Məhkəmə qərarları › İş №2-1(114)-5421/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-5421/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5421/2025 28.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı akt qeydlərinə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı mərhum atası X10 məxsus doğum akt qeydinin ata haqqında məlumat qrafasının adı bəndində “Muzafar”dan “Müzəffər”ə, mərhum babası X2 nikah haqqında akt qeydinin kişi haqqında məlumat qrafasının adı bəndində “Müzənfər”dən “Müzəffər”ə ata adı bəndində “Qəhraman”dan “Qəhrəman”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Nikahın bağlanması haqqında xx.xx.1983-cü il tarixli İİ-BЛ №400699 nömrəli şəhadətnamədən görünür ki, X11 ilə X6 xx.xx.1983-cü il tarixində nikaha daxil olmuş, nikahdan sonra ərə Abbasov, arvada Abbasova soyadı verilmişdir.

2. Doğum haqqında xx.xx.1955-ci il tarixli ИЖ №256755 nömrəli şəhadətnaməyə əsasən X14 xx.xx.1955-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1955-ci il tarixdə 71 nömrə ilə qeyd aparılmışdır. Ata qrafasında X7, ana qrafasında Abbasova Qumru M.Ali qızı qeyd olunmuşdur.

3. Doğum haqqında xx.xx.2014-cü il tarixli AZ-İİİ № 277360 nömrəli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1987-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1987-ci il tarixdə 236 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X11 qeyd edilmişdir.

4. X2 adına verilmiş xx.xx.2023-cü il tarixli 819 nömrəli arayışa əsasən müəyyən olunur ki, o, xx.xx.2016-cı ildə Göygöl rayonu, Topalhəsənli kəndində ölmüş və ölüm haqqında xx.xx.2016-cı ildə 16 nömrəli akt qeydi tərtib olunmuşdur.

5. Ölüm haqqında xx.xx.2021-ci il tarixli AZ-İİ № 224849 nömrəli şəhadətnaməyə əsasən müəyyən olunur ki, X11 xx.xx.2021-ci il tarixində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 1086 nömrə ilə qeyd edilmişdir.

6. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli cavab məktubuna əlavə olunmuş 1947-ci ilin dekabr ayında 6 nömrə ilə qeyd olunmuş evlənmə haqqında akt qeydindən müəyyən olunur ki, X4 ilə X8 nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ərə Abbasov, arvada Abbasova soyadı verilmişdir.

7. İddiaçı doğum akt qeydinin ata haqqında məlumat qrafasının adı bəndində “Muzafar”dan “Müzəffər”ə, mərhum babası X2 nikah haqqında akt qeydinin kişi haqqında məlumat qrafasının adı bəndində “Müzənfər”dən “Müzəffər”ə ata adı bəndində “Qahraman”dan “Qəhrəman”a düzəliş edilməsi ilə bağlı Cavabdehnə etdiyi müraciətə həmin orqanın xx.xx.2025-ci il tarixli 3-16-5/8-A/1-63/2025 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik Qaydası”nın 1-ci müddəasına əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Odur ki, onun müraciəti tərəflərindən təmin edilə bilməz. Bununla bağlı tərəflərindən hüquqi yardım təklif edilərək yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq bildirilir ki, düzəlişə əsas olan sənədləri qeydiyyatı üzrə qeydiyyat şöbəsinə təqdim etməyi, əsas olmadığı təqdirdə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. II. Məhkəmədə icraat

8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum atası X10 məxsus doğum akt qeydinin ata haqqında məlumat qrafasının adı bəndində “Muzafar”dan “Müzəffər”ə, mərhum babası X2 nikah haqqında akt qeydinin kişi haqqında məlumat qrafasının adı bəndində “Müzənfər”dən “Müzəffər”ə ata adı bəndində “Qəhraman”dan “Qəhrəman”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1987 ci ildə Göygöl rayonunda anadan olmuş və Gəncə şəhəri, Təbriz küçəsi. ev 44–də qeydiyyatda olmaqla yaşayır. Mərhum atası X11 xx.xx.1955-ci ildə Göygöl rayonunda anadan olmuş, xx.xx.2021-ci ildə ölmüşdür. Belə ki, mərhum atası X10 məxsus doğum haqqında akt qeydinin ata haqqında məlumat qrafasının adı qrafasında "Muzafar"dan "Müzəffər"ə, mərhum babası X2 nikah haqqında akt qeydinin kişi haqqında məlumat qrafasının adı bəndində “Müzənfər"dən "Müzəffər"ə, ata adı bəndində "Qəhraman"dan "Qəhrəman"a düzəliş edilməsi barədə Cavabdehnə rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdeh onun ərizəsini həll etməmiş, imtina cavabı vermişdir. İmtina cavabında qeyd etmişdir ki, yoxlama zamanı təqdim etdilən sənədlərdə və şöbənin arxivində saxlanılan akt qeydlərində ziddiyyət aşkar edildiyinə görə imtina verilmişdir. Odur ki, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

12. Cavabdehin yerləşdiyi yer olan Göygöl rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. Cavabdeh orqanın hüquqi ünvanına və iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşdur.

17. Tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri və mümkünsüzlüyü barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

18. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

20. İş materiallarından müəyyən olur ki, İddiaçı mərhum atası X10 məxsus doğum akt qeydinin ata haqqında məlumat qrafasının adı bəndində “Muzafar”dan “Müzəffər”ə, mərhum babası X2 nikah haqqında akt qeydinin kişi haqqında məlumat qrafasının adı bəndində “Müzənfər”dən “Müzəffər”ə, ata adı bəndində “Qəhraman”dan “Qəhrəman”a düzəliş edilməsini Cavabdehndən xahiş etmiş, cavabdeh orqan isə imtina məktubu ilə buna kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etməli olduğunu bildirmişdir.

21. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...

24. Məhkəmənin sorğusu əsasında Cavabdehndən əldə edilmiş doğum haqqında xx.xx.1955-ci il tarixli ИЖ №256755 nömrəli şəhadətnamədən müəyyən olunur ki, X14 xx.xx.1955-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1955-ci il tarixdə 71 nömrə ilə qeyd aparılmışdır. Ata qrafasında X3, ana qrafasında Abbasova Qumru M.Alı qızının adı qeyd olunmuş, eyni zamanda 1947-ci ilin dekabr ayında 6 nömrə ilə qeyd olunmuş evlənmə haqqında akt qeydindən isə müəyyən olunur ki, X4 ilə X8 nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ərə Abbasov, arvada Abbasova soyadı verilmişdir.

25. Lakin iş materiallarında olan tədqiq olunan digər bütün sənədlərdə iddiaçının babasının adı soyadı ata adı X1 qeyd edilmişdir.

26. Bu isə o deməkdir ki, həqiqətən də X9 doğum akt qeydində, eyni zamanda 1947-ci ilin dekabr ayında 6 nömrə ilə qeyd olunmuş evlənmə haqqında akt qeydində səhvə yol verilmiş və onun atasının adı soyadı ata adı barəsində məlumat düzgün qeyd edilməmişdir.

27. Buna görə də, cavabdehin hərəkətləri nəticəsində İddiaçı subyektiv hüququ pozulmuşdur.

28. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının Xanlar rayon şöbəsi tərəfindən X10 məxsus xx.xx.1955-ci il tarixli ИЖ №256755 qeydyyat nömrəli doğum akt qeydinin ata qrafası “Muzafar”dan “Müzəffər”ə, X2 nikah haqqında akt qeydinin kişi haqqında məlumat qrafasının adı bəndində “Müzənfər”dən “Müzəffər”ə ata adı bəndində “Qəhraman”dan “Qəhrəman”a düzəliş edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmalıdır.

29. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. X10 məxsus doğum akt qeydinin ata haqqında məlumat qrafasının adı bəndi “Muzafar”dan “Müzəffər”ə, X2 nikah haqqında akt qeydinin kişi haqqında məlumat qrafasının adı bəndi “Müzənfər”dən “Müzəffər”ə, ata adı bəndi isə “Qəhraman”dan “Qəhrəman”a dəyişdirilməsi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar