Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-556/2024 04.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi) qarşı mənzilin özəlləşdirilməklə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Xanlar Rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsinin xx.xx.1993-cü il tarixli 38 nömrəli sərəncamına əsasən vətəndaş İddiaçı ailə başçısı kimi A.Zeynallı küçəsi, bina 1 ünvanında yerləşən 2 nömrəli mənzilin onun adına rəsmiləşdirilməsi qərara alınmışdır.
2. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən X16 ailə üzvləri ilə birlikdə Göygöl rayonu, D.Bayramov küçəsi, otaqların sayı 2, yaşayış sahəsi 39,2 kv.m olan, bina 1/2 nömrəli mənzildə yaşamasına dar xx.xx.2011-ci il tarixli 24 nömrəli order verilmişdir. X3 ailə tərkibinin anası İddiaçı ibarət olduğu qeyd edilmişdir.
3. Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2007-ci il tarixli 377 nömrəli və xx.xx.2023-cü il tarixli 1668 nömrəli Forma-2 arayışlarında göstərilmişdir ki, İddiaçı Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2011-ci il tarixli 24 nömrəli orderinə əsasən Göygöl rayonu, D.Bayramov küçəsi, otaqların sayı 2, yaşayış sahəsi 39,2 kv.m olan, bina 1/2 nömrəli mənzildə qeydiyyatdadır və yaşayır. Ev dövlət evidir, ev sahibi İddiaçıdır. Evdə oğlu X19, nəvəsi X25 və nəvəsi X20 daimi qeydiyyatdadırlar, gəlini X17 isə müvəqqəti yaşayandır.
4. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, X19, X25 və X4 şəhəri, A.Zeynallı küçəsi, ev 1, mənzil 2 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər.
5. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin onun adına qeydə alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və İdarənin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş sənədlərin mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmadığı müəyyən edilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir.
6. Məhkəmənin sorğusuna Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli 156 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanı dövlət mənzilidir. Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin arxivində ünvan 2 ünvanına aid ilkin sənədlər olmadığından tələb edilən sənədlərin surətlərinin göndərilməsi mümkün deyildir. Qeyd: Mənzil 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 74,5 kv.m olmaqla 2 otağından ibarət olan yaşayış sahəsi 39,4 kv.m, açıq eyvan 20,1 kv.m, qaraj 15 kv.m-dir.
7. Məhkəmənin sorğusuna Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-11133/2023 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərlə müəyyən edilir ki: - X31 kombinatının aprel 1972-ci il tarixli 3 nömrəli protokolu ilə kombinatın işçisi X9 Xanlar rayonu, Dadaş Bayramov küçəsi, 2/4 ünvanında yerləşən 2 otaqlı mənzil ayrılmış, həmin mənzilə dair Xanlar rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1996-cı il tarixli qərar əsasında order verilməklə, mülkiyyət hüququ Xanlar rayon Texniki İnventar Bürosu tərəfindən xx.xx.1996-cı il tarixdə qeydə alınaraq, 8-89 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Həmin sənədlər əsasında X6 xx.xx.2021-ci il tarixdə mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmış və sonuncunun ölümündən sonra xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin mənzil onun vərəsələri X5 və X2, onların paylı mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. - Xanlar Rayon İcra Hakimiyyəti Başçısının Xanlar şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli sərəncamına əsasən X10 Xanlar şəhəri, D.Bayramov küçəsi, ev 2 ünvanında yerləşən 2 nömrəli mənzilə dair Xanlar Rayon İcra Hakimiyyəti Başçısının Xanlar şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsi tərəfindən xx.xx.2004-cü il tarixli 11 nömrəli order verilmişdir. Həmin order və Göygöl Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2006-cı il tarixli Forma-2 arayışı əsasında X1 evə dair mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır.
8. Xanlar şəhəri, Akopyan (indiki Dadaş Bayramov) küçəsi, ev 01, mənzil 02 ünvanında yerləşən mənzilə dair 1985-ci ilə dair şəxsi hesab vərəqəsində ev sahibi qismində Məmmədova Badnus (ölüb) göstərilməklə, ailə tərkibinin Əliyev Murul, Əliyeva (Qasımova) Fatma Alı qızı, Əliyev Eyvazdan ibarət olması qeyd edilmişdir.
9. Məhkəmənin sorğusuna Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli 34 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanı dövlət mənzilidir. Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin arxivində ünvan 2 ünvanına aid ilkin sənədlər olmadığından tələb edilən sənədlərin surətlərinin göndərilməsi mümkün deyildir.
10. Məhkəmənin sorğusuna Göygöl rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3- 48-16RA/2-İM-67-8/2024 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Xanlar şəhəri, A.Zeynallı küçəsi, bina 1 ünvanında yerləşən 2 nömrəli mənzildə yaşayan İddiaçı Əli qızı həyat yoldaşı X18 vəfatı ilə əlaqədar olaraq hal-hazırda yaşadığı yaşayış mənzilinin ailə başçısı kimi onun adına rəsmiləşdirilməsini xahiş etmiş və Xanlar Rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsinin xx.xx.1993-cü il tarixli 38 nömrəli sərəncamına əsasən həmin mənzilin İddiaçı ailə başçısı kimi adına rəsmiləşdirilməsi qərara alınmışdır. Həmin mənzilə dair Xanlar rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat çoxsahəli müəssisənin verdiyi Forma-2 arayışında Xanlar şəhəri, A.Zeynallı küçəsi, bina 1 ünvanında yerləşən 2 nömrəli mənzilin ev sahibi kimi Məmmədova Badnus qeyd edilmiş, həmçinin evdə yaşamaq hüququ olanlar arasında Məmmədova Badnus (ölüb), Əliyev Morul (ölüb), İddiaçı və Əliyev Eyvaz (ölüb) olduğu göstərilmişdir. II. Məhkəmədə icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1-nin üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1-nin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Orada onun ərizəsindən imtina edib bildirmişlər ki, guya mənzil sahəsinin orderi, mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Halbuki, o, ərizəsinə mənzilin adına rəsmiləşdirilməsi ilə bağlı sərəncamdan arxiv arayışını, keçmiş Xanlar İHB-nin şəhər üzrə nümayəndəliyinin xx.xx.1993-cü il tarixli, 38 saylı sərəncamı və 24 saylı adına olan orderi əlavə edib cavabdeh 3 saylı Ərazi İdarəsinə təqdim etsə də, əsassız olaraq ərizəsindən imtina edilmişdir.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
14. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 4 ünvanında yerləşən mənzilin adına özəlləşdirilməklə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
18. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
21. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
23. İddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü ilə bağlı məhkəməyə məlumat verməmişlər.
24. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
25. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 5-ci bəndi). Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Xanlar Rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsinin xx.xx.1993cü il tarixli 38 nömrəli sərəncamı; - Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2011-ci il tarixli 24 nömrəli orderi; - Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2007-ci il tarixli 377 nömrəli və xx.xx.2023-cü il tarixli 1668 nömrəli Forma-2 arayışları; - xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələr; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli 156 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-11133/2023 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Mənzilə dair 1985-ci ilə dair şəxsi hesab vərəqəsi; - Məhkəmənin sorğusuna Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli 34 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Göygöl rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48- 16RA/2-İM-67-8/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
27. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
28. İş materialları ilə müəyyən edilir ki, Xanlar şəhəri, A.Zeynallı küçəsi, bina 1 ünvanında yerləşən 2 nömrəli mənzildə yaşayan İddiaçı Əli qızı həyat yoldaşı X18 vəfatı ilə əlaqədar olaraq hal-hazırda həmin mənzilin ailə başçısı kimi onun adına rəsmiləşdirilməsini xahiş etmiş və Xanlar Rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsinin xx.xx.1993-cü il tarixli 38 nömrəli sərəncamına əsasən həmin mənzilin İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır. Lakin həmin mənzilə dair iddiaçının adına order verilməmişdir. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən X16 (iddiaçının oğlu) ailə üzvləri ilə birlikdə Göygöl şəhəri, D.Bayramov küçəsi, otaqların sayı 2, yaşayış sahəsi 39,2 kv.m olan, bina 1/2 nömrəli mənzildə yaşamasına dar xx.xx.2011-ci il tarixli 24 nömrəli order verilmişdir.
29. Eyni zamanda, Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən İddiaçı Göygöl şəhəri, D.Bayramov küçəsi, otaqların sayı 2, yaşayış sahəsi 39,2 kv.m olan, bina 1/2 nömrəli mənzillə bağlı xx.xx.2007-ci il tarixli 377 nömrəli və xx.xx.2023-cü il tarixli 1668 nömrəli Forma-2 arayışları verilərək, ev sahibinin İddiaçı olması və evdə oğlu X19, nəvəsi X25 və nəvəsi X14 daimi qeydiyyatda olmaları, gəlini X11 isə müvəqqəti yaşayan olması qeyd edilmişdir. X19, X25 və X4 şəhəri, A.Zeynallı küçəsi, ev 1, mənzil 2 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmələri barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə notariat ofisində yazılı razılıq ərizələri vermişlər.
30. İddiaçı ünvan 4 ünvanında yerləşən mənzilin adına özəlləşdirilməklə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və İdarənin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə ərizəyə əlavə edilmiş sənədlərin mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmadığı əsas gətirilməklə, müraciəti təmin edilməmişdir.
31. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur.
32. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
34. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.
35. Göründüyü kimi, iddiaçı cavabdeh orqana ünvan 1 ünvanında yerləşən mənzilin onun adına özəlləşdirilməsinə əsas kimi Xanlar Rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsinin xx.xx.1993-cü il tarixli 38 nömrəli sərəncamını və Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2011-ci il tarixli 24 nömrəli orderini təqdim etmişdir.
36. Məhkəmə hər iki sənədi sözügedən mənzilin özəlləşdirilməsi üçün mötəbər və qanuni əsas hesab etmir. Birincisi, Xanlar Rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsinin xx.xx.1993-cü il tarixli 38 nömrəli sərəncamı verdiyi tarixdə dövlət mənzil fonduna məxsus mənzillər yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarında olmuş və mənzil fondunun idarə edilməsini də məhz həmin orqanlar həyata keçirmişlər.
37. Həmin dövrdə qüvvədə olan mənzil qanunvericiliyinə görə, dövlət mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşlara order vermişdir.
38. Nəzərə alınsa ki, sözügedən mənzil şəxsən iddiaçıya deyil, onun qaynanası olmuş Badnus Məmmədovaya verilmiş və ev sahibi (icarədar) sonuncu olmuş, daha sonra onun və oğlu Morul Əliyevin (iddiaçının əri) ölümündən sonra icarədarın gəlini olaraq İddiaçı evin onun adına rəsmiləşdirilməsini (icarə müqaviləsinin onunla bağlanmasını) xahiş etmiş və Xanlar Rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsinin xx.xx.1993-cü il tarixli 38 nömrəli sərəncamı ilə həmin mənzilin İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır. Lakin bu halda da qanunvericiliyə görə icarədarın ölməsi ilə ailənin digər üzvünün icarədar hesab edilməsi zamanı yaşayış sahəsinin icarə müqaviləsinin dəyişdirilməsi və yeni müqavilə bağlanması tələb olunurdu və bütün bunlar Xanlar Rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsinin səlahiyyətlərinə aid olmamışdır.
39. 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); Maddə 5. Dövlət mənzil fondu Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Maddə 10. Vətəndaşların mənzil hüquqları və vəzifələri Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Maddə 15. Mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetlərinin səlahiyyəti SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq Azərbaycan SSR rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetləri: 6) müvafiq yerli xalq deputatları Sovetinə məxsus mənzil fondunu bölüşdürür və vətəndaşlara yerli xalq deputatları Sovetlərinin evlərində yaşayış sahəsi verirlər; mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota alınmasının, idarə və ictimai mənzil fondunun evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində vətəndaşlara yaşayış sahəsi verilməsinin düzgünlüyünə nəzarət edirlər; Maddə 18. Dövlət və ictimai mənzil fondunu, mənzil-tikinti kooperativləri fondunu idarə edən orqanlar Yerli xalq deputatları Sovetlərinin mənzil fondunun idarə edilməsini Sovetlərin icraiyyə komitələri və onların yaratdıqları idarə orqanları həyata keçirirlər. Maddə 44. Yerli xalq deputatları Sovetlərinin mənzil fonduna məxsus evlərdə yaşayış sahəsi verilməsi qaydası Yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir. Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Maddə 85. Ailənin digər üzvünün icarədar hesab edilməsi nəticəsində yaşayış sahəsini icarə müqaviləsinin dəyişdirilməsi İcarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır.
40. Göygöl Rayon İcra Hakimiyyəti başçısının göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2011-ci il tarixli 24 nömrəli orderinə gəlincə isə əvvəla, həmin order İddiaçı deyil, onun oğlu X13 adına verilmişdir. Hətta iddiaçının adına verilmiş olsaydı belə, o da həmin dövrdə səlahiyyəti olmayan orqan tərəfindən verilmişdir.
41. Göründüyü kimi, mənzilin özəlləşməsi üçün təqdim edilmiş Xanlar Rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsinin xx.xx.1993-cü il tarixli 38 nömrəli sərəncamı dövlət mənzil fonduna məxsus mənzilə dair sərəncam vermə səlahiyyəti olmayan orqan tərəfindən verilmişdir.
42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda da Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas hesab olunur.
43. Yəni, burada müvafiq icra hakimiyyəti orqanı dedikdə, sözügedən sərəncamı qəbul etmək səlahiyyəti olan orqan nəzərdə tutulur. Ona görə də, nə həmin sərəncam, nə də iddiaçının oğlunun adına verilmiş order iddiaçının həmin mənzil üzərində hüquqlarının qeydə alınması üçün əsas ola bilməz.
44. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;
45. Məhkəmə onu da qeyd edir ki, iddiaçı həmin binada yaşayan digər şəxslərin - X12 və X8 mənzillərini özəlləşdirdiklərini qeyd edərək, cavabdeh orqanın ona fərqli davranış nümayiş etdirdiyini iddia etmişdir.
46. Bu səbəbdən sözügedən şəxslərin mənzil üzərində hüquqlarının qeydiyyatına əsas olmuş sənədlər Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsindən sorğu əsasında alınmış və müəyyən edilmişdir ki, X31 kombinatının aprel 1972-ci il tarixli 3 nömrəli protokolu ilə kombinatın işçisi X9 Xanlar rayonu, Dadaş Bayramov küçəsi, 2/4 ünvanında yerləşən 2 otaqlı mənzil ayrılmış, həmin mənzilə dair Xanlar rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1996-cı il tarixli qərar əsasında order verilməklə, mülkiyyət hüququ Xanlar rayon Texniki İnventar Bürosu tərəfindən xx.xx.1996cı il tarixdə qeydə alınaraq, 8-89 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Həmin sənədlər əsasında X6 xx.xx.2021-ci il tarixdə mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmış və sonuncunun ölümündən sonra xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin mənzil onun vərəsələri X5 və X2, onların paylı mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Xanlar Rayon İcra Hakimiyyəti Başçısının Xanlar şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsinin xx.xx.2004cü il tarixli 01 nömrəli sərəncamına əsasən X10 Xanlar şəhəri, D.Bayramov küçəsi, ev 2 ünvanında yerləşən 2 nömrəli mənzilə dair Xanlar Rayon İcra Hakimiyyəti Başçısının Xanlar şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsi tərəfindən xx.xx.2004-cü il tarixli 11 nömrəli order verilmişdir. Həmin order və Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2006-cı il tarixli Forma-2 arayışı əsasında X1 evə dair mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır.
47. Göründüyü kimi, X6 adına qeydə alınmış mənzil iddiaçı ilə eyni binada yerləşmir. İkincisi isə, X9 Xanlar rayonu, Dadaş Bayramov küçəsi, 2/4 ünvanında yerləşən 2 otaqlı mənzil Xanlar rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1996-cı il tarixli qərarı əsasında orderlə verilmiş, mülkiyyət hüququ Xanlar rayon Texniki İnventar Bürosu tərəfindən xx.xx.1996-cı il tarixdə qeydə alınaraq, 8-89 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsi əsasında da 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X6 xx.xx.2021-ci il tarixdə mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmışdır.
48. Digər şəxsə münasibətdə isə məhkəmə qeyd edir ki, doğrudur, Xanlar Rayon İcra Hakimiyyəti Başçısının Xanlar şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli sərəncamına əsasən X10 Xanlar şəhəri, D.Bayramov küçəsi, ev 2 ünvanında yerləşən 2 nömrəli mənzilə dair Xanlar Rayon İcra Hakimiyyəti Başçısının Xanlar şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsi tərəfindən xx.xx.2004-cü il tarixli 11 nömrəli order verilmişdir. 3 saylı Gəncə Ərazi İdarəsi həmin order əsasında X1 evə dair mülkiyyət hüququnu xx.xx.2009-cu il tarixdə qeydə almışdır. Lakin bu hərəkətlər qanuni olmadığından və uzun müddət əvvəl aparıldığından (təxminən 25 il) iddiaçının həmin qeydiyyata görə etimadın qorunması prinsipinə istinad etməsi və məhkəmənin həmin prinsip əsasında iddia təmin etməsi mümkün hesab edilə bilməz.
49. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanuna görə: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
50. Məhkəmə hesab edir ki, iddiaçının mənzilin onun adına özəlləşdirilməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məzmunda sənədləri olmadığından cavabdeh onun hüquqlarını qeydə almaqdan haqlı olaraq imtina etmişdir. Ona görə də, iddia təmin edilməməlidir.
51. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
52. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə:
53. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva