Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-559/2020 03.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və ona İİ dərəcəli əlilliyin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı TSEK-in onun barəsində olan xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ona İİ dərəcəli əlilliyin verilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun anadangəlmə əlləri işləmir. O, 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqlara verilən sosial müavinət almışdır. 18 yaşı tamam olduqdan sonra əlilliyinin müəyyən olunması üçün Goranboy rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Xəstəliyinin diaqnozu “hər iki əlin anadangəlmə inkişaf qüsuru. Sol əlin İİ-İV barmaqlarının aplaziyası. V barmağın distal falanqasının hiploziyası. Sağ əlin İİ-İİİ barmaqlarının orta falanqalarının aplaziyası. Distal ucların sürülməsi. Hər iki əlin barmaqlarının kontrakturası. Hər iki əlin əmək qabiliyyətinin və funksiyasının pozulması” olmuşdur. X1 və həmin xəstəxananın göndərişi əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstittunda müayinə olunduqdan sonra onun adına 88 saylı forma doldurularaq TSEK-ə göndərilmişdir. Lakin, TSEK-in xx.xx.2019-cu il tarixli qərarı ilə İİİ dərəcəli müddətsiz əlilliyi müəyyən olunmuşdur. TSEK-in sözügedən qərarı ilə razı deyil və hesab edir ki, ona müddətsiz İİ dərəcəli əlillik verilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nmüayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Gəncə İnzibati Məhkəməsinin məktubundan məlum olur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı TSEK-in onun barəsində olan xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ona İİ dərəcəli əlilliyin verilməsinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(114)- 306/2019 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından məlum olur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı TSEK-in onun barəsində olan xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ona İİ dərəcəli əlilliyin verilməsini xahiş etmişdir. Hazrıkı tələbdə məhz TSEK-in onun barəsində olan xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ona İİ dərəcəli əlilliyin verilməsidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 78. maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Hazırda da iddiaçı tərəfindən mümkün sayılmayan iddia tələbi və ona əlavə edilmiş sənədlər heç bir dəyişiklik və ya hər hansı bir əlavə edilmədən yenidən verildiyindən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3. maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən hesab edirəm ki, hazırkı iş üzrə iddia tələbi mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və ona İİ dərəcəli əlilliyin verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-559/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-559/2020
03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver