Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-571/2021 07.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə qarşı göndərişin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy rayonun Erkəc, Mələş və Buzduq kəndlərinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında aldığı xəsarətlə bağlı Hərbi Tibbi Ekspert Komissiyasına göndərişin verməsi öhdəliyinin cavcabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1990-cı il tarixdə Xanlar rayon Hərbi komisarlığı tərəfindən hərbi xidmətə çağrıldıqdan sonra Goranboy rayonunun Erkəc, Mələş və Buzluq kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edərək sağ budundan yaralanmış, daha sonra Gəncə 3 saylı X3 xəstəxanasında əməliyyat olunaraq əsa ilə hərəkət etmək məcburiyyətində qaldığı üçün təkrar hərbiyə cəlb olunmamışdır. Döyüş zamanı xəsarət alması ilə əlqədar Hərbi Tibbi Ekspert Komissiyasına göndəriş verməsi məqsədi ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı rəsmi qaydada hərbi xidmətdə olmamış, özünümüdafiə batalyonunda döyüşmüşdür. Xidmət isə yalnız hərbçilərlə bağlı göndəriş vermək səlahiyyətindədir. Başqa sözlə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2008ci il tarixli, 23 nömrəli əmrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarına əsasən şöbənin göndəriş verməsi mümkün deyildir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx xxxxx 2013-cü il tarixli, 289/42 nömrəli Xəstənin tibbi kartasından çıxarışın surətindən görünür ki, İddiaçı stasionar olaraq xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixə kimi “sağ budun orta 1/3 hissəsinin güllə yarası, yumuşaq toxumalarda yad cismin olması” diaqnozu ilə müalicə almışdır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 1537 nömrəli məktubundan görünür ki, qanunvericiliyə əsasən mülki şəxs kimi yaralanmış şəxslərin Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilməsi nəzərdə tutulmadığına görə İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı stasionar olaraq xx.xx.1990-cı il tarxdən xx.xx.1990-cı il tarixə kimi TTYX-də “sağ budun orta 1/3 hissəsinin güllə yarası, yumuşaq toxumalarda yad cismin olması” diaqnozu ilə müalicə alması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndəriş verilməsini tələb edir, lakin cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsanaməyə əsasən mülki şəxs kimi yaralanmış şəxslərin Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilməsi nəzərdə tutulmadığına görə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin qeyd olunan imtinası ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsanamənin: -1.2.-ci bəndinə əsasən hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. -1.4-cü bəndinin a) yarımbəndinə əsasən hərbi-həkim komissiyalarına aşağıda göstərilən şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi həvalə olunur: hərbi xidmətə könüllü daxil olan vətəndaşların; orqanlara xidmətə daxil olan vətəndaşların; hərbi qulluqçuların; orqanlarda xidmət keçən şəxslərin; hərbi liseylərə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olan vətəndaşların; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, digər qoşunların və orqanların ixtisas təhsilli hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə (bundan sonra — hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələri) daxil olan vətəndaşların; orqanların orta və ali ixtisas təhsilli təhsil müəssisələrinə (bundan sonra — təhsil müəssisələri) daxil olan vətəndaşların; hərbi liseylərdə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan vətəndaşların; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, orqanların ehtiyatında olan vətəndaşların; hərbi toplanışa çağırılan vətəndaşların; hərbi toplanış keçən vətəndaşların; hərbi toplanış keçmiş vətəndaşların; hərbi xidmət keçmiş vətəndaşların; orqanlarda xidmət keçmiş vətəndaşların; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, orqanların və digər qoşunların mülki heyətindən olan şəxslərin; hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulardan başqa) ailə üzvlərinin; orqanlarda xidmət keçən şəxslərin ailə üzvlərinin. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı rəsmi qaydada hərbi xidmətdə olmamışdır. İşin mübahisəsiz halıdır ki, iddiaçı səhhətində yaranmış xəsarəti müharibə dövründə almışdır. Lakin iddiaçının xəsarəti hərbi xidmət vəzifəsini yerinə yetirərkən aldığı məlum deyil və buna dair statusunu müəyyən edəcək heç bir qeyd və ya sübut təqdim edilməmişdir. Deməli iddiaçı mülki şəxs kimi yaralanmışdır. Yuxarıda istinad olunan qanunvericiliyə əsasən qeyd etmək olar ki, həmin Əsasnamədə mülki şəxs kimi yaralanmış şəxslərin Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilməsi nəzərdə tutulmamışdır. Beləliklə işin faktiki hallarına və müvafiq qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə qarşı göndərişin verilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-571/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-571/2021
07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver