Məhkəmə qərarları › İş №2-1(114)-5367/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-5367/2025

24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5367/2025 24.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı doğum akt qeydinə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Rüstəmova Esmira Vəzir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı Samux rayon İHB-nin Əli-Bayramov kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 25 aprel 1960-cı ildə tərtib edilmiş 24 nömrəli doğum akt qeydindəki səhvin düzəldilməsi, yəni ad qrafasındakı “Qiyamət” sözünü dəyişdirərək, adının “Qəribə” olaraq qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Doğum haqqında xx.xx.1960-cı il tarixli 24 nömrəli akt qeydinə əsasən X8 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. X3, anası X6r.

2. AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən və xx.xx.2008-ci il tarixli P3143552 nömrəli pasportdan görünür ki, iddiaçının adı İddiaçı kimi qeyd olunmuşdur.

3. xx.xx.2019-cu il tarixli AZ-İİ № 333149 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X5 ilə İddiaçı xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar.

4. Fiziki şəxsin vergi uçotu haqqında ********** qeydiyyat nömrəli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır.

5. MT-İ №290494 nömrəli diplomundan müəyyən olunur ki, İddiaçı Bakı maliyyəkredit texnikumunun Dövlət bankında uçot və əməliyyat texnikası ixtisası üzrə təhsil almışdır.

6. Cavabdeh xx.xx.2025-ci il tarixli 3-16-5/18-13-49/25 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, təqdim olunan şəxsiyyət vəsiqəsi ilə arxiv sənədləri arasında ziddiyyət vardır, belə ki, Samux rayon İHB-nin Əli-Bayramov kand İƏD-si üzrə nümayəndəliyi tərəfindən 25 aprel 1960-cı ildə tərtib edilmiş 24 nömrəli doğum akt qeydinin ad qrafasında «Qiyamət» yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmçinin 9.9 bəndə uyğun olaraq Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr və arayışlar vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağız kitablarındakı qeydlərə uyğun yazılır. Belə ki, Azərbaycan Respublika MPM-nin 307.2.11-ci maddəsinə əsasən həqiqətən də onun X8 olmağının faktı məhkəmə qaydasında müəyyən olunduqdan sonra təkrar şəhadətnamə verilməsi ilə bağlı müraciətinə baxıla bilər. Odur ki, bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. II. Məhkəmədə icraat

7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayon İHB-nin Əli-Bayramov kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 25 aprel 1960-cı ildə tərtib edilmiş 24 nömrəli doğum akt qeydindəki səhvin düzəldilməsi, yəni ad qrafasındakı “Qiyamət” sözünü dəyişdirərək, adının “Qəribə” olaraq qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1960-cı il tarixdə Samux rayon Əhmədbəyli kəndində anadan olmuşdur. X1, anası X9r. Bütün sənədlərində də adı məhz Qəribə kimi qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixində həyat yoldaşı rəhmətə getmiş və qanunvericiliyə əsasən həyat yoldaşının pensiyasını almaq hüququ vardır. Bu məqsədlə ƏƏSMN-nə müraciət etmiş, tələb olunan sənədləri toplayan zaman doğum haqqında şəhadətnamənin itdiyinin fərqinə varmış, təkrar verilməsi üçün Cavabdehnə müraciət etmişdir. Müraciətindən sonra ona məlum olmuşdur ki, akt qeydində adı Qəribə yox, Qiyamət olaraq yazılmışdır. Qeydiyyat şöbəsinə yanlışlığın aradan qaldırılması üçün müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

13. Cavabdehin yerləşdiyi yer olan Samux rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

18. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

19. Cavabdeh orqanın nümayəndəsi X4 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz etmədiyini bildirmiş və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

20. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Doğum akt qeydi; - AA ******* nömrəli şəxsiyyət vəsiqəsi; - xx.xx.2008-ci il tarixli P3143552 nömrəli pasport; - xx.xx.2019-cu il tarixli AZ-İİ № 333149 nömrəli nikah haqqında şəhadətnamə; - Fiziki şəxsin vergi uçotu haqqında ********** qeydiyyat nömrəli şəhadətnamə; - MT-İ №290494 nömrəli diplom; - Cavabdeh xx.xx.2025-ci il tarixli 3-16-5/18-13-49/25 nömrəli imtina məktubu;

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

22. İş materiallarından müəyyən olur ki, İddiaçı ona məxsus doğum haqqında akt qeydində adının Qiyamətdən Qəribəyə dəyişdirilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2025-ci il nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, Samux rayon İHB-nin Əli-Bayramov kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən 25 aprel 1960-cı ildə tərtib edilmiş 24 nömrəli doğum akt qeydinin ad qrafasında «Qiyamət» yazılmışdır. Həmin akt qeydində düzəliş edərək adını “Qəribə” kimi qeyd etmək qeydiyyat şöbəsinin səlahiyyətləri xaricindədir. Bu səbəblə onun aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunur.

23. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.

24. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...

26. Məhkəmə hesab edir ki, İddiaçı doğum haqqında akt qeydində adı Qiyamət kimi qeyd edilmişdir. Lakin iş materiallarında olan tədqiq olunan digər bütün sənədlərdə iddiaçının adı Qəribə kimi (İddiaçı) qeyd edilmişdir.

27. Bu isə o deməkdir ki, həqiqətən də İddiaçı doğum akt qeydində səhvə yol verilmiş və iddiaçının adı barəsində məlumat düzgün qeyd edilməmişdir.

28. Buna görə də, cavabdehin hərəkətləri nəticəsində İddiaçı subyektiv hüququ pozulmuşdur.

29. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Samux rayon İHB-nin Əli-Bayramov kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən 25 aprel 1960-cı ildə 24 nömrə ilə tərtib edilmiş doğum akt qeydinə düzəliş edilərək İddiaçı adının “Qəribə” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.

30. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

31. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Samux rayon İHB-nin Əli-Bayramov kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 25 aprel 1960-cı ildə 24 nömrə ilə tərtib edilmiş doğum akt qeydinə düzəliş edilərək, “Qiyamət” adının “Qəribə” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar