Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-531/2021 10.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı qərarın ləğvi və pensiyanın bərpa edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına qarşı Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinin əlilliyin müayinə edilməsi xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və onun aldığı pensiyanın bərpa edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhəri N nömrəli hərbi hissədə xidmət etmişdir. Xidmət zamanı ağciyərinin yuxarı payının infitrativ vərəmi aşkar edilmişdir. Ondan sonra onu xidmətdən yararsız olduğu üçün tərxis etmişlər. Ondan sonra ona Dövlət Sosial sığorta Şirkətindən 6600 manat sığorta verilmiş və xx.xx.2009cu ildən xəstəliyi barəsində sosial pensiya verilmiş, xx xxxx 2015-ci il sosial pensiyası kəsilmişdir. Yəni ki, 5 il müddətində pensiya almış, Tovuz rayonu vərəm xəstəxanasının baş həkimi tərəfindən VTEK-dən keçə bilməmişdir. Hər dəfə müraciət etdikcə deyilmişdir ki, VTEK gələndə ona bildiriləcək, ondan sonra o, pensiya ala biləcəkdir. Daha sonra bir dəfə Gəncə şəhəri Vərəm xəstəxanasında, sonra 3 dəfə Tovuz rayonu vərəm xəstəxanasında yatmışdır. Buna baxmayaraq forma 88 vurulmuş Tovuz rayonundan rədd cavabı gəlmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti məhkəməyə məktub ünvanlayaraq bildirmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixdə tibbi-sosial ekspert komissiyasında “Ağ ciyərin infiltrativ vərəmi. Dağılma fazası mərhələsi . İl-li tənəffüs çatmamazlığı” diaqnozu ilə ilkin müayinə olunmuş və “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Sonuncu dəfə xx.xx.2014-cü il tarixdə təkrar müayinə olunmuş və hərbi xidmət dövrü ilə səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. xx.xx.2015-ci il tarixdə İddiaçı əlillik müddəti başa çatmışdır, sonrakı dövrdə əlilliyin təyini ilə bağlı tibbisosial ekspert komissiyasına müraciət etməmişdir. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0321003AAKJM saylı göndərişi əsasında şəxsin iştirakı olmadan xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0321003AAKJM saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2008-ci il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, sağ ağ ciyərin infiltrativ vərəmi dağılma mərhələsi” diaqnozu göstərilmişdir. Ağırlaşma kimi isə “Xroniki respirator çatmamazlıq, tənəffüs çatmamazlığı İİ dərəcə” xəstəliyi qeyd edilmişdir. Əsas xəstəliyinə görə 2009-cu 29 gün, 2010-cu ildə isə cəmi 36 gün, 2019-cu il tarixdə isə 32 gün stasionar müalicə alıb. Lakin əsas xəstəliyin ağırlaşmaları müayinələrlə əsaslandırılmayıb, xəstənin obyektiv vəziyyəti, köməkçi diaqnostik müayinələrin nəticələri ətraflı qeyd edilməmişdir. Belə ki, ağırlaşmada ikinci dərəcə tənəffüs çatmamazlığı qeyd olunsa da tənəffüsün sayı, ağciyərin həyat tutumu haqqında məlumat qeyd edilməyib, xəstəliyin xarakterinə görə son bir ildə stasionar müalicə müddəti yetərli deyil. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti növbəti dəfə səhiyyə müəssisəsinin 0321003AAKP0 saylı göndərişi əsasında şəxsin iştirakı olmadan xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0321003AAKP0 saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2009-cu il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, sağ ağ ciyərin infiltrativ vərəmi dağılma mərhələsi” diaqnozu göstərilmişdir. Ağırlaşma kimi isə “Xroniki respirator çatmamazlıq, tənəffüs çatmamazlığı İİ dərəcə” xəstəliyi qeyd edilmişdir. Əsas xəstəliyinə görə 2009-cu 29 gün, 2010-cu ildə isə cəmi 36 gün, 2019-cu il tarixdə isə 32 gün və 2 gün stasionar müalicə alıb. Əvvəlki qiymətləndirmədə olduğu kimi bu göndərişdə də əsas xəstəliyin ağırlaşmaları müayinələrlə əsaslandırılmayıb, xəstənin obyektiv vəziyyəti, köməkçi diaqnostik müayinələrin nəticələri ətraflı qeyd edilməmişdir. Belə ki, ağırlaşmada ikinci dərəcə tənəffüs çatmamazlığı qeyd olunsa da tənəffüsün sayı, ağciyərin həyat tutumu haqqında məlumat qeyd edilməyib, xəstəliyin xarakterinə görə son bir ildə stasionar müalicə müddəti yetərli deyil. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və əsaslı olaraq ətraflı müayinə və müalicənin aparılması üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti növbəti dəfə səhiyyə müəssisəsinin 0321003AAK19 saylı göndərişi əsasında şəxsin iştirakı olmadan xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0321003AAK19saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2009-cu il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, sağ ağ ciyərin infiltrativ vərəmi dağılma mərhələsi” diaqnozu göstərilmişdir. Ağırlaşma kimi isə “Xroniki respirator çatmamazlıq, tənəffüs çatmamazlığı İİ dərəcə” xəstəliyi qeyd edilmişdir. Əsas xəstəliyinə görə 2009-cu 29 gün, 2010-cu ildə isə cəmi 36 gün, 2019-cu il tarixdə isə 32 gün, 21 gün və 3 gün stasionar müalicə alıb. Əvvəlki qiymətləndirmədə olduğu kimi bu göndərişdə də əsas xəstəliyin ağırlaşmaları müayinələrlə əsaslandırılmayıb, xəstənin obyektiv vəziyyəti, köməkçi diaqnostik müayinələrin nəticələri ətraflı qeyd edilməmişdir, Belə ki, ağırlaşmada ikinci dərəcə tənəffüs çatmamazlığı qeyd olunsa da tənəffüsün sayı, ağciyərin həyat tutumu haqqında məlumat qeyd edilməyib, xəstəliyin xarakterinə görə son bir ildə stasionar müalicə müddəti yetərli deyil. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və əsaslı olaraq ətraflı müayinə və müalicənin aparılması üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. X2 əlilliyin təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və tabeli tibbisosial ekspert komissiyaları tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, hazırkı iddia tələbi xx.xx.2020-ci il tarixdə daxil olmuş, bundan sonra iddiaçı X3 yeni iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir, hazırda həmin iddia tələbi üzrə inzibati iş də Gəncə İnzibati Məhkəməsinin icraatındadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinin əlilliyin müayinə edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə X1 əlillik təyinatını aparmaq mümkün olmamış və ətraflı müayinə və müalicənin aparılması üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli qərarından məlum olur ki, müalicə günlərinin sayı yetərli olmadığından, xəstə X1 əlavə ixtisaslaşmış müayinə və müalicəyə ehtiyacı olduğundan əlilliyin təyinindən imtina edilmiş, xəstəyə “Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla. Sağ ağciyərin infiltrativ vərəmi dağılma mərhələsi. Xroniki respirator çatmamazlıq. TÇ İİ dərəcə. Ağciyərin dəqiqləşdirilməmiş, kəskinləşmə ilə müşahidə olunan xroniki obstruktuv xəstəliyi. Xroniki bronxitin kəskinləşməsi bronxoobs truktuv sindromla” diaqnozu qoyulmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən əlillik dərəcəsinin verilməsindən imtina ilə bağlı xx.xx.2019-cu ildə qəbul edilən qərarı mübahisələndirilmiş, lakin bundan sonra iddiaçı yenidən qiymətləndirilməklə cavabdeh orqan tərəfindən barəsində xx.xx.2020-ci il tarixdə eyni əsaslarla əlillik dərəcəsinin verilməsindən imtina edilməsinə dair qərar qəbul edilmiş, sonuncu qərar iddiaçı tərəfindən mübahisələndirilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, eyni məsələ üzrə cavabdeh tərəfindən sonradan eyni əsaslarla yeni qərar qəbul edildiyindən hazırkı iş üzrə mübahisələndirilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına qarşı Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinin əlilliyin müayinə edilməsi xx.xx.2019-cu il tarixli qərarı öz əhəmiyyətini itirmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı xx.xx.2019cu il tarixli qərarın ləğvi və pensiyanın bərpa edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8 və 85. maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı xx.xx.2019-cu il tarixli qərarın ləğvi və pensiyanın bərpa edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-531/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-531/2021
10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver