Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-529/2021 19.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi müddətlərin əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi, bu əsasla ona xx.xx.2018-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyanın təyin edilməsi və pensiya fərqinin həmin vaxtdan hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisəyə məhkəmə iclasında baxaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı il tarixədək Tərtər rayonunun sabiq “Qələbə” kolxozunda üzvlük əsasında kolxozçu, xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Bərdə rayon Baytarlıq stansiyasında sanitar, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək X8 Kontorunda nəzarətçi, xx.xx.2004-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Bakı şəhəri F.Əfəndiyev adına 4 saylı Şəhər klinik xəstəxanasında sanitarka, xx.xx.2014-cü il tarixdən xx.xx.2014cü il tarixədək Bakı Sağlamlıq Mərkəzində kiçik tibb bacısı, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Bakı şəhəri 4 saylı Şəhər klinik xəstəxanasında xadimə işlədiyi müddətlərin əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi, bu əsasla ona xx.xx.2018-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyanın təyin edilməsi və pensiya fərqinin həmin vaxtdan hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, 2- 1(083)-966/2019 nömrəli qərardad ilə İddiaçı iddiası mümkün sayılmamışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-966/2019 nömrəli qərardadından İddiaçı Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, 2- 1(104)-796/2019 nömrəli qərardad ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-966/2019 nömrəli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2-1(114)- 995/2020 nömrəli qərar ilə İddiaçı iddiası təmin olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-995/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsi Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2-1(104)-841/2020 nömrəli qərardad ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-995/2020 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə qaytarılmışdır. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 2-1(114)- 529/2021 nömrəli qərardad ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası xx xxxxx 2021-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmişdir. İddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X4 məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı il tarixədək Tərtər rayonunun sabiq “Qələbə” kolxozunda üzvlük əsasında kolxozçu, xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Bərdə rayon Baytarlıq stansiyasında sanitar, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək X8 Kontorunda nəzarətçi, xx.xx.2004-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Bakı şəhəri F.Əfəndiyev adına 4 saylı Şəhər klinik xəstəxanasında sanitarka, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Bakı Sağlamlıq Mərkəzində kiçik tibb bacısı, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Bakı şəhəri 4 saylı Şəhər klinik xəstəxanasında xadimə işlədiyi müddətlərin əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi, bu əsasla iddiaçıya xx.xx.2018-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyanın təyin edilməsi və pensiya fərqinin həmin vaxtdan hesablanaraq ödənilməsivəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, siğorta kapitalının çatışmayan hissəsini ödəyə bilmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2-ci və 3-cü qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün xx xxxx 2017-ci il tarixindən etibarən iki şərtə uyğun gəlməsi tələb olunur. 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərti eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçiyə Dövlət Sosial Müdafiə Fondunun 3-cü qrup əlilliyə görə əmək pensiyasının təyinatından imtinası qanuni və əsaslı olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı il tarixədək Tərtər rayonunun sabiq “Qələbə” kolxozunda üzvlük əsasında kolxozçu, xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Bərdə rayon Baytarlıq stansiyasında sanitar, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək X8 Kontorunda nəzarətçi, xx.xx.2004-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Bakı şəhəri F.Əfəndiyev adına 4 saylı Şəhər klinik xəstəxanasında sanitarka, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Bakı Sağlamlıq Mərkəzində kiçik tibb bacısı, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Bakı şəhəri 4 saylı Şəhər klinik xəstəxanasında xadimə işlədiyi müddətlərin əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsində əsas məqsədi ona yaşa görə əmək pensiyasının təyin olunmasıdır. Qanunvericiliyin tələblərinə əsasən vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajı və pensiya kapitalı tələb olunur. İş materiallarından göründüyü kimi İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2018-cu il tarixli qərarı ilə 2-ci dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Bundan sonra iddiaçı “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh isə ona əlilliyə görə əmək pensiyanın təyin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdeh orqanın imtinasını qanunun tələblərinə uyğun və əsaslı hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası 1-ci qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 2-ci və 3-cü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun qeyd edilən müddəasına əsasən, 2-ci və 3-cü qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün xx xxxx 2017-ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) iki şərtə uyqun gəlməsi tələb olunur:
1. 5 ildən az olmamaq şərtilə və əmək Qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda.
2. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə.
Bu iki şərt eyni zamanda mövcud olmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017 tarixli Qərarının 4.3.3-cü bəndinə əsasən 2-ci və 3-cü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçının təqdim etdiyi bütün iş illərinin ümumi iş stajına daxil olunmuş hesab edilsə də, nəticə etibarı ilə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalı kifayət etmir. Belə ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 14302.44 manat pensiya kapitalına qarşı, fərdi hesabının sığorta hissəsində 13455.56 manat pensiya kapitalının olması səbəbindən, İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Bərdə rayon Baytarlıq stansiyasında (1986-1993) işləməsinə gəldikdə isə iddiaçının iş stajı nəzərə alınarsa belə pensiya kapitalı 40.28 manat məbləği əhatə edəcəkdir. Bu da ümumi toplanmış pensiya kapitalının üstə gəldikdə tələb olunan 14302.44 manat pensiya kapitalı formalaşmır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının Tərtər rayonu “Qələbə” kolxozunda 1980-1985-ci illərdə işləməsi mübahisələndirilən illərə aiddir. Belə ki, Tərtər rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 05 nömrəli arayışına əsasən iddiaçının sözügedən kolxozda minimum adam günü Tərtər rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 05 nömrəli arayışına əsasən iddiaçının sözügedən kolxozda minimum adam günü norması göstərilməsinə baxmayaraq faktiki adam günü qeyd olunmadığından həmin illərin sosial sığorta stajı kimi nəzərə alınması mümkün deyildir. Məhkəmə araşdırması nəticəsində qeyd edilən hal araşdırılmış, lakin kolxozda iddiaçının işlədiyi faktiki adam gününu müəyyən etmək mümkün olmamışdır. Pensiya kapitalının çatışmayan hissəsinin ödənilməsi üçün iddiaçya məhkəmə tərəfindən şərait yaradılsa da, məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 çatışmayan pensiya kapitalaının ödənilməsi üçün iddiaçının maddi imkanının olmadığını bildirmişdir. Göründüyü kimi, məhkəmə iddiaçının tələb etdiyi iş illərini sosial siğorta stajına daxil etsə belə, onun pensiya kapitalı tələb olunan məbləğdə olmadığı üçün ona 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə
q ə r a r a a l d ı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi müddətlərin əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi, bu əsasla ona xx.xx.2018-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyanın təyin edilməsi və pensiya fərqinin həmin vaxtdan hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər.
Sədrlik edən Emin Axundov