Məhkəmə qərarları › İş №2-1(114)-533/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-533/2025

02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-533/2025 02.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı onun pensiya hüququnun yarandığı 16 sentyabr 2023-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən "xxxx" MMC -nin işçisi İddiaçı Məmməd oğlu xx.xx.2005-ci il tarixində Cəmiyyətin Dağ Mədən İşləri sahəsinə Ekskovatorçu peşəsinə işə qəbul edilib,xx.xx.2010-ci il tarixində həmin sahəyə Elektrik ekskovatorun operatoru vəsifəsinə keçirilib.xx.xx.2014 -ci il tarixində həmin sahəyə Hidrovlik ekskovatorun operatoru vəzifəsinə keçirilib. xx.xx.2022 -ci il tarixdən İstehsalat departamentinin Dağ-mədən sahəsində bu günədək,Operator(ekskavator) vəzifəsində işləməkdədir. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007 tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1.2.1 bəndinə (yarımbəndinə) və (vəya) ekskvator maşinisti vəzifə koduna uyğundur. Dağ-mədən sahəsi Daşkəsən rayonu Gurbulaq kəndində yerləşməkdədir.Bu mədəndə əhəng daşı çıxardılır. İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024cü il tarixli, 3-17-1/2-H-31760/2024 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının dağ-mədən işləri bölməsinin (1) açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qrandioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci sinif təhlükəli zərərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı, şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi, torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri yarımbölməsinin (1.2) açıqda dağ-mədən işləri və yer səthində işlər (1.2.1) bəndinin fəhlələr yarımbəndində (a) ekskavator maşinisti vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdirilmiş 12 iyul 1984-cü il tarixli MT-İ1323610 nömrəli əmək kitabçasında və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışında xx.xx.2005xx.xx.2010-cü il tarixləri arasındakı dövr ərzində ekskovatorçu, xx.xx.2010-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində elektrik ekskavatorunda operator, xx.xx.2010-xx.xx.2014cü il tarixləri arasındakı dövr ərzində hidravlik ekskavatorun operator, xx.xx.2014xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində operator vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi "xxxx" MMC-nin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd edilən Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qrandioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci sinif təhlükəli zərərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı, şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi, torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-ci il təvəllüddür, ağır işdə işlədiyindən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququ yaranmışdır. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra: Mərkəzi Filial) xx.xx.2024-cü il tarixli məktubla ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Həmin imtina əsassızdır. Belə ki, o, xx.xx.2005-ci il tarixdən "xxxx" MMC-də ekskavatorçu vəzifəsində işləmiş və hazırda da həmin vəzifədə işləməyə davam edir. Son illər vəzifəsinin “ekskavatorçu” adı avropasayağı “operator” adı ilə əvəz olunmuş, lakin iş, vəzifə dəyişməmiş, həmin qalmışdır, yalnız ad dəyişmiş, köhnə ad təzə adla adlandırılmışdır. Mərkəzi Filial imtinasına bəhanə kimi bir vəzifənin adı dəyişdirilməsini, bir də guya onun ekskavatorla yerin altından çıxardığı maddə və mineralların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş ’’Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda olmamasını göstərmişdir. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2024-cü il tarixli yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və va peşələrlə uyğunluğunu dürüstləsdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü isin siyahılara uyğunluğunu müəyyən etmək ücün nəticəyə gəlməyə əsas verən zəruri giymətləndirici istehsalat-texnoloii məlumatları, eyniləşdirmə ücün zəruri olan mevar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nm daq-mədən isləri bölməsinin (1) açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhənct daşının, merqelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsm, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı. Saxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə daq-mədən işləri yarımbölməsinin (1.2) acıqda dağmədən işləri və ver səthində işlər bəndinin (1.2.1) fəhlələr yarımbəndində (a) ekskavator maşinisti vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 12 iyul 1984-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında “Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC-nin xx.xx.2023-cü il tarixli arayışında xx.xx.2005-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində ekskavatorçu, 01,12.2010-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində elektrik ekskavatorunda operator, xx.xx.2014-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hidravlik ekskavatorun operatoru, xx.xx.2022-ci il tarixdən isə operator vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi "xxxx" MMC-nin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd edilən Qərarla təsdiq olunmuş siyahıda nəzərdə tutulan açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, merqelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı. Saxtaların, mədənlərin, kəsmələrin, karxanaların, drapların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə daq-mədən isləri sahəsinə aid deyil. Bu səbəbdən iddiaçının güzəştli is stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubuna əsasən İddiaçı xx.xx.2005-ci il tarixdən müəssisənin dağ mədən sahəsinə ekskavatorçu vəzifəsinə işə qəbul edilmişdir. Eyni zamanda müxtəlif tarixlərdə həmin sahədə elektirk ekskavatorunun operatoru və hidravlik ekskavatorunun operatoru vəzifələrində işləmiş xx.xx.2022 -tarixdən hal hazırkı tarixədək İstehsalat departamentinin Dağ-mədən sahəsində “ekskavator operatoru” vəzifəsində işləməkdədir, “ekskavator operatoru” vəzifəsi ilə “ekskavator maşinistləri” vəzifələrinin oxşar olduğuna görə “ekskavator operatoru” vəzifəsinin bu koda uyğun olduğu haqqında İddiaçı arayış vermişdir, “ekskavator operatoru” əmək funksiyaları aşağıdakılardır: 1)Hər gün işə başlarkən gündəlik görüləcək işlər haqda rəhbərində lazımı təlimatlar almaq. 2) Ekskavatoru idarə etmək. Ekskavatoru vaxtında dövriyyəyə qoşmaq və ya dörvriyyəyədən ayırmaq. Rəhbərinin icazəsi olmadan hər hansı bir iş görməmək. Avadanlıqların qəzasız və stabil işləməsini təmin etmək. “ekskavator operatoru”nun vəzifə təlimatı aşağıdakılardır: 1) Mədəndən çıxarlan əhəng daşı parçalarının texnikalara yüklənməsini təmin etmək. 2) Ələkdən keçən qum,torpaq və çınqılın təyin edilən əraziyə daşınması üçün yüklənilməsini həyata keçirmək. 3)Texnikanın mühərrik,sürətlər qutusu yağı,radiator suyuna mütamadi baxış keçirmək. 4)Texnikanın şinlərinin havasına və sazlığına mütamadi baxış keçirmək. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun pensiya hüququnun yarandığı 16 sentyabr 2023-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi ödhəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-H- 31760/2024 nömrəli imtinası, ИT-İ ******* nömrəli əmək kitabçasının surəti, arayışlar, cavabdehin etirazı,və digər sənədlər təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Cavabdeh orqan iddiaçının müraciətini iddiaçıya mıəxsus əmək kitabçasında və Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin xx.xx.2023-cü il tarixli arayışında xx.xx.2005-xx.xx.2010-cü il tarixləri arasındakı dövr ərzində ekskovatorçu, xx.xx.2010xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində elektrik ekskavatorunda operator, xx.xx.2010-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində hidravlik ekskavatorun operator, xx.xx.2014-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində operator vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahında nəzərdə tutulmaması əsası ilə imtina cavabı vermişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmənin sorğusu əsasında əldə edilmiş cavab məktubuna əsasən xx.xx.2005-ci il tarixdən müəssisənin dağ mədən sahəsinə ekskavatorçu vəzifəsinə işə qəbul edilmiş, müxtəlif tarixlərdə həmin sahədə elektirk ekskavatorunun operatoru və hidravlik ekskavatorunun operatoru vəzifələrində işləmiş xx.xx.2022 -tarixdən hal hazırkı tarixədək İstehsalat departamentinin Dağ-mədən sahəsində “ekskavator operatoru” vəzifəsində işləməkdədir. “Ekskavator operatoru” əmək funksiyaları aşağıdakılardır: 1) Hər gün işə başlarkən gündəlik görüləcək işlər haqda rəhbərində lazımı təlimatlar almaq. 2) Ekskavatoru idarə etmək. Ekskavatoru vaxtında dövriyyəyə qoşmaq və ya dövriyyədən ayırmaq. Rəhbərinin icazəsi olmadan hər hansı bir iş görməmək. Avadanlıqların qəzasız və stabil işləməsini təmin etmək. “ekskavator operatoru”nun vəzifə təlimatı aşağıdakılardır: 1) Mədəndən çıxarlan əhəng daşı parçalarının texnikalara yüklənməsini təmin etmək. 2) Ələkdən keçən qum,torpaq və çınqılın təyin edilən əraziyə daşınması üçün yüklənilməsini həyata keçirmək. 3)Texnikanın mühərrik,sürətlər qutusu yağı,radiator suyuna mütamadi baxış keçirmək. 4)Texnikanın şinlərinin havasına və sazlığına mütamadi baxış keçirmək. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar – 55 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 1 iyul 2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı iddiaçının 20 ildən artıq ümumi staja, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 12 il 6 aydan artıq staja malik olması müəyyən edilir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunu «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunuun 9.1-ci maddəsində dəyişikilik olunmuş (maddə yeni redaksiyada verilmiş) və 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmiş bu Qanunun 2-ci maddəsinin (Keçid müddəaları) 2.1-ci bəndinə nəzərdə tutulmuşdur ki, bu Qanunla «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Odur ki, məhkəmənin qənaətinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri rəhbər tutulmaqla İddiaçı 16 sentyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı 16 sentyabr 2023-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar