Məhkəmə qərarları › İş №2-1(114)-53/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-53/2021

03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-53/2021 03.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, məhkəmə iclasının katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, üçüncü şəxs X2, üçüncü şəxsin vəkili Vəkil2, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, «Sərəncamın qismən ləğv edilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Cavabdeh başçısının 29 aprel 2004-cü il tarixli, 63 nömrəli sərəncamı və 10 iyun 2004-cü il tarixli, 182 nömrəli Torpaq icarə müqaviləsinə əsasən Ağdam rayonu ərazisindən Ağdam rayonuna müvəqqəti istifadə üçün təhkim edilmiş 2 saylı qış otlaq sahəsindən 30 ha torpaq sahəsi Mərzli kənd sakini İddiaçı 15 il müddətinə icarəyə verilmişdir. «Torpaqdan müvəqqəti istifadə hüququna dair» JN-7951, Kod 60900001 şəhadətnamənin surətindən məlum olur ki, Ağdam rayonu Mərzli kənd sakini İddiaçı Cavabdeh başçısının 23 aprel 2004-cü il tarixli, 63 nömrəli qərarı və 10 iyun 2004-cü il tarixli, 182 nömrəli icarə müqaviləsinə əsasən Ağdam rayonu ərazisində yerləşən 2 saylı qış otlaq sahəsindən qoyunçuluğun inkişafı üçün 30 ha torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. Cavabdeh başçısının 18 iyul 2016-cı il tarixli, 127 nömrəli sərəncamı və 22 iyul 2016cı il tarixli, 01 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Ağdam rayonu Ergi ərazisinin 02 saylı qış otlaq sahəsindən 10 ha, 03 saylı qış otlaq sahəsindən 10 ha – cəmi 20 ha torpaq sahəsi Ağdam rayon Yusifcanlı kənd sakini X3 qoyunçuluğu inkişaf etdirmək məqsədilə 10 il müddətinə icarəyə verilmişdir. Ağdam Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli, 2(013)-2128/2019 saylı qətnaməsinin surətindən məlum olur ki, iddia əsaslı olduğundan təmin edilmiş, X3 icarə hüququ əsasında məxsus olan Ağdam rayonunun Ergi ərazisində yerləşən 20 ha torpaq sahəsinin 10 ha hissəsindən cavabdeh İddiaçı çıxarılması qət edilmişdir. İddiaçı Cavabdehnə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və X5) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh başçısı tərəfindən 18.07.2016-cı il tarixdə verilmiş 127 nömrəli sərəncamın 10 hektar hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya 02.02.2020-ci il tarixli sərəncam göndərilərək inzibati aktın mübahisələndirilməsi ilə bağlı məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinin üzürlü hesab edilərək bərpa olunmasına dair ərizə təqdim etməsi tövsiyyə olunmuşdur. Bundan sonra iddiaçının vəkili məhkəməyə iddianın mümkün sayılmasına dair ərizə təqdim edərək, iddia tələbinin mümkün sayılmasını və Cavabdeh başçısının 18.07.2016-cı il tarixli, 127 saylı sərəncamının mübahisəli 10 ha hissəsində ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının 18.07.2016- cı il tarixdə verilmiş 127 saylı qərarı ilə mübahisə predmeti olan 10 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 3-cü şəxs X2 icarəsinə verilərkən İddiaçı istifadəsində olmuşdur. Ona görə də hesab edirik ki, mübahisəli 10 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun olmasını təsdiq edən JN-7951 KOD 60900001, 11 yanvar 2006-cı il tarixdə verilmiş “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamənin qanuni qüvvədə olması, həmin sahənin 2004-cü ildən İddiaçı icarəsinə verilməsi və Cavabdeh başçısının mübahisəli 10 ha torpaq sahəsinin 3-cü şəxs X2 icarəsinə verilməsi ilə bağlı 18.07.2016-cı il tarixli 127 saylı sərəncamının çıxarılması barədə vaxtında məlumatlandırılmadığından 10 ha torpaq sahəsi üzərində icarə hüququ əldə etməklə bağlı İddiaçı üstünlük hüququnun tanınmaması, icarəsində olan torpaq sahəsinin geri alınması prosedurunu müəyyən edən qanun normalarına riayət edilməməsi nəticəsində hazırda mübahisələndirilən sərəncamın mövcudluğundan Ağdam Rayon Məhkəməsində qaldırılmış iddia tələbi araşdılarkən bilmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı həmin torpaq sahəsinin onun icarəsində ola-ola Cavabdeh başçısının qanunsuz sərəncamı ilə həmin iş üzrə iddiaçı X3 verildiyinə görə İddiaçı həmin torpaq sahəsinə icarə əldə etmək üçün üstünlük hüququnun pozulması faktına müvafiq hüquqi qiymət verməmişdir, ona görə də həmin iddia tələbi üzrə Ağdam Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli 2(013)- 2128/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Bundan başqa, Ağdam Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli 2(013)-2128/2020 saylı qətnaməsini 14 dekabr 2019-cu il tarixdə qəbzə imza edib alan kimi və həmin qətnamədə Cavabdeh başçısının mübahisəli 10 ha torpaq sahəsini 3cü şəxs X2 icarəsinə verilməsi ilə bağlı 18.07.2016-cı il tarixli 127 saylı sərəncamı barədə məlumat əldə etdikdən dərhal sonra 14 dekabr 2019-cu il tarixdə 68 saylı sorğu ilə Cavabdeh başçısına müraciət etmiş və Cavabdeh başçısının 18.07.2016-cı il tarixli 127 saylı Sərəncamı və Cavabdeh ilə X5 arasında bağlanmış 22.07.2016-cı il tarixli icarə müqaviləsini X3 aid 10 ha hissəsində qanunsuz olduğu üçün ləğv edilməsi ilə bağlı müraciət etmişdir. Həmin sorğuya Cavabdeh başçısı 37 gündən sonra 24 yanvar 2020-ci il tarixdə 02/23 saylı məktubla cavab verib tövsiyyə etmişdir ki, həmin məsələ məhkəmə predmeti olduğu üçün yuxarı instansiya məhkəməsinə müraciət etsinlər. Yuxarıda qeyd olunan hallarla təsdiq olunur ki, o, hazırki iddia tələbini qaldırmaq üçün iddia müddətini ötürməmişdir. Üçüncü şəxs X2 vəkili Vəkil2 məhkəməyə ərizə təqdim edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı hazırki iddia ilə məhkəmədə iddia qaldırmaq üçün prosessual müddəti ötürmüşdür. Belə ki, sözügedən iddia mübahisələndirilmə haqqında iddialara aiddir və bu tip iddialar 30 gün müddətində qaldırıla bilərdi. Ona görə də iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verdi əlavə olaraq bildirdi ki, icarəsində olan torpaq sahəsinin bir hissəsinin üçüncü şəxs R.Abdullayevə verildiyini 2017-ci ildə bilmiş və mübahisə yarandığından onlar icra hakimiyyətinə dəvət olunmuşlar. İcra hakimiyyətində ona bildirilmişdir ki, onlara ayrı yerdən torpaq sahəsi veriləcəkdir və bu səbəbdən də həmin sərəncamı mübahisələndirməmişdir. Bununla yanaşı Ağdam Rayon Məhkəməsində işə baxılan zaman ona iddia ərizəsi təqdim olunmuş və o, bütün məhkəmə iclaslarında iştirak etmişdir. İddiaçının vəkili iddia ərizəsi və prosessual müddətin bərpasına dair ərizəyə uyğun izahat verdi əlavə olaraq bildirdi ki, iddiaçı hazırda mübahisələndirilən sərəncamın olmasından məlumatlı olsa da həmin sərəncam ona qanunamüvafiq qaydada təqdim edilməmiş, yalnız 14.12.2019-cu il tarixli sorğu məktubu tərəfindən göndərildikdən sonra Cavabdeh tərəfindən sərəncam onlara göndərilmişdir. Hesab edir ki, iddia müddəti tərəflərindən ötürülməmişdir. Üçüncü şəxs X5 izahatında ərizəyə etiraz edərək bildirdi ki, torpaq sahəsinin ona verilməsi barədə İddiaçı 2017-ci ildən məlumatlı olmuş və mübahisə yarandığından hər ikisi icra hakimiyyətinə dəvət edilmişlər. 2019-cu ildə Ağdam Rayon Məhkəməsində iddia qaldırmasına səbəb isə Elşadın icarə müddətinin bitməsini gözləməsidir. İddiaçı həm sərancamın olmasından, həm də həmin torpaq sahəsinin ona verilməsindən ilk gündən məlumatı olmuşdur. Üçüncü şəxsin vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddiaçı hazırkı iddia ilə məhkəmədə iddia qaldırmaq üçün prosessual müddəti ötürmüşdür. İddiaçının özünündə etiraf etdiyi kimi torpaq sahəsinin R.Abdullayevə verilməsindən 2017-ci ildən məlumatlı olmuşdur. Ona görə iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X6 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində cavabdeh quruma məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Həmçinin iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, verilmiş iddia Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci və 32-cı maddələri anlamında mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir İddiaçının verdiyi iddia üzrə müddətlərin araşdırılması zamanı nəzərə alınmalıdır ki, məhkəmənin sorğusu ilə təqdim edilmiş 2(013)-2128/2019 nömrəli iş materialları ilə müəyyən olunur ki, X1 Elşad Qaradolaq oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi Ağdam Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsində Cavabdeh başçısı tərəfindən 18.07.2016-cı il tarixdə verilmiş 127 nömrəli sərəncamına və 22 iyul 2016-cı il tarixli 01 saylı İcarə müqaviləsinə əsasən Ağdam rayonu Ergi ərazisindən 20 hektar torpaq sahəsinin verilməsini qeyd etmişdir. İddia ərizəsinin surəti 23.10.2019-cu il tarixli məktubla İddiaçı göndərilmiş, sonuncu 05.11.2019-cu il tarixdə Ağdam Rayon Məhkəməsində keçirilən məhkəmə hazırlıq iclasında iddia ərizəsinin surəti ilə tanış olduğunu etiraf etmişdir. Bundan başqa, hazırki məhkəmə araşdırması zamanı izahat verən iddiaçı torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsindən 2017-ci il tarixdən məlumatlı olduğunu etiraf etmişdir. İddianın mümkün sayılmasına dair ərizədə qeyd olunan əsas dəlil isə hazırda mübahisələndirilən inzibati aktın iddiaçıya rəsmi təqdim olunmamasından ibarətdir. Məhkəmə hesab edir ki, mübahisələndirilən sərəncam iddiaçıya təqdim edilməsə də, sonuncunun və üçüncü şəxsin izahatlarından məlum olur ki, həmin aktın mövcudluğu barədə 2017-ci il tarixdə Cavabdehndə iddiaçıya bildirilmişdir. Yəni iddiaçı sərəncamın qəbul edilməsindən 2017-ci il tarixdən məlumatlı olmuşdur. Bundan başqa yuxarıda qeyd edildiyi kimi Ağdam Rayon Məhkəməsi tərəfindən torpaq sahəsindən çıxarılmaya dair mülki işin icraatı zamanı məhkəmə iclasınlarında iddiaçı bilavasitə iştirak etmiş və iş üzrə sənədlər ona təqdim olunmuşdur. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını da istisna etmir. Belə ki, İPM-nin 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. Müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı hüququn pozulduğu barədə ona məlum olan gündən sonra 30 gün müddətində məhkəmədə iddia qaldırmadığından, iddia müddəti buraxıldığına görə iddianın mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və X5) qarşı “18.07.2016-cı il tarixdə verilmiş 127 nömrəli sərəncamın 10 hektar hissəsində ləğv edilməsi” tələbi mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar