Məhkəmə qərarları › İş №2-1(114)-541/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-541/2020

06.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-541/2020 06.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, savabdeh Cavabdeh nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi X10 iştirakları ilə İddiaçı Cavabdehnə (üçüncü şəxs Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı aparatının yanında Qəyyumluq və Himayəçilik komissiyası) qarşı doğumun qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehnə qarşı cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması və onların üzərinə xx xxx 2017-ci il tarixdə anadan olmuş nəvəsi X4 “doğum haqqında” şəhadətnamənin verilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qəyyumu olduğu nəvəsi X1 doğumunun qeydə alınması və ona “doğum haqqında” şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehinzibatiorqanınüzərinəqoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. GəncəİnzibatiMəhkəməsinin xx xxxxxx 2020-ciiltarixliqərardadıiləGəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyasıişüzrəüçüncüşəxsqismindəcəlbedilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1995-ci ildə anadan olmuş qızı X11 2014-cü ildə öz dayısı oğlu X6 ilə rəsmi nikah qeydiyyatından keçmədən ailə qurmuş, həmin ildə qızı və onun əri X19 Respublikasına qaçaq yolla getmiş və orada dini radikal dəstələrə qoşulmuşlar. Sərxan Məmmədov 2016-cı ildə İraq Respublikasının Telaffar şəhərində gedən döyüşlərdə vəfat etmişdir. Daha sonra X22 şəriət qaydalarına uyğun olaraq 2016-cı ildə ikinci dəfə X13 ilə ailə qurmuş, onların birgə nikahlarından xx xxx 2017ci ildə X7 adlı uşaqları anadan olmuşdur. Qızı nəvəsi Zülqərneyni evdə dünyaya gətirmişdir. X22 2017-ci ilin sentyabr ayında İraq hökümətinə təslim olmuşdur. Bundan sonra nəvəsi 2019-cu ilin noyabr ayında Azərbaycan Respublikasına gətirilmiş, X22 İraq Respublikasında həbsdədir, uşağın atası Elvin isə həlak olmuşdur. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin 186 saylı, xx xxxxxx 2019-cu il tarixli sərəncamı ilə o, nəvəsi xx xxx 2017-ci il tarixdə anadan olmuş X4 qəyyum təyin edilmişdir. Nəvəsi İraq Respublikasında olarkən evin partlaması nəticəsində xəsarət almışdır və bədənində qəlpələr olduğundan yeriməyində problemlər vardır. Hazırda nəvəsinin doğum haqqında şəhadətnaməsi yoxdur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini alsın və müalicə etdirsin. Qeydiyyat şöbəsinə bu barədə müraciət etdikdə ona bildirdilər ki, tibbi şəhadətnaməni İraq Respublikasından əldə etmək mümkün olmadığından doğum haqqında qeydiyyatın aparılması mümkün deyildir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı xx.xx.2017-ci il təvəllüdlü nəvəsi X2 doğumunun dövlət qeydiyyatının aparılması barədə müraciət edən zaman şöbə tərəfindən ona uşağın doğulması barədə tibbi arayışın təqdim edilməsinin zəruriliyi bildirilmiş, lakin o, həmin tibbi arayışı təqdim etməmişdir. Qeyd edilən sənəd təqdim edilmədiyindən doğumun qeydə alınması imkan xaricindədir. Üçüncü şəxsin nümayəndəsi X16 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə müraciət edərək qızı X8 oğlu, yəni nəvəsi X4 qəyyum təyin edilməsini xahiş etmiş, zəruri sənədlər toplanılmaqla iddiaçının ərizəsi təmin edilmişdir. İş materiallarında olan: -AA ******* nömrəli qayıdış şəhadətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikasının İraqdakı Səfirliyi tərəfindən xx.xx.2017-ci il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşı olduğu təsdiq edilmişdir. -Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2019-cu il tarixli, 186 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı nəvəsi xx.xx.2017-ci il təvəllüdlü X4 qəyyum təyin edilmişdir. -Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 675 nömrəli arayışından görünür ki, arxiv məlumatları xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “Vətəndaşlıq vəziyyəti aktlarının Gəncə şəhəri elektron məlumat bankı üzrə yoxlanılmış, ana X11 barəsində Cavabdehndə xx.xx.2017-ci il tarixdə doğulmuş uşağı barədə doğum haqqında akt qeydi aşkar olunmamışdır. -Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 144 nömrəli məktubundan görünür ki, iddiaçının xx.xx.2017-ci il təvəllüdlü nəvəsi X1 İraq Respublikasında doğulmuş və xəstəxananın tibbi (F-103) arayışını təqdim edə bilmədiyindən doğumun dövlət qeydiyyatının aparılmasının imkan xaricində olduğu bildirilmişdir. -Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyinin xx.xx.2020-ci il tarixli, SBĞD/051/20 nömrəli məktubunun məzmunundan görünür ki, Azərbaycan Respublikası Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin 08/A-4785-ƏB saylı, xx.xx.2019-cu il tarixli məktubuna əsasən səfirliyin konsulluq şöbəsi tərəfindən X4 xx.xx.2019-cu il tarixində AA seriyalı ******* saylı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi rəsmiləşdirilmişdir. Z.Səlimov 2019-cu ilin 3 dekabr tarixində Azərbaycan Respublikasına repatriasiya olunmuşdur. -xx.xx.1995-ci il tarixli, XİX-JQ 377864 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxx 1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydiyyatı kitabında 1247 nömrə ilə qeyd edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur və iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. Ailə Məcəlləsinin 166.1. maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. 166.2. maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası"nın 1.4. bəbdinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.5. Doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd, uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd, uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənədlər təqdim edilməlidir. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasına səbəb doğum faktını müəyyən edən tibbi arayışın (F-103) təqdim edilməməsidir. Məhkəmə hesab edir ki, iş materilları ilə təsdiq olunan və mübahisə doğurmayan hal ondan ibarətdir ki, doğumunun qeydə alınması tələb edilən şəxsə qəyyum təyin edilmiş və Azərbaycan Respublikasının İraqdakı Səfirliyi tərəfindən qayıdış şəhadətnaməsi tərtib edilən zaman onun şəxsiyyəti müəyyən edilmiş və bu hal inzibati orqanlar tərəfindən təsdiqlənmişdir. Artıq şəxsin doğulması barədə tibbi arayışın olmaması onun doğumunun qeydə alınmasından imtina üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 10.3. maddəsinə əsasən xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı olan övladının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası müvafiq qanunla tənzimlənir. «Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında» Əsasnamənin 1. və 3 bəndlərinə əsasən xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının, habelə Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşağının Azərbaycan Respublikasına qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir. Bu Əsasnamə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydasını müəyyən edir. Şəhadətnamə - Azərbaycan Respublikası vətəndaşının və Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənəddir. Göründüyü kimi Azərbaycan Respublikası vətəndaşının və Azərbaycan Respublikasında daimi qeydiyyatda olan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan övladının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və konsulluqlarında rəsmiləşdirilir və qayıdış şəhadətnaməsi - Azərbaycan Respublikası vətəndaşının və Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənəddir. Bu isə onu qeyd etməyə əsas verir ki, hazırkı iş üzrə doğumunun qeydə alınması tələb olunan xx.xx.2017-ci il təvəllüdlü Z.Səlimovun qeyd edilən şəhadətnamə ilə Azərbaycan Respublikası vətəndaşı olması, həmçinin adının Zülqərneyn, soyadının Səlimov, ata adının Elvin, doğum tarixinin isə xx.xx.2017-ci il olması öz təsdiqini tapmışdır. Bununla yanaşı onun ana mənşəyi isə, yəni anasının X11 olması Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2019-cu il tarixli, 186 nömrəli sərəncamında təsdiqlənmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 33.1. maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.3. maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. 33.4. maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. 33.5. maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Göründüyü kimi İddiaçı, nəvəsi X5 qəyyumu təyin edilmiş və inzibati orqan Gəncə şəhər İcra Hakimiyyəti qəyyum təyin edilən zaman xx.xx.2017-ci il təvəllüdlü X1 anasının X8 olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı halda uşağın tibb müəssisəsində doğulmaması və onun barəsində tibbi şəhadətnamənin olmaması doğumun qeydə alınmasından imtina üçün əsas ola bilməz. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası"nın 2.8. bəndinə əsasən doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.2. valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 2.8.3. uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X1 doğumunun qeydə alınması və ona “doğum haqqında” şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -70.1. maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İraqdakı Səfirliyinin AA ******* nömrəli qayıdış şəhadətnaməsində və Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2019-cu il tarixli, 186 nömrəli sərəncamında qeyd edilən məlumatlar - soyadı Səlimov, adı Zülqərneyn, ata adı Elvin, ana adı X11, doğum tarixi xx.xx.2017-ci il, doğum yeri İraq Respublikası qeyd edilməklə, doğumun qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar