Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-577/2022 31.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı X4, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçılar İddiaçı və X4 Cavabdehnə qarşı (üçüncü şəxs X3) qərarın qismən ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçılar İddiaçı və X6 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, X7 Düzyurd kəndi ərazisində 0.88 ha torpaq sahəsinin verilməsinə dair Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13/1 nömrəli qərarının qismən ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon Düzyurd Bələdiyyə sədrinin Düzyurd kənd sakinlərinə 3,66 ha torpaq sahəsinin satılması barədə 09 avqust 2004-cü il tarixli 8 saylı protokol qərarı ilə Düzyurd kəndinin "Qurban təpəsi" adlanan yerdən kəndə gedən yolun sol tərəfindən iddiaçıların hər birinə 0.12 ha torpaq satılmışdır. Torpaq sahəsini qeydiyyata aldırmaq üçün reyestr xidmətinə müraciət etdikdə onlara məlum olmuşdur ki, onların torpaq sahəsi ilə Gədəbəy rayonu Aqrar İslahat Komissiyasının 1997ci il 04 dekabr tarixli 13/1 nömrəli qərarı ilə Gədəbəy rayonu Düzyurd kənd sakini X7 verilmiş 0.88 ha torpaq sahəsi üst-üstə düşür. Belə ki, Gədəbəy rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 04 dekabr tarixli 13/1 nömrəli qərarı ilə Gədəbəy rayonu Düzyurd kənd sakini X7 Düzyurd kəndində islahatın gedişi zamanı 2 nəfər ailə üzvü olmaqla 0.12 ha həyətyanı, 0.18 ha zəbt torpaq sahəsi qeyd olunmuşdur. Ona 0.08 ha əkin və 0.09 ha biçənək sahəsi, cəmi 0.17 ha torpaq payı verilməli olduğu halda, texniki səhv olaraq Torpağa mülkiyyət hüququna dair JN-114 saylı Dövlət Aktına əsasən 0.79 ha əkin, 0.09 ha biçənək cəmi 0.88 ha pay torpağı verilmişdir. Şəmkir 1 saylı Dövlət Notariat Kontorunun xx.xx.2009-cu il tarixli, 4ə-39 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X9 həmin torpaq sahəsini qızı X2 bağışlamış, X2 xx.xx.2010-cu il tarixdə Seriya MA № 0029997, 0029998, ******* saylı Çıxarışlar verilmişdir. İddiaçılar hesab edir ki, Gədəbəy rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 04 dekabr tarixli 13/1 nömrəli qərarı onların hüquqlarını pozduğu üçün qismən ləğv edilməlidir. İddiaçı X6 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxs X3 iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, hazırda mübahisələndirilən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13/1 nömrəli qərarı ilə X7 və onun ailə üzvünə 0.08 ha əkin və 0.09 ha biçənək sahəsi, cəmi 0.17 ha torpaq payı verilməli olduğu halda, Torpağa mülkiyyət hüququna dair JN-114 saylı Dövlət Aktına əsasən 0.79 ha əkin, 0.09 ha biçənək cəmi 0.88 ha pay torpağı verilmiş və Şəmkir 1 saylı Dövlət Notariat Kontorunun xx.xx.2009-cu il tarixli, 4ə-39 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X9 həmin torpaq sahəsini qızı X2 bağışlamış, X2 xx.xx.2010-cu il tarixdə Seriya MA № 0029997, 0029998, ******* saylı çıxarışlar verilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə iddiaçıların barəsində mübahisə etdikləri torpaq sahəsinə subyektiv hüquqlarının olmalarının, bələdiyyə qərarı ilə onlara satılan torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə mütəxəssis rəyinin alınması üçün müvafiq qərardad qəbul etmiş və aidiyyəti üzrə müraciət edilmişdir. Həmin müraciətə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən sözügedən mübahisəli torpaq sahəsi barəsində tərtib edilmiş arayışda bildirilir ki, tərəflərin iştirakı ilə mübahisələndirilən ərazilərin koordinatları götürülmüş, lakin faktiki istifadə vəziyyəti ilə Düzyurd kəndininin torpaq islahatına dair kompleks yerquruluşu layihəsi, mübahisələndirilən torpaq sahəsinə verilmiş çıxarışın koordinatları və elektron uçot xəritəsi arasında uyğunsuzluq olduğundan qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Bundan əlavə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Gədəbəy fayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmişdir. Hal-hazırda Gədəbəy rayonu ərazisində aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatların sistemləşdirilməsi, vahid elektron kadastr məlumat bazasına daxil edilməsi və həmin məlumatlardan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə istifadə hüququnun verilməsi ilə bağlı müvafiq işlər həyata keçirilir. Həmin işlər başa çatdıqdan sonra adıçəkilən Fərmanın 2.5-ci bəndinə uyğun olaraq "Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədin verilməsi təmin ediləcəkdir. Əlavə olaraq, rəqəmsal kadastr xəritəsinin tərtib olunmasından sonra məsələyə qanunamüvafiq qaydada baxılacağı qeyd edilmişdir. Beləliklə müəyyən olunur ki, səlahiyyətli qurum tərəfindən verilmiş rəyə əsasən iddiaçının hüquqi marağını və niyyətini reallaşdırmaq mümkün deyil. Digər tərəfdən həmin qurum məsələnin nüvafiq xəritə hazırlandıqdan sonra həll ediləcəyini bildirmişdir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçılar İddiaçı və X4 Cavabdehnə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-577/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-577/2022
31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver