Məhkəmə qərarları › İş №2-1(114)-545/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-545/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-545/2025 13.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə-iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçıya məxsus SX ******* nömrəli hərbi biletdə onun xx.xx.N992-ci ildən xx.xx.N994-cü il tarixə qədər xidmət keçməsi qeyd olunmuşdur. İddiaçı “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə-cavabdeh) müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, N/H-N06N6 nömrəli məktubla göndərilən sənədlərə xx.xx.2020-ci il tarixli iclasda baxılmış, döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyinə və qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat oladığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona "Müharibə Veteranı’’ adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. xx.xx.2024-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin arxiv arayışına əsasən İddiaçı ondan ötrü ki, N nömrəli hərbi hissə komandirinin N0 fevral N992-ci il tarixli 8 №-li əmrində (əsas: səh. 520, əmrdə adı və atasının adı tam yazılmayıb) İddiaçı ştata əsasən, əsgər vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N iyul N993-cü il tarixli 58 №-li əmrində (əsas: səh. 88, sıra N9, əmrdə atasının adı yazılmayıb) iyul ayı üçün fövqəladə vəziyyəti rayonunda olduqları üçün hər günü 3 (üç) gün sayılmaqla pul təminatı ilə təmin olunmuş minaatıcı batareyanın şəxsi heyətinin siyahısında sıravi, hesab nömrəsi vəzifəsində xidmət keçən İddiaçı adı qeyd olunmuşdur. N7N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli N №-li əmrilə (əsas: səh. N5, sıra N0) İddiaçı İİ mina atan tağımında hesab nömrəsi vəzifəsinə təyin olunmuşdur. N7N nömrəli hərbi hissə komandirinin N aprel N994-cü il tarixli 48 №-li əmrində (əsas: § N6, səh. N34, sıra 27, əmrdə atasının adı yazılmayıb) mart ayı üçün fövqəladə vəziyyəti rayonunda olduqları üçün hər günü 3 (üç) gün sayılmaqla pul təminatı ilə təmin olunmuş minaatan batareyanın şəxsi heyətinin siyahısında sıravi, hesab nömrəsi vəzifəsində xidmət keçən İddiaçı adı qeyd olunmuşdur. Bir aydan çox fərarilik etdiyi üçün İ tabor komandirinin təqririnə əsasən, İddiaçı N7N nömrəli hərbi hissə komandirinin NN iyun N994-cü il tarixli 96 №-li əmrilə (əsas: § 3, səh. 5, sıra 29) taborun ştatından kənar edilərək, bütün növ təminatlardan azad edilmişdir. N7N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Şəmkir RHK-dan çağrılmış İddiaçı adı yazılmış, lakin qarşısında xidməti barədə müvafiq qeydiyyat aparılmamışdır (əsas: kitab 2, səh. 74, sıra 59). 86N (N7N) nömrəli hərbi hissə komandirinin may N992-ci, iyul N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar edilməmişdir. İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsi verilməsinə dair inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N992-ci il tarixdən xx.xx.N994-ü il tarixədək, Azərbaycan ordusunun 86N saylı hərbi xidmətdə qulluq etməklə erməni işğalçıarına qarşı müharibədə iştirak etmişdir. xx.xx.N992-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəmkir rayon hərbi Komissarlığı tərəfindən,Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə həqiqi hərbi göndərilmişdir. Şəmkir hərbi komissarlıq tərəfindən mütəxəssiz mina atan kimi Şəmkir Batalyonunda Azərbaycan Respublikasının Ermənistanla sərhəddə gedən müharibədə, Gədəbəy rayonunun Ermənistan Respublikası ilə sərhəddə erməni işğalçılarına qarşı müharibədə,Başkənd əməliyyatında hərbi xidmətdə olmuşdur. Qarabağda gedən Milli ordunun dislokasiya olunan 86N saylı hərbi hissə komandirinin əmrinə əsasən, həmin hərbi hissədə mina atan kimi hərbi hissədə olmuşdur . O, 86N saylı mina atan batalyonunun hərbi hissənin tərkibində xx.xx.N992-ci ildən xx.xx.N994-cü ilə kimi bir əsgər kimi Azərbaycan Respublikasının Suverenliyi uğrunda Qarabağ bölgəsində gedən döyüşlərdə iştirak etmişdir. Ona müharibə veteranı adı verilməsi üçün cavabdeh orqana müraciətinə sonuncu tərəfindən imtina cavabı verilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibti məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2024-cü il tarixli 3-25-4/2-2474/2024 saylı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli NN40 nömrəli arxiv arayışından da göründüyü kimi iddiaçının N994-cü ilin aprel avından sonrakı hərbi xidməti və hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Məhkəmənin sorğusuna cavabdehin xx.xx.2024-ci il tarixli cavab məktubu ilə müəyyən edilir ki, 28.NN,2024-cü il tarixli 3-25-4/2-7536/2024 №-li məktubunuza (Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-N(NN4)-2084/2024 №-li məktubuna əsasən) cavab olaraq bildiriri ki, 86N(N7N) №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 8 №-li əmrində (əsas: bənd-N, səh-520, əmrdə adı və atasının adı tam yazılmamışdır) İddiaçı ştata əsasən, əsgər vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. 86N(N7N) №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 335 №-li əmrində (əsas: əmrə əlavədə, bənd-N, səh-36, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi “çavuş” yazılmışdır) fövqəladə vəziyyət rayonunda olduğuna görə, Minaatıcı batareyanın hərbi qulluqçusu, tağım komandirinin müavini vəzifəsində, çavuş İddiaçı N992-ci ilin dekabr ayında (3N gün) hər gün üçün 3 (üç) qat əmək haqqı ödənilməsi barədə məlumat vardır. 86N(N7N) №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 58 №-li əmrində (əsas: bənd-N, səh-92, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi “sıravi” yazılmışdır) fövqəladə vəziyyət rayonunda olduğuna görə, Minaatıcı batareyanın hərbi qulluqçusu, hesab nömrəsi vəzifəsində, sıravi İddiaçı N993-cü ilin iyul ayında (3N gün) hər gün üçün 3 (üç) qat əmək haqqı ödənilməsi barədə məlumat vardır. N7N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə (əsas: səh-N5, sıra-N0, əmrdə hərbi rütbəsi “sıravi” yazılmışdır) İddiaçı N-ci taborun Minaatan batareyanın İİ mina atan tağımında hesab nömrəsi vəzifəsinə təyin olunmuşdur. N7N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 48 №-li əmrində (əsas: §-N6, səh-N34, sıra-27, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi “sıravi” yazılmışdır) fövqəladə vəziyyət rayonunda olduğuna görə, N-ci taborun Minaatan batareyanın hərbi qulluqçusu, hesab nömrəsi vəzifəsində, sıravi İddiaçı N994-cü ilin mart ayında (20 gün) hər gün üçün 3 (üç) qat əmək haqqı ödənilməsi barədə məlumat vardır. N7N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab-2, səh- 74, sıra-59) Şəmkir RHK-dan çağırışçısı İddiaçı adı yazılmış, lakin adının qarşısında xidməti barədə müvafiq qeydiyyat aparılmamışdır. Qeyd edirik ki, N7N №-li hərbi hissə komandirinin xx.xx.N994-xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı tərxis olunması barədə məlumat aşkar edilməmişdir. İddiaçı barəsində N7N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 96 №-li əmrindən Arxiv Çıxarışı ünvanınıza göndərilir. N7N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 96 №-li əmrin verilməsinə əsas olan sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda 86N №-li hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək, N7N №-li hərbi hissənin xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qanunun 3-cü maddəsinin qeydinə əsasən bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın Ndən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsidir. Məhkəmə qeyd edir ki, N7N№li hərbi hissə komandirinin N №li əmri ilə də müəyyən edilir ki, X3 bir aydan çox fərarilik etdiyinə görə taborda,ştatdan kənar kimi qeydə alınmış və bütün təminatlardan azd edilmişdir. Belə ki, iddiaçının xidməti barədə hərbi biletində qeydin olması ona müharibə veteranı adı verilməsi üçün yetərli əsas sayıla bilməz. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) vacib şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Göründüyü kimi, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar