Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-579/2022 09.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onun barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8257 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ildən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçərək fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları hər hansı bir əsas olmadan və hər hansı bir reyestrə daxil etmədən vergi yoxlaması aparılması adı ilə fəaliyyət göstərdiyi ünvana gələrək xx.xx.2021-ci il tarixli DVX 006497 nömrəli aktı tərtib etmişlər. Həmin akta əsasən guya o əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından istifadə etməmişdir. Əslində isə aktda qeyd edilənlər tamamilə əsassızdır. Belə ki, sözügedən nəzarət-kassa aparatı obyektə yeni quraşdırıldırıldığı üçün yalnız şirkət tərəfindən müvafiq açar təqdim edildikdən sonra istifadə oluna bilər. Ona qədər isə iddiaçı özü dəfələrlə əlaqə saxlamışdır ki, nəzarət-kassa aparatı işlək vəziyyətə salınsın. Hətta bu barədə onda müvafiq yazışmalar da mövcuddur. Lakin yalnız yoxlama keçirilən günun sabahı günü nəzarət-kassa aparatını aktivləşdirmişlər. Yəni nəzarət-kassa aparatınının aktiv olmaması ondan asılı olmayan səbəblərdən baş vermişdir. Buna baxmayaraq, sözügedən qanunsuz akta istinad edərək barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8257 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən 1000 manat məbləğində vergi məsuliyətinə cəlb edilməsi qərara alınmışdır. Sözügedən qərar tamamilə absurd bir qərardadır və bununla bağlı tərəfindən hər hansı bir pozuntuya yol verilməmişdir. Ona görə də hesab edir ki, həmin qərar qanunsuz olduğuna görə ləğv olunmalıdır. İddiaçının vəkili Vəkil iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı iddia ərizəsində yazışmalar dedikdə şəxsi telefonu ilə vergi əməkdaşı və kassa aparatı təqdim edən şirkətin əməkdaşı ilə telefon yazışmalarını nəzərdə tutur. Cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyərək bildirmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********4035 nömrəli, xx.xx.2021-ci il tarixli, "Operativ vergi nəzarətinin keçirilməsi haqqında" Qərarına əsasən vergi ödəyicisi İddiaçı məxsus obyektdə "Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikası əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halların aşkar edilməsi" məsələləri üzrə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixdə keçirilmiş yoxlama zamanı vergi ödəyicisi İddiaçı məxsus obyektdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi faktı aşkar olunmuş, xx.xx.2021-ci il tarixli, 006497 nömrəli "Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında" aktla rəsmiləşdirilmiş və həmin akt əsasında 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********8257 nömrəli xx.xx.2021-ci il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı ilə Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən vergi ödəyicisi 1000,0 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçının nəzarət kassa aparatının yeni quraşdırılması və işlək vəziyyətdə olmaması Vergi Məcəlləsinin 58.7.1-ci maddəsində nəzərdə tutulmuş hüququ pozuntusu vergi məsuliyyətini müəyyən edən pozuntulardan biridir. Həmin normanın dispozisiyası əməli vergi ödəyicisinin qəsdən qanun pozuntusuna yol verməsi ilə şərtləndirmir. İddiaçı tərəfindən nağd pul hesablaşması qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparılmadığından 58.7.1-ci maddəsində göstərilmiş hüquq pozuntusu baş vermiş hesab edilir. Qanunverici bu normadakı məsuliyyət tədbirinin vergi ödəyicisinə münasibətdə heç bir hüquqi şərtdən asılı olmayaraq tətbiq edilməsini imperativ qaydada göstərmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********4035 nömrəli qərardan görünür ki. İddiaçı məxsus “Şah sarayı Restoranı”da nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Əmək Məcəlləsində nəzrdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb eidlməsi hallarının aşkar edilməsi məqsədi ilə operativ vergi nəzarətin həyata keçirilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2021-ci il tarixli 006497 nömrəli Aktdan görünür ki, İddiaçı istifadəsində olan obyektdə operativ vergi nəzarəti tədbiri keçirilməsi zamanı nağd pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatlarından istifadə olunmadığı müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8257 nömrəli qərardan görünür ki, İddiaçı Vergi Məcəlləsininn 58.7.1-ci maddəsinin tələblərini pozduğuna görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8257 nömrəli Qərarı ilə iddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı sözügedən qayda pozuntusunun onun iradəsindən asılı olmayan səbəbdən baş verməsini əsas göstərərək sözügedən qərarı mübahisələndirir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və.s. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. -50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. -58.7-ci maddəsinə əsasən Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi vergi qanunvericiliyi vergi nəzarətinin forma və metodlarını, habelə qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən etmişdir ki, belə tədbirlərdən biri də operativ vergi nəzarət tədbiridir. İş materialları ilə müəyyən olunur ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********4035 nömrəli, xx.xx.2021-ci il tarixli, “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarına əsasən vergi ödəyicisi İddiaçı məxsus "Şah sarayı" adlı obyektdə "Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikası əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halların aşkar edilməsi" məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixdə keçirilmiş yoxlama zamanı obyektdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi faktı aşkar olunmuş və xx.xx.2021-ci il tarixli, 006497 nömrəli aktla rəsmiləşdirilmiş, həmin akt əsasında 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********8257 nömrəli xx.xx.2021-ci il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı ilə Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən vergi ödəyicisi 1000,0 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının nəzarət kassa aparatının yeni quraşdırılması və işlək vəziyyətdə olmaması Vergi Məcəlləsinin 58.7.1-ci maddəsində nəzərdə tutulmuş hüquq pozuntusu vergi məsuliyyətini müəyyən edən pozuntulardan biridir və həmin normanın dispozisiyası əməli vergi ödəyicisinin qəsdən qanun pozuntusuna yol verməsi ilə şərtləndirmir, eyni zamanda qanunverici bu normadakı məsuliyyət tədbirinin vergi ödəyicisinə münasibətdə heç bir hüquqi şərtdən asılı olmayaraq tətbiq edilməsini imperativ qaydada göstərmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən nağd pul hesablaşması qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparılmadığından Vergi Məcəlləsinin 58.7.1-ci maddəsində göstərilmiş hüquq pozuntusu baş vermiş hesab edilir. Odur ki, vergi orqanı tərəfindən aparılmış operativ vergi nəzarəti tədbirləri vergi qanunvericiliyinin müddəaları gözlənilməklə həyata keçirilmişdir ki, həmin yoxlamanın nəticəsində qəbul edilmiş qərar əsaslıdır və ləğv edilməsi üçün əsas yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8257 nömrəli qərarı qanunidir və ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-579/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-579/2022
09.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver