Məhkəmə qərarları › İş №2-1(114)-553/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-553/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-553/2020 19.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, X24 oğlunun katibliyi, üçüncü şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X18rşı (üçüncü şəxslər X14, X3 və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti) mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 3 saylı X18rşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 2 otaqlı mənzilin dövlət reyestrində onun adına qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 2 otaqlı mənzil X20 Birliyinin Həmkarlar Komitəsinin xx.xx.1995-ci il tarixli 6 nömrəli orderi əsasında atası Vladimir Yevqenyeviçə verilmiş, orderdə əsas kirayəçi kimi atası, ailə üzvü kimi isə iddiaçı və qardaşı X14 qeyd olunmuşdur. Orderin ümumi qaydada şəhər (rayon) XDS İK tərəfindən deyil, həmin Birliyin Həmkarlar Komitəsi tərəfindən verilməsi qanunidir. 24 ildir ki, həmin mənzil idiaçının ailəsinin sahibliyindədir. İddiaçının atası Vladimir xx.xx.2009-cu ildə vəfat etmişdir və hazırda mənzilə qardaşı və özü sahiblik edir. X3 həmin mənzilin özəlləşdirilməsinə etiraz etmir. İddiaçı qeyd olunan mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X14, xx.xx.2020-ci il tarixli qərardadı ilə isə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X9 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı ərizəyə əlavə olunmuş orderin qanunvericiliklə müəyyən olunmuş qaydada rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X15 İcraiyyə Komitəsi tərəfindən verilmədiyi müəyyən edilmiş və bu səbəbdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Üçüncü şəxs X14 əvvəlki məhkəmə iclasında iddianı qəbul edərək bildirmişdir ki, sözügedən mənzilin bacısı Oksananın adına özəlləşməsinə etiraz etmir. Üçüncü şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X19 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, mənzil xidmətidir, təmsil etdiyi qurum həmin mənzilin özəlləşdirilməsinə etiraz edir. Üçüncü şəxs X2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -DƏDRX-nin 3 saylı X22 xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. -X20 Birliyinin Həmkarlar Komitəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 6 nömrəli orderin surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 2 otaqlı yaşayış sahəsi X5, İddiaçı və X7 istifadəsinə verilmişdir. -Azərbaycan Respublikası Rabitə X10 İttifaqının Gəncə şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 4 nömrəli Forma-2 arayışından görünür ki, ünvan 3 ünvanda yerləşən 2 otaqlı yaşayış sahəsinin sahibi X4 və həmin mənzildə onunla birgə İddiaçı və X7 yaşamaq hüququ var. -X1 xx.xx.2019-cu il tarixli, KŞ-21 nömrəli məktubunda X1 və Rabitə X10 İttifaqının Gəncə şöbəsinin balansında olan Gəncə şəhəri, Hərbi şəhərcik-38-də Rabitə evində yaşayan İddiaçı tərəfindən həmin mənzilin qanunauyğun şəkildə özəlləşdirilməsinə etiraz edilmədiyi bildirilmişdir. -“Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli arayışın surətindən görünür ki, İddiaçı, X17 və X14 ünvan 1 ünvanda qeydiyyatdadır. -xx.xx.2009-cu il tarixli, AZ-İ 325854 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən mənzil X20 Birliyinin Həmkarlar Komitəsinin xx.xx.1995-ci il tarixli 6 nömrəli orderi əsasında X6 və onun ailə üzvləri:-qızı İddiaçı və oğlu X12 verilmişdir. Qeyd olunan şəxslərdən X8 xx.xx.2009-cu il tarixdə ölmüş, X14 isə məhkəmə iclasında sözügedən mənzilin bacısı Oksananın adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.1-ci maddəsində qeyd olunur ki, mənzil qanunvericiliyi dövlət və bələdiyyə mənzil fonduna daxil olan yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi, dəyişdirilməsi və bu hüquqlara xitam verilməsi ilə bağlı münasibətlərin tənzimləyir. Həmin Məcəllənin 8.0.4-cü maddəsinə əsasən mənzil hüquq və vəzifələrinin əmələ gəlmə əsaslarından biri də qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmədir. Həmin Məcəllənin 16-cı maddəsində qeyd olunur ki, yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə xidməti yaşayış sahələri; yataqxanalarda yaşayış sahələri; manevr fondu yaşayış sahələri; əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri daxildir. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki, sözügedən mənzil xidməti yaşayış sahəsidir və mövcud qanunvericiliklə həmin kateqoriyadan olan mənzillər özgəninkiləşdirilə bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14- cii maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinasını əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X18rşı mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar