallar Nazirliyinin X1 Mühafizə İdarəsi lisenziya ilə Soyuq metal yayma sexini “A” kateqoriyasına aid olan yanar qazların, alışma nöqtəsi 28 dərəcədən çox olmayan yanar mayelərin olduğu, partlayıcı buxar-qaz-hava qarışıqları əmələ gətirə bilən, alovlanması təxmin edilən dərəcədə olan otaqlarda partlayışın həddindən artıq təzyiqi 5 kilopaskaldan və (və ya) su, atmosfer oksigeni ilə və ya bir-biri ilə qarşılıqlı əlaqədə olduqda partlaya və yanmağa qadir olan maddələr və materiallar otaqlarda partlayışın hesablanmış həddindən artıq təzyiqini 5 kilopaskalı keçəcək miqdarda olan təhlükəli iş zonası olaraq müəyyən etmişdir. Beləliklə, hesab edirlər ki, İddiaçı Qınyaz oğlunun Soyuq metal yayma sexinin alüminium təbəqənin səthinə boya örtüyünün hopdurulması xəttində zərərli, dartıb dizləndirmə və yuma dəzgahında - fırlanan mexanizmlərlə ağır əmək şəraitində işləməsinə baxmayaraq, faktiki işlədiyi peşə üzrə peşənin adı əmək kitabçasında təhrif olunmuş şəkildə yazılmışdır. Bu hal işəgötürənin Əmri ilə düzəldilmiş, işçinin əmək və sosial təminat hüquqları bərpa edilmişdir.
37. İddiaçının həmin peşələrdə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur.
38. Göründüyü kimi, iddiaçıya xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb ödənilir.
39. Məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
40. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
41. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.
42. Məhkəmə hesab edir ki, iddiaçı hüququ yarandığı xx.xx.2025-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.
43. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı oğluna hüququ yarandığı xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
44. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı hüququ yarandığı xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva