Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-537/2020 11.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı və onun vəkili X5, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X9 nümayəndəsi X1, Üçüncü şəxs Həsənov Firudin Bədəl oğlunun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X10 (üçüncü şəxs Həsənov Firudin Bədəl oğlu) qarşı dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: xx xxx 2004-cü il tarixli, 06 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Daşkəsən rayonu, Quşçu kəndində yerləşən anbar binası İddiaçı Hüsey oğlunun adına 4 nömrəli reyestr kitabında 1524 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(030)-246/2011 nömrəli qətnaməsinə ilə ərizə təmin edilmiş, ərizəçi X4 Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 240 kv.m və 270 kv.m sahələri olan 2 (iki) silos quyusuna, 440 kv.m sahəsi olan ot və taxıl saxlama anbarına və 330 kv.m sahəsi olan su anbanrına, həmçinin həmin bina və qurşuların yerləşdiyi və onlardan istifadə üçün zəruri olan cəmi 5280 kv.m torpaq sahəsinə mülkiyyət hüququ üzrə sahiblik, onlardan istifadə etməsi və onların barəsində sərəncam verməsi faktının müəyyən edilməsi, həmin 2 (iki) silos quyusuna, 1 (bir) ot və saxlama anbarına və 1(bir) su anbarına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində Həsənov Firudin Bədəl oğlunun adına qeydiyyata alınması və bu barədə reyestrdən çıxarış verilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X10 həvalə edilməsi qət edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Daşkəsən rayonu, Quşçu kəndində 0.1402 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 440 kv.m sahədən ibarət olan qeyri-yaşayış binası (anbar) tam mülkiyyət hüququ üzrə Həsənov Firudin Bədəl oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(104)-451/2017 nömrəli qərardadının təsdiqlənmiş surətindən görünür ki, maraqlı şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(030)-246/2011 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi Həsənov Firudin Bədəl oğlunun maraqlı şəxslər Həsənov Bədəl Təmraz oğluna, Məmmədova (Həsənova) Nərminə Bədəl qızına və Vəliyeva (Həsənova) Mənsurə Bədəl qızına qarşı mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(102)- 2589/17 nömrəli qərarı ilə ərizəçi Həsənov Firudin Bədəl oğlunun kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(104)-451/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(030)-227/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən 1 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində Daşkəsən rayonu, Quşçu kəndində yerləşən, daşınmaz əmlaka dair Həsənov Firudin Bədəl oğlunun adına aparılmış xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********75-06301 reyestr nömrəli qeydiyyatın və həmin qeydiyyat əsasında Həsənov Firudin Bədəl oğlunun adına verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(104)-594/2019 nömrəli qərardadı ilə cavabdeh Həsənov Firudin Bədəl oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(030)- 227/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İddiaçı qeydə alınmış hüququn ləğvi ilə bağlı ilk öncə həmin hüququ qeydə almış müvafiq icra hakimiyyəti orqanına (ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsi) müraciət etməli olması, inzibati orqan bundan imtina etdiyi təqdirdə isə müvafiq icra hakimiyyəti orqanlarının hərəkətlərinə hüquqi qiymətin verilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməli olması izah olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X9 (bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X13) xx.xx.2019-cu il tarixli məktubu ilə təqdim olunmuş məhkəmə qərarları ilə Daşkəsən rayonu, Quşçu kəndində yerləşən, Həsənov Firudin Bədəl oğlunun adına verilmiş çıxarışın ləğvi ilə bağlı 3 saylı X9 üzərinə hər hansı bir vəzifənin qoyulmadığı və Həsənov Firudin Bədəl oğlunun adına verilmiş mülkiyyət hüququna dair sənədlərin mübahisələndirilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Həsənov Firudin Bədəl oğluna qanunsuz olaraq verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli, **********75-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Həsənov Firudin Bədəl oğlunun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X13 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, **********75-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, yəni mülkiyyət hüququnun verilməsinə əsas olan qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx xxx 2004-cü il tarixdə Daşkəsən rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 06 №-li Qeydiyyat Vəsiqəsi verilmişdir. Bu qeydiyyat vəsiqəsi 4 №-li reyestr kitabında 1524 reyestr nömrəsi ilə qeydə alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-246/2011 saylı xx xxxxxx 2011-ci il tarixli qətnaməsinə əsasən ərizəçi Həsənov Firudin Bədəl oğlunun Daşkəsən rayonu Quşçu kəndində yerləşən 240 kv.m və 270 kv.m sahələri olan 2(iki) silos quyusuna, 440 kv.m sahəsi olan ot və taxıl saxlama anbarına və 330 kv.m sahəsi olan su anbarına, həmçinin həmin bina və qurğuların yerləşdiyi və onlardan istifadə üçün zəruri olan cəmi 5280 kv.m torpaq sahəsinə mülkiyyət hüququ üzrə sahiblik, onlardan istifadə etməsi və onların barəsində sərəncam verməsi faktı müəyyən edilmişdir. Həmin 2(iki) silos quyusuna, 1 (bir) ot və taxıl saxlanma anbarına və 1 (bir) su anbarına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində Həsənov Firudin Bədəl oğlunun adına qeydiyyata alınması və bu barədə reyestrdən çıxarış verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X10 həvalə edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən Həsənov Firudin Bədəl oğluna qanunsuz, olaraq RX seriyalı, ******* nömrəli xx.xx.2012-ci il tarixli, **********75-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Onun nə Daşkəsən Rayon Məhkəməsinin 2(030)-246/2011 saylı xx xxxxxx 2011-ci il tarixli qətnaməsindən, nə də Həsənov Firudin Bədəl oğluna qanunsuz olaraq RX seriyalı, ******* nömrəli çıxarışdan xəbəri olmamışdır. Mübahisə edilən aktdan ona görə xəbəri olmamışdır ki, Həsənov Firudin Bədəl oğluna qanunsuz olaraq RX seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarış verilməsinə baxmayaraq mübahisə edilən əmlak onun istifadəsində olmuş və buna dair hər hansı bir mübahisə olmamışdır. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-246/2011 saylı xx xxxxxx 2011-ci il tarixli qətnaməsindən xəbəri olduqdan sonra ona məlum olmuşdur ki, artıq Həsənov Firudin Bədəl oğlu qanunsuz olaraq, onun mülkiyyətində olan əmlaka qanunsuz çıxarış əldə etmişdir. Bu hallar ona məlum olduqdan sonra onun maraqlarına toxunduğu üçün və mülkiyyət hüququnu pozduğu üçün Daşkəsən Rayon Məhkəməsinə buraxılmış müddətin bərpası ilə bağlı ərizə ilə müraciət etmiş, məhkəmənin xx xxxxxx 2016-ci il tarixli qərardadına əsasən Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası və apellyasiya şikayəti baxılması üçün iş ilə birlikdə apellyasiya məhkəməsinə göndərilməsi haqqında vəsatəti təmin edilmişdir.. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-451/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qərardadına əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli 2(030)-247/2011 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi Həsənov Firudin Bədəl oğlunun ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102) 2589/17 saylı xx xxxxx 2017-ci il tarixli qərarına əsasən ərizəçi Həsənov Firudin Bədəl oğlunun kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-451/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Mübahisə edilən inzibati akt tamamilə qanunsuz və əsasızdır, belə ki, Daşkəsən rayon texniki invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən Daşkəsən rayonun Quşçu kəndində yerləşən mübahisə edilən mülkə dair xx.xx.2004-cü il tarixdə ona qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsinin koordinatları ilə mübahisə edilən inzibati aktın koordinatları eynilik təşkil edir, ləğv edilməsi üçün şikayət verdiyi inzibati aktı əldə edən Həsənov Firudin Bədəl oğluna çıxarış ondan sonra verilmişdir. Hesab edir ki, həmin çıxarış qanunsuz və əssasızdır. İddiaçı və vəkili X8 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermişlər və tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X9 etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, mübahisələndirilən çıxarışın verilməsinə əsas olan Daşkəsən Rayon Məhkəməsinin 2(030)-246/2011 saylı xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ləğv edilsə də məhkəmə qərarları ilə Daşkəsən rayonu, Quşçu kəndində yerləşən, Həsənov Firudin Bədəl oğlunun adına verilmiş çıxarışın ləğvi ilə bağlı 3 saylı X9 üzərinə hər hansı bir vəzifə qoyulmamışdır. Qeyd olunanları nəzərə alaraq ərizənin icrası mümkün olmamış, iddiaçıya Həsənov Firudin Bədəl oğlunun adına verilmiş mülkiyyət hüququna dair sənədlərin mübahisələndirilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Üçüncü şəxs Həsənov Firudin Bədəl oğlu iddia tələbinə etiraz edərək bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi əsasında xx.xx.2012-ci il tarixdə DƏDRX-dən ******* saylı çıxarış almışdır. Sonra xx xxxx 2017-ci il tarixdə Əmlak Məsələləri üzrə Dövlət komitəsinin sədr müavini Rafiq Cəlilovun imzası ilə adına gələn məktubda göstərdilər ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 saylı Fərmanı ilə təsdiq edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin satılması qaydaları haqqında Əsasnaməyə əsasən özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin satılması mülkiyətçiyə təklif olunur. Mülkiyyətçi etiraz etsə , satınalma hüququ saxlanılmaqla icarəsinə verilə bilər. Bildiriş verildiyi gündən 15 günə qədər vaxt qoyulmuşdur. Ona görə də torpaq sahəsini ala bilməmişlərsə, Dövlət Əmlak Komitəsinin xx xxxxxxx 2017-ci il tarixli 393 saylı müqaviləsi ilə razılaşaraq bu müqavilə onun tərəfindən imzalanıb və bu günədək icarə haqqını ödəməkdə davam edir.Yəni, iki ədəd silos quyusu ,bir ədəd su baseyni və bir ədəd anbar binası bu dövlət torpağında yerləşmişdir. Bütün bunlar yəni Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli, 174,175,176 saylı arxiv çıxarışları, DƏDRX-nin RX №0052146 saylı çıxarışı, sadalanan yəni sözü gedən daşınmaz əmlakların yerləşdiyi dövlət torpaq sahəsinin onun adına Əmlak Məsələləri üzrə Dövlət komitəsi arasında bağlanan xx.xx.2017-ci il tarixli, 393 saylı müqavilə, Quşçu kənd sakini X2 başçılıq etdiyi briqadanın iştirakı ilə onun həmin anbar binasına çəkdiyi xərc hesabına mal tövləsi düzəldib və orada 2016-cı ilin iyun ayına kimi mal-qara saxladığını Məzahirin notarial qaydada təsdiq olunmuş və Ali Məhkəmənin hakiminə yazdığı ərizəsi, ərizədə göstərilən təxminən 13500-14000-ə qədər xərclənən pul vəsaiti sübuta yetirir ki, adına olan daşınmaz əmlaklar onundur və iddiaçı heç bir əsasla bunun ləğv edilməsi haqqında iddia qaldıra bilməz. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddia tələbinin məhkəmə aidiyyətinə dair qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli qərarırın
9. bəndinin 13-cü hissəsində qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Beləliklə məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(030)-246/2011 nömrəli qətnaməsinə əsasən “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli çıxarış ilə Daşkəsən rayonu, Quşçu kəndində 0.1402 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 440 kv.m sahədən ibarət olan qeyri-yaşayış binası (anbar) tam mülkiyyət hüququ üzrə Həsənov Firudin Bədəl oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(104)-451/2017 nömrəli qərardadı ilə Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(030)-246/2011 nömrəli qətnaməsi ləğv edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(102)- 2589/17 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(104)-451/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırda münahisə predmeti olan çıxarışın verilməsinə əsas olmuş Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(030)-246/2011 nömrəli qətnaməsi ləğv edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin qətnamə əsasında üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 16-cı maddəsinə görə qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2020-ci ıl tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə»sinin 3.0.18-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə h i s s ə s i:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Daşkəsən rayonu, Quşçu kəndində 0.1402 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 440 kv.m sahədən ibarət olan qeyri-yaşayış binasına dair Həsənov Firudin Bədəl oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində aparılmış qeydiyyat ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir.
Sədrlik edən: Aygül İsgəndərova