Məhkəmə qərarları › İş №2-1(114)-55/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-55/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-55/2025 02.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “Mehdi Quliyev” bağçılıq cəmiyyəti tərəfindən Bakı-Tbilisi yolunun sol tərəfindən 22 nömrəli sahədə ona verilmiş 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakınn dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərində qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. 28.01.2008-ci il tarixli ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə şəhər Mühafizə şöbəsində işləmişdir.

2. Gəncə şəhər DİŞ-nin nəzində mühafizə şöbəsinin bağ-bostan sahəsi olan əməkdaşlarının adlı siyahısında 51-ci sırada İddiaçı adı qeyd edilmişdir.

3. Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi X11 İdarəsinin xx.xx.2019-cu il tarixli 34 nömrəli arayışına əsasən İddiaçı 26 yanvar 1988-ci il tarixli 1 nömrəli protokol ilə X11 İdarəsinin “Mehdi Quliyev” bağçılıq cəmiyyətinin 22 nömrəli sahədə 400 kv.m torpaq sahəsi verilmişdir. Əsas: Gəncə şəhər DİŞ-nin nəzdində mühafizə şöbəsinin bağ-bostan sahəsi olan əməkdaşların siyahısı.

4. Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2019-cu il tarixli 114/3 nömrəli arxiv arayışından görünür ki, X6 Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 1 nömrəli protokolu ilə “Kəpəz” və “Gəncə” bağçılıq yoldaşlığına daxil olan idarə, təşkilat və müəssisələrin əməkdaşlarına 400 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır.

5. İddiaçı həmin torpaq sahəsinə dair onun adına çıxarış verilməsi məqsədilə cavabdeh orqana müraciətinin təmin edilməsindən imtina edilmiş və xx.xx.2023-cü il tarixli 3-21-3-33/22847/2023 nömrəli imtina məktubu onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənəd ərizənizə əlavə edilmədiyi müəyyən ediİmişdir. Aparılan araşdırma zamanı, bağ təsərrüfatlarının arxiv sənədləri Ərazi İdarəsinə təhvil verilmədiyi, həmçinin, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin xeritə məlumatlarına əsasən dövlət mülkiyyətində olan əraziyə düşdüyü müəyyən ediİmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 saylı "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin İəğv edilməsi” barədə sərəncamına əsasən İəğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.

6. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Bakı-Tbilisi yolunun sol tərəfində, İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 400.0 kv.m torpaq sahəsinin, digər şəxslərin mülkiyyətində və ya qanuni istifadələrdə olan sahələrlə üst-üstə düşmə halı mövcud deyildir. 2) Həmin torpaq sahəsinin 1988-ci ildə məqsədli təyinatı və hüquqi rejiminin necə olması barədə, elektron baza materialları və arxiv sənədlərində məlumat aşkarlanmadı. 3) Rəy hazırlanarkən faktiki təqdim edilən sahəyə, mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərin öz əksini tapdığı yeni elektron kadastr sisteminə əsaslanılmışdır.

7. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Bakı-Tbilisi yolunun sol tərəfində, İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 400.0 kv.m torpaq sahəsinin, digər şəxslərin mülkiyyətində və ya qanuni istifadələrdə olan sahələrlə üst-üstə düşmə halı mövcud deyildir. 2) İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 400.0 kv.m torpaq sahəsinin 1988-ci ildə məqsədli təyinatı və hüquqi rejiminin necə olması barədə, elektron baza materialları və arxiv sənədlərində məlumat aşkarlanmadı. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 400.0 kv.m torpaq sahəsi, hazırda kateqoriyası – yaşayış məntəqələrinin torpaqları, təyinatı – bağ sahələri, üzərində tikili mövcud deyildir. 3) Rəy hazırlanarkən, faktiki təqdim edilən sahəyə, mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərin öz əskini tapdığı yeni elektron kadastr sisteminə əsaslanılmışdır.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 11633/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ərazi İdarəsinin xidməti istifadəsində olan xəritə materiallarına (TEKUİS və AzCad) istinadən İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 400.0 kv.m torpaq sahəsinin yaşayış məntəqələri torpağı Dövlət mülkiyyətinə aid (bağ sahələri) əraziyə düşdüyü müəyyən olmuşdur.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-2005/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, sərəncamda qeyd olunan 04 (dörd) ədəd torpaq sahəsinin yerləşdiyi ərazi Xanlar (Göygöl) rayonu, Üçtəpə bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların xx.xx.2002-ci il tarixli, yerquruluşu planında X3 ərazisi olmaqla, kənd altı (yaşayış) sahəsi olaraq göstərilmişdir. Gəncə şəhəri ərazisində torpaq islahatı həyata keçirilmədiyindən, həmin torpaq sahəsinin mülkiyyəti barədə dövlət tərəfindən təsdiq edilmiş xəritə materialı mövcud olmamışdır. Hal-hazırda Gəncə şəhəri ərazisində yerləşən torpaq sahələrinin mülkiyyəti və kateqoriyası Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 saylı fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatları əsaında müəyyən edilir. Həmin 04 (dörd) ədəd torpaq sahəsinin yerləşdiyi ərazi (TEKUİS və AZCAD) məlumatlarında dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazi olaraq göstərilmişdir.

10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 11959/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, X9, X4 və X10 “Mehdi Quliyev” bağçılıq cəmiyyəti tərəfindən ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. II. Məhkəmədə icraat

11. İddiaçı Cabbar qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Mehdi Quliyev” bağçılıq cəmiyyəti tərəfindən Bakı-Tbilisi yolunun sol tərəfindən 22 nömrəli sahədə ona verilmiş 400 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakınn dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərində qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Tələb onunla əsaslandırılmışdır ki, 1988-ci ii 26 yanvar tarixda mənə X11 İdarəsinin "Mehdi Quliyev" bağçılıq cəmiyyəti tərəfindən 22 nömrəli sahədə 400 kv.m torpaq sahəsi verilmişdir. Belə ki, o, Gəncə şəhəri DİŞ-nin nəzdində mühafizə şöbəsinin işçisi olmuşdur. Bu barədə adlı siyahının surətini, X11 İdarəsinin arayışını və Bağ evinin ilkin layihə sənədinin surətini, əmək kitabçasının surətini və eskiz layihənin surətini təqdim edir. Həmin torpaq sahəsi hazırda da istifadəsindədir. Lakin hüquqlarını qeydiyyata aldıra bilmir. Faktiki olaraq bu torpaq sahəsi mənə qanuni əsaslarla verilib və müvafiq sənədlərin hamısı mövcuddur. Torpaq sahasi üzərində hüquqlarının qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina maktubu vermişdir. Həmin məktubu ərizəsinə əlavə edir. Onun Konstitusiyanın 29-cu maddasi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanin 1-ci Protokolunun 1-ci maddəsi, Mülki Məcəllənin 154-cü və 157-ci maddələri ilə təsbit edilmiş mülkiyyət hüququ pozulmuşdur. Hesab edir ki, cavabdeh hüquqlarını qeydiyyata almalıdır. Cavabdeh imtina məktubunda yazir ki, guya torpaq sahəsinin yerini və ölçüsünü göstərən sənəd təqdim edilməyib. Halbuki, həm ilkin, həm də yeni layihə sənədləri var və cavabdehə təqdim edilmişdir. Digər bəhanə, yəni bağçılığın arxivinin cavabdehdə olmaması isə onun hüquqlarının qeydiyyata alınmaması üçün əsas deyil. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

16. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

21. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər, üçüncü şəxs isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 5-ci bəndi).

23. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

24. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 28.01.2008-ci il tarixli ******* nömrəli əmək kitabçası; - Gəncə şəhər DİŞ-nin nəzində mühafizə şöbəsinin bağ-bostan sahəsi olan əməkdaşlarının adlı siyahısı; - Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi X11 İdarəsinin xx.xx.2019-cu il tarixli 34 nömrəli arayışı; - Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2019-cu il tarixli 114/3 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/22847/2023 nömrəli məktubu; - Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 11959/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 11633/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-2005/2025 nömrəli cavab məktubu; - Mütəxəssis rəyi; - Ortofotogörüntü. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

28. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, X6 Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 1 nömrəli protokolu ilə İddiaçı X11 İdarəsinin “Mehdi Quliyev” bağçılıq cəmiyyətinə ayrılmış 22 nömrəli sahədə 400 kv.m torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair onun adına çıxarış verilməsi məqsədilə cavabdeh orqana müraciətinin təmin edilməsindən imtina edilmiş və xx.xx.2023-cü il tarixli 3-21-3-33/22847/2023 nömrəli imtina məktubu onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənəd ərizənizə əlavə edilmədiyi müəyyən ediİmişdir. Aparılan araşdırma zamanı, bağ təsərrüfatlarının arxiv sənədləri Ərazi İdarəsinə təhvil verilmədiyi, həmçinin, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin xəritə məlumatlarına əsasən dövlət mülkiyyətində olan əraziyə düşdüyü müəyyən ediİmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 saylı "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin İəğv edilməsi” barədə sərəncamına əsasən İəğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır.

29. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinası qanunsuz və əsassız hesab edir.

30. Belə ki, cavabdeh inzibati orqan imtinasını faktiki torpaq sahəsinin Ərazi İdarəsinin xəritə məlumatlarına əsasən dövlət mülkiyyətində olan əraziyə düşməsi ilə əsaslandırmışdır. Məhkəmə tərəfindən həmin halın aydınlaşdırılması məqsədilə mütəxəssis rəyinin alınması qərara alınmış və əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Bakı-Tbilisi yolunun sol tərəfində, İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 400.0 kv.m torpaq sahəsinin, digər şəxslərin mülkiyyətində və ya qanuni istifadələrdə olan sahələrlə üst-üstə düşmə halı mövcud deyildir. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 400.0 kv.m torpaq sahəsinin 1988-ci ildə məqsədli təyinatı və hüquqi rejiminin necə olması barədə, elektron baza materialları və arxiv sənədlərində məlumat aşkarlanmadı. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 400.0 kv.m torpaq sahəsi, hazırda kateqoriyası – yaşayış məntəqələrinin torpaqları, təyinatı – bağ sahələri, üzərində tikili mövcud deyildir. Rəy hazırlanarkən, faktiki təqdim edilən sahəyə, mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərin öz əskini tapdığı yeni elektron kadastr sisteminə əsaslanılmışdır.

31. Yəni, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinə ortofotogörüntüsü ilə müəyyən olunmuşdur ki, iddiaçının adına qeydə alınmasını tələb etdiyi 400 kv.m torpaq sahəsi heç bir subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür, hazırda kateqoriyası – yaşayış məntəqələrinin torpaqları, təyinatı – bağ sahələri, üzərində tikili mövcud deyildir.

32. Göründüyü kimi, iddiaçının adına qeydə alınmasını tələb etdiyi 400 kv.m torpaq sahəsi heç bir subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür, hazırda kateqoriyası – yaşayış məntəqələrinin torpaqları, təyinatı – bağ sahələri.

33. Eyni zamanda, məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3- 33/2-11633/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ərazi İdarəsinin xidməti istifadəsində olan xəritə materiallarına (TEKUİS və AzCad) istinadən İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 400.0 kv.m torpaq sahəsinin yaşayış məntəqələri torpağı Dövlət mülkiyyətinə aid (bağ sahələri) əraziyə düşdüyü müəyyən olmuşdur.

34. Lakin məhkəmə tərəfindən mübahisə olunan ərazi yerində müayinə olunmuş və müəyyən edilmişdir ki, torpaq sahəsinin yerləşdiyi ərazinin yaxınlığında heç bir dövlət əhəmiyyətli bina, idarə, müəssisə yoxdur. Torpaq sahəsi yaşayış evlərinin ortasında boş sahənin daxilində yerləşir. Torpaq sahəsinin ətrafındakı evlərin əksəriyyəti yarım tikililər olsa da, tam hazır vəziyyətdə olan evlər də mövcuddur. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı torpaq sahəsinin döngə nöqtələrinə dörd yerdən dəmir armatur basdırmışdır, onların üzərində naqil qırıqları mövcuddur.

35. Həmin torpaq sahəsinin TEKUİS-da Dövlət mülkiyyətinə aid (bağ sahələri) ərazi kimi qeyd edilməsinin hüquqi əsası araşdırılmış və məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-2005/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, sərəncamda qeyd olunan 4 (dörd) ədəd torpaq sahəsinin yerləşdiyi ərazi Xanlar (Göygöl) rayonu, Üçtəpə bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların xx.xx.2002-ci il tarixli, yerquruluşu planında X3 ərazisi olmaqla, kənd altı (yaşayış) sahəsi olaraq göstərilmişdir. Gəncə şəhəri ərazisində torpaq islahatı həyata keçirilmədiyindən, həmin torpaq sahəsinin mülkiyyəti barədə dövlət tərəfindən təsdiq edilmiş xəritə materialı mövcud olmamışdır. Hal-hazırda Gəncə şəhəri ərazisində yerləşən torpaq sahələrinin mülkiyyəti və kateqoriyası Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 saylı fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatları əsaında müəyyən edilir. Həmin 04 (dörd) ədəd torpaq sahəsinin yerləşdiyi ərazi (TEKUİS və AZCAD) məlumatlarında dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazi olaraq göstərilmişdir.

36. Yəni, iddiaçıya ayrılmış torpaq sahəsinin TEKUİS-da Dövlət mülkiyyətinə aid (bağ sahələri) ərazi kimi qeyd edilməsinin hər hansı hüquqi əsasının mövcudluğu müəyyən edilməmişdir. Həmin ərazi Xanlar (Göygöl) rayonu, Üçtəpə bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların xx.xx.2002-ci il tarixli, yerquruluşu planında X3 ərazisi olmaqla, kənd altı (yaşayış) sahəsi olaraq göstərilmişdir.

37. Digər tərəfdən, məhkəmə sorğusu əsasında əldə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, X9, X4 və X10 (hansı ki, onlara da “Mehdi Quliyev” bağçılıq cəmiyyəti tərəfindən Bakı-Tbilisi yolunun sol tərəfindən torpaq sahələri ayrılmışdır və adları Gəncə şəhər DİŞ-nin nəzində mühafizə şöbəsinin bağ-bostan sahəsi olan əməkdaşlarının adlı siyahısında qeyd edilmişdir) “Mehdi Quliyev” bağçılıq cəmiyyəti tərəfindən ayrılmış torpaq sahələri üzərində onların mülkiyyət hüquqları məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınmışdır.

38. Cavabdeh orqanın təqdim etdiyi ortofoto görüntü ilə X9, X4 və X7 mülkiyyəti kimi qeydə alınmış torpaq sahələri ilə yanaşı yerləşir.

39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış.

40. Göründüyü kimi, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarış hüququn qeydə alınması üçün əsas hesab edilir və X6 Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 1 nömrəli protokolu ilə iddiaçıya X11 İdarəsinin nəzində mühafizə şöbəsinin bağ-bostan sahəsi olan əməkdaşı olduğuna görə İddiaçı “Mehdi Quliyev” bağçılıq cəmiyyətinin 22 nömrəli sahədə 400 kv.m torpaq sahəsi verilmişdir. Cavabdeh orqanın hüququn qeydiyyatından imtina etməsi ilə nəticələnən dəlilləri isə əsaslı olmamış və araşdırma ilə təsdiqini tapmamışdır.

41. Belə ki, iddiaçıya müvafiq icra hakimiyyəti orqanının qərarı ilə X11 İdarəsinin nəzində mühafizə şöbəsinin işçisi kimi bağçılıq üçün torpaq sahəsi ayrılmış, həmin qərarda torpaq sahəsinin ölçüləri göstərilmiş, habelə iddiaçının adı kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına daxil edilmişdir.

42. Bu halların mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş şərtlərə iddiaçı tərəfindən əməl edildiyi nəticəsinə gəlməyə əsas verir.

43. Məhkəmə onu da qeyd edir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələbinə görə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, sübutların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

44. Hazırkı halda isə cavabdeh inzibati orqanın qanunla üzərinə qoyulmuş həmin vəzifələri düzgün icra etməsi müəyyən edilmir.

45. “İnzibati icraat haqqında” Qanununa görə: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ...

46. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “Mehdi Quliyev” bağçılıq cəmiyyəti tərəfindən Bakı-Tbilisi yolunun sol tərəfindən 22 nömrəli sahədə iddiaçıya ayrılmış 400 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

47. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. “Mehdi Quliyev” bağçılıq cəmiyyəti tərəfindən Bakı-Tbilisi yolunun sol tərəfindən 22 nömrəli sahədən ayrılmış 400 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar