Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-554/2025 18.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan müddətdə Bərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləməsinin sığorta ödənişli əmək stajıma hesablanmaqla ona xx.xx.2023-cü il tarixdən etibarən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi idmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 217 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək keçmiş sovet ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
3. İddiaçıya məxsus əmək kitabçasında 01 fevral 1977-ci ildə Bərdə rayon Komsomol təşkilatına işə girməsi və 17 noyabr 1979-cu ildə hərbi xidmətə getdiyi üçün işdən azad olunması barədə qeyd aparılmışdır. Qeydlər Bərdə rayon Komsomol təşkilatının katibi Z.Əhmədov tərəfindən imzalanaraq, möhürlənmişdir.
4. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 194 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, rayon Dövlət Arxivində mühafizə edilən sabiq H.Aslanov, M.Hüseynzadə kolxozunda (AİM) 1975-1995-ci illər üzrə şəxsi heyətə dair sənəd materiallarına əsasən onun 1975-1977, 1982-1995-ci illərdə kolxozda işləyərək əmək haqqı aldığı müəyyən edilir.
5. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 283 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Bərdə Rayon Komsomol Komitəsinə aid hər hansı sənəd Dövlət Arxivinə təhvil verilmədiyi üçün İddiaçı 1977-1979-cu illərdə Bərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləməsi və əmək haqqı almasına dair hər hansı məlumatı vermək mümkün olmamışdır.
6. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı verilərək bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən (xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) ümumi sığorta stajı 22 il 8 ay 21 gün təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 19 il 21 gün sığorta stajına uyğun olaraq 17651,07 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 3882,08 manat olmaqla ümumilikdə 21533,15 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (əmr nömrələri və tarixləri qeyd edilməyib) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Bildirilir ki, sözügedən dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) Qarabağ regional DOST Mərkəzinə təqdim etməklə təkrar müraciəti əsasında həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən bildirilir ki, əmək müqaviləsi (Bərdə Rayonu Böyük Göyüşlü Bələdiyyəsi) qüvvədə olduğundan ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Əlavə olaraq bildiririk ki, əmək müqaviləsinə xitam verildikdən sonra təkrar müraciəti əsasında yaşa görə sosial müavinət hüququna qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququuz vardır.
7. Məhkəmənin sorğusuna Bərdə rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 153 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı 1977-1979-cu il tarixlərdə Azərbaycan Lenin Kommunist X12 Rayon Komitəsinin Bərdə rayonu Həzi Aslanov adına kolxoz üzrə komsomol təşkilatının sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir.
8. Məhkəmənin sorğusuna Bərdə Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-38/2/394 nömrəli cavab məktubunda sözügedən məsələ ilə heç bir məlumat olmadığı bildirilmişdir.
9. İddiaçıya məxsus kolxozçunun əmək kitabçasında İddiaçı 1975-1976-cı illərdə Həzi Aslanov adına kolxozda kolxozçu işlədiyi, xx.xx.1977-ci il tarixdən rayon komsomol təşkilatında işə girdiyi üçün kolxozla əlaqəsinin kəsildiyi qeyd edilmişdir.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 xx.xx.2025-ci il tarixli 1-2-28/2-127/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, arxivdə saxlanılan Bərdə Rayon Partiya Komitəsinin maliyyə sənədlərinə əsasən müəyyən edilir ki, İddiaçı Bərdə rayonu Həzi Aslanov adına kolxoz komsomol təşkilatının katibi vəzifəsində işləyərkən 1977-ci ilin mart ayından 1979-cu ilin noyabr ayınadək əmək haqqı almışdır. II. Məhkəmədə icraat
11. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan müddətdə Bərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləməsinin sığorta ödənişli əmək stajıma hesablanmaqla ona xx.xx.2023-cü il tarixdən etibarən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə anadan olmaqla Bərdə rayonunun Böyük Göyüşlü kəndində daimi yaşayır. Ali təhsillidir, 1983-cü ildə D.Bünyadzadə adına X6 qiyabi olaraq bitirmişəm. 1975-1995-ci illərdə Bərdə rayonu Həzi Aslanov adına kolxozunda müxtəlif işlərdə və vəzifələrdə, o cümlədən də xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək olan müddətdə Bərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləmişdir. xx.xx.2023-cü ildə 65 yaşı tamam olmuşdur və bununla da "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununu ilə müəyyən olunmuş yaş həddinə çatmışdır. Odur ki, müvafiq sənədləri, o cümlədən də 25 il 7 ay 18 gün sığorta stajlı əmək stajının olması barədə sənədləri hazılarayaraq ona yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın direktoru Mail Məmmədovun imzası ilə ona verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M- 281996/2023 saylı cavabda bildirilir ki: "Təqdim etdiyiniz əmək kitabçanızın və hərbi biletinizin surətlərinə əsasən (xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla) ümumi birgə sığorta stajınız 22 il 8 ay 21 gün təşkil edir. Azərbaycan Respublikası Nazilər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (əmr nömrələri və tarixləri qeyd edilməyib) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Bildiririk ki, sözügedən dövrlər üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) Qarabağ Regional DOST Mərkəzinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır.Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır." Cavabdehin yuxarıda göstərilən əsasla ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etməsini qanunsuz hesab edirəm. Belə ki, onun xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək olan müddətdə Bərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu Həzi Aslanov adına kolxozun ilk (azad) komsomol təşkilat sahibi vəzifəsində işləməsi bu barədə əmək kitabçasında yazılmış qeydlərlə təsdiq olunur. Həmin qeydlər Bərdə Rayon Komsomol Komitəsinin möhürü və komitənin katibi Z.Əhmədovun imzası ilə təsdiq edilmişdir. Həmin qeydlərin qarşısında əmr nömrəsi və tarixi yazılmaması isə onunla əlaqədardır ki, o, Həzi Aslanov adına Kolxozun komsomolçularının ümumi yığıncağının qərarı ilə bu kolxozun komsomol təşkilat katibi seçilmişdir, yəni həmin vəzifəyə əmrlə təyin edilməmişdir. Odur ki, cavabdehin əmək kitabçasında əmr nömrəsi və tarixi yazılmaması səbəbi ilə onun əmək kitabçasıın qeydlərini nəzərə almamasını qanunsuz və əsassız hesab edirəm. Mərkəzi Filialın cavabında göstərilmiş xx.xx.1977-ci il tarixdən xx.xx.1979- cu il tarixədək olan dövrdə (2 il 8 ay 17 gün) mən Bərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləmişdir və həmin vəzifə üzrə aylıq əmək haqqı 110 (bir yüz on) manat olmuşdur. Bu vəzifədəki əmək stajı da nəzərə alınarsa onun ümumi sığorta ödənişli əmək stajı 25 il 7 ay 18 gün təşkil edir (22 il 8 ay 21 gün + 2 il 8 ay 17 gün). Bərdə rayonu Həzi Aslanov adına kolxozun ilk (azad) komsomol təşkilatının katibi işlədiyim dövrdə əmək haqqı Bərdə Rayon Komsomol Komitəsi tərəfindən ödənilmişdir. 1991-ci ildən etibarən komsomol və kommunist partiyası təşkilatları ləğv olunmuşdur. Odur ki, o, əmək kitabçasında Həzi Aslanov adına kolxozun ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləməsini əmr nömrələri və həmin əmrlərin tarixləri qeyd edilməklə işlənilməsini (yazılmasını) təmin edə bilməz. Onun xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək olan dövrdə (2 il 8 ay 17 gün) Bərdə rayon Həzi Aslanov adına kolxozun ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləməsi faktdır və bu faktın yüzlərlə şahidi vardır. Vəkil sorğusuna cavab olaraq Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 283 nömrəli arayışda bildirilir ki: "Bərdə rayon Göyüşlü kənd sakini İddiaçı Bərdə rayon Komsomol Komitəsinə aid olan hər hansı bir sənəd Bərdə rayon Dövlət arxivinə təhvil verillmədiyi üçün, vətəndaşın 1977-1979-cu illərdə Bərdə rayon H.Aslanov adına kolxozun ilk /azad/ komsomol təşkilatının vəzifəsində işləməsi və bununla əlaqədar olaraq Bərdə rayon Komsomol Komitəsindən hansı məbləğdə əmək haqqı almasına dair heç bir məlumat əldə olunmadı." Beləliklə də onun tərəfindən qanunla müəyyən edilmiş qaydada təşəbbüs göstərilmişdir ki, həqiqətən də xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək olan dövrdə (2 il 8 ay 17 gün) Bərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləməsini təsdiq edən müvafiq rəsmi sənədlər əldə etsin, lakin buna nail ola bilməmişdir. Onun həqiqətən də xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək olan müddətdə Bərdə rayonu Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləməsini sübut üçün məhkəmə iclasına dəvət edəcəyi şahidlər barədə məlumatları məhkəmənin diqqətinə çatdırır: 1.X5 (Şəxsiyyət vəsiqəsi AZE 14256306, FİN 13830630, tel: ***-***-**-** , Bərdə rayonu Böyük Göyüşlü kənd sakinidir) 2.X8 (Şəxsiyyət vəsiqəsi AZE 15129619, FİN 1 WJESXT, Bərdə rayonu Gülgəzli kənd sakinidir) 3.X9 (Şəxsiyyət vəsiqəsi AZE 16042113, FİN 2U12S2V, tel: ***-***-**-** , Bərdə rayonu Kolayır kənd sakinidir) 4.X4 (Şəxsiyyət vəsiqəsi AZE 14257436, FİN 0XLYCC7, tel: ***-***-**-** , Bərdə rayonu Mollaəhmədli kənd sakinidir).
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
14. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. III. İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
18. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
19. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
20. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
23. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı l.Muradov yaşa görə pensiyanın təyin edilməsi məqsədilə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. İddiaçı l.X14 daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-281996/2023 nömrəli məktubla bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979- cu il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (əmr nömrələri və tarixləri geyd edilməyib) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2- ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda qeyd olunan qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə (xx.xx.2023-cü il tarixdə) çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçının əmək fəaliyyəti üzrə mübahisələndirilməyən və mübahisələndirilən dövrlər aşağıdakı kimidir: - Mübahisələndirilməyən dövrlər: 22 il 8 ay 21 gün - Mübahisələndirilən dövrlər: 2 il 9 ay 16 gün - Bərdə rayon Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatında əmək fəaliyyəti dövrü. Qeyd etmək lazımdır ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan əmək kitabçasında qeyd olunan xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğundan (əmr nömrələri və tarixləri qeyd edilməyib) həmin dövrlərin mötəbərliyi şübhə doğurur. Həmçinin Bərdə rayon Dövlət Arxivi tərəfindən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan dövrlərin Bərdə rayon Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının arxiv sənədlərinə dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli,186 nömrəli qərarı ilə təsdiq edilmiş "işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"nın 3.2-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək kitabçasında qeydlərişçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qaydaların 3.4.cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Sözügedən Qaydaların 4.1-ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.1-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajına əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı - həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən daxil edilir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı l.Muradovun yaşa görə əmək pensiyası təyin edilməsi üçün "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində göstərilən hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmışdır.Lakin yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq iddiaçının əmək kitabçasında mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 19 il 21 gün sığorta stajı uyğun olaraq 17651,07 manat, xx.xx.2019- cu il tarixdən xx.xx.2023-cü il tarixədək 3882,08 manat olmaqla ümumilikdə 21533,15 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Bildiririk ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən bildiririk ki, iddiaçının "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (əmr nömrələri və tarixləri qeyd edilməyib) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
26. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi idmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 217 nömrəli məktubu; - İddiaçıya məxsus əmək kitabçası və kolxozçunun əmək kitabçası; - Bərdə rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 194 nömrəli və xx.xx.2023-cü il tarixli 283 nömrəli arxiv arayışları; - Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Bərdə rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 153 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Bərdə Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-38/2/394 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 xx.xx.2025-ci il tarixli 1-2-28/2-127/2025 nömrəli cavab məktubu. Əsaslandırma hissəsi:
Vl. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
28. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
29. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı verilərək bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış siğortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi sənədlərin surətinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 8 ay 20 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilir ki, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1979-cu il tarixindən xx.xx.2010-cu il tarixinədək olan dövrün mötəbərliyinə şübhələr olduğu və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2010-cu il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün qeyd olunan dövr üzrə sığorta stajını təsdiq edəcək sənədləri (əməkhaqqı cədvəllərini) təqdim etdikdən sonra həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2022-ci il tarixindən 180 manata, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılıb. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
30. Göründüyü kimi, cavabdeh orqan iddiaçının Bərdə rayon Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatında əmək fəaliyyəti dövrü olan 2 il 9 ay 16 günü onun sosial sığorta stajına daxil etməyərək, onun 22 il 8 ay 21 gün iş stajı olmasını əsas gətirməklə, pensiya təyinatından imtina etmişdir.
31. Sözügedən dövrün sosial sığorta stajına daxil edilməməsinin səbəbi isə əmək kitabçasında qeyd olunan xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan dövrlərin doldurulma qaydası pozulması (əmr nömrələri və tarixlərinin qeyd edilməməsi) və Bərdə rayon Dövlət Arxivi tərəfindən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan dövrlərin Bərdə rayon Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının arxiv sənədlərinə dair məlumatın aşkar edilməməsi olmuşdur.
32. İddiaçı isə həm iddia ərizəsində, həm məhkəmə iclasında həmin dəlili əsassız sayaraq, göstərmişdir ki, onun xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək olan müddətdə Bərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu Həzi Aslanov adına kolxozun ilk (azad) komsomol təşkilat sahibi vəzifəsində işləməsi bu barədə əmək kitabçasında yazılmış qeydlərlə təsdiq olunur. Həmin qeydlər Bərdə Rayon Komsomol Komitəsinin möhürü və komitənin katibi Z.Əhmədovun imzası ilə təsdiq edilmişdir. Həmin qeydlərin qarşısında əmr nömrəsi və tarixi yazılmaması isə onunla əlaqədardır ki, o, Həzi Aslanov adına Kolxozun komsomolçularının ümumi yığıncağının qərarı ilə bu kolxozun komsomol təşkilat katibi seçilmişdir, yəni həmin vəzifəyə əmrlə təyin edilməmişdir.
33. Məhkəmə aşağıdakılara görə cavabdehin mövqeyini əsassız hesab edir.
34. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
36. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
37. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
38. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
40. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.
41. İddiaçının xx.xx.1958-ci il tarixdə doğulması, xx.xx.2023-cü il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.
42. İddiaçının tələb olunan 25 il sığorta stajına malik olması isə iş materialları ilə öz təsdiqini tapır.
43. Belə ki, əvvəla, əmək kitabçasının doldurulması işçi tərəfindən deyil, işəgötürən tərəfindən həyata keçirildiyindən həmin halın baş verməsində iddiaçı təqsirli sayıla bilməz.
44. İddiaçıya məxsus əmək kitabçasında 01 fevral 1977-ci ildə Bərdə rayon Komsomol təşkilatına işə girməsi və 17 noyabr 1979-cu ildə hərbi xidmətə getdiyi üçün işdən azad olunması barədə qeyd aparılmışdır. Qeydlər Bərdə rayon Komsomol təşkilatının katibi Z.Əhmədov tərəfindən imzalanaraq, möhürlənmişdir.
45. Eyni zamanda, iddiaçıya məxsus kolxozçunun əmək kitabçasında da İddiaçı 1975-1976-cı illərdə Həzi Aslanov adına kolxozda kolxozçu işlədiyi, xx.xx.1977-ci il tarixdən rayon komsomol təşkilatında işə girdiyi üçün kolxozla əlaqəsinin kəsildiyi qeyd edilmişdir.
46. Ən əsası isə, məhkəmənin sorğusuna Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 xx.xx.2025-ci il tarixli 1-2-28/2-127/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, arxivdə saxlanılan Bərdə Rayon Partiya Komitəsinin maliyyə sənədlərinə əsasən müəyyən edilir ki, İddiaçı Bərdə rayonu Həzi Aslanov adına kolxoz komsomol təşkilatının katibi vəzifəsində işləyərkən 1977-ci ilin mart ayından 1979-cu ilin noyabr ayınadək əmək haqqı almışdır
47. Göründüyü kimi, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan müddətdə Bərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləməsi və əmək kitabçasındakı qeydlərin həqiqiliyi məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır.
48. Belə ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
49. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
50. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X20) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.
51. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. İddiaçı isə qeyd edilən müddətdə işləməsinə dair Göygöl rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 97 nömrəli arxiv arayışını təqdim etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (xx.xx.1979-xx.xx.2006-cı illər) həmin qanun qüvvəyə minənədək olan dövrləri əhatə edilir.
52. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
53. Göründüyü kimi, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur.
54. Bununla da, “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi (65 yaş) və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.
55. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
56. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
57. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək oBərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu Həzi Aslanov adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməklə, ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva