Məhkəmə qərarları › İş №2-1(114)-579/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-579/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-579/2023 22.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 144 nömrəli qərarı əsasında X5 X6 məxsus olan həyətyanı torpaqdan ayrılmış torpaq sahəsinə dair X15 Komissiyasının xx.xx.2005-ci il tarixli qərarının X5 torpağın mülkiyyətə verilməsinə dair hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının qaynanası X6 məxsus olmuş 0.05 ha torpaq sahəsi, Tərtər Rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli qərarı ilə, X2, X3, X8, X7, qızım X1 xüsusi mülkiyyyətinə verilmişdir, hazırda onların mülkiyyətindədir. Bu mülkiyyətə dair onlara xx.xx.2006-cı il tarixli, JN-2529A, KOD 61101004 saylı "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. X9 vəfat etməzdən əvvəl xx.xx.2013-cü il tarixində ona bütün daşınar və daşınmaz əmlakına dair Vəsiyyətnamə vermişdir. Məzburə İmanova son illər xəstə yatdığından, çətinliklə hərəkət etdiyindən, hətta, notariat kontorunda ona vermiş olduğu vəsiyyətnaməni belə, savadsız və qüsurlu olduğu üçün özü imzalamamışdır. Bu hal, Vəsiyyətnamədə notarius T.M.Atakişiyeva tərəfindən qeyd edilmişdir. Yəni, X4 Tərtər Rayon Məhkəməsində iddiaçıya qarşı iddiaçının ailə üzvlərinin mülkiyyətinə məxsus olan 0.045 ha torpaq sahəsi və 0.03 ha torpaq sahəsindən çıxarılması barədə məhkəmə qətnaməsi çıxarılmasına dair iddiası onun mülkiyyətçi olaraq hüquqlarını pozur. Beləliklə, iddiaçının vəsiyyətnamə üzrə vərəsə olaraq tam hüquqlarım yaranır ki, Cavabdeh başçısı İ.B.Allahverdiyevin xx.xx.1999-cu il tarixli 114 saylı qərarı əsasında X5 ev tikməsi üçün X6 məxsus torpaq sahəsindən ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüququna dair Şəhadətnamə verilməsinə əsas olmuş Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli qərarının, X5 hazırkı Şəhadətnamənin verilməsi hissəsində ləğv edilməsini məhkəmə qaydasında xahiş etsin. Belə ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli qərarı, hazırkı şəhadətnamənin verilməsi hissəsində əsassız və qanunsuz olmuşdur. İddiaçının nümayəndəsi X11 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, hazırda qanunsuz sayılması tələb olunan X15 Komissiyasının xx.xx.2005-ci il tarixli 02 nömrəli qərarı ilə 0.03 ha torpaq sahəsi X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və bununla bağlı JN-2544A Kod 61101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyrihüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə X15 Komissiyasının xx.xx.2005-ci il tarixli 02 nömrəli qərarının qismən ləğv edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı isə artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdehnə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar