Məhkəmə qərarları › İş №2-1(114)-5743/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-5743/2025

09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-5743/2025 09.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X9 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 40% sığorta pulun hesablanıb ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası SHXÇDX-nin Göygöl rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağrılmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 379-cu hərbi hissəsinə MAHXHQ əsgər kimi hərbi xidmət fəaliyyətinə başlamışdır. İkinci Qarabağ müharibəsində iştirak etmiş xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Murovdağ istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan mərmi partlayış nəticəsində "Partlayış travması (xx.xx.2020) döş qəfəsin arxa səthinin, sağ belin sağ çağrının, sağ budun və sağ və sağ bazunun çoxsaylı qəlpə yaralanması" xəsarəti almışdır. İlk tibbi yardım göstərildikdən sonra N nömrəli hərbi hissəyə, oradan da Abbas Səhhət adına X7 təxliyə olunmuş və xx.xx.2020-ci ildə həmin xəstəxanada stasionar müalicədə olunmuşdur. xx.xx.2020-xx.xx.2020-ci il tarixədək Azərbaycan Tibbi Universitetinin X3 "Qaraciyərin sağ payının kor qəlpə yaraları .Döş qəfəsinin arxa səthinin, sağ belin, sağ çağrının, sağ budun çoxsaylı kor qəlpə yaraları. Sağ bazunun kor qəlpə yarası. Sağ əldə İİİ-V (üçüncü-beşinci) barmaqlarında keyləşmə hissi" diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2020xx.xx.2020-ci il tarixədək Azərbaycan Tibbi Universitetinin X2 xx.xx.2024-xx.xx.2024 - Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2024-xx.xx.2024 - Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasında, xx.xx.2024-xx.xx.2024 - Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2024 - Müdafiə Nazirliyinin Mərkəzi Hərbi polinkilinkasında müalicə və müayinə olmuşdur. Sonuncu dəfə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, "Diaqnoz və xəsarətin (yaralanmanın,travmanın, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında" Ştatlı Hərbi- Həkim Komissiyasının hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. Yararlıq haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə (Xəstəlik haqqında şəhadətnamə N8464) ""xəstəliklər cədvəli"nin 18a,27c maddəsinin İİİ qrafasına və ƏTC-ə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi -həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən "Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız" və müşayiətçiyə zərurət var" qərarı verilmişdir. Bundan başqa X4 xx.xx.2024-cü il tarixli qərarı ilə (Xəstəlik haqqında şəhadətnamə N8464) Diaqnoz -" F62.0 Fəlakət (İİ Qarabağ müharibəsi ) keçirtdikdən sonrakı ağır (kəskin) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depresiv epizodlar, funksional tutmalar, intihar cəhdləri ilə, T90 5, S 44.0 Partlayış travması (xx.xx.2020), sağ dirsək sinirinin kompression içemik sədələnməsindən sonrakı zəif qalıq əlaməti, funksiyasının cuzi dərəcədə pozulması ilə T90.5,S 74.0 Partlayış travması (xx.xx.2020) sağ oturaq sinirinin postravmatik neyropatiyasından sonrakı cüzi olaraq əlamətləri, funksiyasının cüzi dərəcədə pozulması ilə, Y36.2 sağ əlin, sağ bazunun. sol budun, sağ budun, hər iki baldırın, sağ belin, sağ sağrı nahiyyəsinin, döş qəfəsinin arxa səthinin, qaraciyər proyeksiyasaının çoxsaylı qəlpə yaralanmasından sonrakı bərkimiş dəri şapıqları. Bədənin yumşaq toxumalarının çoxsaylı yad cisimləri (metal qəlpələr).J36.2.M79.5 Partlayış travması (xx.xx.2020),sağ bazunun, sağ budun yuxarı 1/3-nin,sol saidin,sağ əlin İV-V barmaqlarının kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları sağ bel nahiyyəsinin və döş qəfəsinin arxa səthinin qarın boşluğuna nüfuz edən kor qəlpə yaralanmasına görə aparılmış yaraların birinci cərrahi işlənilməsindən sonrakı vəziyyət. Qaraciyərin Vİİİ seqmentinin yad cismi (metal qəlpə) "Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır". Diaqnoz "K02 Çoxsaylı kariyes". İddiaçıya orqanizm funksiyasının 50% faiz pozulması ilə Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya qurluşunun qorunmasına görə xx.xx.2027-ci il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya əlillik təyin edildikdən sonra sığorta ödənişinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin ərizənin icrasından imtina edilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair verdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçının müraciəti araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmış, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin məlumat bazasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2025-ci il tarixində üçüncü dərəcə (orqanizmin funksiyalarının 50% pozulması) əlilliyi müəyyən olunmuşdur. Qanunvericiliyin normalarına əsasən, sığortalı ehtiyata buraxıldıqdan sonra xidmət dövrün aldığı xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyi müəyyən edilməlidir. İndiki halda inzibati icraat materiallarından aydın olur ki, İddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmış xx.xx.2025-ci il tarixində əlilliyi müəyyən olunmuşdur. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, iddiaçının ehtiyata buraxıldığı vaxtdan əlilliyinin müəyyən olunduğu vaxta qədər olan müddət 3 il 3 ay 7 gün təşkil edir və bu da qanunvericiliyin müəyyən etdiyi müddətdən daha çoxdur. Odur ki, iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 verdikləri etiraz ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı tibb müəssisəsinin xx.xx.2025-ci il tarixli göndərişinə əsasən xx.xx.2025-ci ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə əlillik təyin edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi ona əlil olduğuna görə sığorta pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) alqıda – 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 8.1.3-cü maddəsində qeyd olunmuşdur ki, baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə sığorta ödənişinin verilməsindən imtina olunur. Göründüyü kimi, qanunvericiliyin normalarına əsasən, sığortalı ehtiyata buraxıldıqdan sonra xidmət dövründə aldığı xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyi müəyyən olunacağı təqdirdə, sığorta ödənişini almaq hüququ yaranır. Hazırki işdə isə İddiaçı xx.xx.2022-ci ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmış, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin məlumat bazasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2025-ci il tarixində (orqanizmin funksiyalarının 50% pozulması) əlilliyi müəyyən olunmuşdur. Sadalanan normaların tələbini önəcəkən məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi o halda mümkün olardı ki, iddiaçı mövcud vəziyyətdə sığortalı ehtiyata buraxıldıqdan sonra xidmət dövründə aldığı xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyi müəyyən olunsun. Lakin iş materiallarından görünür ki, iddiaçının əlilliyi ehtiyata buraxıldığı gündən 3 il keçdikdən (3 il 3 ay 7 gündən) sonra təyin edildiyindən o, sığorta ödənişini almaq hüququna malik deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMnin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar