Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-530/2021 21.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı "X4" ASC-nin Cavabdeh1nə qarşı xx.xx.2019-cu il tarixli 27 saylı məcburi icraya yönəldilməsinə dair qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "X4" ASC (bundan sonra mətndə iddiaçı) Cavabdeh1nə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 27 saylı mədən vergisi borcunun olmasına dair qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, uzun illərdir "X4" karxanası tikinti materialları istehsal edir. xx.xx.2020-ci il tarixində ona məlum olmuşdur ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli 27 saylı iclas protokoluna əsasən Bərdə rayonu Tərtər çayının sahəsində yerləşən "X4" ASC-nin bələdiyyənin büdcəsinə olan 34.061.77 manat vergi borcu olması göstərilmiş və həmin qərar məcburi icraya yönəldilmişdir. İddiaçı tərəfindən bütün vergilər, o cümlədən mədən vergisi vaxtı-vaxtında ödənilmişdir. Ona görədə həmin qərarın əsassız olduğu üçün ləğv edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. xx.xx.2021-ci il tarixə təyin edilmiş şifahi məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi İddiaçı "iddia tələbinin dəqiqləşdirilməsi barədə" ərizə təqdim edərək «iddiaçı kimi hüquqi şəxs olan "X4" ASC-nin qeyd edilməsini və cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli 27/2 saylı məcburi icraya yönəldilməsinə dair olan qərarın ondan tutulması hissəsində ləğv edib, 34.061.77 manat mədən vergisinin "X4" ASC-dən tutulması barədə qərar qəbul edilməsini xahiş etmiş, bu barədə dəqiqləşmə ərizəsi məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddiaya qarşı münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini "X4" ASC-nin nizamnaməsi, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 18 nömrəli xəbərdarlıq məktubu, xx.xx.2019-cu il tarixli pul tələbinə dair inzibati akt, xx.xx.2019-cu il tarixli 27/2 nömrəli məcburi icraya yönəldilməsinə dair qərar təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında» Əsasnamənin:- - 3.1.2-ci maddəsinə əsasən yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; - 3.1.13-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1-ci bəndinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2-ci bəndinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3-ci bəndinə əsasən tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4-ci bəndinə əsasən icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5-ci bəndinə əsasən bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. - 45.4-cü maddəsinə əsasən Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir.Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. - 56.1-ci maddəsinə əsasən Borclu hüquqi şəxsin kassasında və ya başqa otaqlarında aşkar edilmiş nağd pul vəsaitləri (manatla və xarici valyuta ilə) götürülür. - 56.5-ci maddəsinə əsasən Borclu hüquqi şəxsin banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinin üzərinə həbs qoyulması ilə bağlı icra məmuru bu Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür. - 57.1-ci maddəsinə əsasən Borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Həmin əmlak üzərinə həbs qoyulması və ya onunla bağlı digər icra hərəkətləri bu Qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir. - 28.4-cü maddəsinə əsasən İcra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır. İş materiallarına əlavə edilmiş sənədlərlə, eləcə də tərəflərin izahatı ilə borclu hüquqi şəxsin X4 ASC olduğu müəyyən olunmuşdur. Belə olan halda icra tədbirinin hüquqi şəxsin rəhbəri X2 yönəldilməsi yuxarıda sadalanan maddi hüquq normalarının tələbinə uyğun olmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, "X4" ASC-nin barəsində cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli 27/2 saylı məcburi icraya yönəldilməsinə dair olan qərarı qanunsuz olduğuna görə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 32,68,69, 73,75,78,81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 34.061.77 manat mədən vergisinin "X4" ASC-nin rəhbəri X1 tutulması barədə Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixli, 27/2 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-530/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-530/2021
21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver