Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-567/2021 15.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X1 ilə, İddiaçı Cavabdehnə qarşı Nikah akt qeydində ata adının dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar qaydada baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onunla X7 arasında Cavabdehndə bağlanmış xx.xx.2010-cu il tarixli, 280 nömrəli nigahın bağlanması haqqında akt qeydlərində düzəliş edilərək atasının adının Bayramoviç, yəni İddiaçıoviç kimi qeyd edilməsi öhdəliyinin cavabdehə havalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1982-ci ildə anadan olmuş və İddiaçı kimi doğum haqqında şəhadətnamə almışdır. xx xxxxxx 2010-cu il tarixdə X7 ilə ailə qurmuşdur. Nikahın bağlanması haqqında şəhadətnamədə soyadı Quliyev kimi qeyd edilmişdir. Sonradan o, köçüb Rusiyada yaşamışdır. Orada isə onun pasportunda atasının adı Bayramoviç kimi qeyd edilmişdir. Eyni zamanda hərbi biletində də atasının adı Bayramoviç kimi qeyd edilmişdir. xx xxxxxxx 2012-ci il tarixdə X5 və xx xxxxxx 2016-cı il tarixdə X6 adlı iki uşağı olmuşdur. Onların doğum haqqında şəhadətnamələrində atalarının adı İddiaçı kimi qeyd edilmişdir. Uşaqların Rusiyada qeydiyyata alınması üçün onların doğum haqqında şəhadətnamələrində onların ata adının Bayramoviç kimi qeyd edilməsi zəruridir. Buna görə də, Cavabdehnə müraciət etmişdir. Qeydiyyat şöbəsi isə onun ata adında dəyişiklik etməkdən imtina etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 05/13-309/76 nömrəli məktubda qeyd etmişdir ki, tərtib edilmiş iddia ərizəsində yanlışlığa yol verilmişdir. Belə ki, iddia ərizəsində iddianın predmeti nikahın bağlanması haqqında akt qeydində ata adının dəyişdirilməsi kimi qeyd edilmişdir. Halbuki, iddiaçı ata adında dəyişiklik edilməsini göstərməlidir. Eyni zamanda iddiaçının bu tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarına ziddir. Belə ki, Qərarda qeyd edilmişdir ki, X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklərin edilməsi, kifayət qədər əsaslar olduqda və ya aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin daimi yaşayış yerində Qeydiyyat şöbələri və Konsulluq İdarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş Məhkəmənin qətnaməsi əsasında aparılır. Belə ki, iddiaçının daimi yaşayış yeri Rusiya Federasiyasıdır və X3 halhazırda vətəndaşın bildirdiyi qədəri ilə yoxdur. Amma iddia ərizəsində onun yaşayış yeri Ağstafa şəhəri göstərilmişdir. İddia ərizəsinin xahiş etdi hissəsində də səhvliyə yol verilmiş, nikah xx.xx.2010-cu ildə 280 saylı akt qeydinə əsasən Ağdaş rayon Qeydiyyat şöbəsində qeyd edilmiş, amma səhvən Ağstafa yazılmışdır. Buna görə də, nikahın Ağdaş rayon Qeydiyyat şöbəsində qeyd edilməsi və İddiaçıoviçin Rusiya vətəndaşı olduğundan, Cavabdehnə heç bir aidiyyəti olmadığından qanunverciliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək, iddia ərizəsində cavabdeh qismində səhvən Ağstafa Qeydiyyat şöbəsinin qeyd etdiyini bildirmiş və iş üzrə csavabdehin əsl cavabdeh Ağdaş rayon Qeydiyyat şöbəsi ilə əvəz olunmasını xahiş etmişdir. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh tərəf xx.xx.2021-ci il tarixli 05/13-308/76 nömrəli məktubla məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və iddiaçı tərəfindən verilən teleqramı nəzərdən keçirərək hesab edir ki, iş üzrə Cavabdeh əsl cavabdeh Ağsdaş rayon Qeydiyyat şöbəsi ilə əvəz olunmalı və hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzbati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair İşlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdehlə əvəz edə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Ağdaş rayon Qeydiyyat şöbəsinin hüquqi ünvanı Ağdaş rayon Heydər Əliyev mərkəzində olduğundan və Şəki rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edildiyindən hazırkı inzibati iş ərazi aidiyyati üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə görə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı Cavabdehnə qarşı Nikah akt qeydində ata adının dəyişdirilməsi tələbinə dair inzibati iş üzrə cavabdeh Cavabdeh əsl cavabdeh Ağdaş rayon Qeydiyyat şöbəsi ilə əvəz edilsin və baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-567/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-567/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver