Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-539/2020 03.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinə qarşı uşağa qulluq illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-ci il təvəllüdlü X2, xx.xx.1982-ci il təvəllüdlü X3 3 yaşınadək qulluq illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1954-cü ildə Goranboy rayonunun Sarov kəndində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Ona xx xxxxxx 2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Övladları xx xxxxxx 1980-ci il tarixdə anadan olmuş X2, xx xxxxxx 1982-ci il tarixdə anadan olmuş X3 3 yaşınadək qulluq etdiyi üçün həmin illərdə işləyə bilməmişdir. Lakin, həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin e bəndinə əsasən həmin illərin ona pensiya hesablanmasında sığorta stajına daxil edilməlidir. O, pensiyanın yenidən hesablanması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinə müraciət etmiş və həmin vaxt övladlarıxx xxxxxx 1980-ci il tarixdə anadan olmuş X2, xx xxxxxx 1982-ci il tarixdə anadan olmuş X3 3 yaşınadək qulluq etdiyi üçün işləyə bilmədiyini bildirərək, həmin illərin ona sığorta stajı kimi hesablanmasını xahiş etmişdir. Lakin, cavabdeh təşkilat ərizəsində iş stajlarını nəzərə almayaraq imtina cavabı vermişdir. Eyni zamanda şöbənin xx.xx.2019-cu il tarixli, **********9 saylı cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərində vətəndaşın uşağa qulluq etdiyi müddətin sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığından pensiyanın yenidən hesablanmasının imkan xaricində olduğu bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək xx.xx.1980-ci il təvəllüdlü X2, xx.xx.1982-ci il təvəllüdlü X3 3 yaşınadək qulluq illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı xx xxxxxx 1980-ci il tarixdə anadan olmuş X2, xx xxxxxx 1982-ci il tarixdə anadan olmuş X3 3 yaşınadək qulluq etdiyi üçün işləyə bilmədiyini bildirərək, həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “e” bəndinə əsasən həmin illərin sığorta stajına daxil edilərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərində vətəndaşın körpə uşaqlarına qulluq etdiyi müddətin sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığından onun pensiyasının yenidən hesablanması imkan xaricində olmuşdur. Göstərilənlərə əasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - 11.11.1978-ci il tarixdə verilmiş 470729 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surəti ; - 29.04.1981-ci il tarixdə verilmiş 264986 nömrəli doğum haqqında şəhadətnamənin surəti; - 25.05.1986-cı il tarixdə verilmiş 410492 nömrəli doğum haqqında şəhadətnamənin surəti ; - Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 4084 nömrəli arayış ; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 50/**********9 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2015-ci il tarixli, 50/641 nömrəli qərarının surəti; - iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surəti ; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2015-ci il tarixli, **********58 nömrəli arxiv arayışının surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmətoplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1980-ci il təvəllüdlü X2 və xx.xx.1982-ci il təvəllüdlü X3 3 yaşınadək qulluq etmişdir. O, həmin illərin sığorta stajına daxil edilməsi ilə bağlı rəsmi qaydada ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh onun tələbini təmin etməkdən imtina etmişdir. Məhkəmə inzibati orqanın imtina ilə bağlı hərəkətlərini aşağıdakılara əsasən iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirir. İddiaçının körpə uşaqlarına qulluq etdiyi 1980-1982-ci illərdə “Dövlət pensiyaları” haqqında SSRİ Qanunu qüvvədə olmuşdur. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş həmin Qanunda işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddətin iş stajına daxil edilməsi təsbit edilmişdir. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67ci maddəsinin “e” yarımbəndində qeyd olunmuşdur ki, iş stajına işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq daxil edilir. Yuxarıda istinad olunan və iddiaçının körpə uşaqlarına qulluq etdiyi dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyinin normalarından göründüyü kimi işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddətin onun iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Hazırkı mübahisə üzrə iddiaçının körpə uşaqlarına qulluq etdiyi müddət 1980-1982-ci illərə təsadüf etdiyindən və iddiaçı həmin dövrdə işləmədiyindən, yuxarıda qeyd olunduğu kimi həmin dövrün qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Başqa sözlə iddiaçının körpə uşaqlarına qulluq etdiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi həmin dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı uşağa qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsini tələb etməkdə haqlıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2017-ci il 10 mart tarixli 543-vqd nömrəli qanunun 1.103-cü bəndinə görə 37.7-ci maddədə “müddətindən asılı olmayaraq” sözləri “bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia tələbi təmin olunmalı, İddiaçı xx.xx.1980-ci il təvəllüdlü X2 və xx.xx.1982-ci il təvəllüdlü X3 3 yaşınadək qulluq illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsi cavabdehAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Gəncə şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1980-ci il təvəllüdlü X2 və xx.xx.1982-ci il təvəllüdlü X3 3 yaşınadək qulluq illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsi cavabdehAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Gəncə şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-539/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-539/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver