Məhkəmə qərarları › İş №2-1(114)-5381/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-5381/2025

13.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5381/2025 13.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Tovuz regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı “ölüm haqqında akt qeydində düzəlişin edilməsi” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçı cavabdeh Tovuz regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı “ölüm haqqında akt qeydində düzəlişin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: I. Məhkəmə araşdırmasının predmeti

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - 15.09.1989-cu il tarixli, İ-ИЕ nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X15 xx.xx.1957-ci il tarixdə Azərbaycan SSR, Tovuz rayonunda anadan olmuş, “atası” qrafasında X5 və “anası” qrafasında X24 (orijinalda kiril qrafikalı azərbaycan əlifbası ilə: Aббасоbа Булул Əcҝəp гызы) qeyd edilmişdir; - xx.xx.2024-cü il tarixli, AZ-İİ 441377 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X17 xx.xx.2024-cü il tarixdə ilkin lokalizasiyalı naməlum bədxassəli yenitörəmə səbəbi ilə ölmüşdür; - 24.05.2025-ci il tarixli, AZ-İİ 504322 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X25 xx.xx.2010-cu il tarixdə beyin ödemi səbəbi ilə ölmüşdür; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-1673/2025 nömrəli məktubuna əsasən, dəyişiklik etmək üçün əsas olan sənədlər olmadığı üçün Tovuz rayon Çatax kənd icra nümayəndəliyində qeyd edilmiş xx.xx.2010-cu ildə tərtib edilmiş 17 nömrəli ölüm haqqında akt qeydində mərhumun ata haqqında məlumat qrafasında düzəliş edilərək “X25”nın “X26” kimi dəyişiklik edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 2-ci maddəsinə əsasən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Odur ki, dəyişiklik etmək üçün əsas olan sənədlər olmadığı üçün Tovuz rayon Çatax kənd icra nümayəndəliyində qeyd edilmiş xx.xx.2010-cu il tarixli 17 nömrəli ölüm haqqında akt qeydində ata haqqında məlumat qrafasında “X25”nın “X26” kimi dəyişiklik edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tovuz Rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 3-48-44RA/2-A-267/2025 nömrəli “X26 barəsində arayış”a əsasən, Çatax kənd XDS İcraiyyə Komitəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1974-1976-cı il tarixli, 05 saylı təsərrüfatbaşına kitabın 384-cü şəxsi hesabında təsərrüfat X3 adınadır. X26 X3 arvadı olmaqla onun ailə üzvü kimi göstərilmiş, 1935-ci ildə anadan doğulması qeyd edilmişdir. Çatax kənd XDS İcraiyyə Komitəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1980-1982-ci il tarixli, 06 saylı təsərrüfatbaşına kitabın 408-ci şəxsi hesabında təsərrüfat X3 adınadır. X26 X3 arvadı olmaqla onun ailə üzvü kimi göstərilmişdir. X3 aşağıdakı ailə üzvləri vardır. X8 - 1939; Arvadı: X29 - 1935; Oğlu: X17 -1962; Oğlu: X22 - 1.05.1964. Qeyd: X18 atasının “Əsgər” adı mötərizə içinə alınıb, üstündən “Aslan” qeyd edilib, doğum tarixi mötərizə içinə alınıb, üstündən “1924-cü il” yazılıbdır. Qeyd: Əlavə məlumatlar qrafasında 16 noyabr 1981-ci il tarixdə Tovuz rayon DİŞ-i tərəfindən verilmiş XVİ-JQ №709319 pasporta əsasən, X19 yaşına “1924-cü il” kimi düzəliş verilib və atasının adı “Aslan kimi getməlidir” qeyd edilmişdir. - cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-69-2137/2025 nömrəli sənədə əsasən, X17 xx.xx.1962-ci ildə Tovuz rayonu, Çatax kəndində anadan olmuş, bu barədə xx.xx.1977-ci il tarixdə Tovuz rayon Qeydiyyat şöbəsində 58№-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. “Atası” qismində milliyətcə azərbaycanlı olan X8 və “anası” qismində milliyətcə azərbaycanlı olan X26 göstərilmiş, qeyd edilən şəxs xx.xx.2024-cü il tarixdə vəfat etmiş, mərhum barəsində xx.xx.2024-cü il tarixdə 266№-li ölüm akt qeydi Tovuz regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində qeyd edilmişdir; - Ədliyyə Nazirliyi Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli, 2901 nömrəli məktuba əsasən, vətəndaş X13 mərhum əri X10 1-ci dərəcəli vərəsələri sırasında olan anası X18 ölüm haqqında şəhadətnaməsini təqdim edilə bilinməmişdir. Belə ki, X10 doğum akt qeydində anası X26 olaraq qeyd edilmişdir. X6 ata adında olan uyğunsuzluq səbəbindən ölüm haqqında şəhadətnaməsi “X25” olaraq verilmişdir. Bu səbəbdən də müraciəti rəsmiləşdirmək mümkün olmamışdır.

2. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 13-1302/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - 21.09.1959-cu il tarixli, 4 nömrəli evlənmə aktının qeydi Abbasov (evlənəndən sonra “Abbasov”) Məhəmməd və Əskərova (evlənəndən sonra “Abbasova”) Bulul Əskər qızının (orijinalda kiril qrafikalı azərbaycan əlifbası ilə: Əsкəpoba (Aббасоbа) Булул Əcҝəp) adına işlənilmişdir; - xx.xx.1977-ci il tarixli, 58 nömrəli doğum haqqında bərpa akt qeydinə əsasən, X17 xx.xx.1962-ci il tarixdə doğulmuş, “ata haqqında məlumat” qrafasında X5 və “ana haqqında məlumat” qrafasında X24 (orijinalda kiril qrafikalı azərbaycan əlifbası ilə: Aббасоbа Булул Əcҝəp) qeyd edilmişdir; - Tovuz regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-907/2025 nömrəli sənədə əsasən, Əsgərova (Abbasova) Bulul Əsgər qızı (1955-ci il) barəsində doğum haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Tovuz rayonu üzrə 1950-1956-cı illərə dair bərpa akt qeydləri üzrə yoxlanılmışdır. Tovuz rayon Qeydiyyat şöbəsi üzrə 1949-cu ilədək ilkin, 1949-cu ilədək bərpa akt qeydləri saxlanılmır; - Tovuz regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-907/2025 nömrəli sənədə əsasən, X1 (1937-ci il) barəsində doğum haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Tovuz rayonu üzrə 1950-1956-cı illərə dair bərpa akt qeydləri üzrə yoxlanılmışdır. Tovuz rayon Qeydiyyat şöbəsi üzrə 1949-cu ilədək ilkin, 1949-cu ilədək bərpa akt qeydləri saxlanılmır.

3. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-1302/2025 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər.

II. Tərəflərin ərizəsi və etirazı

4. İddiaçı cavabdeh Tovuz regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum nənəsi X20 ölüm haqqında akt qeydində ata adının “Əsgər” kimi qeyd edilməsi və yeni ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının nənəsi X26 xx.xx.2010-cu il tarixdə vəfat etmiş, o vəfat etdikdən sonra onun ölüm akt qeydi xx.xx.2010-cu il tarixdə 17 nömrəli aktla qeyd olunmuş və ölüm şəhadətnaməsi verilmişdir. Mərhum nənəsinin şəhadətnaməsində ata adı “Əsgər” əvəzinə “Aslan” kimi qeyd edilmişdir. İddiaçı qeyd edir ki, qeyd olunan yanlışlığa görə o, hazırda mirası qəbul edə bilmir və yanlışlığın aradan qaldırılaraq doğum akt qeydinə düzəliş edilməsi barədə aidiyyəti orqana müraciət etmiş, lakin bundan imtina olunmuş və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Hazırda iddiaçı qeyd olunan yanlışlığa görə vərəsəlik hüququnu həyata keçirə bilmir, bununla bağlı o, Tovuz rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək nənəsinin ölüm haqqında şəhadətnaməsində ata adının düzəliş edilməsini xahiş etmiş, lakin Qeydiyyat Şöbəsi cavab məktubunda düzəliş aparılmasının mümkün olmadığını əsas gətirərək imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. X2 doğum şəhadətnaməsinin ana qrafasında nənəsi X26 və Tovuz rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışda 1980- 1982-ci illərin təsərrüfat başına kitabda ailə başçısı kimi babası X4 qeyd olunmuş, nənəsi “X26” kimi arvadı yazılmışdır.

6. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.

III.Tərəflərin iştirakı

7. İddiaçı məhkəmə iclasında iştirak etməmiş və cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.

8. Tərəflər şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).

Əsaslandırma hissəsi:

IV.İddianın mümkünlük şərtləri

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3.inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Maddə 34.Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

10. İlk öncə onu qeyd etmək lazımdır ki, hazırda iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia öhdəliyin icrası haqqında iddia - inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddiadır. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməkdir. İş materiallarında olan cavabdehin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-1673/2025 nömrəli məktubdan iddiaçının hazırkı tələblə cavabdehə müraciət etdiyi, lakin müraciətin təminindən imtina edildiyini müəyyən edilir.

11. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Bir sözlə iddia mümkün iddiadır.

12. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

13. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160. Akt kitabları, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydaları 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalar İ. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik qaydası

1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə;

4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı. 10.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.4-cü maddəsinə uyğun olaraq, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydinin qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində zəruri dəyişiklik edilir, onun digər nüsxəsində də zəruri dəyişiklik edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Dəyişiklik edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir.

15. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 11.Qanunçuluq prinsipi 11.1.İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar 11.2.İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.Etimad hüququnun qorunması prinsipi 13.1.İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 14.Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.3.Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.İşin hallarının obyektiv araşdırılması 24.1.İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2.İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

16. Beləliklə, yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır.

17. Vətəndaşlıq vəziyyəti aktları qeydlərində düzəliş edilməsi o zaman mümkün olur ki, qeydiyyat aparılarkən məlumat səhv, yəni düzgün daxil edilməmiş olsun. Qanunvericilik vətəndaşlıq vəziyyəti aktı qeydlərində düzəliş edilməsini inzibati orqanın üzərinə qoyur və belə dəyişiklik etməkdən imtina edildikdə isə inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə biləcəyini özündə göstərir.

18. İş materialları ilə müəyyən olunur ki, iddiaçının əsas hüquqi marağı onun ata nənəsinin ata adında düzəlişin edilməsi edilməsi olmuş, bununla bağlı cavabdeh orqana müraciət etsə də ona imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, sənədlərdə uyğunsuzluq mövcuddur.

19. Məhkəmə iş üzrə icraat materiallarını nəzərdə keçirib hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuş və bu, iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

20. Belə ki, iddiaçının ata nənəsi, yəni X26 öz ata adı - “Əsgər” adı ilə nikaha daxil olmuş, 1974-1976-cı və 1980-1982 illər üzrə təsərrüfatbaşı kitabına əsasən yaşayış yeri üzrə qeydiyyata alınmış, oğlu X14 məxsus doğum haqqında bərpa akt qeydində və həmçinin qızı X11 məxsus doğum haqqında şəhadətnamədə “ana haqqında məlumat” qrafasında qeydiyyatı aparılmışdır.

21. Göründüyü kimi, iddiaçı nikaha daxil olandan ölənə qədər öz ata adı olan “Əsgər” adından istifadə etmiş, bununla bağlı heç bir maneəyə rast gəlməmişdir.

22. Məhkəmə onu vurğulamağı vacib hesab edir ki, soyadın, adın və ata adının, o cümlədən şəxsə aid digər məlumatların texniki səhvlik səbəbi ilə yanlış yazılması və ya ümumiyyətlə qeyd edilməməsi vətəndaşın məsuliyyət dairəsinə aid edilməməli, bu, qanunvericilik tərəfindən birbaşa belə işlərə qanunvericiliklə səlahiyyətləri aid edilmiş inzibati orqanların həyata keçirməli olduqları məsul vəzifələr ilə bağlı olmalıdır. Belə ki, inzibati orqanlar bu istiqamətdə vacib hərəkətlər həyata keçirməli və vətəndaşların hüquqlarının müdafiəsi və lazımi istifadəsi istiqamətində təxirəsalınmaz tədbirlər görməlidirlər.

23. Beləlikə, məhkəmə yekun olaraq hesab edir ki, iddia təmin edilməli və İddiaçı ata nənəsi X18 adına aparılmış ölüm haqqında akt qeydində ata adının “Aslan”dan “Əsgər” adına düzəlişin edilməsi öhdəliyi Tovuz regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 52.Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə 78.Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1.Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddia təmin edilsin. X19 (FİN: 4943L90) adına tərtib edilmiş ölüm haqqında akt qeydində ata adı qrafasında düzəliş edilərək “Aslan” əvəzinə “Əsgər” kimi yazılması öhdəliyi cavabdeh Tovuz regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada rəsmi təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti, 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar