Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-559/2025 18.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı Rafiq oğlunun iştirakı ilə, İddiaçı Rafiq oğlunun cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı dəymiş ziyanın aradan qaldırılması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı Rafiq oğlu cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Gəncə şəhəri, M.Y.Axundzadə küçəsi, 7-ci döngə, 1-a saylı evə dəymiş ziyanın aradan qaldırılması, evin bərpa edilməsi üçün hər kv.m görə 750-800 manat məbləğində pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin oktyabr ayının 17-də ermənilər tərəfindən Gəncə şəhərinə atılan raket nəticəsində onlara məxsus ev ciddi dağıntıya məruz qalmışdır. Hadisədən sonra digər şəxslərə məxsus ziyan görmüş evlərdə geniş bərpa işləri getsə də, onlara məxsus evdə cüzi təmir işləri getmişdir. Belə ki, dam örtüyü yarımçıq qalıb, divarlar partlayıb, bərpa edilməyib, divar nöqsanlarını ört basdır etmək üçün divar kağızı vurublar. Vurduqları tavan örtüyü başdan sovdudur. Otaqların döşəmələri dəyişdirilməmiş, qapılar dəyişdirilməmiş, 1-ci mərtəbənin zirzəmisi dağılmış vəziyyətdə qalmışdır. Əl damı dağıdılmış vəziyyətdədir. Evin hamamı yerlə yeksan olmuşdur. Yerində yeni hamam tikilsə də təmir, su xətti, qidrafonu, digər avadanlıqları təhciz olunmamışdır. Evi 2 mərtəbəli ev olsa da, eviin 1-ci mərtəbəsini kürsü kimi yazmışlar.Nəticədə evin əvvəlki vəziyyətinə bərpa edilməsi təmin edilməmişdir. O, bu barədə müxtəlif dövlət orqanlarına müraciət etsə də, bir nəticə olmamaışdır. Evinin hər kv.m bərpası üçün 750- 800 manat pul nəzərdə tutulsa da, hər kv.m-ə görə 450 manat pul hesablanıb. Evinin kürsüsünü kv.m salmayıblar. O, evinə dəymiş ziyanın düzgün hesablanmasına dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə etdiyi müraciətə əsasən ona bildirmişlər ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 2021 -ci il 14 yanvar tarixli sərəncamı ilə sözügedən hərbi təcavüz nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir- tikinti işlərinin hayata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tam borpası və təmir-tikinti işlərinin hayata) keçirilməsi üçün evlərinin tikintisi üzrə sifarişçi funksiyalar, habelə insa prosesində həyata keçiriləcək işlərin tikiliş və əlaqələndirilməsi dövlə şəhərsalma və arxitektura Komitəsinə həvalə edildiyindən aidiyyəti üzrə həmin qurumlara müraciət etməsi tövsiyə olunmuşdur. O, dəfələrlə cavabdehə onlara dəyən ziyanı düzgün hesablamağı, bərpa edilməli olan hər kv.m üçün 750-800 manat pulun ödənilməsini xahiş etsə də, hər dəfə müraciətinə müsbət cavablandırılmamışdır. Ona görə də cavabdehin üzərinə ona məxsus Gəncə şəhəri,M.Y.Axundzadə küçəsi 7-ci döngə, ev 1 -in tam bərpa edilməsi və dəymiş ziyanın aradan qaldırılması üçün hər kv.m-ə görə 750-800 manat pulun hesablanıb ona ödənilməsi vəzifəsi qoyulmalıdır. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbininin dəqiləşdirilməsi barədə ərizə təqdim edərək, ona smetanın qanuni ayrılması, evin altına zirzəmi şamil olunması və ona uyğun olaraq dəymiş ziyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyində məhkəmənin sualları aşağıdakı kimi cavablandırılmışdır: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus kürsülü, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikinti layihəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Azərdövlətlayihə Azərbaycan Dövlət Baş Layihə İnstitununun təmir tikinti bərpa layihəsinə uyğun olmadığı, belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin Azərdövlətlayihə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən tərtib edilmiş layihə sənədlərində ünvan 2 ünvanında kürsülü, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi layihələndirilsədə, faktiki olaraq həmin ünvanda 2 mərtəbəli fərdi yaşayış evinin inşa edildiyi müəyyən edilmişdir. İddiaçının hazırki tələbi ona smetanın qanuni ayrılması, evin altına zirzəmi şamil olunması və ona uyğun olaraq dəymiş ziyanın ödənilməsindən ibarətdir. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, İİ Qarabağ müharibəsi ərəfəsində Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumu nəticəsində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə ziyan dəymiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli 612S saylı sərəncamı ilə yaradılmış və tərkibinə aidiyyatı qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mühəndis-layihəçi mütəxəssislərinin, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin daxil olduğu İşçi qrup tərəfindən iddiaçının evinə baxış keçirilmiş və evin sökülərək yenidən tikilməsi qərara alınmış, yeni tikiləcək fərdi yaşayış evinin layihələndirmə işləri başa çatdırılmış, layihəsi tərtib edilmişdir. İddiaçının müraciətinə əsasən Azərbacan Respublikası Baş nazirinin sədrliyi ilə keçirilən Dövlət Komissiyasının iclas protokolu əsasında tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin və yardımçı tikililərin smeta dəyəri olan 122000 manat məbləğində vəsait İddiaçı Rafiq oğluna ödənilmişdir. İddiaçı ona ödənilən 122000 manat məbləğində vəsaitin fərdi yaşayış evinin tikintisi üçün kifayət etmədiyini, yəni aldığı vəsaitlə evin tikintisini başa çatdıra bilmədiyini, bunun səbəbi kimi isə tikinti layihəsində evinin birinci mərtəbəsinin kürsü kimi qeyd edilməklə, ona müvafiq məbləğin hesablanadığını əsas gətirərək, hazırkı tələbində smetanın qanuni ayrılması, evin altına zirzəmi şamil olunması və ona uyğun olaraq dəymiş ziyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı iddia ərizəsində ona məxsus olmuş evin 2 mərtəbəli olduğunu, lakin işçi qrup tərəfindən evə baxış keçirilərkən 1-ci mərtəbənin kürsü kimi yazıldığını göstərsə də, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışda da evin 1 mərtəbəli olduğu qeyd edilmişdir. Digər tərəfdən, Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində dağıdılmış, zərər çəkmiş, habelə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasının təmini məqsədilə, ünvan 3 ünvanında İddiaçı Rafiq oğluna məxsus dağıdılmış evin tikinti layihəsi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən resurs metodu ilə tərtib olunmuş lokal smetalar üzrə müəyyənləşdirilərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən müvafiq ekspertiza rəyi ilə təsdiq edilmişdir. ünvan 3 ünvanında İddiaçı Rafiq oğluna məxsus evə dəyən ziyanın qarşılığında müvafiq ekspertiza rəyi ilə təsdiq edilmiş, eyni zamanda həyətində yerləşən yardımçı tikililərə dəyən ziyan üçün işçi qrupu tərəfindən tərtib edilmiş qüsur aktına əsasən “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən yardımçı tikililər üçün hesablanmış iş həcmləri və qiymət cədvəlində təsbit edilmiş ümumi məbləğ çərçivəsində (üstəlik xərclər, plan yığımı və layihə xərcləri istisna olmaqla) Dövlət Komissiyasının xx.xx.2021-ci il tarixli 9 nömrəli protokolunun 2.2-ci bəndinə uyğun olaraq vətəndaş İddiaçı Rafiq oğlu Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə atılan raket zərbələri nəticəsində mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 4 ünvanındayerləşən və ziyan dəymişdir.Komitə tərəfindən evinin tikintisi üçün 122000 (bir yüz itirmi iki min) manat vəsaitin ödəniləcəyi təqdirdə gələckdə dövlət qurumları qarşısında əlavə hər hansı tələbi olmayacağını bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli 428№li ödəniş tapşırığına əsasən müəyyən edilir ki, Ərazi Tikinti Planlaşdırma MRK (ödəyici) İddiaçı Rafiq oğlu (vəsaiti alan) 122000 manat ödəniş həyata keçirilmişdir. Göründüyü kimi, iddiaçının özünün razılığı ilə ona məxsus evə dəymiş ziyanın qarşılığında ona 122000 manat kompensasiya ödənilmişdir. Belə olan halda, cavabdeh orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə, yəni onun hər hansı hüququnun pozulması halı mövcud deyildir. İddiaçı smetanın qanuni ayrılmasını tələb etsə də, iş materiallarındanda müəyyən edildiyi kimi iddiaçı “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış smeta ilə razılaşmış, smeta əsasında həyata keçirilmiş ödənişi qəbul etmişdir və məhkəmə ekspertizası rəyi ilə də müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus kürsülü, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikinti layihəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin Azərdövlətlayihə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən tərtib edilmiş layihə sənədlərində ünvan 2 ünvanında kürsülü, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi layihələndirilsədə, faktiki olaraq həmin ünvanda 2 mərtəbəli fərdi yaşayış evinin inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh orqan tərəfindən pozulması müəyyən edilmədiyindən, yəni cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Rafiq oğlunun cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı ona smetanın qanuni ayrılması, evin altına zirzəmi şamil olunması və ona uyğun olaraq dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. xx.xx.2024-cü il tarixli 10/5078 nömrəli ekspert rəyi üzrə 50 (əlli) manat ekspertiza xərci İddiaçı Rafiq oğluna aid edilməklə, ondan tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-559/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-559/2025
18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver