Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-547/2023 26.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) ilkin olaraq xx.xx.2000-ci il tarixdə 5 il müddətinə əlillik təyin edilmişdir. Daha sonra xx.xx.2007-ci il tarixdə 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə 1 il müdətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdə “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyində əsas diaqnozu və ağırlaşmalarını təsdiq edən instrumental müayinələr dəqiqləşdirilsin və ətrafl qeyd olunsun” səbəbi ilə imtina edilmişdir. xx.xx.2021-ci il tarixdə isə “Əlavə müalicəyə ehtiyacın olması, reabilitasiya bərpa müalicəsinə ehtiyacı vardır” diaqnozu ilə əlillik təyin olunmamışdır. xx.xx.2022-ci il tarixdə “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyində əsas diaqnozu və ağırlaşmalarını təsdiq edən instrumental müayinələr dəqiqləşdirilsin və ətrafl qeyd olunsun” səbəbi ilə imtina edilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş qiymətləndirmə zamanı “Sol baldır sümüyünün 1/3nin qeyri-düzgün bitişmiş sınığı. Varus və rekurvasiya deformasiyası. Sınıq səviyyəsində qamış və incik sümüklərinin postravmatik senastozu. Aşıq-baldır oynağının açıcı-bükücü kəskin kontrakturası (açma-110 dərəcə, bükmə -100 dərəcə) əzələ atrofiyası, daimi ağrı sindromu. Dayaq hərəkət funksiyasının pozulması ilə.” Diaqnozu qoyulmuş və əlavə müalicəyə ehtiyacın olması, xəstənin müalicə müddətinin yetərli olmaması səbəbi ilə əliliyin təyinindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Sol baldır sümüyünün 1/3-nin qeyridüzgün bitişmiş sınığı. Varus və rekurvasiya deformasiyası. Sınıq səviyyəsində qamış və incik sümüklərinin postravmatik senastozu. Aşıq-baldır oynağının açıcı-bükücü kəskin kontrakturası (açma-110 dərəcə, bükmə -100 dərəcə) əzələ atrofiyası, daimi ağrı sindromu. Dayaq hərəkət funksiyasının pozulması ilə” xəstədir. Xəstəliyi işləməsinə imkan vermədiyi halda onun əlillik dərəcəsinin bərpa edilməsi ilə bağlı müraciətlərindən imtina edilir. Əlavə müalicəyə ehtiyac olması bildirilir. İddiaçı bildirir ki, onun xəstəliyi müalicə olunan deyildir. Ona görə də əlillik dərəcəsi bərpa edilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə etmiş, təmin olunmasını xahiş etmişdir. Cavabdehin iddiaya dair münasibət bildirməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçıya ilkin olaraq xx.xx.2000-ci il tarixdə 5 il müddətinə, daha sonra xx.xx.2007-ci il tarixdə 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə 1 il müdətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Daha sonra iddiaçı əlillik müddəti bitdikdən təkrar əlilliyin təyini məqsədilə cavabdeh orqana müraciət etmişdir. İddiaçının sonuncu müayinəsi Zoo018204ZWF nömrəli Forma 88 göndərişi ilə qiymətləndirilmişdir. Qiymətləndirməyə əsas verən göndərişin təhlili göstərir ki, X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S89 – Diz və baldırın travmaları => S82 – Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olmaqla; Diqanozun mətni: Qamış sümüyü cisminin (diafizinin) sınığı, Sol baldır sümyünün aşağı 1/3-nin qeyri-düzgün bitmiş sınığı. Varus və rekuvasiya deformasiyası. Sınıq səviyyəsində qamış incik sümüklərin postravmatik sinastozu. Sol aşıq-baldır oynağının açıcı-bükcü kəskin kontrakturasl (açma-110 dərəcə, bükmə-100 dərəcə) əzələ atrafiyası, daimi ağır sindromu. Dayaq hərəkət funksiyasının pozulması ilə. Qeyd edilən diaqnoz əsasında cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək ona əlillik təyin edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1.”... Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.5-ci bəndində əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; ..... 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bəndində qeyd olunur ki, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda təqdim etdiyi sənədlərdəki- Forma 88 göndərişindəki xəstəliklər ona əlilliyin təyini əsas deyildir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, məhkəmə icraatı zamanı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin xx.xx.2023-ci il tarixli, 657 nömrəli ekspert rəyinə görə, əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün X3 adına xəstəxananın poliklinikasında İddiaçı adına tərtib edilmiş göndərişdə qeyd edilmiş diaqnozun xəstənin anamnestik, obyektiv-kliniki, laborator-instrumental müayinələri əsasında qoyulması, müalicə tədbirlərinin xəstəliyin dinamikasına uyğun aparıldığından proqnozun və səmərəliliyin qənaətbəxş olması, şəxsin TSEK-də müayinələri zamanı ekspertlər tərəfindən əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmadığı, əyani müayinədə sol aşıq-baldır oynağında açmanın tam, bükmənin cüzi, sol aşağının ətraf sağdan 2-3 sm qısa olması, dayaq hərəkət funksiyasında nəzərə çarpan dəyişiklik və sol baldır əzələlərində atrofiya aşkar olunmaması müəyyən edilmişdir. Rəydə, həmçinin qeyd olunmuşdur ki, iddiaçının əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişiklərlə əlaqədar vaxtaşırı bərpa müalicəsinə ehtiyacı vardır. İşin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı və qanuni olmuşdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-547/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-547/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver