Məhkəmə qərarları › İş №2-1(114)-547/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-547/2020

17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-547/2020 17.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Çilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X2, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X6rşı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X6rşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Gəncə şəhər Kəpəz Bələdiyyəsindən xx.xx.2008-ci il tarixli alqı-satqı əsasında alınmış Gəncə şəhəri, Sadıllı qəsəbəsi E-5 məhəlləsində yerləşən 400 kv.m sahəsi olan 3 nömrəli torpaq sahəsinə dair onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi yaşayış evinin tikintisi üçün Gəncə şəhər Kəpəz Bələdiyyəsinə ərizə ilə müraciət etmiş və ərizəsi əsasında xx.xx.2008-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi yaşayış ərazisinin E-5 məhəlləsindəki boş ərazidə 400 kv.m sahəsi olan 3 nömrəli torpaq sahəsinə dair alqı-satqı aktı tərtib edilmişdir. Həmin torpaq sahəsinə dair plan-sxem tərtib edilmiş ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin 3 saylı X9 təhvil verdiyi Dövlət Torpaq Kadastr planlarının qeydiyyatı kitabında iddiaçıya 400 kv.m torpaq sahəsinin ayrılması barədə 902 nömrə ilə qeydiyyat aparılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X9 müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçının vəkili X4 iddianı müdafiə etmişdir Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, sənədlərin araşdırılması zamanı Gəncə şəhər Kəpəz Bələdiyyəsi tərəfindən 0.04 ha torpaq sahəsinə dair qəbul edilmiş xx xxxxxx 2008-ci il tarixli qərarın , eləcə də xx xxxxxx 2008-ci il tarixli “Torpaqların alqı-satqısına dair” Aktın qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmiş, bu səbəbdən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 188 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı yaşayış ərazisinin E-5 məhəlləsindəki boş ərazidən 400 kv.m olan 3 nömrəli torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılması qərara alınmışdır. -Gəncə şəhər Kəpəz rayon Kəpəz bələdiyyəsi üzvlərinin xx.xx.2008-ci il tarixli ümumi yığıncağının qərarından çıxarışın surətindən görünür ki, bələdiyyənin torpaq fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 188 nömrəli sərəncamına əsasən Sadıllı yaşayış ərazisinin E-5 məhəlləsindəki boş ərazidə (3 nömrəli sahə) fərdi yaşayış evinin tikintisinə icazə verilmiş 0.04 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. -xx xxxxxx 2008-ci il tarixli “Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, Gəncə şəhər Kəpəz bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarı əsasında bələdiyyə ərazisindən 0.04 ha torpaq sahəsi 1440 manat müqabilində İddiaçı satılmışdır. -DƏDRX-nin 3 saylı X8 xx.xx.2019-cu il tarixli, **********48 nömrəli məktubunun surətindən görünür ki, ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin 3 saylı X9 təhvil verdiyi Dövlət Torpaq Kadastr planlarının qeydiyyatı kitabında iddiaçıya 400 kv.m torpaq sahəsinin ayrılması barədə 902 nömrə ilə qeydiyyat aparılmışdır (sənədin nömrəsi A 037822). -DƏDRX-nin 3 saylı X8 xx.xx.2020-ci il tarixli, **********59 nömrəli məktubunda qeyd olunur ki, idarəyə xidməti istifadə üçün verilmiş köhnə baza xəritəsində həmin torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi, yeni bələdiyyə xəritəsində isə xüsusi mülkiyyət (verilmiş plan-ölçü sənədinə əsasən) kimi işlənmişdir. -DƏDRX-nin 3 saylı X8 xx.xx.2019-cu il tarixli, **********74 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 188 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı yaşayış ərazisinin E-5 məhəlləsindəki boş ərazidən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı 400 kv.m olan 3 nömrəli torpaq sahəsi ayrılmış, bundan sonra Gəncə şəhər Kəpəz rayon Kəpəz bələdiyyəsi üzvlərinin xx.xx.2008-ci il tarixli ümumi yığıncağının qərarına əsasən həmin torpaq sahəsinin iddiaçıya satılması qərara alınmış və bu barədə xx xxxxxx 2008-ci il tarixli “Torpaqların alqı-satqısına dair Aktı tərtib edilmişdir. Cavabdeh orqan isə bələdiyyə tərəfindən həmin torpaq sahəsinə dair qəbul edilmiş xx xxxxxx 2008-ci il tarixli qərarın, eləcə də xx xxxxxx 2008-ci il tarixli “Torpaqların alqısatqısına dair Aktın qanunvericiliyin tələblərinə uyğun olmadığını əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İşin faktiki hallarına və aşağıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -7.3.1. maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə torpağının alqı-satqı edilməsi nəzərdə tutulmuşdur. Həmçinin bələdiyyələrə məxsus olan daşınmaz əmlaka dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Gəncə şəhər Kəpəz Bələdiyyəsindən xx.xx.2008-ci il tarixli alqı-satqı əsasında alınmış Gəncə şəhəri, Sadıllı qəsəbəsi E-5 məhəlləsində yerləşən 3 nömrəli, 400 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə şəhər Kəpəz Bələdiyyəsindən xx.xx.2008-ci il tarixli alqı-satqı əsasında alınmış Gəncə şəhəri, Sadıllı qəsəbəsi E-5 məhəlləsində yerləşən 3 nömrəli, 400 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8 üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar