Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-53/2020 25.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Həsənov Röyal Oktay oğlunun, Üçüncü şəxs X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X18 (üçüncü şəxslər X8, X11 və X12) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X14rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayon X7 xx xxxxxx 2000-ci il tarixli, 106 nömrəli qərarı ilə ona verilən 0,08 ha torpaq sahəsinin üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samux rayon X7 xx xxxxxx 2000-ci il tarixli, 106 nömrəli qərarı ilə 0,08 ha torpaq sahəsi ayrılmış və bu barədə JN 109A KOD 50702038 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. O, ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X18 müraciət edərək qeyd olunan torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsini xahiş etmiş, lakin, inzibati orqan imtina etmişdir. O, cavabdeh orqanın imtina məktubunu qanunsuz və əsassız hesab edir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Həsənov Röyal Oktay oğlu iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X17 etibarnamə üzrə nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, yerində müayinə zamanı torpaq sahəsi üzərində mübahisə olduğu, Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarına əsasən faktiki torpaq sahəsi ilə sənəd üzrə olan torpaq sahəsi arasında uyğunsuzluq olduğu, həmçinin sənəd üzrə tələb edilən torpaq sahəsi üzrə üçüncü şəxslərin adına çıxarış verildiyi müəyyən edilmişdir. Odur ki, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X11 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, onun mülkiyyətində Samux rayonu, Bağbanlar kəndi ərazisində 0.12 ha torpaq sahəsi var və bu barədə çıxarışı da mövcuddur. İddiaçının torpaq sahəsi ilə onun torpaq sahəsi qonşuluqda yerləşir. İddiaçı öz torpaq sahəsinə hasar çəkdirmiş və nəticədə onun 2 ha torpaq sahəsinə keçmişdir. Mütəxəssis tərəfindən onların torpaq sahələri ölçüləndə iddiaçıya məxsus hasarın ona məxsus torpaq sahəsində yerləşdiyi məlum olmuşdur. O, iddiaçıya qarşı tikintinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbi ilə Samux Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Cavabdehə, üçüncü şəxslər X3 və X9 hazırki məhkəmə iclasının vaxtı və yeri varədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İş materiallarında olan; - “Torpağın mülkiyyətə verilməsinə dair” JN-109A KOD 50702038 nömrəli şəhadətnamədən görünür ki, Samux rayon X7 xx xxxxxx 2000-ci il tarixli, 106 nömrəli qərarı ilə 0,08 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli, 266 nömrəli mütəxəssis rəyindən görünür ki, həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə sənədlərində torpaq sahəsinin yerləşmə mövqeyini təyin edən (X və Y) koordinatları əks etdirmir. Bu səbəbdən JN-109A (KOD5070203) nömrəli şəhadətnaməyə əsasən, İddiaçı mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsinin naturada yerləşmə mövqeyi, ərazidə faktiki mövcud olan və eləcə də Samux rayonu, Bağbanlar kənd ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu planının elektron materiallarında öz əksini tapmış köhnə yollar və tikililərə istinadən təyin edilmişdir. Araşdırma nəticəsində İddiaçı JN-109A (KOD 50702038) nömrəli « Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair » şəhadətnaməyə əsasən mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsinin naturada yerləşəm mövqeyi ilə faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin naturada yerləşəm mövqeyinin fərqli olduğu və bu səbəbdən də, iddiaçının mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsi ilə faktiki istifadə sahəsinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli, 266 nömrəli mütəxəssis rəyindən görünür ki, elektron baza məlumatlarına istinadən, JN-109A (Kod 50702038) nömrəli « Torpağın mülkiyyətə verilməsinə dair » şəhadətnamədə qeyd olunan 0.08 ha həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Yuxarıda qeyd olunan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid kənd yaşayış məntəqəsinin sərhədləri daxilində yerləşən, həyətyanı məqsədlər uçun nəzərdə tutulmuş torpaq sahəsidir. Həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə sənədlərində torpaq sahəsinin yerləşmə mövqeyini təyin edən (X və Y) koordinatları əks etdirilmir. Bu səbəbdən JN-109A (Kod 50702038) nömrəli şəhadətnaməyə əsasən, İddiaçı xüsusi müfkıyyəyində olan 0,08 ha həyətyanı torpaq sahəsinin naturada yerləşmə mövqeyi ərazidə faktiki mövcud olan və eləcədə Samux Rayonu, Bağbanlar kənd ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu planının elektron materiallarında öz əksini tapmış köhnə yollar və tikililərə istinadən təyin edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, qeydiyyat tarixi 28 04.2018-cı il, reyestr nömrəsi **********77 olan RX seriyalı ******* nömrəli çıxarışa əsasən X4 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 89,0 kv.m hissəsi, qeydiyyat tarixi 20.04 2016-cı il, reyestr nömrəsi **********53 olan RX seriyalı ******* nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan 0.07 ha torpaq sahəsinin isə 240,0 kv.m hissəsi, Samux rayon X7 02 08 2000-cı il tarixli, 106 nömrəli qərarı ilə İddiaçı ayrılmış və JN-109A (Kod 50702038) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə öz əksini tapmış, Samux rayonu, Bağbanlar kəndində yerləşən 0,08 ha torpaq sahəsi ilə üst-üstə düşür. Ekspertiza baxışı zamanı İddiaçı, JN-109A (Kod 50702038) nomrəlı şəhadətnaməyə əsasən mülkiyyətində olan 0,08 ha torpaq sahəsindən faktiki olaraq istifadə etmədiyini bildirmişdir. Mülki iş üzrə üçüncü şəxslər, faktiki istifadə sahələrini ekspertiza baxışı zamanı təqdim etmədikləri üçün, iddiaçının mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin faktiki olaraq kimlərin istifadəsində olduğunu müəyyən etmək mümkün otmamışdır. -Samux rayon Bağbanlar bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 10 nömrəli qərarı ilə Samux rayon Bağbanlar bələdiyyəsinin ehtiyyat fondunun alqı-satqı predmeti olan həyətyanı məqsədi üçün torpaq sahəsindən alqı-satqı qaydasında X9 0,12 ha torpaq sahəsi satılmış, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X4 0,12 ha torpaq sahəsi üzrə mülkiyyət hüququ 28 04.2016-cı il tarixdə Dövlət reyestrində 67 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Samux rayon Bağbanlar bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 10 nömrəli qərarı ilə Samux rayon Bağbanlar bələdiyyəsinin ehtiyyat fondunun alqı-satqı predmeti olan həyətyanı məqsədi üçün torpaq sahəsindən alqı-satqı qaydasında X10 700 kv.m torpaq sahəsi satılmış, X6 0,07 ha torpaq sahəsi üzrə mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə Dövlət reyestrində 67 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göründüyü kimi, Samux rayon X7 02 08 2000-cı il tarixli, 106 nömrəli qərarı ilə İddiaçı ayrılmış və JN-109A (Kod 50702038) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə öz əksini tapmış Samux rayonu, Bağbanlar kəndində yerləşən 0,08 ha torpaq sahəsi ilə 28 04.2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X4 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 89,0 kv.m hissəsi, 20.04 2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan 0.07 ha torpaq sahəsinin isə 240,0 kv.m hissəsi ilə üst-üstə düşür. Belə olan halda məhkəmə hesab edir ki, həmin çıxarışların verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlər, Samux rayon Bağbanlar bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 10 nömrəli qərarları hazırda qüvvədə olduğundan Samux rayon X7 02 08 2000-cı il tarixli, 106 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarışın verilməsi istisna edilir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X17 xx xxxx 2019-cu il tarixli, **********26 nömrəli məktubundan da məlum olur ki, yerində müayinə zamanı torpaq sahəsi üzərində mübahisə və Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarına əsasən faktiki torpaq sahəsi ilə sənəd üzrə olan torpaq sahəsi arasında uyğunsuzluq olduğundan iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X18 (üçüncü şəxslər X8, X11 və X12) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalı, iş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair 67,20 (altmış yeddi manat iyirmi yeddi qəpik) manat və 73,80 (yetmiş üç manat səksən qəpik) manat xərc iddiaçıdan alınaraq Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X18 (üçüncü şəxslər X8, X11 və X12) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. İş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair 67,20 (altmış yeddi manat, iyirmi qəpik) manat və 73,80 (yetmiş üç manat səksən qəpik) manat xərc İddiaçı alınaraq müxbir hesab AZ37NABZ********************, SWİFT:AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** saylı hesaba ödənilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-53/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-53/2020
25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver