Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-54/2021 02.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı anası X2 şəhidlik statusunun və bununla bağlı müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə hazırlıq icraatı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X2 şəhidlik statusunun və bununla bağlı müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, anasının ölüm haqqında şəhadətnaməsi ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlə Xidmətinin Tovuz rayon şöbəsinə, Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinə və Cavabdehnə müraciət etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlə Xidmətinin Tovuz rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 159 saylı məktubu ilə mülki şəxslərə şəhid statusunun verilməsinin onların səlahiyyətinə aid olmadığını və bu barədə arayışın rayon İcra Hakimiyyətinə verildiyini bildirimişdirlər. Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********3 saylı məktubu ilə iddiaçının anası X1 şəhid statusunun olmaması müəyyən edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli, 7-13/18 saylı imtina məktubu ilə iddiaçının anası X1 xx.xx.1992-ci il tarixdə erməni silahlı qüvvələri tərəfindən atılan top mərmisi nəticəsində vəfat etməsi və bu günədək şəhid ailəsi statusunun alınmaması göstərilmiş, şəhid ailəsi statusunun alınması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı cavabdeh orqanın imtina məktubunu oxuduqda, konkret olaraq hədəfdən yayınma müşahidə etmişdir. Belə ki, cavabdeh orqan iddiaçının anasını şəhid kimi tanımır, sonra isə ona bildirir ki, şəhid ailəsi statusunun verilməsi üçün məhkəməyə müraciət etməlidir. Dövlət orqanlarının iddiaçıya verdiyi məktublardan görünür ki, iddiaçının anasına şəhid statusu verilməmişdir. Buna görə də, iddiaçı şəhid statusunun verilməsinə dair məhkəmədə iddia qaldrımaq məcburiyyətində qalmışdır. İddiaçının anası X3 ölüm haqqında şəhadətnaməsində şəhid olması qeyd edilmişdir. İş üzrə məhkəmə hazırlıq icraatı iclası xx.xx.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə tərəflərə məlumat verilmiş, iddiaçı İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş üzrə təyin olunmuş məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdehnə tərəfindən iddiaçının müraciətinə cavab olaraq yazılmış xx.xx.2020-ci il tarixli, 7-13/18 nömrəli məktubunda qeyd olunmuşdur ki, iddiaçının anası X4 xx.xx.1992-ci ildə erməni silahlı qüvvələrinin tərəfindən atılan top mərmisi nəticəsində həlak olmuşdur. Lakin bu günədək iddiaçı şəhid ailəsi statusu ala bilməmişdir. Bundan əlavə məhkəmə tərəfindən cavabdeh orqana işin obyektiv araşdırmasının təmin edilməsi məqsədi ilə X2 şəhid statusunun verilməməsinin səbəbləri barədə məlumatın alınması üçün sorğu göndərilmişdir. Cavabdehin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2020-ci il tarixli, 7-12/80 nömrəli məktubunda qeyd olunmuşdur ki, X2 şəhid statusunun verilməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tədbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994, 10 saylı qərarının 4.1-ci maddəsinə əsasən şəxsin şəhid hesab edilməsi haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissəninarayışı əsasında təsdiq olunur. Göründüyü kimi qeyd olunan imtina məktubu və məhkəmənin sorğusuna cavab məktubu imtina xarakterli akt hesab edilə bilməz. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və cavabdehin imtinasının olub-olmaması həmin şərtlərdən biridir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı anası X2 şəhidlik statusunun və bununla bağlı müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-54/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-54/2021
02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver