Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-56/2020 10.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı zərərin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 10.07. 2019-cu il tarixdə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuş 240.000 (iki yüz qırx min) manat dəyərində (xx.xx.2011-ci il tarixə bazar qiyməti ilə) “Ekspress” kafesinin əvvəlki yerində və ölçüsündə bərpa olunmasına dair sərəncamın verilməsi və ölçüsündə bərpa olunması və ona vurulmuş 336.000 (üç yüz otuz altı min) manat məbləğində maddi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Karl Marks küçəsi (həmin küçə sonralar Əlibəy Hüseynzadə adlandırılmışdır, hazırda Şeyx Bahəddin adlandırılır) Gəncə şəhəri Əhaliyə Məişət Xidmətinin balansında olan ayaqqabı təmiri və tikişi pavilyonu Gəncə şəhəri İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli sərəncamı ilə Gəncə şəhəri X6 balansına keçirilmişdir. Gəncə şəhəri X8 üzrə xx xxxxxx 1994-cü il tarixli 95 nömrəli əmrlə fabrik mətbəxinin nəzdindəki 2 nömrəli təcili xidmət kafesi müstəqil iaşə müssisəsinə çevrilmişdir. Gəncə şəhəri İctimai İaşə müəssisəsi 2 nömrəli Ekspres kafesi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx xxxxxx 1993-cü ildə qeydiyyata alınıb, 459 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə həmin kafedən ticarət və ictimai iaşə obyektindən istifadə hüququ təsdiq edən sənəd kimi hüquq verdiyndən Gəncə şəhəri X1 tərəfindən həmin obyektə xx.xx.1995-ci il tarixdə texniki pasport verilmişdir. Qeyd olunan obyekt və onun torpaq sahəsi özəlləşdirilmişdir. Həmin obyekt və onun yerləşdiyi torpaq sahəsi 1-ci kateqoriyalı yerdə yerləşir və iddiaçı 43 həmin obyektdə işləmişdir. Pasporta ümumi sahə kimi 57.4 kv.m, 20.0 kv.m sahənin boş sahə olduğu göstərilmiş, 44.8 kvm satış zalının arası pərdə ilə örtülərək, 22.4 kv.m satış, 22.4 kv.m anbar kimi istifadə olunması göstərilmişdir. Tikinti altı sahəsi 15.9 metr x 5.7 metr göstərilmişdir. Əmlakın texniki inventarlaşdırılması bürosu tərəfindən həmin obyektə verilən xx xxxx 2006-cı il tarixli pasportda həmin tikintinin ümumi sahəsinin 83.2 kvm, satış sahəsinin 58.4 kv.m, köməkçi sahənin 24.8 kv.m, tikinti altı sahənin 88.2 kv.m olması göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2006-cı il tarixli müəssisənin (obyektin) alqı-satqısına dair 387 nömrəli müqaviləyə əsasən obyekt ona 2004 manata satılmış və müvafiq şəhadətnamə verilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixdən həmin obyekti işlətməklə ayda 3500 manat qazancı olmuşdur. Lakin 2011-ci ilin aprel ayında Cavabdeh tərəfindən həmin obyekt heç bir qanuni sənəd olmadan içərisində olan bütün avadanlığı, əmlakı ilə darmadağın edilmişdir. 2011-ci il tarixdən 8 il ərzində hər ay həmin obyektdən 3500 manat qazanc götürməklə ildə 42.000 manat hesabı ilə ona 336.000 (üç yüz otuz altı min) manat birbaşa ziyan vurulmuşdur. Bu təkcə ona vurulmuş ziyanın həmin obyektdən götürdüyü qazanca görə hissəsidir. İddiaçı obyektin özünü dəfələrlə təmir etdirmiş, orada yenidənqurma işləri aparmış, obyekt dağıdılarkən qeyd etdiyi kimi içərisində obyektə aid avadanlığı və digər əmlakı olmuşdur. Xüsusi mülkiyyət hüququ ilə onun mülkiyyətində olmuş obyekt, yəni “Ekspress” kafesi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı X9 tərəfindən qiymətləndirilmiş və bu barədə 01/7021 nömrəli arayış verilmiş və arayışda göstərilmişdir ki, xx.xx.2011-ci il tarixə obyektin bazar qiyməti 240.000 manat təşkil edir. Bu qiymət hazırki bazar qiymətinə uyğunlaşdırılmalıdır, çünki obyektin yerləşdiyi yer Gəncə şəhərində 1-ci kateqoriya hesab olunan yerdə yerləşmişdir. Ona görə də iddiaçı hesab edir ki, ona vurulmuş 240.000 (iki yüz qırx min) manat dəyərində (xx.xx.2011-ci il tarixə bazar qiyməti ilə) maddi ziyan, hazırki bazar qiymətinə uyğunlaşdırılmaqla “Ekspress” kafesi əvvəlki yerində və ölçüsündə bərpa olunmasına dair sərəncam verilməli və dəymiş ziyan üçün 336.000 manat ödənilməlidir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, onun əmlakı 2011-ci ildə sökülüb, həmin vaxt o, Moskva şəhərində müalicədə olmuşdur, ona xəbər vermişlər ki, obyekti Şəhər İcra Hakimiyyətinin əməkdaşları söküblər. O, dəfələrlə Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, müxtəlif bəhanələrlə onu arxayın salmışlar, hətta təklif etmişdir ki, kompensasiya əvəzinə həmin sahədə yenidən tikinti aparmaq üçün sərəncam verilsin, lakin buna da əməl etməmişlər. İddiaçının vəkili X4 əvvəlki məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək iddiaçıya vurulmuş 336.000 (üç yüz otuz altı min) manat məbləğində maddi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və iddianı müdafiə etmişdir. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, həmin obyekt Gəncə Mehmanxanasının arxasında yerləşmiş, yəni yol kənarında olmadığına görə həmin obyektin hansısa abadlıq işlərinə görə Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi iddiası ağlabatan deyil və Şəhər İcra Hakimiyyəti həmin obyektin sökülməsinin təşəbbüskarı və sifarişçisi olmamış, həmin obyektin sökülməsi barədə ümumiyyətlə məlumatlı olmamışdır. İddiaçı heç vaxt bu məsələ ilə bağlı təmsil etdiyi orqana müraciət etməmişdir. Şəhər İcra Hakimiyyətinin iddiaçıya kömək məqsədilə onun sökülmüş obyektinin yerində tikinti aparmasına icazə vermək niyyəti olmuş, lakin layihələndirmə məsələsi onlara aid olmadığına görə köməklik göstərə bilməmişlər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -“Daşınmaz əmlakın hüquqi və fiziki şəxslərə satılmasına dair” xx.xx.2006-cı il tarixli, 000198 qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, ünvan 1 ünvanında yerləşən 2 saylı “Ekspress” kafesi qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı tərəfindən satın alınmış, əmlakın ümumi satış qiyməti 2004.0 manat olmuşdur. -“Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” xx.xx.2007-ci il tarixli, 000301 qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, ünvan 1 ünvanında yerləşən 2 saylı “Ekspress” kafesinin yerləşdiyi 88.2 kv.m olan torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı tərəfindən satın alınmış, torpaq sahəsinin ümumi satış qiyməti 110.25 manat olmuşdur. -“Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” xx.xx.2011-ci il tarixli, 01/7021 nömrəli arayışdan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı X9 tərəfindən ünvan 1 ünvanında yerləşən 2 saylı “Ekspress” kafesi qiymətləndirilmiş və xx.xx.2011-ci il tarixə obyektin bazar qiyməti 240.000 manat müəyyən edilmişdir. -Cavabdeh başçısı Aparatının xx.xx.2019-cu il tarixli 19/2-150 nömrəli məktubun surətindən görünür ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar Cavabdeh tərəfindən hər hansı bir qərar verilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 2 saylı “Ekspress” kafesinin yerləşdiyi 88.2 kv.m olan torpaq sahəsi, eləcə də torpaq sahəsində yerləşən 2 saylı “Ekspress” kafesi qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı tərəfindən satın alınmışdır. İddiaçı hazırda ona məxsus obyektin məhz Cavabdeh tərəfindən söküldüyünü iddia edərək ona vurulmuş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclası zamanı tərəflərin izahatı ilə, eləcə də Gəncə şəhərinin planından çıxarışın surəti ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus olmuş mübahisəli obyekt Gəncə Mehmanxanasının arxa hissəsində yerləşmiş, yəni obyektin kənar divarları həmin mehmanxananın divarları ilə eyni sıra xəttində olmuş və yol kənarına hər hansı çıxıntısı olmamışdır. Bu isə sözügedən obyektin cavabdeh orqan tərəfindən hansısa abadlıq işlərinə görə sökülməsi ehtimalını istisna edir. Başqa sözlə mübahisəli obyektə bitişik olan mehmanxananın hazırda da həmin ünvanda mövcudluğu sözügedən ərazidə cavabdeh orqan tərəfindən abadlıq işləri ilə əlaqədar sökülmə işlərinin həyata keçirilmədiyini deməyə əsas verir. Qeyd olunmalıdır ki, məsuliyyətin yaranması üçün ilk növbədə ziyan və onun hüquqa zidd hərəkət nəticəsində vurulması, eləcə də hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Bu şərtlər tam ödənildikdə məsuliyyət yaranmış olur. Eyni zamanda vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. Mübahisəli obyektin sökülməsi ilə bağlı Cavabdeh tərəfindən hər hansı bir göstəriş verilməsi məhkəmə qaydasında öz təsdiqini tapmamış, iddiaçı bu barədə sübut təqdim edə bilməmişdir. Hazırki iş üzrə iddiaçıya məxsus obyektin real olaraq mövcud olmaması iddiaçıya dəymiş ziyanın mövcudluğunu təsdiq etsə də, ziyanın vurulmasında cavabdeh orqanın təqsirli hərəkətinin olması məhkəmə qaydasında sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı Cavabdehnə qarşı zərərin ödənilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-56/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-56/2020
10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver