Məhkəmə qərarları › İş №2-1(114)-5337/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-5337/2025

30.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5337/2025 30.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X3, Üçüncü şəxsin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X3 ünvan 5vanı üzrə qeydiyyatdan çıxarılmalsı öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: a) Məhkəmə araşdırmasının predmeti

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - xx.xx.2011-ci il tarixli, **********39-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportuna əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdur; - 22.07.2025-ci il tarixli, ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında arayış”a əsasən, X9, ünvan 1 ünvanında qeydiyyatdadır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2009-cu il tarixli, 2(102)-410/09 nömrəli qərarın mətninə əsasən, Gəncə şəhəri Nizami rayon məhkəməsinin 19 iyun 2008-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Q.Rzaquliyev, iş №2-696/08) iddiaçı X5 cavabdeh Əsədova Zərəfşan Bayram qızına qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilərək cavabdeh Əsədova Zərəfşan Bayram qızının ünvan 7 evə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. Gəncə şəhəri Nizami rayon məhkəməsinin 17 sentyabr 2008-ci il tarixli qərardadı ilə cavabdeh Əsədova Zərəfşan Bayram qızının həmin məhkəmənin 19 iyun 2008-ci il tarixli, 2-696/08 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. Gəncə şəhəri Nizami rayon məhkəməsinin 16 oktyabr 2008-ci il tarixli qərardadı ilə Z.B.Əsədovanın həmin məhkəmənin 17 sentyabr 2008-ci il tarixli qərardadının ləğv edilməsinə dair şikayət ərizəsi təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir Gəncə Apellyasiya Məhkəməsi MİÜMK-nın 25 noyabr 2008-ci il tarixli qərardadı ilə (hakimlər C.M.Muradov (sədrlik edən və mərüzəçi), Ə.İ.Rüstəmov və Ç.B.Məmmədov, iş №2(104)- 1131/08) Nizami rayon məhkəməsinin iş üzrə 17 sentyabr 2008-ci il il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərarın yekununa əsasən, cavabdeh Əsədova Zərəfşan Bayram qızının kassasiya şikayəti təmin edilməmişdir; - cavabdehin iddiaçının xx.xx.2025-ci il tarixli müraciətinə xx.xx.2025-ci il tarixli, 3-13- 57/2-C-22042/11/25 nömrəli imtina məktubuna əsasən, xx.xx.1963-cü il təvəllüdlü X3 ünvan 5vanından qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

2. Gəncə Şəhər Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2-696/2008 nömrəli məktuba əsasən, iddiaçı X5 cavabdeh Əsədova Zərəfşan Bayram qızına qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi hesab edilməsinə dair iddia ərizəsi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2- 696/2008 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. İş materiallına əlavə edilən göstərişdən görünür ki, Gəncə şəhəri Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-696/2008 nömrəli qətnamənin surəti icra edilməsi üçün xx.xx.2008-cü ildə Gəncə şəhəri Nizami rayon Məhkəmə İcraçıları şöbəsinə göndərilmişdir. İş üzrə cavabdeh Əsədova Zərəfşan Bayram qızı tərəfindən Gəncə şəhəri Nizamı Rayon Məhkəməsinin 19 06.2008-ci il tarixli, 2-696/2008 nömrəli qətnaməsindən apellyasıya şikayəti verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2- 696/2008 nömrəli is üzrə qətnaməsindən apellyasiya şikayeti verilməsi üçün prosessual muddetin berpa edilmesina dair ərizəsi təmin edilməmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16.10 2008-ci il tarixli qərardadı ilə cavabdeh Əsədova X14 şəhəri Nizami Rayon Məhkəməsinin şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin MİÜMK-ın xx.xx.2008-ci il tarixli, 1(104)-1131/2008 nömrəli qərardadı ilə cavabdeh Əsədova Zərəfşan Bayram qızının şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17.09 2008-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə cavabdeh Əsədova Zərəfşan Bayram qızı və onun vəkili X4 tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin MİÜMK-ın xx.xx.2008-tarixli, 1(104)-1131/2008 nömrəli qərardadından kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-ın 16.02 2009-cu il tarixli 1(102)-410/2009 nömrəli qərarı ilə cavabdeh Əsədova Zərəfşan Bayram qızının kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin MİÜMK-ın xx.xx.2008-ci tarixli, 1(104)-1131/2008 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallına əlavə edilən, Gəncə şəhəri Nizami rayon Məhkəmə İcraçılan şöbəsinin xx.xx.2024-cu il tarixli qərardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-296/2008 nömrəli qətnaməsi icraata qəbul edilmişdir. X10 və X2 ünvan 3 ünvanda fərdi yaşayış evindən istifadə hüququnun tanınması evə köçürmə və ya istifadə hüququna xitam verilməsinə dair mübahisə üzrə Gəncə Şəhər Məhkəməsində mülki işə baxılmamışdır.

3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-57/2- 27730/2025 nömrəli məktuba əsasən, xx.xx.1963-cü il təvəllüdlü X9 xx.xx.2005-ci il tarixdən hal-hazıradək ünvan 5vanında qeydiyyatdadır. X3 ünvan 5vanına qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir.

4. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-10072/2025 nömrəli “əmlaka dair arxiv məlumatlarının və sənədlərinin surətinin verilməsi” məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - Gəncə şəhəri 2 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən 4Ə-1-90 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2011-ci il tarixli bəxşeyiş müqaviləsinə əsasən, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi X11 tərəfindən oğlu İddiaçı bağışlanılmışdır; - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, ünvan 8 ünvanında yerləşən **********39-10301 reyestr nömrəli 98 kv.m fərdi yaşayış evi üzərində İddiaçı tam mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır; - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 tərəfindən verilmiş nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, ünvan 8 ünvanında yerləşən **********39-10301 reyestr nömrəli 98.2 kv.m fərdi yaşayış evi üzərində İddiaçı tam mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2025-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

5. Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-2989/2025 nömrəli məktuba əsasən, üçüncü şəxs X9 İddiaçı bacısıdır.

6. Üçüncü şəxsin nümayəndəsi (vəkili) tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə elektron kabinetə yüklənmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2618/2025 nömrəli qərardadına əsasən, İddiaçı ərizəsi təmin olunmuş, iş üzrə icraata xitam verilmişdir.

7. Üçüncü şəxsin nümayəndəsi (vəkili) tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə elektron kabinetə yüklənmiş sənədlərə əsasən: - Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyinin xx.xx.2026-cı il tarixli, 294 nömrəli arayışına əsasən, xx.xx.1963-cü il təvəllüdlü X9 həqiqətən ünvan 5vanında qeydiyyatdadır və yaşayır; - 27.01.2026-cı il tarixli, ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında arayış”a əsasən, X1 şəhəri, Nizami rayonu, Nizami küçəsi, ev 14 ünvanında qeydiyyatdadır.

8. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş sənədlər; - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-696/2008 nömrəli məktubu; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-13-57/2-27730/2025 nömrəli məktubu; - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-10072/2025 nömrəli “əmlaka dair arxiv məlumatlarının və sənədlərinin surətinin verilməsi” məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 13-2989/2025 nömrəli məktubu; - üçüncü şəxsin nümayəndəsi (vəkili) tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə elektron kabinetə yüklənmiş sənədlər. b) Tərəflərin ərizəsi, etirazı, iştirakı və aralıq məhkəmə aktları

9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs X3 onun mülkiyyətində olan ünvan 5vanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 10 ünvanda yerləşən ev iddiaçının xüsusi mülkiyyətindədir, onun adına xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, ******* nömrəli çıxarış vardır. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 19 iyun 2008-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Q.Rzaquliyev, iş N22-696/08) anası Cimnaz Cəfərovanın iddiası təmin edilmiş, cavabdeh Əsədova Zərəfşan Bayram qızının ünvan 7 evə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi yuxarı instansiyası əhkəmələri tərəfindən dəyişdirilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Üçüncü şəxs Əsədova Zərəfşan Bayram qızı iddiaçının bacısı olmaqla, uzun illər əvvəl ailə qurmuş, ər evinə köçmüş, öz evində, yəni Gəncə şəhəri, Əttarlar küçəsi, ev 14-də daimi yaşayır. İddiaçı qeyd edir ki, üçüncü şəxsin onun evinə pasport qeydiyyatı formal qalmışdır və üçüncü şəxsin yaşamadığı Gəncə şəhəri, Nizami küçəsi ev 14-də qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer haqqında”Qanunun tələblərinin pozuntusudur. Bundan əlavə qanuni qüvvədə olan məhkəmə qətnaməsi vardır ki, üçünçü şəxs Zərəfşan Əsədovanın iddiaçının evindən istifadə hüququ itirilmiş hesab edilmişdir. Onun qeydiyyatdan çıxarılması üçün iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur, çünki üçüncü şəxsin həmin evdə yaşayış hüququnun olmaması barədə məhkəmə qətnaməsi vardır. Bu isə o deməkdir ki, üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılması üçün tam əsaslar vardır. Ona görə də iddiaçı hesab edir ki, üçüncü şəxsin ünvan 5vanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

11. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X9 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

12. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.

13. Üçüncü şəxsin nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə elektron kabinetə yüklənmiş xx.xx.2026-cı il tarixli ərizəyə əsasən, iddiaçının qeyd olunan əsaslandırması ilə razı deyildir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, üçüncü şəxs X9 2019-cu ilin fevral ayından bu günədək orada yaşayır. Bu faktı müvafiq icra hakimiyyəti orqanının verdiyi arayış, qonşular və iddiaçının bacısı və qardaşı təsdiq edə bilər. İnzibati iş materiallarına əlavə edilmiş, xx.xx.2025-ci il tarixli, 2-1(114)-2618/2025 saylı qərardaddan görünür ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X9, X7,X12, X8 və X13 Gəncə şəhəri, Nizami küçəsi, 14 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunan qərardadla İddiaçı ərizəsi təmin olunmuş, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X9, X7,X12, X8 və X13 Gəncə şəhəri, Nizami küçəsi, 14 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Bundan sonra iddiaçı Gəncə Şəhər Məhkəməsində X7, X12, X8 və X13 Gəncə şəhəri, Nizami küçəsi, 14 ünvanında yerləşən mənzildən kompensasiya verilməklə çıxarılmasına dair iddia qaldırmışdır. Sual yaranır: niyə X6 da Gəncə Şəhər Məhkəməsində iddia qaldıraraq evdən çıxarılmasını tələb etməmişdir? Cavab sadədir: bacısı Zərəfşan Əsədova da, ondan digər qohumlarının evdən çıxarılmasının qarşılığında vəsait istəyəcəkdir. Ən yaxşı çıxış yolu kimi, məhkəmə qətnaməsini əsas götürərək qeydiyyatdan çıxarılmasını xahiş edir. İddiaçı iddia tələbinin əsası kimi anası tərəfindən Zərəvşan Əsədovanın evdən istifadə hüququnun itirilməsini göstərir. 2012-ci il tarixdə X11 məhkəmədə oğlu İddiaçı qarşı bağışlanma müqaviləsinin ləğv edilməsinə dair iddia qaldırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013cü il tarixli, 2(102)-2013 saylı yekun qərarı ilə İddiaçı xeyrinə qərar qəbul edilmişdir. İddiaçı 10 ildən artıq müddət keçdikdən sonra, yəni anası X5 xx.xx.2024-cü ildə vəfatından 1 ilə yaxın müddətdə məhkəmədə iddia qaldırmışdır. Səbəb kimi isə analarının vəfatından sonra həmin şəxslərin orada qalmasına zərurətin aradan qalxmasını göstərmişdir. Əslində isə tərəflərin 2013-cü ildən bu günədək aralarında olan razılıq ondan ibarət olmuşdur ki, fərdi yaşayış evinin icarəyə verilməsindən əldə edilən gəlirdən tərəflər bərabər şəkildə istifadə etsinlər və bunu da etmişlər. Çünki, anası valideyn olaraq bütün övladlarının mənafeyini düşünmüş və buna da nail olmuşdur. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmasına baxmayaraq, qeyri-yaşayış sahəsinin icarəyə yalnız anası ilə razılaşma əldə etdikdən sonra verə bilmişdir. Əsədova Zərəfşan Bayram qızı anası X5 istəyi ilə İddiaçı razılığı 2019-cu ilin fevral ayında ünvan 7 evə köçmüşdür. İddiaçının Zərəvşan Əsədovanın ünvan 11ünvanında hal-hazırda yaşaması ilə bağlı dəlili əsassızdır. Belə ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsi, ev 4 Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********015-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Sual yaranır: 2008-ci il tarixdə Zərəvşan Əsədovanın istifadə hüququ itirilmişdisə, niyə bu günədək qətnamə icra edilməmişdir? Cavab yenə sadədir: anası Çimnaz Cəfərova övladının pasport qeydiyyatından çıxarılmasında maraqlı olmamışdır. Əgər bu xüsusatla bağlı istək olmuş olsaydı, məhkəmə qətnaməsi icra edilərdi. Qeyd olunan xüsusatların araşdırılması inzibati icraatın araşdırılmasına aid deyildir. Ona görə də, iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir

14. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2026-cı il tarixli məktubla işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir.

15. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlara oxşar izahat vermiş, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs iddia ərizəsinə etiraz etmiş, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə təqdim etdiyi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).

Əsaslandırma hissəsi:

19. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda iddiaçı tərəfindən qaldırılan öhdəliyin icrası haqqında iddia - inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddiadır. Bu kimi iddialarda qanunvericiliyin əsas tələbi məhkəməyə müraciət etməmişdən öncə eyni tələblə cavabdeh inzibati orqana müraciət edilməsidir. İddiaçı qeyd olunan tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tələbin təmin edilməsindən imtina etmişdir.

20. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

21. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün iddiadır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3.inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1.Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Maddə 3. Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı ... “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

26. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

27. Məhkəmə araşdırması zamanı və iş üzrə inzibati icraat materiallarına əsasən, fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi Çimnaz Cəfərovanın müraciəti üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 19 iyun 2008-ci il tarixli 2-696/08 nömrəli qətnaməsi ilə hazırkı iş üzrə üçüncü şəxs Əsədova Zərəfşan Bayram qızının ünvan 7 evə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi qət edildiyi, ünvan 5vanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxsin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüququnun olmaması müəyyən edilmişdir.

28. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

29. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.

30. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxsin sözügedən fərdi yaşayış evi üzərində hər hansı hüquqa malik olmadığı və orada uzun müddət yaşamadığı, hallarda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır.

31. Ona görə də iddiaçı üçüncü şəxsin sözügedən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur.

32. Məhkəmə onu da qeyd edir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq, Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər.

33. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 58, 68, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. X3 ünvan 5vanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti, 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar