Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-576/2021 31.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə 20ş/h-199-21 nömrəli əmrinin ləğv edilərək işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə 20ş/h- 199-21 nömrəli əmri ilə işdən azad olunmuşdur. Əmrdə göstərilir ki, “polis serjantı İddiaçı Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu və 10-cu bəndi ilə (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduğuna görə) daxili işlər orqanlarından xidmətdən xaric edilsin”. İddiaçı hesab edir ki, onun işdən çıxarılması qanunsuz və əsassız olmuşdur. İddiaçının nümayəndəsi X7 məhkəmə hazırlıq icraatı iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı onun oğludur, oğlunun Nərmin adlı qadınla münasibətlərinin yaranmasını oğlunun ləkələnməsi və nüfuzdan salınması üçün polis şöbəsinin əməkdaşları təşkil etmişdir. Cavabdehin nümayəndəsi X12 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Daşkəsən RPŞ-nin polis serjantı İddiaçı cəbhəboyu bölgədə xidmətdə olarkən ona həvalə edilmiş xidməti postu özbaşına tərk etməsi barədə və Daşkəsən şəhəri Ş.İ.Xətai küçəsi ev 1, mənzil 10-da yaşayan X8 məxsus 1 ədəd qızıl üzüyün alıb geri qaytarmaması ilə bağlı daxil olmuş ərizə və raport qeydiyyata alınaraq araşdırılma aparılmışdır. Birinci materialla bağlı araşdırma aparılarkən müəyyən edilmişdir ki, Respublikada elan edilmiş “hərbi vəziyyət” zamanı İddiaçı cəbhəboyu bölgədə xidməti postunda olan zaman, həyat yoldaşı X9 ona zəng edərək qonşusu X13 ilə mübahisə etdiyinə görə təcili evə gəlməsini ona bildirmiş, İddiaçı xidmət rəhbərinə məruzə etmədən, xidməti postu ataraq özbaşına yaşadığı evə gəlmiş, evə çatanda qonşuların ünvanına etik qaydalardan kənar ifadələr işlətmişdir. Aynurla Mələyin və Eşqinin mübahisələrindən qonşusu Mircəfər Ağayev DİN-in 102- xidmətinə müraciət edərək, şikayət etmişdir. 1-ci materialla bağlı İddiaçı “sıravi və kiçik rəis heyətinin” yığıncağın qərarına əsasən, “xidməti vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” edilmişdir. 2-ci xidməti araşdırma xx.xx.2021-ci il tarixdə başlanılmışdır. Əsas isə Nərmin Əliyevanın və anası Yeganə Əliyevanın müraciətləri olmuşdur. İddiaçı 2020-ci ilin avqust ayında Nərmin Əliyeva ilə tanış olandan sonra, onunla yaxın münasibətdə olmuş, sonuncuya subay olmasını, onu həyat yoldaşı kimi saxlayacağına söz verərək, kirayəyə ev tutmuşdur. Münasibətlərdən istifadə edən E.X11 1 ədəd nişan üzüyünün ona verilməsini tələb etmiş, borcunun əvəzinə verəcəyini ona bildirmişdir. X17 aldadıldığını biləndə, Eşqindən aralanmış və münasibətlərinin pozulmasına görə üzüyünün qaytarılmasını ondan tələb etmişdir. Nərmin Əliyeva evdən qaçıb xalası Mələknisə Abbasova gildə bir müddət qalmış, həmin evdən taksi sürücüsü Yalçın Cəfərovun avtomobili ilə dəfələrlə Zinzahal kənd polis məntəqəsində xidmətdə olan Eşqinin yanına getmişdir. Nərmin posta çatmazdan əvvəl Eşqin təhlükəsizlik kamerasına müdaxilə edərək görüntünün istiqamətini dəyişmişdir. İddiaçı özünü nizam-intizamlı aparmalı olduğu halda, intizam tənbehindən əməli nəticə çıxarmamış, polisin şərəfli adına xələl gətirmiş, cəbhəboyu məntəqədə xüsusi əhəmiyyət kəsb edən kameranın görüntüsünü bilərəkdən məhdudlaşdırmışdır. Ona görə də, İddiaçı barəsində toplanmış materiallar baxılması üçün “sıravi və kiçik rəis heyətinin” yığıncağına göndərilmişdir. Odur ki, iddiaçının barəsində verilmiş əmr qanunidir və ləğv edilməsi üçün əsas yoxdur. X2 ifadəsində bildirmişdir ki, o, Eşqinin arvadıdır. Eşqinlə Nərminin münasibətləri barədə Nərminin anası və xalası xx.xx.2020-ci ildə onun yaşadığı evə gələrək ona məlumat vermişlər. Eşqinin Nərminlə münasibəti olmamış, Nərminin anası və xalası Eşqini qorxudaraq Nərminlə münasibət qurmağa məcbur etmişlər. X4 ifadəsində bildirmişdir ki, o, Eşqinlə 2020-ci ilin avqust ayında işlədiyi lombardda özləri sərbəst tanış olmuşlar, həmin vaxt Eşqin ona subay olduğunu bildirmiş, daha sonra birlikdə otelə getmiş, aralarında ər-arvad münasibətləri yaranmış və Eşqin onunla evlənəcəyini vəd etmişdir. Dəfələrlə Eşqinin işlədiyi posta getmiş və orada ikisi olmuşlar, bir dəfə isə məntəqədə doğum gününü qeyd etmişlər. Məntəqəyə gedəndə məqsədi Eşqinlə görüşmək olmuş, hər dəfə gedəndə Eşqin ona cib xərcliyi vermiş, eləcə də onu hər dəfə polis məntəqəsinə Yalçın adlı şəxs aparmış və təqribən 1 saat Eşqinlə məntəqədə olmuş, bir dəfə isə səhərə kimi qalmışdır. Polis şöbəsində araşdırma zamanı ifadə verərkən ona heç bir təzyiq olmamış, sərbəst ifadə vermişdir. X1 ifadəsində bildirmişdir ki, o, Nərmin Əliyevanın anasıdır. Məlumatı var ki, qızı Eşqinlə 2020-ci ilin avqust ayında tanış olmuş və aralarında ər-arvad münasibətləri olmuşdur. Sentyabr ayında onların münasibətləri barədə məlumat almış, narazı olsa da Eşqin onları aldadaraq qızı ilə evlənəcəyini bildirmiş və kirayə ev tutub bir müddət orada yaşamışlar. X3 ifadəsində bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğuldur, 2020-ci ildə bir neçə dəfə Eşqinin xahişi ilə Nərmini Eşqinin işlədiyi Zinzahal kəndində yerləşən polis məntəqəsinə aparmışdır. Nərmini hər dəfə məntəqənin yanında düşürmüş, təqribən yarım saat gözləyərək sonra onu evə qaytarmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Cavabdeh xx.xx.2020-ci il tarixli Ə151-199-20 nömrəli əmrinin məzmunundan görünür ki, İddiaçı «xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq» elan edilmişdir. - surəti işə əlavə edilmiş Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə 20ş/h-199-21 nömrəli əmrinin məzmunundan görünür ki, Daşkəsən RPŞ-nin polis serjantı İddiaçı Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu və 10-cu bəndi ilə (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduğuna görə) daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.1 və 32.1-ci maddələri) aid olan hazırki iddianın müddətlə bağlı ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş və iddiaçı hazırki tələblə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlarla, həmçinin tərəflərin izahatı və şahid ifadələri ilə müəyyən olunmuşdur ki, Daşkəsən RPŞ-nin polis serjantı İddiaçı xidmət yerini özbaşına tərk etdiyinə və digər qanunazidd əməllərə görə Cavabdeh xx.xx.2020-ci il tarixli Ə151-199-20 nömrəli əmri ilə ona «xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq» elan edilmiş, bundan nəticə çıxarmayaraq cəmiyyətdə qəbul olunmuş ailə məişət normalarına riayət etməmiş, eyni zamanda dəfələrlə Zinzahal kənd polis məntəqəsində xidmətdə olarkən Nərmin adlı qadınla həmin məntəqədə görüşmüş, eləcə də qeyd olunan halı gizlətmək məqsədilə cəbhəboyu məntəqədə xüsusi əhəmiyyət kəsb edən kameraya müdaxilə edərək görüntünü bilərəkdən məhdudlaşdırmışdır. Qeyd olunanlarla əlaqədar olaraq İddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə 20ş/h- 199-21 nömrəli əmri ilə Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu və 10-cu bəndi ilə (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduğuna görə) daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Məhkəmə cavabdehin qeyd olunan əmrini qanuni və əsaslı hesab edir. Belə ki, DİN-nin xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə Daxili işlər orqanları əməkdaşlarının X22 təsdiq edilmişdir. Daxili işlər orqanları əməkdaşlarının X22 (bundan sonra Davranış kodeksi) əməkdaşların göstərilən meyarlara cavab verməsinin, cəmiyyətdə qəbul olunmuş mənəviəxlaqi və mədəni davranış qaydalarına əməl etməsinin ifadəsi olan norma və müddəaları müəyyən edir. Həmin Kodeksin tələblərinə əsasən daxili işlər orqanlarının əməkdaşları:- -Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır (maddə 1). -Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər (maddə 2). -Çalışqanlığı, intizamlığı və təşəbbüskarlılığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır (maddə 9). -Cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməli, ailəsinin, o cümlədən, uşaqlarının və valideynlərinin qayğısına qalmalı, nigahda sədaqətli olmalı, qadın-kişi münasibətlərində riyakarlığa və pozğunluğa yol verməməli, başqalarını da buna sövq etməməlidir (maddə 12). -İcrasının mümkün olamayacağını qabaqcadan bildiyi (və ya bilməli olduğu) öhdəlikləri (borc pul, kirayə və s.), üzərinə götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir (maddə 13). Bundan başqa polisdə və müvafiq icra hakimiyyəti orqanı sisteminə daxil olan digər orqan və hissələrdə (bundan sonra daxili işlər orqanları) xidmət keçmənin qaydaları və şərtləri, bu orqanların vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsasları Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin 135-ci bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşı: 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda xidmətdən xaric edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə 20ş/h-199-21 nömrəli əmri verilərkən qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-576/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-576/2021
31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver