Məhkəmə qərarları › İş №2-1(114)-571/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-571/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-571/2020 30.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Gədəbəy rayon filialı və Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin X5 İdarəsi) qarşı pensiyanın altı misli məbləğində haqqın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, P-6/2-060/2-t/1 nömrəli məktubuilə İddiaçı RİH başçısının İ müavini vəzifəsində çalışdığı dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən (özarzusuilə) xx xxxxxxx 2018-ci il tarixdə xitam verildiyindən və pensiyaya çıxma vaxtı isə xx xxxx 2019-cu il tarixdə olduğundan hesablanmış aylıq pensiyanın altı misli məbləğində birdəfəlik haqqın ödənilməsindən imtina edilmişdir. Bununla razılaşmayan iddiaçı məhkəməyə müraciət edərək Cavabdehnə qarşı ona dövlət qulluqçusu kimi ümumi qaydada hesablanmış aylıq pensiyanın altı misli məbləğində birdəfəlik haqqın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 2018-ci il tarixə kimi Cavabdeh başçısının birinci müavini (dövlət qulluğu müşaviri) vəzifəsində işləmişdir. xx xxxxxxx 2018-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə dövlət qulluğuna xitam verilmiş, dövlət qulluqçusu kimi pensiyaya xx xxxx 2019-cu ildə çıxmışdır. Lakin dövlət qulluqçusu kimi pensiyaya çıxarkən ona hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilməmişdir. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. O, hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilməsi barədə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Gədəbəy Rayon İHB-nin xx xxxxxx 2019-cu il tarixli məktubunda göstərilmişdir ki, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Cavabdeh ona bildirmişdir ki, onun 2018-ci ildə Gədəbəy RİH başçısının ünvanına səhəti ilə bağlı yazdığı ərizəyə görə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən (öz arzusu ilə) xx xxxxxxx 2018-ci il tarixdə RİH başçısının İ müavini vəzifəsində çalışdığı dövlət qulluğuna xitam verilmiş, pensiyaya çıxma vaxtı xx xxxx 2019-cu il tarixdə olmuşdur. Bu baxımdan da ona hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilməsi mümkün olmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qərar çxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddia tələbinə dair etiraz edərək izahatında bildirmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsində göstərilmişdir ki, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Qeyd edirik ki, iddiaçının 2018-ci ildə Cavabdeh başçısının ünvanına səhhəti ilə bağlı yazdığı ərizəyə görə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən, yəni öz arzusu ilə xx xxxxxxx 2018-ci il tarixdə Cavabdeh başçısının İ müavini vəzifəsində çalışdığı dövlət qulluğuna xitam verilmişdir. İddiaçının pensiyaya çıxma vaxtı xx xxxx 2019-cu il tarixdə olmuşdur. Bu baxımdan da ona hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilməsi mümkün olmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Gədəbəy rayon filialının etibarnamə üzrə nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, Əmək və X3 Nazirliyi yanında Dövlət X6 xx.xx.2019-cu il tarixli**********7 saylı əmri ilə xx.xx.2019-cu il tarixdən əmək pensiyaları haqqında qanunun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanan şəxslərin pensiya təyinatı Nazirlik yanında DSMF-nin X5 İdarəsi tərəfindən həyata keçirildiyindən iddiaçıya həmin orqan tərəfindən xx.xx.2019-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehə və üçüncü şəxslərə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İPM-in 62.3-cü maddəsi). İş materiallarında olan xx xxxx 1986-cı il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx xxxx 2006-cı il tarixdən xx xxxxxxx 2018-ci il tarixə kimi Cavabdeh başçısının birinci müavini (dövlət qulluğu müşaviri) vəzifəsində işləmiş və Cavabdeh başçısının xx xxxxxxx 2018-ci il tarixli, 184 nömrəli əmri ilə öz arzusu ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən əsasən dövlət qulluğuna xitam verilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi iddiaçı tələbində Cavabdeh başçısının xx xxxxxxx 2018-ci il tarixli, 184 nömrəli əmri ilə öz arzusu ilə işdən azad olunaraq “Dövlət qulluğu haqqında” Qanunun 33.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilməsinə baxmayaraq, adıçəkilən qanunun 33.2-ci maddəsinə əsasən pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx xxxx 2006-cı il tarixdən xx xxxxxxx 2018-ci il tarixə kimi Cavabdeh başçısının birinci müavini (dövlət qulluğu müşaviri) vəzifəsində işləmiş və Cavabdeh başçısının xx xxxxxxx 2018-ci il tarixli, 184 nömrəli əmri ilə öz arzusu ilə işdən azad olunaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən əsasən dövlət qulluğuna xitam verilmiş, ona xx xxxx 2019-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki məhkəmə araşdırılmasının predmeti iddiaçıya «Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsində nəzərdə tutulan məbləğin ödənilməsinin mümkün olub-olmamasıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna dövlət qulluqçusunun öz arzusu ilə xitam verilə bilər. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Göründüyü kimi, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin tətbiq edilməsi üçün qanunverici iki halın- 1. dövlət qulluqçusunun pensiya yaşına çatmasının; 2. öz arzusu ilə dövlət qulluğundan çıxmasının eyni anda mövcud olmasını tələb edir. Yəni “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsində nəzərdə tutulan məbləğin ödənilməsi üçün şəxs pensiya yaşına çatanadək dövlət qulluğunda çalışmalı və pensiya yaşına çatdıqdan sonra öz arzusu ilə dövlət qulluğuna xitam verilməlidir. Hazırki iş üzrə iddiaçının dövlət qulluğuna öz arzusu ilə xx xxxxxxx 2018-ci ildə xitam verilsə də, həmin tarixdə pensiya yaşına çatmamış, yalnız pensiya yaşına çatdığı xx xxxx 2019-cu il tarixdə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh edilməsinə dair” 2014-cü il 8 dekabr tarixli Qərarında qeyd etmişdir ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Göründüyü kimi, qanunverici bu halda iki əsas şərti irəli sürür:- dövlət qulluqçusunun pensiya yaşına çatması;- öz arzusu ilə dövlət qulluğundan çıxması. Bu Qanunun 33.2-ci maddəsi dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxmasına həvəsləndirir, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. Göstərilən maddənin məzmunundan da aydın olur ki, burada “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilən pensiya yaşı nəzərdə tutulur. Həmin maddəyə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu maddənin “Qeyd” hissəsi nəzərə alınmaqla, kişilər üçün pensiya yaşı 63, qadınlar üçün isə hazırda 59,5 (bu yaş həddi 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır) yaş təşkil edir. “Dövlət qulluğu haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair xx.xx.2018ci il tarixli qərarında da qeyd olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçıya “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsi tətbiq edilməklə ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsi üçün qanuni əsaslar mövcud olmadığından, inzibati orqanın imtinası əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Gədəbəy rayon filialı və Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin X5 İdarəsi) qarşı pensiyanın altı misli məbləğində haqqın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar