Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-57/2023 05.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz və əsassız hesab edilməsi, ona əmək pensiyasının yenidən hesablanaraq, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinə aylıq vəzifə maaşı, il ərzində 3 (üç) aylıq vəzifə maaşı miqdarında mükafat, 1 (bir) aylıq vəzifə maaşı miqdarında müavinət, vəzifə maaşının 15 %-i miqdarında pul ödənişi və qulluq stajına görə əlavəyə əsasən pensiya təyin edilməsi üçün dövlət məvacibi həcmində ödənilməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr hesablanması və yaşının çoxluğunu və xəstəliyini nəzərə alaraq istisna hal kimi ona çatacaq 32898,00 manat pul vəsaitinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 60 ildən artıq ümumi, o cümlədən 18 il 2 ay dövlət qulluğu stajı mövcuddur. İxtisasca jurnalistdir, ixtisasına uyğun olaraq bir sıra mühüm vəzifələrdə işləmiş, YAP-nin Tərtər rayon təşkilatının, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatıdır. xx.xx.2005-ci ildə ona dövlət qulluqçusu kimi pensiya təyin edilmiş, lakin pensiya təyin edilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydaları” rəhbər tutulmamış, bu qanunların tələbləri bilərəkdən pozulmuşdur. Belə ki, Qanunvericilik aktlarında aydın şəkildə qeyd olunmuşdur ki, pensiyanın məbləği pensiyaya çıxanın dövlət qulluğu stajından və həmin vəzifədə fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibindən asılı olaraq müəyyən edilir. Yuxarıda göstərilən şərtlərin nəzərə alınmamasının nəticəsidir ki, ona pensiya hesablanarkən xx.xx.2013-cü ildən xx.xx.2018-ci ilədək olan 51 ay ərzində cəmi 14484 manat, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə kimi cəmi 18 ay ərzində 5513 manat, xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan 26 ay ərzində 11076 manat, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək olan 5 ay ərzində 1825 manat pul vəsaiti olmaqla ümumilikdə 32898.00 manat alacağı pensiya puluna daxil edilməmişdir. Bu fakt aşağıdakı hesablamalarla öz təsdiqini tapır. Əsas vəzifə maaşı - 735 manat, dövlət qulluğu stajına görə 30% əlavə 220 manat, vəzifə maaşının 3 misli həcmində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinətə görə - 245 manat, Prezidentin təyin etdiyi 15% əlavə 110 manat 25 qəpik, cəmi dövlət məvacibi 1310 manat 25 qəpik, təyin olunmuş pensiyanın miqdarı 1048 manat, faktiki ödənilib 764 manat , yəni hər ay üçün 284 manat az ödənilib. Bu 284 manat az ödənilmə xx.xx.2013-cü ildən xx.xx.2018-ci ilədək olan dövrü, yəni 51 ay müddətini əhatə edir. Bu isə o deməkdir ki, 51 ayda ona 14484 manat (51 ay x 284 man = 14484 manat) az pul ödənilmişdir. xx.xx.2018-ci ildən sonrakı dövrdə artımlar belə olmuşdur: əsas vəzifə maaşı 810 manat - dövlət qulluğu stajına görə 30% əlavə 243 manat, vəzifə maaşının 3 misli həcmində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinətə görə - 270 manat, Prezidentin təyin etdiyi 15% əlavə 121 manat 50 qəpik, cəmi dövlət məvacibi 1444 manat 50 qəpik, təyin olunmuş pensiyanın miqdarı 1129.00 manat, faktiki ödənilib 822 manat, yəni hər ay üçün 306.50 manat az ödənilmişdir. Bu 306.50 manat az ödənilmə xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan dövrü, yəni 18 ay müddətini əhatə edir. Bu isə o deməkdir ki, 18 ayda mənə 5513 manat (18 ay x 306.50 man = 5513 manat) az pul ödənilib. xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan müddətdə artımlar belə olmuşdur əsas vəzifə maaşı 1215 manat - dövlət qulluğu stajına görə 30% əlavə 364 manat 50 qəpik - vəzifə maaşının 3 misli həcmində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinətə görə - 408 manat - prezidentin təyin etdiyi 15% əlavə 182 manat 25 qəpik, cəmi dövlət məvacibi 2166 manat 75 qəpik, təyin olunmuş pensiyanın miqdarı 1561.50 manat, faktiki ödənilib 1135 manat, yəni hər ay üçün 426 manat az ödənilmişdir. Bu 426 manat az ödənilmə xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan dövrü, yəni 26 ay müddətini əhatə edir. Bu isə o deməkdir ki, 26 ayda ona 11076 manat (26 ay x 426 man = 11076 manat) az pul ödənilmişdir. xx.xx.2021-ci ildən xx.xx.2022 olan müddətdə artımlar belə olmuşdur: Əsas vəzifə maaşı 1215 manat, dövlət qulluğu stajına görə 30% əlavə 364 manat 50 qəpik, vəzifə maaşının 3 misli həcmində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinətə görə 408 manat, Prezidentin təyin etdiyi 15% əlavə 182 manat 25 qəpik cəmi dövlət məvacibi 2166 manat 75 qəpik, təyin olunmuş pensiyanın miqdarı 1561 manat 60 qəpik. Faktiki ödənilib 1196 manat 60 qəpik, yəni hər ay üçün 365 manat az ödənilmişdir. Bu 365 manat az ödənilmə xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək olan dövrü, yəni 5 ay müddətini əhatə edir. Bu isə o deməkdir ki, 5 ayda ona 1825 manat (5 ay x 365 man = 1825 manat) az pul ödənilmişdir. Pensiya təyin olunandan bu günədək cəmi 32898.00 manat az pensiya ödənilmişdir ki, o da bunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir. O, dövlət qulluqçusu kimi pensiyanın düzgün hesablanması barədə dəfələrlə cavabdehə müraciət etsə də, həmişə verilən cavablarda onu maraqlandıran məsələyə toxunulmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin şifahi məhkəmə baxışı iclası 05 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçıya Nazirlik tabeliyində Fondun Tərtər rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 20.11.2-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 18 il 2 ay 18 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (vəzifə maaşı-750 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə-225 manat və mükafatla müavinətlərin cəminə görə əlavə-31,25 manat olmaqla orta aylıq aylıq əmək haqqı 1006,25 manat) 80 faizi-805 manat məbləğində əmək pensiyası ödənilmişdir. Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il 1 iyul tarixədək Qanunun 20ci maddəsində nəzərdə nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci ilin 1 iyul tarixinə azaldılmamaqla ödənilir, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il 1 iyul tarixədək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin dövlət qulluğu dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına görə (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 18 il 2 ay 18 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtı ilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 59,5 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixdən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə ümumilikdə orta aylıq əmək haqqısı -1106,88 manat (vəzifə maaşı-825 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə-247,5 manat və mükafatlarla müavinətlərin cəminə görə əlavə-34,38 manat olmaqla) təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 mart 2018-ci il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə aylıq əmək haqqısının (1106,88 manat) arasındakı fərq məbləğinin (100,63 manat) 59,50 faizi 59,87 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyanın (805 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 864,87 manat məbləğində hesablanmalı olduğu halda, iddiaçıya hər ay 822,41 manat yaşa görə əmək pensiyası ödənilmişdir. Ötən dövr üzrə iddiaçıya 424,60 manat az pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixdən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə ümumilikdə orta aylıq əmək haqqısı- 1663,67 manat (vəzifə maaşı 1240 manat qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə - 371 manat və mükafatlarla müavinətlərin cəminə görə əlavəsi - 51,67 manat olmaqla) təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1106,88 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqısı (1663,67) arasındakı fərq məbləğinin (556,79 manat) 59,50 faizi - 331,29 manat 1 sentyabr 2019-cu il tarixədək hesablanmış pensiyanın (864,87 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 1196,16 manat məbləğində hesablanmalı olduğu halda, iddiaçıya hər ay 1135,68 manat məbləğində yaşa görə əmək pensiyası ödənilmişdir. Qeyd olunan müddətdə iddiaçıya 1582,48 manat az pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən, Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq hesablanan fərq məbləği iddiaçının müraciət etdiyi tarixdən ən çoxu üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə etdiyindən ümumilikdə iddiaçıya 1997,08 manat az pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Keçmiş dövr üçün ödənilməmiş məbləğ xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 55,47 manat olmaqla aylıq pensiya məbləğinin üzərinə əlavə edilərək müvafiq kart hesabına ödənilməkdədir. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubunun surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********0 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1545 nömrəli ekspert rəyi təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı əmək pensiyasının yenidən hesablanması tələbi ilə cavabdeh orqana müraciət etmiş, ümumilikdə iddiaçıya 1997,08 manat az pul vəsaitinin ödənildiyini və keçmiş dövr üçün ödənilməmiş məbləğin xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 55,47 manat olmaqla aylıq pensiya məbləğinin üzərinə əlavə edilərək müvafiq kart hesabına ödənildiyini bildirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Yuxarıda qeyd olunan qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1.1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı hesab olunur. 26 sentyabr 2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərar ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Qanunvericiliyin aparılmış təhlilin nəticəsi olaraq məhkəmə hesab edir ki, ümumi iş stajı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən müəyyən edilməlidir. xx.xx.2017-ci il tarixinədək qüvvədə olan «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.2.3-cü maddəsinə görə Qanunun 27-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. “Əmək pensiyaları haqqında” qanunun 29.1-ci maddəsinə əsasən Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. İddiaçıya xx.xx.2005-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən xx.xx.2013-cü il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 735,00 manat və qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi - 220,50 manat olmaqla orta aylıq əmək haqqı 955,50 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 18 il 2 ay qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (955,50 manat) 80 faizi - 764,40 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülmüşdür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar adıçəkilən şəxsin 18 il 2 ay dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 59,5 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 810,00 manat və qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi - 243,00 manat olmaqla orta aylıq əmək haqqı 1053,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək onun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (955,50 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1053,00 manat) arasındakı fərq məbləğinin (97,50 manat) 59,5 faizi - 58,01 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (764,40 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 822,41 manat müəyyən edilərək müvafiq kart hesabına köçürülmüşdür. İddiaçının dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1215,00 manat və qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi - 364,5 manat olmaqla orta aylıq əmək haqqı 1579,5 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1053,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1579,50 manat) arasındakı fərq məbləğinin (526,50 manat) 59,50 faizi-313,27 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (822,41 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 1135,68 manat müəyyən edilərək müvafiq kart hesabına köçürülür.” Həmçinin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1545 nömrəli rəyindən müəyyən olunur ki, İddiaçı dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1215,00 manat və qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi - 364,50 manat olmaqla orta aylıq əmək haqqı 1579,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1053,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1579,50 manat) arasındakı fərq məbləğinin (526,50 manat) 59,50 faizi - 313,27 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (822,41 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 1135,68 manat müəyyən edilərək müvafiq kart hesabına köçürüldüyü müəyyən edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, inzibati orqan tərəfindən iddiaçının əmək pensiya düzgün hesablanmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi əsaslı və qanuni olmuş, iddiaçının iddia tələbi isə əsassız və qanunsuzdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Bundan əlavə, məhkəmə hesab edir ki, 150 (bir yüz əlli) manat dəyərində məhkəmə xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbi təmin edilməsin. xx.xx.2023-cü il tarixli, 9/1545 nömrəli ekspert rəyi üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi M.E.M-nin X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NBAZ********************, SWİFT BİK CTREAZ22, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-57/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-57/2023
05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver