Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-535/2024 04.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Naftalan rayonu Qaşaltı Qaraqoyunlu bələdiyyəsi) qarşı “mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.2007-ci il tarixdə ərizəylə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 15000 kv.m torpaq sahəsinin ona satılması ilə bağlı Goranboy rayon Qasımbəyli bələdiyyəsinə müraciət etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsi tərəfindən verilmiş rəyə əsasən İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 15000 kv.m olmaqla Gədəbəy bələdiyyəsi mülkiyyətinə aiddir və alqı-satqı predmetidir.Satılması nəzərdə tutulan torpaq sahəsi “İtən yeri” adlanan ərazidən, yolun təsir zonasından kənarda qismən yararsız olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə satılması qanuna müvafiqdir. Goranboy rayon Qasımbəyli bələdiyyəsi tərəfindən 16 yanvar 2007-ci il tarixli yerin seçilmə aktına əsasən Komissiya Qasımbəyli bələdiyyəsinin mülkiyyətində olan İtən yeri adlanan ərazidən, yolun təsir zonasından kənarda 15000 kv.m qismən yararsız torpaq sahəsini, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə satış yolu ilə iddiaçıya satılması məqsədə müvafiq bilinmişdir. Goranboy rayon Qasımbəyli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı qərarına əsasən İddiaçı 15000 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2007-ci il tarixdə Goranboy rayon torpaq şöbəsində 30 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 Naftalan şəhəri, Qasımbəyli kəndində yerləşən 1,50 ha torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətinə İdarənin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, üzərində mülkiyyət hüququnun qeydə alınması üçün müraciət edilmiş 1,50 ha torpaq sahəsi kənd təsərrüfatlı təyyinatlı örüş sahəsidir. Bu səbəbdən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması qanunvericiliyin tələblərinə uyğun deyildir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə vəzifə qoymaqla 16 yanvar 2007-ci il tarixli Goranboy rayonu Qasımbəyli bələdiyyəsinin 1 nömrəli qərarına əsasən **********2000116 nömrəli kadastrın 1,50 ha torpaq sahəsinin onun mülkiyyətinə qeydə alınıb çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır.
1. Sual: İddiaçı Goranboy rayonu Qasımbəyli bələdiyyəsinin xx.xx.2007 - ci il tarixli 1 nömrəli qərarı ilə ona verilmiş 15000 kvm torpaq sahəsindən faktiki olaraq istifadə edirmi?
2. Sual: İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin həcmi nə qədərdir? 1-2 sualın cavab: İddiaçı hal hazırda iddia etdiyi torpaqdan istifadə etmir. İddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi 1.5 ha təşkil edir .
3. Sual: İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin hüquqi rejimi və təyinatı necədir, hər-hansı subyektin mülkiyyətində, icarəsində və ya qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşürmü? Cavab: İddiaçı hal hazırda hər hansı torpaq sahəsindən istifadə etmir lakin iddia etdiyi və naturada göstərdiyi TEKUİS məlumat bazasına əsasən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpağıdır,digər subyektin mülkiyyətində, icarəsində və ya qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür.Reyin hansi nov ve hansi tarixli xerite ve bazaya esasen hazirlandigi gosterilsin. Cavab: Rey TEKUİS (Torpaqlarin elektron kadastr ucot informasiya sistemine) elektron melumat bazasina esasen hazirlanmışdır. Məhkəmənin qərardadı ilə Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikası qanununa əsasən Qasımbəyli və Qaşaltı Qaraqoyunlu kəndlərində Qaşaltı Qaraqoyunlu bələdiyyəsi yaradılması maddəsinə əsasən Naftalan rayonu Qasımbəyli bələdiyyəsinin üçüncü şəxs qismində iştirakına xitam verilmişdir, Naftalan rayonu Qaşaltı Qaraqoyunlu bələdiyyəsi üçüncü şəxs qismində icraata cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi məhkəməni qane etmədiyindən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-677/2024 saylı qərarında ifadə edilmiş mövqeyi əsasında iş üzrə təkrar mütəxəssis təyin edilmişdir. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən,
1. Sual: Goranboy rayonu Qasımbəyli bələdiyyəsinin xx.xx.2007 - ci il tarixli 1 nömrəli qərarı ilə İddiaçı ona satılmış 1.50 ha torpaq sahəsinin mülkiyyət forması, kateqoriyası, təyinatı üzrə hansı növ torpaq sahəsinə aiddir? 1 Cavab: Goranboy rayonu Qasımbəyli bələdiyyəsinin xx.xx.2007 - ci il tarixli 1 nömrəli qərarı ilə İddiaçı ona satılmış 1.50 ha torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən mülkiyyət forması bələdiyyə,kateqoriyyası kənd təsərrüfatı təyinatlı örüş torpağıdır,
2. Sual: Həmin torpaq sahəsi üzərində başqa şəxsin şəxslərin və ya orqanların hüquqlarının dövlət reyestrində qeydiyyata alınıbmı. Cavab: Həmin torpaq sahəsi üzərində başqa şəxsin şəxslərin və ya orqanların hüquqlarının dövlət reyestrində qeydiyyata alınmayıb 3.Sual: Torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına, elektirik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşüb - düşməməsi? Cavab: İddiaçı tərəfin naturada göstərdiyi torpaq sahəsinin yerin üzərində qaz kəmərinin mühafizə zolağına, elektirik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər kommunikasiya xətləri mövcud olmadığından mühafizə zolağına və ya sürüşmə zonasına düşmür. 4.Sual:Qeydə alınması nəzərdə tutulan 1.5 ha torpaq sahəsinin hər hansı digər şəxslərin hüquqlarına toxunub - toxunmaması?(üst-üstə düşmə varmı,hansı hissədə ölçüdə kordinatları). Cavab: Qeydə alınması nəzərdə tutulan 1.5 ha torpaq sahəsi digər subyektin mülkiyyətində, icarəsində və ya qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür 5.Sual: Faktiki istifadə edilən torpaq sahəsinin koordinatlar, ölçüsü. Cavab: İddiaçı hal hazırda iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi 1.5 ha təşkil edir.Koordinatları əks etdirən sxem rəyə əlavə edilir. 6.Sual:Faktiki torpaq sahəsində və yaxud qeydə alınması nəzərdə tutulan torpaq sahəsində hər hansı bir tikili mövcudluğu barədə, tikili mövcud olduğu təqdirdə tikilinin vəziyyəti, tikilinin hansı tarixdə tikilməsi? Cavab: Faktiki torpaq sahəsində və yaxud qeydə alınması nəzərdə tutulan torpaq sahəsinin üzərində hər hansı tikili mövcud deyil 7.Sual: Goranboy rayonu Qasımbəyli bələdiyyəsinin xx.xx.2007 - ci il tarixli 1 nömrəli qərarı ilə İddiaçı ona satılmış 1.50 ha torpaq sahəsinin satıldığı zaman hansı kateqoriyaya aid olması? Cavab: Goranboy rayonu Qasımbəyli bələdiyyəsinin xx.xx.2007 - ci il tarixli 1 nömrəli qərarı ilə İddiaçı ona satılmış 1.50 ha torpaq sahəsinin satıldığı zaman kateqoriyası M.Məmmədov adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerqurluşu layihəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. 8.Sual: Goranboy rayonu Qasımbəyli bələdiyyəsinin xx.xx.2007 - ci il tarixli 1 nömrəli qərarı ilə İddiaçı ona satılmış 1.50 ha torpaq sahəsi (naturada təqdim etdiyi torpaq sahəsi) 1.5 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti ilə iş materiallarında mövcud olan **********2000116 nömrəli torpaq sahəsinin kadastr planına uyğun olaraq həmin ərazinin hüdudları daxilində yerləşirmi? Cavab: Goranboy rayonu Qasımbəyli bələdiyyəsinin xx.xx.2007 - ci il tarixli 1 nömrəli qərarı ilə İddiaçı ona satılmış 1.50 ha torpaq sahəsi naturada yerləşmə vəziyyəti ilə iş materiallarında mövcud olan **********2000116 nömrəli torpaq sahəsinin kadastr planına uyğun olaraq həmin ərazinin hüdudları daxilində yerləşir. 9.Sual: İddiaçının naturada təqdim etdiyi iddia etdiyi 1.5 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti ilə yerquruluşu planından çıxarışda şərti göstərilən sahə üst- üstə düşürmü? Cavab: İddiaçının naturada təqdim etdiyi, iddia etdiyi 1.5 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti ilə yerquruluşu planından çıxarışda şərti göstərilən sahə üst- üstə düşür. 10.Sual: Rəyin hansı növ və tarixli xəritə və bazaya əsasən hazırlandığı göstərilsin. Cavab: Rəy kompleks yerqurluşu layihəsinə və TEKUİS (Torpaqların elektron kadastr ucotu informasiya sisteminə) elektron məlumat bazasına əsasən hazırlanmışdır. xx.xx.2024-cü il tarixində məhkəmə tərəfindən əraziyə yerli baxış keçirilmiş, yerli baxışda iddiaçı, cavabdehin nümayəndəsi və rəyi hazırlamış yerquruluşu təşkil şöbəsinin mühəndisi Rafayıl Tanrıverdiyev iştirak etmişlər, yerli baxış zamanı iddiaçının iddia etdiyi ərazinin faktiki ərazi ilə üst-üstə düşdüyü,həmçinin iş materiallarına əlavə edilmiş yerquruluşu planından çıxarışda qeyd edilmiş miqyasa uyğun olması müəyyən olunmuşdur. Rafayıl Tanrıverdiyev yerli baxış zamanı rəydə verdiklərini təsdiq etmiş, naturada təqdim edilmiş torpaq sahəsinin iddiaçının iddia etdiyi 1,5 ha torpaq sahəsi ilə üst-üstə düşdüyünü,digər subyektin mülkiyyətində, istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyini qeyd etmişdir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixdə növbəti etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan kadastr araşdırması nəticəsində məlum olmuşdur ki, sahibkarlıq məqsədilə üzərində mülkiyyət hüququnuzun dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etdiyi 1.50 ha torpaq sahəsi kənd təsərrüfatəyinatlı örüş sahəsidir. Bu səbəbdəndə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16.2-ci maddəsinə əsasən yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16.3-cü maddəsinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş dövlətorpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Yuxarıda qeyd olunan səbəblərə görə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydyyata alınması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.3.-cü maddəsinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İmtina məktubundan da göründüyü kimi Ərazi İdarəsi tərəfindən hər hansı bir qanunsuz hərəkət və ya hərəkətsizlik ediləməmiş, mövcud qanunvericiliyin tələbləri izah olunmaqla ərizənin icrasından imtina olunmuşdur. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs isə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək təmin olumasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Goranboy rayon Qasımbəyli bələdiyyəsinin (indiki Naftalan rayonu Qaşaltı Qaraqoyunlu bələdiyyəsi) 16 yanvar 2007-ci il tarixli, 1 saylı qərarı ilə ona satılmış Naftalan şəhəri, Qasımbəyli kəndində yerləşən 1,50 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
Əsaslandırıcı hissə:
İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Goranboy rayon Qasımbəyli bələdiyyəsinin xx.xx.2007-cü il tarixli 01 saylı qərarı ilə bələdiyyə torpağından 15000 kv.m torpaq sahəsi iddiaçıya sahibkarlıq fəaliyyəti məqsədilə satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqı-satqısına dair akt” bağlanmış, iddiaçı bələdiyyənin hesabına ödənişlər edilmiş, eləcə də alqı-satqı aktı keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsində xx.xx.2007-ci il tarixdə 30 nömrə ilə qeydiyyata alınmışdır. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan hüquqmüəyyənedici sənədlər arasında uyğunsuzluq olmasına istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(102)-677/2024 saylı qərarında ifadə edilmiş mövqeyinə uyğun olaraq qeyd edir ki, cavabdeh orqan imtinasında həmçinin etirazında torpaq sahəsinin örüş torpaq sahəsi olmasını qeyd etsədə iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinin rəyində torpaq sahəsinin kənd təsərrüfatına qismən yararsız “İtən yeri” adlanan ərazidən, yolun təsir zonasından kənarda bələdiyyə mülkiyyətində olmaqla satılması nəzərdə tutulan olduğu qeyd edilmişdir və bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-cimaddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Yuxarıda da qeyd edildiyi kimi hazırkı iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Goranboy rayon şöbəsi tərəfindən verilmişdir. İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, kənd təsərrüfatına qismən yararsız olmaqla satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, naturada təqdim olunan sahənin faktiki ölçüsü 1.50 ha-dır. Faktiki təqdim olunan sahənin naturada yerləşmə vəziyyəti ilə, iş materiallarında mövcud olan, yerquruluşu planından çıxarışda şərti göstərilən sahə üst-üstə düşür. Odur ki, 16 yanvar 2007-ci ildə torpaq sahəsinin satılmasının qanuna müvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin örüş sahəsi olması barədə verilən imtina əsaslı hesab edilə bilməz. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-677/2024 saylı qərarında ifadə edilmiş mövqeyinə uyğun olaraq işdəki mütəxəssis rəyinə əsasən torpaq sahəsinin koordinatlar baxımından iddiaçının faktiki istifadəsində olan 1.50 ha torpaq sahəsi ilə texniki sənədlərdə olan 1.50 ha torpaq sahəsinin koordinatları üst-üstə düşməsi, həmin torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığı, torpaq sahəsi üzərində qaz kəməri və elektrik xətti müşahidə olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)- 1046/2024 saylı qərarında ifadə edilmiş mövqeyə əsasən hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Cavabdeh orqanın sorğuya cavab məktubu və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı ilə eyni əsaslara malik həmin ərazidə olan digər şəxslərin daşınmaz əmlak üzərində hüquqları qeydiyyata alınaraq müvafiq çıxarışlar verilmişdir. Cavabdeh orqanın sorğuya cavab məktubu və ona əlavə edilmiş sənədlərə əsasən ünvan 1i ünvanında yerləşən xx.xx.2020-ci il qeydiyyat tarixli,********** qeydiyyat nömrəli, ünvan 1i ünvanında yerləşən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və ünvan 2i ünvanında yerləşən xx.xx.2022-ci il qeydiyyat tarixli,********** qeydiyyat nömrəli torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. xx.xx.2022-ci il qeydiyyat tarixli,********** qeydiyyat nömrəli torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən adına çıxarış tərtib edilmiş X2 torpaq sahəsini xx.xx.2022-ci il tarixində X3 almışdır, sonuncu şəxs qeyd olunan torpaq sahəsini Goranboy rayonu Qasımbəyli Qaraqoyunlu bələdiyyəsinin 21 yanvar 2005-ci il tarixli 01 saylı qərarı əsasında almışdır Bu hal onu sübut edir ki, Goranboy rayonu Qasımbəyli Qaraqoyunlu bələdiyyəsinin 2005-ci il tarixində qəbul edilmiş qərarı əsasında satılmış torpaq sahəsinə dair digər şəxsin mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında üçüncü şəxs Naftalan şəhər X1 sədri Nümayəndə məhkəmə iclasında yuxarıda qeyd edilmiş faktı bildirmişdir və iddiaçının adına mülkiyyət hüququnun qeydə alınmasına etirazlarının olmadığını qeyd etmişdir. Naftalan şəhəri X1 xx.xx.2023-cü il tarixli məktubuna əsasən Goranboy rayonu Qasımbəyli bələdiyyəsi ilə Qasımbəyli kənd sakini İddiaçı arasında 16 yanvar 2007-ci il tarixdə bələdiyyənin alqı-satqı predmenti olan kənd təsərrüfatına qismən yararsız olan sahibkarlıq üçün 1.50 ha və ya 15000 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı satılmışdır. Naftalan şəhəri X1 inzibati ərazisində (Qasımbəyli kəndində) yerləşən İddiaçı qonşuluğunda yerləşən torpaq sahələri çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)- 716/2024 saylı qərarında ifadə edilmiş mövqeyə əsasən: İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinin rəyində torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla satılması nəzərdə tutulan “İtən yeri” adlanan ərazidən, yolun təsir zonasından kənarda qismən yararsız torpaq sahəsi olduğu qeyd edilmişdir.Vurğulamaq lazımdır ki, bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Goranboy rayon şöbəsi tərəfindən verilmişdir. İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə iddiaçı ilə bələdiyyə arasında bağlanmış alqı-satqı müqaviləsi, müqavilənin rayon torpaq şöbəsində qeydə alınması barədə məlumat, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, kənd daxili olmaqla satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur. 2007-ci ildə torpaq sahəsinin satılmasının qanuna müvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin örüş sahəsi olması barədə verilən mütəxəssis rəyi əsaslı hesab edilə bilməz. Məhkəmə əlavə olaraq bildirir ki, fərmanda sadəcə olaraq torpaq sahə ilə bağlı rəy verən orqanların adı dəyişdirilmişdir. Həmin fərmanda, eləcə də başqa bir normativ hüquqi aktda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları tərəfindən verilmiş rəylərin etibarsızlığı və ləğv edilməli olması ilə bağlı müddəa mövcud deyildir. Odur ki, iddiaçının mübahisə edilən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edilməsi üçün zəruri sənədlərə (torpaqların alqı-satqısına dair akt, mübahisəli torpaq sahəsinin yerləşdiyi yerə uyğun yerquruluşu haqqında plan, həmçinin torpaq sahəsinin satılmağa uyğunluğu barədə səlahiyyətli orqanın rəyi) malik olduğundan onun tələbi əsaslıdır. Məhkəmə Ali Məhkəmənin yuxarıda qeyd edilmiş mövqeyinidə əsas götürməklə hesab edir ki, iddiaçının daşınmaz əmlak üzərində hüququnun qeydə alınmasında imtina belə olan halda iddiaçının etimad hüququnun pozulmasına səbəb olur. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Goranboy rayon Qasımbəyli bələdiyyəsinin (indiki Naftalan rayonu Qaşaltı Qaraqoyunlu bələdiyyəsi) 16 yanvar 2007-ci il tarixli, 1 saylı qərarı ilə İddiaçı satılmış Naftalan şəhəri, Qasımbəyli kəndində yerləşən 1,50 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva