Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-558/2024 15.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Goranboy rayon Qızılhacılı bələdiyyəsinə qarşı torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Goranboy rayon Qızılhacılı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 10.0 ha mədəni otlaq sahəsi yaradılması üçün torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, bələdiyyə ona örüş sahəsi ayrılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi cavabdeh tərəfindən təmin olunduğuna görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Goranboy rayon Qızılhacılı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 08 nömrəli məhkəməyə ünvanlanmış məktubundan da görünür ki, iddiaçı ilə qarşılıqlı razılaşma əsasında mədəni otlaq sahəsi yaratması üçün örüş yerindən yer tanıdılmışdır. Həmçinin, iddiaçı özü də məhkəmə iclasında ona torpaq sahəsinin ayrıldığını təsdiqləmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. -67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Goranboy rayon Qızılhacılı bələdiyyəsinə qarşı torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-558/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-558/2024
15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver