Məhkəmə qərarları › İş №2-1(114)-540/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-540/2020

27.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-540/2020 27.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, İddiaçı cavabdehlər Gəncə “Asan Xidmət” Mərkəzinə və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı cavabdehlərin üzərinə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli sənədi ilə müəyyən edilən baş geyimi ilə fotoşəkilin çəkilməsi, pasport və şəxsiyyət vəsiqəsi verilməsi öhdəliyinin qoyulması barədə iddia ərizəsini məhkəmənin binasında, məhkəmə iclasından kənar nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçı cavabdehlər Gəncə “Asan Xidmət” Mərkəzinə və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlərin üzərinə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli sənədi ilə müəyyən edilən baş geyimi ilə fotoşəkilin çəkilməsi, pasport və şəxsiyyət vəsiqəsi verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsinə İddiaçı hazırki tələblə müvafiq orqana müraciət etməsini, sonuncunun bundan imtina etməsini və ya inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı müvafiq orqan tərəfindən müraciətin edildiyi vaxtdan 35 gün müddətində qərar qəbul edilməməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Həmçinin, ərizəyə iddia tələbini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsinin “qoşma” hissəsində göstərilən sənədlərdən heç biri ərizəyə əlavə edilməmiş və bu barədə məhkəmənin dəftərxanası tərəfindən akt tərtib edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə əsasən neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər, bir şərtlə ki, iddia tələbi bir-biri ilə əlaqəli olsun, bir cavabdehə yönəlsin və aidiyyatı eyni məhkəməyə aid olunsun. Hazırki mübahisədə iddia tələbi birdən çox cavabdehə qarşı yönəlmişdir. Həmçinin, cavabdeh Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi Bakı şəhərində yerləşdiyindən, iddiaçı hazırki tələblə cavabdehin yerləşdiyi ərazi üzrə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, iddianın mümkün sayılmaması qənaətinə gəlirəm. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Gəncə “Asan Xidmət” Mərkəzinə və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı cavabdehlərin üzərinə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli sənədi ilə müəyyən edilən baş geyimi ilə fotoşəkilin çəkilməsi, pasport və şəxsiyyət vəsiqəsi verilməsi öhdəliyinin qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatür pr. 252) şikayət verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar