Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-573/2023 31.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nümayəndə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının Cavabdeh qarşı “artıq ödənilmiş 7255,77 manat vəsaitin tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Maraqlı şəxs xx.xx.2002-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Maraqlı şəxs xx.xx.2018-ci il tarixdə Tovuz rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 05 nömrə ilə qeyd aparılmış və xx.xx.2019-cu il tarixdə Tovuz Rayon İcra Hakimiyyəti Alakol kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən AZ-İ seriyalı, 984579 nömrəli Ölüm haqqında şəhadətnamə verilmişdir. Cavabdeh (bundan sonra mətndə - cavabdeh) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına (bundan sonra mətndə - iddiaçı) müraciət edərək atası pensiyaçı Maraqlı şəxs dəfn xərcinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının xx.xx.2021-ci il tarixli, **********9 nömrəli qərarı ilə AZ-İ 984579 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən Maraqlı şəxs əmək pensiyası dayandırılmışdır. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, Maraqlı şəxs məxsus kart hesabına xx.xx.2019-cu il tarixdə 324,39 manat, xx.xx.2019-cu il tarixdə 324,39 manat, xx.xx.2019cu il tarixdə 324,39 manat, xx.xx.2019-cu il tarixdə 324,39 manat, xx.xx.2019-cu il tarixdə 324,39 manat, xx.xx.2019-cu il tarixdə 324,39 manat, xx.xx.2019-cu il tarixdə 324,39 manat, xx.xx.2019-cu il tarixdə 324,39 manat, xx.xx.2019-cu il tarixdə 324,39 manat, xx.xx.2019-cu il tarixdə 461,73 manat, xx.xx.2019-cu il tarixdə 393,06 manat, xx.xx.2019cu il tarixdə 393,06 manat, xx.xx.2020-ci il tarixdə 393,06 manat, xx.xx.2020-ci il tarixdə 393,06 manat, xx.xx.2020-ci il tarixdə 393,06 manat, xx.xx.2020-ci il tarixdə 393,06 manat, xx.xx.2020-ci il tarixdə 393,06 manat, xx.xx.2020-ci il tarixdə 393,06 manat, xx.xx.2020-ci il tarixdə 393,06 manat, xx.xx.2020-ci il tarixdə 393,06 manat, xx.xx.2020-ci il tarixdə 393,06 manat, ümumilikdə 7.515,98 manat köçürülmüş, müxtəlif tarixlərdə cəmi 7.704,90 manat çıxarılmışdır. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə **********5 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinin 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısının vəfat etdiyi gündən dayanır. Maraqlı şəxs 27 dekabr 2018-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 1 yanvar 2019-cu il tarixindən 30 sentyabr 2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Bu səbəbdən də mərhum Maraqlı şəxs məxsus kart hesabına 7704,58 manat artıq pul vəsaiti ödənilmişdir. Maraqlı şəxs vəfat etməsi ilə əlaqədar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq sizə ölkə üzrə minimum əmək pensiyasının (116,27 manat) üç misli məbləğində 348,81 manat dəfn müavinəti hesablanmışdır. Mərhum Maraqlı şəxs müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 7704,58 manat vəsaitdən 348,81 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 7355,58 manat məbləğində vəsaitdən 100 manat büdcəyə bərpa edilmiş, geri qalan 7.255,77 manat məbləğində pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. Əks halda qanunvericiliyə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, artıq ödənilmiş 7255,77 manat vəsaitin iddiaçının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9734/2022 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İş xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixində cavabdehə ərizə ilə müraciət edərək atası Maraqlı şəxs xx.xx.2018-ci tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Cavabdeh mərhum atasının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Adıçəkilən şəxs tərəfindən 7704,58 (iki min üç yüz iyirmi doqquz manat, qırx səkkiz qəpik) manat mərhuma məxsus kart hesabından götürülmüşdür. X3 dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq Rəna Sirinovaya ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (116,27 manat) üç misli miqdarında (348,81 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 7704,58 manat məbləğindən çıxılmış, qalan 7355,58 manat məbləğində vəsaitdən 100 manat onun tərəfindən büdcəyə bərpa edilmiş, geri qalan 7.255,77 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. İddiaçı tərəfindən cavabdehə yaranmış 7255,77 manat borcu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabma ödəməyi barədə sifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə xx.xx.2022-ci il tarixində məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı etiraf edərək bildirmişdir ki, atasının kartı bacısında olmuş, o isə bilmədən pulu götürmüşdür. Cavabdehin xx.xx.2022ci il tarixli məktubunu 2022-ci ildə almışdır, ancaq maddi imkanı olmadığı üçün birdəfəlik həmin məbləği ödəyə bilməmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərindən biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, sözügedən normada söhbət aşkar surətdə təkcə vətəndaşın inzibati orqana qarşı iddia qaldıra bilməsindən deyil, ümumi olaraq əmlak tələbinə dair iddialardan gedir ki, bunlar da həm vətəndaşlar, həm də inzibati orqanlar tərəfindən qaldırıla bilər. Məhkəmə hesab edir ki, pensiya ödənişləri ilə bağlı münasibətlər publik hüquq münasibətlərindən irəli gəldiyindən, tərəflər arasında mülki hüquqdan irəli gələn münasibətlər olmadığından, artıq ödənilmiş pensiya ödənişinin geri qaytarılması ilə bağlı tələb inzibati mübahisənin həlli ilə əlaqədar əmlak tələbi olmaqla iddiaçı inzibati orqan düzgün olaraq inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının qərarı ilə cavabdehin atasına əmək pensiyası təyin edilmiş və cavabdehin atası pensiyanı hər ay mütəmadi olaraq almış, 27 dekabr 2018-ci il tarixdə cavabdehin atası vəfat etmiş, iddiaçı qurum bu barədə məlumatlı olmamış, lakin nəticədə xx.xx.2020-ci il tarixədək pensiya məbləğı cavabdehin mərhum atasının bank kartına tam məbləğdə köçürülmüşdür. İddiaçı yalnız 22 fevral 2021-ci il tarixdə cavabdehin onun atasının vəfatı ilə bağlı dəfn xərcinin ödənilməsi ilə bağlı müraciətindən sonra bu barədə məlumat əldə etmişdir. “Əmək pensiyaları haqqında” Qanun əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarını tənzimləyir. Həmin Qanunun: 37.8.1-ci maddənin tələbinə görə təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısı vəfat etdikdə sonrakı ayın 1- dən dayandırılır. 39.1-ci maddəsinə əsasən Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab edir ki, cavabdehin onun atasının vəfatından sonra pensiya ödənişinin qanunsuz olduğunu bildiyini və ya ən azından bilməli olduğunu istisna etmək olmaz. Pensiya ödənişi iddiaçı tərəfindən cavabdehin atasına ödənilirdi. Cavabdehin atasının vəfatından sonra pensiya ödənişi həyata keçirilə bilməzdi. Qanunun tələbinə görə əmək pensiyaçısı vəfat etdikdə təyin edilmiş əmək pensiyası həmin gündən dayandırılır. Cavabdeh isə atasının vəfatı barədə cavabehi məlumatlandırmaq əvəzinə, atasının vəfatından sonra da pensiyanı almaqda davam etmişdir. İddiaçı qurum isə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada xx.xx.2022-ci il tarixdə **********5 nömrəli məktubla artıq ödənilmiş məbləğin könüllü qaydada qaytarılmasını tələb etmiş, ancaq cavabdeh tərəfindən hərəkətsizlik edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilməli, artıq ödənilmiş 7.255,77 manat pensiya məbləğinin iddiaçının hesabına ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Artıq ödənilmiş 7.255,77 (yeddi min iki yüz əlli beş manat yetmiş yeddi qəpik) manat pensiya məbləğinin iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-573/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-573/2023
31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver