Məhkəmə qərarları › İş №2-1(114)-54/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-54/2020

28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-54/2020 28.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə və Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 nömrəli ünvanda yerləşən mağazanın (qeyri-yaşayış obyektinin) uçurulması nəticəsində dəymiş 150.000 manat maddi zərərin ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki,iddiaçının mülkiyyətində ünvan 1 saylı ünvanda 0.00624 ha torpaq sahəsində ona məxsus mağaza olmuşdur. Həmin mağazanı o, Dövlət Əmlakının özəllədirməsi proqramına uyğun olaraq X1 alqı-satqı müqaviləsinə əsasən alaraq və mağazanı istifadə edərək ailəsinin maddi təminatını həyata keçirmək istəmişdir. Həmin mağaza Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin xx xxxxxx 2018-ci il tarixli sərəncamına əsasən Gəncə şəhərinin keçmiş İcra Başçısı Elmar Vəliyevin tapşırığına əsasən dağıdılmışdır. Tərəfindən həmin mağazanın dağıdılmasının qanunsuzluğu barədə dəfələrlə cavabdehə xəbərdarlıq edilsə də onun xəbərdarlığına məhəl qoyulmamışdır. Mağaza guya abadlıq işlərinin aparılması məqsədilə dağıdılmış, ona qanusuz olaraq mağazanın yerləşdiyi ərazidən torpaq sahəsinin ayrılması sərəncamda göstərilsə də torpaq sahəsi verilməmiş və buna dair heç bir kompensassiya ayrılmamışdır. Mağazanın sökülməsi ilə bağlı məhkəmə qərarı olmadan bu dağıdılma işləri aparılmışdır. İddiaçıya Gəncə şəhər Nizami Rayon İcra hakimiyyəti tərfindən torpaq sahəsi də verilə bilməzdi, çünki torpağın ayrılmasının hüquqi əsasları qanunvericilikdə müəyyən edilmişdir. Bundan başqa Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin sərəncamı özlüyündə qanunsuzdur, ona görə ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti öz dislokasiyasına aid olmayan yəni, Gəncə şəhər Kəpəz rayon ərazisinə aid hissəyə müdaxilə edərək sərəncam vermişdir. İddiaçı hesab edir ki, cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində mağazanın dağıdılması ilə bağlı 150.000 manat maddi zərər vurulmuşdur, bu səbəbdən də pozulmuş hüquqlarının bərpası və çəkdiyi maddi zərərin əvəzi cavabdeh tərəfindən ödənilməlidir. İddiaçının vəkili Vəkil ərizəsinə əsasən məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti iş üzrə əlavə cavabdeh qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclaslarında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının əmlakının sökülməsində həm Nizami, həm də Kəpəz Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak etmişlər. Cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 əvvəlki məhkəmə iclaslarında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının əmlakının uçurulması ilə bağlı Nizami Rayon İcra Hakimiyyəti tərəfindən heç bir rəsmi göstəriş verilməmişdir, həmin əmlak Kəpəz rayonunun ərazisində yerləşir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı əmlakının konkret hansı qurum, yəni hansı rayonun yerli icra hakimiyyəti orqanı tərəfindən sökülməsini, ümumiyyətlə cavabdeh qismimndə cəlb edilmiş qurumlar və yaxud hər hansı digər qurum tərəfindən sökülməsini əsaslandıran mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı əvvəlcə Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətini cavabdeh qismində qeyd etmiş, sonradan əmlakın yerləşdiyi ərazinin Kəpəz rayonunda yerləşməsi məhkəmə araşdırması zamanı müəyyən edildikdən sonra Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətini də əlavə cavabdeh qismində cəlb edilməsinə nail olmuşdur. Bu hal onu deməyə əsas verir ki, iddiaçı ona ziyan vurmaqda təqsirli subyekti müəyyən etmədən istənilən qurumdan zərərin əvəzini əldə etmək niyyəti güdür. İddiaçının məhkəməyə müraciət etməzdən əvvəl Gəncə şəhərinin Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinə, həmçinin X5 Hakimiyyətinə müraciət etməsi də yuxarıda qeyd olunan qənaətə gəlməyə əsas verir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə və Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar