Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-563/2021 05.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Edlar Yaşar oğlunun katibliyi, iddiaçının İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə fondu hüquqi şəxsin 18 saylı regional ərazi idarəsinə qarşı 1-ci qrup əlil olduğu üçün xx.xx.1981-ci-xx.xx.1987-ci illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə fondu hüquqi şəxsin 18 saylı regional ərazi idarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı işlədiyi xx.xx.1981-xx.xx.1987-ci illərin güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 1-ci qrup əlil olduğu üçün xx.xx.1981-ci-xx.xx.1987-ci illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. X3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 2-1(114)-563/2021 nömrəli qərardad ilə iddiaçının ərizəsi inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1981-ci il tarixdən xx.xx.1983cü il tarixədək Ermənistan Respublikası Vardenis rayon xalçatoxuma fabrikində və xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək “Kayabaş” kolxozunda işləmişdir. Qeyd etdiyi iş stajı ona imkan verirdi ki, ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunsun. Ancaq cavabdeh onun ərizəsini təmin etmədən geri qaytararaq göstərmişdir ki, 1981- 1987-ci illərə aid onun stajını dəqiqləşdirmək mümkün deyildir. Halbuki onun əmək kitabçasında olan qeydiyyat bir daha sübut edir ki, cavabdehin onun ərizəsindən imtina etməsinin hüquqi əsası yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxx 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək 1-ci qrup əlil olduğu üçün xx.xx.1981-ci-xx.xx.1987-ci illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz etmiş və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surəti; - cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli bildirişin əsli ; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının məlumatı. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia mahiyyəti üzrə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası 1 dərəcə əlilliyi olan şəxslərə ümümilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyəti yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin olunur. 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli bildirişdə qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən iddiaçıya pensiya təyin olunması üçün 14 il 8 ay sığorta stajı tələb olunur. İddiaçının təqdim etdiyi sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək olan iş müddətlərindən xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək işlədiyi Ermənistan Respublikası Vardenis rayon xalçatoxuma fabrikində və xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək işlədi “Kayabaş” kolxozunda işləmə faktının qarşılıqlı yoxlaması mümkün olmadığı səbəbindən və arxiv sənədləri sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçının əmək kitabçasında olan diğər qeydlərə əsasən xx.xx.2006-cı il tarixədək 12 il 0 ay sığorta stajı, xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində 1 il 10 ay sığorta stajı toplanmışdır (ümumi 13 il 10 ay ). Əmək pensiyasının təyin olunması üçün tələb olunan sığorta stajı olmadığı səbəbindən ona 1-ci qrup əlilliyə görə əmək pensiyasının təyin olunması mümkün olmamışdır. Beləliklədə həmin bildirişdən məlum olur ki, cavabdeh İddiaçı ümumilikdə 13 il 10 ay stajını qəbul etmiş, lakin İddiaçı ümumilikdə 14 il 8 ay siğorta stajı tamamlanmadığı üçün onun müraciətindən imtina edilmişdir. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasında məlum olur ki, iddiaçı xx.xx.1981ci il tarixdə 2955 nömrəli əmr ilə Ermənistan Respublikası Vardenis rayon xalçatoxuma fabrikində işə qəbul olunmuş, xx.xx.1983-cü il tarixdə isə 41 nömrəli əmrlə işdən azad olunmuşdur. Beləliklədə iddiaçının Ermənistan Respublikası Vardenis rayon xalçatoxuma fabrikində işlədiyi dövrdə ümümilikdə 2 il 1 ay siğorta stajı yaranmışdır. Həmin əmək kitabçasından məlum olur ki, iddiaçı xx.xx.1983-cü il tarixdə “Kayabaş” kolxozunda işə qəbul olunmuş, xx.xx.1987-ci il tarixdə isə işdən azad olunmuşdur. Beləliklədə iddiaçının “Kayabaş” kolxozunda işlədiyi dövrdə ümümilikdə 4 il 1 ay siğorta stajı yaranmışdır. Beləliklədə məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin qəbul etdiyi 13 il 10 ay siğorta stajından əlavə iddiaçının 6 il 2 ay siğorta stajı mövcuddur və iddiaçının ümumilikdə 20 il siğorta stajı vardır. İddiaçının cavabdeh tərəfindən tələb olunan 14 il 8 ay siğorta stajı mövcuddur. Məhkəmə qeyd etmək lazım bilir ki, cavabdehin imtinasının əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən əmək kitabçası təqdim olunsa da, həmin kitabçada aparılan qeydlərin düzgünlüyünü müəyyən etmək mümkün deyildir. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir.İşəgötürən tərəfindən əmək kitabçasında işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin xitam olunması barədə məlumatlar yazılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında –işə girdiyi gün, ay, il, işlədiyi peşəsi(vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. xx.xx.2006-cı il tarixdək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun: 67-ci maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddəsinin 8-ci hissəsinə əsasən, əmək( sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. 69-cu maddəsinə əsasən isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddaçı əmək fəaliyyətinə xx xxxxxx 1978-ci il tarixdən başlayaraq müxtəlif müəssisələrdə işləmiş və əmək fəaliyyətini xx xxxxxxx 1999-cu il tarixədək davam etdirmişdir. « İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fəziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin (inzibati orqan) iddiaçının əmək kitabçasında göstərilmiş işlədiyi dövrləri ona əmək pensiyası hüququ verən sığorta stajına hesablanmasından imtina etməsi ilə sonuncunun konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar əsaslı olduğundan İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia tələbi təmin olunmalı, İddiaçı xx.xx.1981-ci-xx.xx.1987-ci illərdə işlədiyi illər sosial sığorta stajına daxil edilməsi və 1-ci dərəcə əlilliyə görə pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə fondu hüquqi şəxsin 18 saylı regional ərazi idarəsinin üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1981-ci-xx.xx.1987-ci illərdə işlədiyi illər sosial sığorta stajına daxil edilməsi və 1-ci dərəcə əlilliyə görə pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə fondu hüquqi şəxsin 18 saylı regional ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkə mə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-563/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-563/2021
05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver