Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-56/2021 03.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X28, üçüncü şəxs X20 və üçüncü şəxs Şəmkir bələdiyyəsinin nümayəndəsi X15 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər Şəmkir bələdiyyəsi, X35 və X21) qarşı torpaq sahəsinin konfiqurasiyasının dəyişdirilməsi və yeni çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cu il tarixli 72 nömrəli qərarına əsasən Qasımova (Vəliyevə) Validə Şahid qızına Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. 09 sentyabr 2004-cü il tarixli 4Ə-03-358 reyestr nömrəli müqavilədən görünür ki, Şəmkir bələdiyyəsinin 16.07.2004-cü il tarixli qərarına, Şəmkir rayon Tikinti və Memarlıq şöbəsinin 28.07.2004-cü il tarixli 49 nömrəli arayışına və Şəmkir Rayon TİB-nin 07.09.2004-cü il tarixli 501 nömrəli arayışına əsasən Vəliyeva (Qasımova) Validə Şahid qızına məxsus olan Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən torpaq sahəsindəki yarımçıq mağaza X5. 29 avqust 2005-ci il tarixli 4Ə-03-327 reyestr nömrəli müqavilədən görünür ki, Şəmkir rayon DTİ və MHQİ-nin reyestr kitabı k-6-72 nömrəli inventar işi 1009 nömrəli Qeydiyyat vəsiqəsinə və 26.08.2005-ci il tarixli 1183 nömrəli arayışa əsasən X29 məxsus olan Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən torpaq sahəsindəki mağaza X3. Həmin müqavilə əsasında X22 verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli çıxarışa əsasən Şəmkir şəhəri, Bakı-Qazax yolunun sol tərəfində 0.0416 ha torpaq sahəsində yerləşən 1 girişli, 376.4 kv.m ümumi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə X16 adına qeydiyyata alınmışdır. 27 oktyabr 2009-cu il tarixli 4Ə-02-235 reyestr nömrəli müqavilədən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli çıxarışa əsasən X22 məxsus Şəmkir şəhəri, Bakı-Qazax yolunun sol tərəfində yerləşən 0.0416 ha torpaq sahəsi və 376.4 kv.m ümumi sahədən ibarət bir mərtəbəli qeyriyaşayış binası (mağaza) İddiaçı satılmışdır. Həmin müqavilə əsasında İddiaçı verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli çıxarışa əsasən Şəmkir şəhəri, Bakı-Qazax yolunun sol tərəfində 0.0416 ha torpaq sahəsində yerləşən 1 girişli, 376.4 kv.m ümumi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Şəmkir bələdiyyəsinin Y.İ.İ.M üzrə daimi komissiyasının sədri X23, mühəndisi X30, DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsinin baş mühəndisi X24, qeydiyyat şöbəsinin müdiri X9 iştirakı ilə tərtib edilən aktdan görünür ki, Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli 72 nömrəli qərarı ilə X2 məqsədilə satılmış 0.06 ha torpaq sahəsinə yerində baxış keçirərkən müəyyən edilmişdir ki, bu sahəyə reyetrdən çıxarış verilərkən torpağın sahəsi 0.0416 ha göstərilmişdir, lakin yerdə qalan 0.0184 ha sərbəst torpaq sahəsi hal-hazırda vətəndaşın istifadəsində olduğu üçün X13 adına sənədləşməsi qanuna müvafiq hesab edilir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22.02.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir şəhəri, Bakı- Qazax yolunun sol tərəfində 376.4 kv.m qeyri-yaşayış binası və 0.0416 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı, 0.0184 ha torpaq sahəsi isə mülkiyyət hüququ üzrə X13 adına qeydiyyata alınmışdır. AN-İ ******* nömrəli 27.02.2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, X31 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22.02.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.0184 ha torpaq sahəsini İddiaçı satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06.03.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir şəhəri, Bakı- Qazax yolunun sol tərəfində 376.4 kv.m qeyri-yaşayış binası və 0.06 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin (bundan sonra mətndə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi) 27.01.2020-ci il tarixli **********67 nömrəli məktubu ilə İddiaçı Şəmkir rayonu, Bakı-Qazax yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasının torpaq sahəsinin konfiqurasiyasının dəyişdirilməsi ilə bağlı müraciətindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, İddiaçı adına verilmiş 06.03.2019-cu il tarixli **********15-06301 reyestr nömrəli çıxarışda qeyd edilən 0.06 ha torpaq sahəsinin konfiqurasiyası düzgün tərtib edilmişdir. Eyni zamanda bildirilmişdir ki, İddiaçı iddia etdiyi torpaq sahəsinə (0.0271 ha) Şəmkir Bələdiyyəsinin adına 26.01.2018-ci il tarixli, **********06 reyestr nömrəli çıxarış verilmiş və 21.09.2019-cu il tarixli, 4Ə-2057 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X1. Vilayət Qocayev isə həmin torpaq sahəsinə 24.10.2019-cıı il tarixli, **********71 reyestr nömrəli çıxarış almış və 28.10.2019-cu il tarixli, 4Ə-3150 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Kazımov Mənsur oğluna satmışdır. Odur ki, həmin torpaq sahəsinə Mənsur Kazımovun adına 12.12.2019-cu tarixli, **********71 reyestr nömrəli çıxarış verildiyi üçün konfiqurasiya dəyişikliyinin aparılması mümkün deyil. İmtina ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Şəmkir bələdiyyəsi) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Şəmkir bələdiyyəsinin adına verilmiş 26.01.2018-ci il tarixli **********06 reyestr nömrəli çıxarışın və onun verilməsinə əsas olmuş torpaq sahəsinin planının və ölçüsünün ləğv edilməsi, Bakı-Qazax yolunun sol tərəfində yerləşən onun adına olan qeyri-yaşayış binasının (mağazanın) torpaq sahəsinin konfiqurasiyasının dəyişdirilməsi, buna müvafiq olaraq onun adına yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi və vəkili X38 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı-Qazax yolunun sol tərəfində yerləşən onun adına olan qeyri-yaşayış binasının (mağazanın) yerləşdiyi torpaq sahəsinin konfiqurasiyasının dəyişdirilməsi, buna müvafiq olaraq onun adına yeni çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmənin 16.06.2020-ci il və 23.04.2021-ci il tarixli qərardadları ilə X35 və X21 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşlar. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində və istifadəsində olan 0.06 ha torpaq sahəsində Şəmkir şəhəri ərazisində Bakı-Qazax magistral yolunun sol tərəfində yerləşən “İpək yolu” boyunca baş plan əsasında ona verilmiş 28 metr torpaq sahəsinin uzunu, 22 metr eni olan mağaza və anbar tikdirmişdir. Qeyd olunan torpaq sahəsi Şəmkir bələdiyyəsinin 16.07.2004-cü il tarixli 72 nömrəli qərarına, Şəmkir rayon Tikinti və Memarlıq şöbəsinin 28.07.2004-cü il tarixli 49 nömrəli arayışına və Şəmkir rayon Texniki İnventar Bürosunun 07.09.2004-cü il tarixli 501 nömrəli arayışı əsasında X18 məxsus torpaq sahəsində yerləşən yarımçıq tikili olan mağaza Şəmkir rayon 2-ci notariat kontorunda təsdiq edilən 09.09.2004-cü il tarixli alqı-satqı müqaviləsi ilə əvvəlcə X5. X7 rayon DTİ və MHQİ-nin reyestr kitabı k-6-72 nömrəli, inventar işi 1009 nömrəli Qeydiyyat vəsiqəsinə və 26.08.2005-ci il tarixli 1183 nömrəli arayışı əsasında özünə məxsus mağazanı Şəmkir rayon 2-ci notariat kontorunda təsdiqlənmiş 09.09.2005-ci ol tarixli alqısatqı müqaviləsi ilə X12na alqı-satqı etmişdir. X12 DƏDRX-nin Şəmkir rayon Ərazi İdarəsinin 09.10.2009-cu il tarixli ********** Qeydiyyat nömrəsi olan, ******* nömrəli çıxarışına və 20.10.2009-cu il tarixli arayışına əsasən özünə məxsus həmin mağazanı Şəmkir rayon 2-ci notariat kontorunda təsdiqlənmiş 27.10.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmış və hazırda da həmin mağaza torpaq sahəsi ilə birlikdə iddiaçının xüsusi mülkiyyətindədir. Bakı-Qazax magistral yolunun sol tərəfində “İpək yolu” boyunca əvvəlki mülkiyyətçisi tərəfindən 2004-cü ildə tikilmiş və hazırda iddiaçının mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən torpaq sahəsinə və üzərində tikilmiş mağazaya DT və XK-nin Şəmkir şöbəsinin müdiri R.Rüstəmov, Şəmkir rayonunun Baş Memarı R.Rəhimov və Şəmkir Bələdiyyəsinin sədri M.Cəfərov tərəfindən möhürlənərək hər üç səlahiyyətli şəxslər tərəfindən təsdiqlənərək verilmiş torpaq sahəsinin sxematik çıxarışında göstərilən əsas döngə nöqtələri mağazanın Bakı-Qazax yolu boyununca uzununa göstərilmişdir. Lakin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi işçilərinin texniki səhvləri və yaxud vəzifələrindən suiistifadələri nəticəsində iddiaçıya sonradan verilən qeyri-yaşayış sahəsi olan mağazaya dair 06.03.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla əvvəlki sənədlərə zidd olan sxematik cizgilər planı dəyişdirmişlər ki, bu da mağazanın sxemini Bakı-Qazax magistral yolunun sol tərəfində “İpək yolu” boyunca uzununa deyil, eninə düşmüşdür. Bu da öz növbəsində qonşuluqda torpaq sahəsini əldə etmiş şəxslər arasında lüzumsuz mübahisələrə, qarşıdurmalara və bir sıra xoşagəlməz halların baş verməsinə səbəb olmuşdur. Cavabdeh 11 saylı Şəmkir Ərazi idarəsi işçilərinin texniki səhvləri aradan qaldırılmalıdır. Lakin, müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi müxtəlif bəhanələr gətirərək yaranmış vəziyyətin aradan qaldırılması ilə əlaqədar heç bir tədbir görməmiş və 27 yanvar 2020-ci il tarixli məktubu ilə Bakı-Qazax magistral yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasının torpaq sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən imtina edilmişdir. Əsas da, ona mağazanın əvvəlki vəziyyətindən fərqli olan, sonuncu dəfə koordinatları razılığı olmadan dəyişdirilmiş surətdə verilən 06.03.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı və Şəmkir Bələdiyyənin adına verilmiş 26.01.2018-ci il tarixli, **********06 reyestr nömrəli çıxarışı göstərmişlər. Bu səbəbdən iddiaçının hüquqları kobud şəkildə pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh 11 saylı Şəmkir Ərazi idarəsi tərəfindən qeyriyaşayış sahəsi mağaza və anbar alınandan 14 il sonra, həmin torpağı Şəmkir şəhər bələdiyyəsinə 26.01.2018-ci il tarixli, **********06 reyestr nömrəli çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədini vermişdir. Şəmkir Bələdiyyəsi isə mağaza və anbarı on dörd il iddiaçının istifadəsində olmasına baxmayaraq başqa şəxslərə satmışdır. Halbuki, iddiasına əlavə etdiyi Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatında Memarlıq və Tikinti şöbəsinin müdirinin, Rayon Dövlət Yanğın Təhlükəsizlik Xidmətinin rəisinin və Gigiyena və Epidemiologiya mərkəzinin direktorunun tərtib etdikləri 09.09.2006-cı il tarixli aktın surətindən görünür ki, istifadəsində olan mağaza 2006-cı ildən mağaza və anbar binaları istismara yararlıdır. Hesab edir ki, cavabdeh tərəfindən Şəmkir Bələdiyyəsinə verilmiş 26.01.2018-ci il tarixli, **********06 reyestr nömrəli çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədi qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir və iddiaçının hüquqları kobud surətdə pozulmuşdur. Şəmkir bələdiyyə sədri qanunvericiliyin tələblərini pozaraq, yəni bələdiyyə üzvlərinin ümumi yığıncağının səlahiyyətinə aid olan məsələni mənimsəyərək təkbaşına sərəncam verməklə iddiaçının istifadəsində olan torpaq sahəsini alqı-satqı edərkən qanunvericiliyin bir sıra müddəalarının tələbləri pozulmuş, bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, Şəmkir şəhəri, Bakı-Qazax yolunun, sol tərəfi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və ümumi sahəsi 376,4 kv.m olan qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 06.03.2019-cu il tarixli, **********15-06301 reyestr nömrəli çıxarış verilmişdir. Həmçinin Şəmkir şəhərində yerləşən 0.0271 ha torpaq sahəsi üzərində X20 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 12.12.2019-cu il tarixli, **********71 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı mülkiyyətində olan 0.06 ha və X20 mülkiyyətində (alqı-satqı yolu ilə X8 aldığı) olan 0.0271 ha torpaq sahələri bələdiyyəyə məxsus torpaq sahəsi olmuş və sərhədləri bələdiyyə tərəfindən müəyyən edilərək edilərək vətəndaşlara satılmışdır. Vətəndaşlar tərəfindən təqdim olunmuş hüquqmüəyyənedici və torpaq sahələrinin naturada sərhədlərini müəyyən edən sənədlər əsasında hər iki torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda bildirilir ki, X25 və X6 Bələdiyyəsinin 0.0271 ha torpaq sahəsinin X4 ilə bağlı qərarın ləğv edilməsinə dair iddiasının təmin edilməməsi ilə bağlı Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 18.10.2019-cu il tarixli, 2-1(083)-1861/2019 nömrəli qərardad verilmişdir. İddiaçı nümayəndəsi və vəkili X38 məhkəmə iclaslarında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçının adına verimiş çıxarış üzrə torpaq sahəsinin konfiqurasiyası ilkin hüquqmüəyyənedici sənəd olan bələdiyyə qərarına uyğun işlənməmiş və bu hal mütəxəssis rəyi ilə də təsdiqlənmişdir. Bundan başqa, torpaq sahəsi və qeyri-yaşayış obyekti hazırki tarixədək ilkin sənəddəbələdiyyə qərarında göstərilən konfiqurasiyaya uyğun iddiaçının faktiki istifadəsindədir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdehin nümayəndəsi X26 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək məhkəməyə ünvanladıqları etiraz məktubu ilə eyni məzmunda izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs X35 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, hazırda ona məxsus olan 0.0271 ha torpaq sahəsini X8 almış, sonuncu da həmin torpaq sahəsini qərar əsasında Şəmkir bələdiyyəsindən almışdır. Onun adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 12.12.2019-cu il tarixli, **********71 reyestr nömrəli çıxarış verilmişdir və torpaq sahəsi qanuni olaraq onun mülkiyyətindədir. Üçüncü şəxs X21 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, 0.0271 ha torpaq sahəsini Şəmkir rayon Bələdiyyəsindən almış və digər üçüncü şəxs M.Kazımova satmışdır. Sonuncunun da adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 12.12.2019-cu il tarixli, **********71 reyestr nömrəli çıxarış verilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Üçüncü şəxs Şəmkir bələdiyyəsinin nümayəndəsi X34 məhkəmə iclasında verdiyi izahatda göstərmişdir ki, Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cu il tarixli 72 nömrəli qərarına əsasən Qasımova (Vəliyevə) Validə Şahid qızına Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Bundan başqa, Şəmkir bələdiyyəsinin 08.08.2017-ci il tarixli 11 nömrəli protokol-qərarına əsasən sahibkarlıq məqsədilə bələdiyyə ərazisində yerləşən 271 kv.m torpaq sahəsinin satılması ilə bağlı hərrac və ya müsabiqənin keçirilməsi və ya qanuna müvafiq olaraq vətəndaşlara bilvasitə satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26.01.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi üzərində Şəmkir bələdiyyəsinin mülkiyyət hüququ qeydə alınmışdır. Bundan sonra, Şəmkir bələdiyyəsinin 09.09.2019-cu il tarixli 16 nömrəli protokol-qərarına və 21.09.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1. Odur ki, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və üçüncü şəxs X14 şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs X21 isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxs X10 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsi). Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İşin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, hazırkı iddia tələbi üzrə iddiaçının mübahisələndirdiyi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06.03.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən konfiqurasiyasının yanlış işlənildiyini iddia etdiyi Şəmkir şəhəri, Bakı-Qazax yolunun sol tərəfində yerləşən 0.06 ha torpaq sahəsi ilk dəfə Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cu il tarixli, 72 nömrəli qərarına əsasən Qasımova (Vəliyevə) Validə Şahid qızına satılmış, hazırkı qərarın təsviri hissəsində göstərilən sənədlər əsasında alqı-satqı yolu ilə əvvəlcə X29, daha sonra X22, daha sonra isə İddiaçı satılmışdır. Bu zaman satılan torpaq sahəsinin ölçüsü 0.06 ha olduğu halda daşınmaz əmlakın dövlət reyestrində 0.0416 ha kimi qeydə alınmış, yerdə qalan 0.0184 ha torpaq sahəsi vətəndaşın istifadəsində olduğundan X13 adına sənədləşdirilmiş, sonradan həmin torpaq sahəsi də İddiaçı satılaraq ona 0.06 ha torpaq sahəsinə görə çıxarış verilmişdir. Göründüyü kimi, hazırda iddiaçının mülkiyyətində olan 0.06 ha torpaq sahəsi məhz Qasımova (Vəliyevə) Validə Şahid qızına Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cu il tarixli 72 nömrəli qərarına əsasən satılmış torpaq sahəsidir və həmin torpaq sahəsinin yerləşmə yeri-konfiqurasiyası da ilkin hüquqmüəyyənedici sənəd olan Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cu il tarixli 72 nömrəli qərarına əsasən müəyyən edilməlidir. Hazırkı iddia tələbində iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinin konfiqurasiyasının düzgün işlənilmədiyini mübahisələndirmiş və qeyd etmişdir ki, Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cu il tarixli 72 nömrəli qərarına əsasən Qasımova (Vəliyevə) Validə Şahid qızına satılmış torpaq sahəsinin yerləşməsi Bakı-Qazax yoluna paralel olduğu halda, hazırkı çıxarışda perpendikulyar vəziyyətdə işlənilmiş, bu da onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdeh inzibati orqan iddia predmeti olan torpaq sahəsinin qonşuluğunda yerləşən X29 məxsus torpaq sahəsi olduğundan, həmin torpaq sahəsinin konfiqurasiya dəyişikliyinin aparılmasının mümkün olmadığını əsas gətirərək imtina etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 28.10.2020-ci il tarixli **********65 nömrəli məktubuna əlavə edilmiş həmin idarənin yerquruluşu üzrə mütəxəssisi X32 tərəfindən tərtib edilmiş rəydən görünür ki, Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına əsasən ayrılmış sahibkarlıq məqsədli 0.06 ha torpaq sahəsinin bələdiyyə və DT və XK tərəfindən işlənmiş yerquruluşu sxemi ilə İddiaçı adına işlənmiş 06.03.2019-cu il tarixli RX 1502031nömrəli reyestrdən çıxarışla və texniki pasportun baş plandakı konfiqurasiya eynilik təşkil etmir. Belə ki, İddiaçı baş planı naturada mövcud olan tikiliyə icazə sənədlərinə layihəyə və digər sənədlərə əsasən tikilmiş qeyri-yaşayış binasına uyğun işlənmişdir. Odur ki, konfiqurasiyalar eynilik təşkil etməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin 14.12.2020-ci il tarixli 11/M-206 nömrəli mütəxəssis rəyindən görünür ki, Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına əsasən X18 verilmiş Bakı- Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsinin konfiqurasiyası ilə İddiaçı adına verilmiş 06.03.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.06 ha torpaq sahəsinin konfiqurasiyası eynilik təşkil etmir. Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli 72 nömrəli qərarına əsasən X18 verilmiş Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsi ilə bağlı təqdim olunmuş sənədlərdə koordinatlar olmaması səbəbindən İddiaçı faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsinin koordinanlarının eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmadı. Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına əsasan X18 verilmiş Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0,06 ha torpaq sahəsinin koordinatların olmaması səbəbindən X20 adına verilmiş 12.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0,06 ha torpaq sahəsinin koordinatları ilə üst-ustə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Lakin iddiaçılar İddiaçı və X11 faktiki istifadələri kimi təqdim etdikləri 0,816 ha torpaq sahəsinin 0,0271 ha torpaq sahəsi X20 adına verilmiş 12.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla üst-üstə düşür. Məhkəmə qeyd edilən mütəxəssis rəylərində iş üçün əhəmiyyətli halların tam müəyyən olunmadığını nəzərə alaraq iş üzrə yenidən mütəxəssis rəyinin verilməsi üçün qərardad qəbul etmiş, eyni zamanda mütəxəssis tərəfindən müayinə aparılarkən mübahisəli torpaq sahəsində baxış keçirmişdir. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinin, cavabdeh inzibati orqanın nümayəndəsinin, üçüncü şəxs Şəmkir bələdiyyəsinin nümayəndəsinin, digər üçüncü şəxslərin, eləcə də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin mühəndislərinin iştirakları ilə yerində baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, İddiaçı adına verilmiş 06.03.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0,06 ha torpaq sahəsinin konfiqurasiyasına əsasən torpaq sahəsinin 3,29 metr enində hissəsi faktiki yolun üzərinə düşür. Baxış keçirilən obyektin ön hissədə, yəni yol tərəfdən eni cəmi 35 metrdir, həmin obyektlə üzbəüz dayandıqda sol tərəfi 90 dərəcə bucaq altında düz olsa da, sağ tərəfi ərazinin arxa tərəfinə doğru daralmaqdadır. Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına əsasən X18 verilmiş Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsinin konfiqurasiyası ilə faktiki ərazinin yerləşməsini müqayisə etdikdə müəyyən edildi ki, ön tərəfdən 28 metr uzunluğunda ərazi üçün yer olsa da, 22 metr arxa tərəfdən divarın içəriyə meylli olması səbəbindən eninə 28 metr olan məsafə arxa tərəfdə divarın çöl hissəsinə, yəni kanalizasiya arxanın ortasına qədər davam edir. Yoldan arxaya doğru 22 metr məsafədən sonra faktiki ərazinin sonuna qədər əlavə 6,1 metr məsafə də qalır ki, iddiaçının nümayəndəsi konfiqurasiya dəyişəcəyi təqdirdə həmin əraziyə düşən obyekti sökəcəyini bildirdi. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin 13.10.2021-ci il tarixli 11/M-162 nömrəli mütəxəssis rəyindən görünür ki, Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına əsasən X18 verilmiş Bakı- Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsinin konfiqurasiyası ilə İddiaçı adına verilmiş 06.03.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.06 ha torpaq sahəsinin konfiqurasiyası eynilik təşkil etmir və çıxarış üzrə işlənmişdir. Yəni Bakı-Qazax magistral yoluna perpendikulyar vəziyyətdə işlənmişdir. İddiaçı adına verilmiş 06.03.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.06 ha torpaq sahəsinin konfiqurasiyası – Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına uyğun dəyişdirildiyi təqdirdə hər hansı üçüncü şəxslərin hüquqlarının qeydə alındığı torpaq sahəsi ilə üst-üstə düşmür. Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli 72 nömrəli qərarına əsasən X18 verilmiş Bakı- Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşür. Bununla da müəyyən edilmişdir ki, hazırkı iş üzrə İddiaçı istifadəsində olan torpaq sahəsi faktiki olaraq Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli 72 nömrəli qərarına əsasən X18 verilmiş Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsi ilə eynilik təşkil edir. İş materialları ilə də müəyyən edilir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsini məhz Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli 72 nömrəli qərarına əsasən X18 verilmiş 0.06 ha torpaq sahəsinin əsasında əldə etmişdir. Mütəxəssis rəyləri ilə də müəyyən edilmişdir ki, Şəmkir bələdiyyəsinin 16 iyul 2004cü il tarixli 72 nömrəli qərarına əsasən X18 verilmiş Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşür. Lakin iddiaçının adına verilmiş çıxarış üzrə cavabdeh inzibati orqan torpaq sahəsinin konfiqurasiyasını düzgün işləməmiş, bununla da, iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. - 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. - 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. - 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: - 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. - 1.2-ci maddəsinə əsasən xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur. - 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunun 10-cu maddəsinə əsasən torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi, şəxsin mülkiyyətində, sərəncamında və ya daimi istifadəsində olan torpaq sahəsinin həmin torpaq sahəsinə dair tərtib edilmiş sənədlərə uyğun olaraq yerində müəyyən edilib ölçülməsi və sərhədlərinin müəyyən edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin öhdəliyidir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə cavabdehin torpaq sahəsinin konfiqurasiyasının dəyişdirilməsi tələbi üzrə aşkar hərəkətsizliyi əsassızdır və yuxarıda qeyd edilən maddi hüquq normalarına ziddir. Belə ki, iddiaçı Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına əsasən X18 verilmiş Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsini mülki-hüquqi əqdlər əsasında əldə etmiş və faktiki olaraq onun istifadəsindədir. Bununla bağlı, iddiaçının mülkiyyət hüquqları cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmış, ona 06.03.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə baxmayaraq torpaq sahəsinin konfiqurasiyası çıxarışda düzgün işlənilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin 13.10.2021-ci il tarixli 11/M-162 nömrəli mütəxəssis rəyindən və rəyə əlavə edilmiş yerquruluşu layihəsi çıxarışlarından da görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi 0.06 ha olsa da, faktiki olaraq istifadəsində 0.0816 ha torpaq sahəsi vardır. İddiaçının adına verilmiş 06.03.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.06 ha torpaq sahəsinin konfiqurasiyası – Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına uyğun dəyişdirildiyi təqdirdə hər hansı üçüncü şəxslərin hüquqlarının qeydə alındığı torpaq sahəsi ilə üst-üstə düşmür. Torpaq sahəsinin konfiqurasiyası Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli 72 nömrəli qərarına əsasən dəyişdirildiyi təqdirdə iddiaçının faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. 06.03.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin konfiqurasiyası Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına əsasən X18 verilmiş Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsinin konfiqurasiyasına uyğun dəyişdirilərək çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-56/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-56/2021
03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver