Məhkəmə qərarları › İş №2-1(114)-560/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-560/2023

30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-560/2023 30.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X21 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1rşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, aztəminatlı ailə kimi ailələrinə 2022-ci il üçün təyin edilmiş ünvanlı dövlət sosial yardımının xx.xx.2022-ci il tarixdən dayandırılmasına dair cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Filialının qərarının ləğv edilməsinə və ailəsinə ünvanlı dövlət sosial yardım ödənişinin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Laçın rayonundan məcburi köçkündür və ailə üzvlərilə birlikdə Bərdə rayonu Şatırlı kənd İƏD-nin Nazırlı - 2 kəndində məskunlaşıb yaşayırlar. Həyat yoldaşı X10 da Laçın rayonundan məcburi köçkündür. Dörd azyaşlı uşaqları var. Aztəminatlı ailə olduqlarından ailələri 2020-2021-ci illərdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq təyin edilmiş ünvanlı dövlət sosial yardımı almış, 2022-ci il üçün də həmin Qaydalara müvafiq olaraq ailələrinə xx.xx.2022-ci ildən etibarən aylıq 566,22 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Ailələrini təmsil edən şəxs kimi bankomat vasitəsi ilə sosial yardımı almaq üçün olan 4169 7416 5934 8054 nömrəli DOST kart adına olmuşdur. Həmin kart vasitəsi ilə ailələri xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddətdə cəmi 3963,54 manat məbləğində ünvanlı sosial yardımı almışdır. xx.xx.2022-ci il tarixdən etibarən ünvanlı dövlət sosial yardımın ödənişi əsassız və qanunsuz olaraq dayandırılmışdır. Belə ki, 2022-ci ilin avqust ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X20-Məişət şəraitininin müayinəsi üzrə Mərkəzi Filialının əməkdaşları yenidən və əvvəlcədən xəbərdarlıq etmədən ailəsinin X3ni keçirmiş, bu zaman həyətlərində minik maşını aşkar edilmişdir. Həmin minik maşının ailəsinin istifadəsində olmasını hesab etmişlər. Halbuki “VAZ 21 703” minik markalı **-BK-*** dövlət nömrə nişanlı həmin avtomobil baldızı Bərdə rayonu Şatırlı kənd İƏD-nin Nazırlı-2 kəndində məcburi köçkün kimi məskunlaşıb yaşayan X2r. Həyat yoldaşının dayısı, Laçın rayonunun Qorçu kəndindən məcburi köçkün, Bərdə rayonu Şatırlı kənd İƏD-nin Nazırlı-2 kəndində məskunlaşıb yaşayan X16 həmin maşını almışdır. Polad Xəlilov heyvandarlıqla məşğul olan şəxs kimi heyvanlarını 2022-ci ilin iyun ayında Goranboy rayonunun Ağcakənd adlanan ərazisində yerləşən yaylağa apararkən bütün ailə üzvləri də onunla getdiyinə, evdə heç kim qalmadığına və yaylaqda minik maşınına ehtiyac olmadığına görə gətirib etibarlı yer kimi onların həyətə qoymuş və bildirmişdir ki, sentyabr ayının ortalarında yaylaqdan arana qayıtdıqdan sonra maşını götürüb öz həyətinə aparacaqdır. Onun bu barədə bildirdiklərinə Mərkəzi filialın əməkdaşları heç bir əhəmiyyət verməmiş, əksinə həmin Mərkəzi Filial direktoru Nicat İsmayılovun imzası ilə adına göndərilmiş xx.xx.2022-ci il tarixli **********4 nömrəli bildirişlə ondan ailəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə ödənilmiş cəmi 3963,54 manat məbləğində ünvanlı dövlət sosial yardımı 10 gün müddətinə qaytarıb Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi tələb edilmişdir. İddiaçı hazırki tələblə cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz olunmasını və iddia ərizəsində qeyd etdiyi üçüncü şəxsin tərəf siyahısından çıxarılmasını xahiş etmiş, məhkəmənin həmin tarixli qərardadı ilə cavabdeh əsl cavabdehlə əvəzləşdirilmiş, üçüncü şəxs isə tərəf siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 30 mart 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və əlavə olaraq avtomobilin qohumuna məxsus olduğunu, onların nə mülkiyyətində nə də ki istifadəsində avtomobil yoxdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X11 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ÜDSY almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli **********01202 nömrəli rəsmi müraciətinə əsasən, “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, Dövlət Sosial X20-məişətin müayinəsi üzrə mərkəzi filialı tərəfindən aparılmış X3 nəticəsində ailəyə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 566,22 manat məbləğində ÜDSY ödənişi təyin olunmuşdur. Daha sonra ailəyə təyin edilmiş sosial yardımı almaq hüququna yenidən baxılması məqsədilə Mərkəzi filial tərəfindən xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş monitorinq zamanı təmsilçinin həyat yoldaşı X7 **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə etdiyi aşkarlanmışdır. Təmsilçi qeyd olunanları təsdiqləmiş və monitorinq zamanı tərtib olunmuş aktı imzalamışdır. Bu səbəblə “Ünvanlı gövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq ÜDSY işi xx.xx.2022-ci il tarixdə dayandırılmış və “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq ailənin sosial yardım almaq hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Odur ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 iddiaçının həyat yoldaşı X10 **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə etdiyini dediyini və bu faktın tərtib edilmiş aktda öz əksini tapdığını bildirmiş və əlavə olaraq iddiaçının avtomobildən faktiki istifadə etməsini şəxsən müşahidə etmədiklərini, həmçinin X7 avtomobillə bağlı hər hansı bir sənədinin aşkar edilmədiyini qeyd etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Filialının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubu; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X24 İdarəsinin xx.xx.2022-ci il tarixli, 309-3177-1222 nömrəli arayışı; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Laçın Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 152-4743-1222 nömrəli məktubu; - AZ-İ seriya 566299 nömrəli “Nikah haqqında” şəhadətnamənin surəti; - iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - BD 216294 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti; Həmin sənədlərin məzmununa istina edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Məhkəmə qeyd etməyi zərur hesab edir ki, iddiaçı iddia ərizəsində ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi ilə yanaşı ünvanlı dövlət sosial yardımın dayandırılmasına əsas olmuş qərarın da ləğv olunmasını xahiş etmiş, lakin məhkəmə hazırda iddiaçının hüquqi marağının dayandırılmış ünvanlı sosial dövlət yardımının bərpa edilməsi olduğundan iddia tələbinə həmin hissədə baxmağı məqsədəmüvafiq hesab etmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardım almaq məqsədilə cavabdehə müraciət etmiş və onlara xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 566,22 manat məbləğində ünvanlı dövlət sosial yardım ödənişi təyin olunmuşdur. Daha sonra ailəyə təyin edilmiş sosial yardımı almaq hüququna yenidən baxılması məqsədilə keçirilmiş monitorinq zamanı İddiaçı ailəsinin istifadəsində nəqliyyat vasitəsini olması səbəbindən ünvanlı dövlət sosial yardımı ləğv olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 3-cü maddəsinə əsasən Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.7-ci bəndində sosial yardımın təyin olunmasından imtina edilməsi əsasları göstərimişdir. 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X8 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəzi Filialının xx.xx.2022ci il tarixli, **********4 nömrəli məktubunun məzmunundan görünür ki, Qaydaların 4-cü madddəsinə əsasən ailənin istifadəsində nəqliyyat vasitəsi olması səbəbindən ünvanlı dövlət sosial yardımının verilməsi dayandırılmışdır. Məhkəmə cavabdehin sosial yardımın verilməsinin dayandırılması üçün göstərdiyi əsas arqument, yəni onun istifadəsində nəqliyyat vasitəsinin olması ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı sonuncunun istifadəsində nəqliyyat vasitəsinin olması öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə cavabdehin normativ hüquqi akt müddəalarını düzgün tətbiq etməməsi və iddiaçının sosial təminat hüquqlarının pozulması qənaətinə gəlmişdir. Cavabdeh nəqliyyat vasitəsinin iddiaçının ailəsinin həyətində dayanmasını və monitorinq zamanı tərtib edilmiş aktda X7 nəqliyyat vasitəsindən ailə zərurəti ilə bağlı bir-iki dəfə kənd daxilində mağazaya getməsini deməsinə əsaslanaraq nəqliyyat vasitəsinin iddiaçının ailəsinin istifadəsində olmasını qeyd etmişdir. Lakin məhkəmə sözügedən arqumentləri əsassız hesab edir və bununla bağlı aşağıdakı maddi hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Qeyd olunan normalardan görünür ki, nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınan daşınar əmlakdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin Xİİİ bəndində əsasən Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X24 İdarəsinin xx.xx.2022-ci il tarixli, 309-3340-1222 nömrəli məktubundan da görünür ki, iddiaçının mülkiyyətində və istifadəsində heç bir nəqliyyat vasitəsi yoxdur. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Laçın Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 152-4743-1222 nömrəli məktubundan görünür ki, **-BK- *** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir, hazırda isə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək X5 adına etibarnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Qeyd olunan normaların sistemli təhlilindən görünür ki, cavabdeh orqanın əsaslandığı Qaydalarda nəzərdə tutulan “nəqliyyat vasitəsindən istifadə” mülkiyyət hüququnun tərkibinə daxil olan və notarial qaydada təsdiq edilmiş etibarnamənin verilməsi yolu ilə nəqliyyat vasitəsindən faydalanmağı nəzərdə tutur. Qeyd olunan fakt isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin maddənin 5-ci bəndinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanılmış və şifahi məhkəmə baxışı iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar