Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-571/2022 19.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı pul vəsaitinin hesaba geri qaytarılması və şəxsi hesab vərəqəsində düzəlişlər aparılması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablaşma hesablarından silinmiş, alkoqollu içkilərə, tütün məmulatlarına və energetik içkilərə görə tətbiq edilən aksizlər görə icbari tibbi sığorta haqqları üzrə hesablanmış faizlər üzrə 76466,26 manat pul vəsaitinin hesablaşma hesablarına geri qaytarılması və şəxsi hesab vərəqəsində düzəlişlər aparılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “alkoqollu içkilərə, tütün məmulatlarına və energetik içkilərə görə tətbiq edilən aksizlərə görə icbari tibbi sığorta haqqı” üzrə xx.xx.2021-ci il tarixədək hesablanmış faizlər üzrə 76466,26 manat pul vəsaiti əsassız olaraq İddiaçı ASC- nin hesablaşma hesabından silinmişdir. İddiaçı ASC tərəfindən xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və 12 saylı Ərazi Vergilər Baş İdarəsinə alkoqollu içkilərə, tütün məmulatlarına və energetik içkilərə görə tətbiq edilən aksizlərə görə icbari tibbi sığorta haqqının hansı büdcə rekvizitləri və hansı təsnifat kodları üzrə ödənilməsi ilə bağlı müraciət edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən müraciətə baxılmış və onlara “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 440 nömrəli qərarına dəyişiklik edildikdən və ya bununla bağlı digər normativ hüquqi akt təsdiq edildikdən sonra müraciətə münasibət bildirilə bilməsi və hazırda bu kodlar və rekvizitlərin müəyyən olmaması barədə rəsmi məlumat verilmişdir. Məktubda xx.xx.2021-ci il tarixdən ölkə üzrə tibbi sığorta haqqında qanunun tətbiqinə başlanılması qeyd edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********737100 saylı elektron bildirişdə isə icbari tibbi sığortanın tətbiqi və büdcə gəlirlərinin iqtisadi təsnifatı barədə məlumat verilmiş və büdcə gəlirlərinin təsnifat kodları təqdim edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********492800 saylı elektron bildirişdə isə icbari tibbi sığorta vəsaitləri köçürüləcək hesabın rekvizitləri haqqında məlumat verilmişdir. İddiaçı ASCyə ünvanlanmış bildirişlərdən də aydın olur ki, alkoqollu içkilərə, tütün məmulatlarına və energetik içkilərə görə tətbiq edilən aksizlərə görə icbari tibbi sığorta haqqının ödənilməsi büdcə gəlirlərinin iqtisadi təsnifatı və köçürüləcək hesabın rekvizitləri müəyyən olunduqdan sonra mümkün olmuşdur. İddiaçı ASC alkoqollu içkilərə, tütün məmulatlarına və energetik içkilərə görə tətbiq edilən aksizlərə görə icbari tibbi sığorta haqları üzrə borcunu büdcə gəlirlərinin iqtisadi təsnifatı və hesab rekvizitləri müəyyən olunduqdan və onlara təqdim edildikdən sonra tam şəkildə ödəmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən sığorta haqqının vaxtında ödənilməməsinə görə xx.xx.2021-ci ilə dək faizlər üzrə hesablanmış (faizlər 2020-ci ili tam şəkildə əhatə edir) 76466,26 manat pul vəsaiti əsassız olaraq şəxsi hesab vərəqəsindən silinmişdir. Odur ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən sığorta haqqının vaxtında ödənilməməsinə görə xx.xx.2021-ci ilədək faizlər üzrə hesablanmış və hesablaşma hesabından silinmiş 76466,26 manat pul vəsaitinin hesablaşma hesabına geri qaytarılması və şəxsi hesab vərəqəsində düzəlişlərin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Şifahi məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, Vergi Məcəlləsinin 1,4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 2021-ci il yanvarın 1-dən etibarən Azərbaycanda dövlət və neft sektorunda, qeyri- dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılmışdır. Həmçinin, 3 dekabr 2019-cu il tarixli “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xx.xx.2020-ci il tarixdən araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin, energetik içkilərin hər litrinə, eləcə də siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinə görə tətbiq edilən aksiz dərəcələrinə icbari tibbi sığorta haqları həmin aksizli mallara görə hesablanmış aksizin tərkibində müəyyən edilmişdir və vergi ödəyiciləri tərəfindən təqdim edilməli olan vergi Hesabatlarında hər ay üçün hesablanmış icbari tibbi sığorta haqları ayrıca təsbit edilmişdir. Göründüyü kimi, vergi ödəyiciləri tərəfindən hər ay üzrə ödənilməli olan icbari tibbi sığorta haqlarının məbləği təqdim edilmiş hesabatlarda müəyyən edilir. İddiaçı ASC qeyd olunan fəaliyyət növü ilə məşğul olduğundan icbari tibbi sığorta haqları ilə bağlı hesabat vermək vəzifəsi 2020-ci il yanvarın 1-dən etibarən yaranmış, lakin müvafiq hesabatlar vergi orqanına təqdim edilməsinə baxmayaraq, ödənişlər həyata keçirilməmişdir. Bununla yanaşı, vergi ödəyiciləri tərəfindən qanunla nəzərdə tutulmuş qaydada hesablanmış aksizlər üzrə ödəmələr aparılmadığı halda isə ödənilməli olan icbari tibbi sığorta haqlarına görə Vergi Məcəlləsinin 59.1-ci maddəsi ilə müəyyən edilmiş ümumi qaydada faizlər hesablanır. Vergi Məcəlləsinin 87-ci maddəsində Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinin digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına və vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsi istisna edilmişdir. İddiaçı tərəfindən təqdim edilən hesabatlarda göstərilən məbləğlər qanunla nəzərdə tutulmuş müddətdə icbari tibbi sığorta haqlarının ödənilmiş aksiz ödəmələrinin tərkibində ödənildiyi təqdirdə sonradan müvafiq qaydada bölüşdürülməsi həyata keçirilə bilərdi. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı ASC-nin cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə cavabdeh tərəfindən hesablaşma hesabından silinmiş, alkoqollu içkilərə, tütün məmulatlarına və energetik içkilərə görə tətbiq edilən aksizlər üzrə icbari tibbi sığorta haqlarına hesablanmış 76466,26 manat pul vəsaitinin hesablaşma hesabına qaytarılması və şəxsi hesab vərəqəsində düzəlişlər edilməsi tələbinə dair iddiasının təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini iddaçının 630 nömrəli, xx.xx.2020-ci il tarixli məktubu, cavabdehin həmin müraciətə baxılması barədə məktubu, cavabdehin xx.xx.2021-ci il tarixli, **********492800 nömrəli bildirişi, iddiaçının 389 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********787500 nömrəli məktubu, cavabdehin xx.xx.2022-ci il tarixli, **********69300 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İşin faktiki hallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ********** X1 nömrəsi ilə qeydiyyatdan keçən vergi ödəyicisidir. İş materiallarına əlavə edilmiş 630 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət edərək, alkoqollu içkilərə görə tətbiq edilən aksizdən ötrü sığorta haqqının hansı təsnifat kodu ilə hansı hesaba ödənilməsi haqqında məlumat verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, cavabdehin xx.xx.2020-ci il, xx.xx.2020-ci il, tarixli müraciətlərə baxılması haqqında məktubunda bildirilmişdir ki, İddiaçı ASC-nin icbari tibbi sığorta haqqının hansı büdcə rekvizitləri və hansı təsnifat kodları üzrə ödənilməsi ilə bağlı müraciətinə “Azərbaycan Respublikası vahid büdcə təsnifatını təsdiq edilməsi barədə“ Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 440 nömrəli qərarına dəyişiklik edildikdən və ya bununla bağlı digər normativ hüquqi akt (lar) təsdiq edildikdən sonra münasibət bildirilə bilər. Hazırda bu kodlar və rekvizitlər müəyyən deyildir. İş materiallarına əlavə edilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli, **********492800 nömrəli bildirişindən görünür ki, Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 494 nömrəli Qərarı qəbul edilmişdir. Qərara əsasən icbari tibbi sığorta fonduna yığımlar üçün müvafiq təsnifat kodları müəyyənləşdirilmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə icbari tibbi sığorta üzrə ödəniləcək sığorta haqlarının toplanılması və uçotunun aparılması məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 9 saylı Xəzinədarlıq idarəsində xəzinə hesabı açılmışdır. İcbari tibbi sığorta fonduna yığımlar üçün müvafiq təsnifat kodlarının artıq göndərildiyini nəzərə alaraq, icbari tibbi sığorta vəsaitləri köçürüləcək hesabın rekvizitləri haqqında məlumat da əlavə olunmuşdur. İşin yuxarıda şərh olunan faktiki hallarından göründüyü kimi, iddiaçı sözügedən verginin ödənilməsində maraqlı olmuş, hesabatları təqdim etmiş, lakin iradəsindən asılı olmayan səbəbdən (büdcə rekvizitləri və təsnifat kodları olmaması ucbatından) bunu edə bilməmişdir. Çünki həmin büdcə rekvizitləri və təsnifat kodu iddiaçıya cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə göndərilmişdir (bax: cavabdehin xx.xx.2021-ci il tarixli, **********492800 nömrəli bildiriş). Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Maddə 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Maddə 3.3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. Maddə 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Maddə 3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 3.12. Fiziki və hüquqi şəxslərin vergilərə aid normativ hüquqi aktlarla azad tanış olmaq imkanı təmin edilməlidir. Göstərilən maddi hüquq normalarına istinadən məhkəmə qeyd edir ki, iddiaçı hesablaşma hesablarından silinmiş, alkoqollu içkilərə, tütün məmulatlarına və energetik içkilərə görə tətbiq edilən aksizlər görə icbari tibbi sığorta haqqları üzrə hesablanmış faizlər üzrə 76466,26 manat pul vəsaitinin hesablaşma hesablarına geri qaytarılması və şəxsi hesab vərəqəsində düzəlişlər aparılması barədə tələbində haqlıdır. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesablaşma hesablarından silinmiş, alkoqollu içkilərə, tütün məmulatlarına və energetik içkilərə görə tətbiq edilən aksizlərə görə icbari tibbi sığorta haqqları üzrə hesablanmış faizlər üzrə 76466,26 manat pul vəsaitinin hesablaşma hesablarına geri qaytarılması və şəxsi hesab vərəqəsində düzəlişlər aparılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-571/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-571/2022
19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver