Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-563/2022 08.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" ASC Gəncə filialı) qarşı çıxarışın verilməsi tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.0535 ha ölçüdə olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC-niin Gəncə filialı arasında 09.12.2014-cü il tarixli, GNC-2125 ip saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinin predmeti ünvan 2 ünvanındakı 1 mərtəbəli, 318.1 kv.m ümumi, 114,5 kv.m yaşayış, 203,6 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi olmuşdur. Həmin evin yerləşdiyi, xüsusi mülkiyyət hüquqi ilə ona məxsus 0.0535 ha ölçüdə olan torpaq sahəsi müqvilədə ümumiyyətlə göstərilməmiş və müvafiq olaraq ipoteka ilə yüklü edilməmişdir. Bu əsasla cavabdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə ərizə ilə müraciət edərək xüsusi mülkiyyət hüququ ilə ona məxsus ünvan 2 ünvanındakı 0.0535 ha ölçüdə olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Lakin cavabdeh bundan imtina etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" ASC Gəncə filialının xeyrinə ipoteka ilə yüklü edildiyindən məhkəmə iş üzrə qəbul ediləcək qərarın "xxxx" ASC Gəncə filialının maraqlarına toxunacağı qənaətinə gələrək sözügedən qurumu 28.01.2022-ci il tarixli qərardadı ilə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etmişdir. İdiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən verilən 06.12.2021-ci il tarixli, **********97 nömrəli imtina məktubunda iddiaçıya bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2(044)-1715/2021 saylı qərardadına əsasən həbs qoyulduğu və əmlakın üçüncü şəxsin xeyrinə yüklü olduğu müəyyən edilmişdir. Bu səbəbdən də əmlak üzərində həbs götürüldükdən və bankın razılıq məktubu əlavə edilməklə müraciət olunduğu təqdirdə müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır. İddiaçı 28.01.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək "xxxx"ASC-nin Gəncə filialının xeyrinə ipoteka ilə yüklü edilərək 08.01.2015-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli yüklülük çıxarışının verilməsinə dair hüquqların qeydiyyatının ləğv edilməsi və ünvan 2 ünvanında yerləşən 0.0535 ha ölçüdə olan torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin həmin tarixli məhkəmə iclasının protokol qərardadı ilə ərizə inziati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh məhkəməyə **********85 nömrəli, 17.01.2022-ci il tarixli etiraz məktubu göndərərək bildirmişdir ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 318.1 kv. m olan fərdi yaşayış evi və 0.0535 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 26.09.2012-ci il tarixli, **********08-10301 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı ilə "xxxx" ASC-nin Gəncə filialı arasında bağlanmış 09.10.2014-cü il tarixli, GNC-2125ip nömrəli ipoteka müqaviləsinə əsasən, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin Gəncə filialının xeyrinə ipoteka ilə yüklü edilərək 08.01.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli yüklülük çıxarışı verilmişdir. Həmçinin iddiaçı X2 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş daşınmaz əlakın bölünməsi tələbi”nə dair iddia ərizəsi ilə əlaqədar Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2(044)-1715/2021 nömrəli qərardadına əsasən, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Əmlak üzərinə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2(044)-1715/2021 saylı qərardadına əsasən həbs qoyulduğu və "xxxx" ASC-nin Gəncə filialının xeyrinə ipoteka yüklü olduğu üçün əmlak üzərinə qoyulmuş həbs götürüldükdən və Bankın razılıq məktubu əlavə edilməklə müraciət olunacağı təqdirdə müraciətə qanunamüvafiq qaydada baxılacağı barədə İddiaçı 06.12.2021-ci il tarixli, **********97 nömrəli məktub göndərilmişdir. İddiaçının tələbi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2,9,11, 12.1-ci maddələrinin tələblərinə uyğun olmadığı üçün təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirdi ki, ipoteka predmeti olan əmlakın üzərinə həbs qoyulmuş, "xxxx" ASC-nin Gəncə filialının xeyrinə RX ******* nömrəli, 08.01.2015-ci il tarixli çıxarışla yüklü edilmişdir. Odur ki, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki: mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasını əsaslandırdığı hallarda mümkün hesab edilir. İş materiallarına əlavə olunmuş 09.12.2014-cü il tarixli, GNC-2125 ip nömrəli ipoteka müqaviləsindən görünür ki, Gəncə şəhəri, R.Qasımov küçəsi, ev 41 yerləşən 1 mərəbəli, 318.1 kv.m ümumi, 114.5 kv.m yaşayış, 203.6 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi "xxxx" ASC-nin Gəncə filialının xeyrinə yüklü edilmiş və həmin müqavilədə fərdi yaşayış evinin əsas göstəriciləri aşağıdakı kimi müəyyən olunmuşdur : A. 1 mərtəbəli, 4 otaqlı, yaşayı sahəsi -114.5 kv.m, ümumi sahəsi-318.1 kv.m Fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) B. Xidməti bina -1 mərtəbəli, tikintialtı sahəsi-56.1 kv.m, ümumi sahəsi- 40 kv.m tam mülkiyyət hüququ üzrə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 64 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan, RX ******* nömrəli, 08.01.2015-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 5 nömrəli fərdi yaşayış evi və 0.0535 ha torpaq sahəsi üçüncü şəxsin xeyrinə qırx səkkiz ay müddətinə yüklü edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.05.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın alqı-satqısı nəticəsində Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılması nəticəsinə gəlmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli Qərarının 13-cü bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırki mübahisədə RX ******* nömrəli, 08.01.2015-ci il qeydiyyat tarixli çıxarışla 0.0535 ha torpaq sahəsinə "xxxx" ASC-nin Gəncə filialının xeyrinə yüklülük tərəflər arasında bağlanmış 09.12.2014-cü il tarixli, GNC-2125 ip nömrəli ipoteka müqaviləsi əsasında aparıldığından həmin işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 7.2-ci maddəsinə görə, bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Beləliklə, yuxarıda sadalanan normaları və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, "xxxx"ASC-nin Gəncə filialının xeyrinə ipoteka ilə yüklü edilərək 08.01.2015-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli yüklülük çıxarışının verilməsinə dair hüquqların qeydiyyatının ləğv edilməsi və ünvan 2 ünvanında yerləşən 0.0535 ha ölçüdə olan torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı "xxxx"ASC-nin Gəncə filialının xeyrinə ipoteka ilə yüklü edilərək 08.01.2015-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli yüklülük çıxarışının verilməsinə dair hüquqların qeydiyyatının ləğv edilməsi və ünvan 2 ünvanında yerləşən 0.0535 ha ölçüdə olan torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, hazırki tələb ilə yaşadığı yer üzrə ümumi məhkəməyə müraciət edə bilər. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-563/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-563/2022
08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver