Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5712/2025 27.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin rəisi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X6 doğum haqqında şəhadətnaməsinin ana qrafasında X5 yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun, mərhum həyat yoldaşı X10 xx.xx.1969-cu il tarixdə Goranboy rayonu, Dəliməmmədli qəsəbəsində anadan olmuş, vəfat edən günə qədər, yəni xx.xx.2025-ci il tarixədək həmin ünvanda yaşamışdır. Həyat yoldaşı vəfat etdikdən sonra müəyyən sənədləşmə işlərində müəyyən olunmuşdur ki, xx.xx.1969-cu il tarixli, 154 nömrə ilə qeydə alnmış doğum haqqında şəhadətnamənin ana qrafasında ana adı “X9” qızıdır. Lakin həyat yoldaşının anasının əsl adı “Dodu” olmuşdur. İddiaçının təqdim etdiyi doğum haqqında şəhadətnamələrdə, yoldaşının qardaşının doğum haqqında şəhadətnaməsində anasının adının “Dodu” kimi qeyd edildiyi müəyyən olunur. Ona görə də Cavabdehnə ərizə ilə müraciət edərək, yoldaşı X6 doğum haqqında şəhadətnaməsində olan yanışlığın aradan qaldırılmasını xahiş etmişdir. Cavabdeh ona ünvanladığı və məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-318/25 saylı məktubundan görünür ki, iddiaçıya imtina verilmişdir. Beləliklə, kifayət qədər əsaslar olmadığına görə müraciətinin tərəflərindən təmin edilə bilməyəciyi bildirilmişdir. Bununla bağlı hüquqi yardım təklif edilərək müvafiq düzəlişlər aparılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-5712/2025 nömrəli qərardadı ilə, iddia tələbi “mərhum əri X10 barəsində olan xx.xx.1969-cu il tarixli, 154 nömrəli doğum haqqında akt qeydində anasının adının “Solmaz”dan “Dodu” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, həyat yoldaşının xx.xx.1965-ci il tarixdə Goranboy rayonunun Dəliməmmədli şəhər icra nümayəndəliyində qeydə alınmış 154 nömrəli doğum haqqında akt qeydinin ana qrafasında adının “Solmaz”dan “Dodu”ya düzəliş edilməsi kifayət qədər qanuni əsaslar olmadığına görə mümkün deyil. Odur ki, mövcud ziddiyətin aradan qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin rəisi X7 iddia tələbinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi X8 məxsusdur. xx.xx.1969-cu il tarixli, 154 nömrəli Doğum haqqında akt qeydinə əsasən, Teymurov(lu) Rəsul Mürsəl oğlu 28 sentyabr 1969-cu il tarixdə Goranboy rayonu, Dəliməmmədli qəsəbəsində anadan olmuş, atası: X11, anası: X2 qeyd edilmişdir. xx.xx.1972-ci il tarixli, İ-ЖГ № 336621 nömrəli Doğum haqqında Şəhadətnamədə Teymurov(lu) Rəsul Mürsəl oğlu 28 sentyabr 1969-cu il tarixdə Goranboy rayonu, Dəliməmmədli qəsəbəsində anadan olmuş, atası: X11, anası: X2 qeyd edilmişdir. xx.xx.1992–cı il tarixli, lV-ЖГ 488809 №-li nikah haqqında şəhadətnaməyə əsasən, Teymurov(lu) Rəsul Mürsəl oğlu ilə X4 xx.xx.1995-cı ildə nikahlarını bağlamışlar, ərə- “Teymurov(lu)”, arvada-“Teymurova” soyadı verilmişdir. xx.xx.1982-ci il tarixli, Vlll-ЖГ 345657 №-li Doğum haqqında Şəhadətnamədə “X17” oğlu xx.xx.1982-ci ildə doğulmuş, atası qrafasında “X11”, anası qrafasında “X5” qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli AZ-ll 512795 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1991-ci ildə ölmüşdür. xx.xx.2021-ci il tarixli AZ-l 473934 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2011-ci ildə ölmüşdür. xx.xx.2025-ci il tarixli AZ-ll 512771 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2025-ci ildə ölmüşdür. Əsaslandırma hissəsi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı hazırkı iddia tələbi ilə mərhum yoldaşı X10 barəsində olan xx.xx.1969-cu il tarixli 154 nömrəli doğum haqqında akt qeydində anasının adının “Solmaz”dan “Dodu” adına düzəliş edilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın İ hissəsinin 1, 2, 3, 4-cü bəndələrinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün əsas hesab edilir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının mərhum ərinin doğum haqqında akt qeydində ana adının “Solmaz” qeyd olunmasına baxmayaraq, sonuncuya məxsus olan ölüm haqqında şəhadətnamədə, həmçinin digər övladının doğum haqqında şəhadətnaməsində adı “Dodu” kimi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum ərinin doğum haqqında akt qeydində yoldaşının ana adının “Solmaz” kimi, digər sənədlərdə isə “Dodu” kimi qeyd olunması iddiaçının hüquqlarının həyata keçirilməsində bir çox maneələr yaradır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının mərhum ərinin doğum haqqında akt qeydində ana adının “Solmaz”dan “Dodu”ya düzəliş edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Nəticəvi hissə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.3, 34.1,68.1, 68.2 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. X1 barəsində tərtib edilmiş xx.xx.1969-cu il tarixli 154 nömrəli doğum haqqında akt qeydində ana adının “Solmaz”dan “Dodu”ya düzəliş edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-5712/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-5712/2025
27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver