Məhkəmə qərarları › İş №2-1(114)-534/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-534/2020

28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-534/2020 28.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, üçüncü şəxs Bəhrəm-zadə Nəcibə Əli qızının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X6rşı (üçüncü şəxslər X7 və Bəhrəm-zadə Nəcibə Əli qızı) çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 3 saylı X6rşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Məshəti qəsəbəsi, Gəc Zavodu ərazisində yerləşən 0.04 ha torpaq sahəsinin üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Məshəti qəsəbəsi, Gəc Zavodu ünvanında yerləşən torpaq sahəsi iddiaçıya Gəncə şəhəri Dəmiryol xəstəxanasında işlədiyi üçün xx xxxxxx 1988-ci il tarixli, 11 nömrəli protokola əsasən X5 Birliyi tərəfindən 0,04 ha torpaq sahəsi ayrılmışdır. Bundan sonra iddiaçı həmin torpaq sahəsində xx xxxx 2018-ci il tarixdə tikintiyə icazə layihəsinə uyğun olaraq tikinti sənədlərini cavadehə təqdim edərək torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmiş, lakin cavabdeh iddiaçıya torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edərək, ona aid torpaq sahəsinin X7 tərəfindən zəbt olunduğunu göstərmişdir. 2017-ci il tarixdə 3-cü şəxs X7 tərəfindən iddiaçıya qarşı iddia qaldırılaraq torpaq sahəsinin ona aid olduğu və iddiaçının həmin torpaq sahəsindən çıxarılmasını tələb etmiş, X13 Rayon Məhkəməsi tərəfindən 3-cü şəxs X2 iddiası təmin edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və ekspertiza keçirildikdən sonra müəyyən edilmişdir ki, 3-cü şəxs X3 məxsus çıxarışın iddiaçıya aid olan torpaq sahəsi ilə heç bir bağlılığı yoxdur. Bundan sonra 3-cü şəxs X2 iddiası Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə rədd olunmuşdur. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə müraciət edərək qeyd olunan torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir. İddiaçının vəkili Vəkil əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iş üzrə üçüncü şəxs X7 iddiaçının torpaq sahəsində ev tikir, çünki həmin şəxs hesab edir ki, sözügedən torpaq sahəsi ona məxsusdur. X8 Məhkəməsində işə baxılarkən ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı öz torpağından istifadə edir. Cavabdehin nümayəndəsi X4 əvvəli məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində yerləşən iddiaçının ona məxsus olduğunu iddia etdiyi 0,04 ha torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, həmin torpaq sahəsi X7 tərəfindən Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-3580 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bəhrəm-zadə Nəcibə Əli qızına satılmış, sonuncunun adına xx.xx.2019-cu il tarixli, **********35 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd edilən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı həmin əmlaka dair təqdim edilmiş sənədlər əsasında, qanunvericiliyin tələbləri nəzərə alınmaqla aparılmışdır. Üçüncü şəxs Bəhrəm-zadə Nəcibə Əli qızı məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, o, həmin sahəni Leyla Orucovadan almışdır və hazırda həmin sahədə yerləşən evdə yaşayır. Üçüncü şəxs X3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi mümkün olmamışdır. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx.xx.1988-ci il tarixli Azərbaycan Dövlət Dəmiryolu Kirovabad hissəsinin iclas protokolundan çıxarışın surətindən görünür ki, Kirovabad şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1988-ci il tarixli 11 nömrəli qərarına əsasən Şıxəli Qurbanov birliyinə 60 yerin növbəlilik əsasında paylanılması və növbədə durmuş İddiaçı bağ sahəsinin verilməsi qərara alınmışdır. -xx.xx.1990-cı il tarixli Ş.Qurbanov adına Yoldaşlıq Bağçılıq birliyinin arayışının surətindən görünür ki, Kirovabad şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1988-ci il tarixli 11 nömrəli qərarına əsasənGəc zavodu 1a adlanan ərazidən 127 saylı 400 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır. -AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X9 xx.xx.2019-cu il tarixli, **********40 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X1 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1988-ci il tarixli Azərbaycan Dövlət Dəmiryolu Kirovabad hissəsinin iclas protokoluna əsasən Kirovabad şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1988-ci il tarixli 11 nömrəli qərarı əsasında Şıxəli Qurbanov birliyinə 60 yerin növbəlilik əsasında paylanılması və növbədə durmuş İddiaçı bağ sahəsinin verilməsi qərara alınmış və ona Gəc zavodu 1a adlanan ərazidən 127 saylı 400 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı qeyd edilən sənədlərə istinad edərək Gəncə şəhəri, Məshəti qəsəbəsi, Gəc Zavodu ərazisində yerləşən 0.04 ha torpaq sahəsinin üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh imtinasının əsası isə iddia olunan torpaq sahəsinin Bəhrəm-zadə Nəcibə Əli qızının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi olmuşdur. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Yuxarıda adı çəkilən müvafiq sənədlər əsasında iddiaçıya torpaq sahəsi ayrılsa da, torpaq ayrılan zaman onun döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd verilməmiş, yalnız 2018-ci ildə X14 Hakimiyyətindən yaşayış evinin yerləşdirilməsi ilə bağlı eskiz layihəsi verilmişdir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi sənədlər əsasında Gəncə şəhəri Məhsəti qəsəbəsi ərazisində istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı hazırda üçüncü şəxs Bəhrəm-zadə Nəcibə Əli qızının mülkiyyətində olan torpaq sahəsinin məhz ona bağ sahəsi kimi ayrılmış torpaq sahəsi olduğunu iddia etsə də, torpaq sahəsinin sərhədlərini və yerləşmə yerini müəyyən edə bilmək üçün zəruri sənədlər olmadığından iddiaçıya ayrılmış torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini də müəyyən etmək mümkün deyildir. Beləliklə iddiaçı iddia etdiyi torpaq sahəsinin ona məxsus olması faktını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri,torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi yuxarıda qeyd olunan tələblərdən hər-hansı biri iddiaçı tərəfindən yerinə yetirilməmiş, başqa sözlə tələb olunan sənədlər iddiaçı tərəfindən inzibati orqana təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X6rşı çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar