Məhkəmə qərarları › İş №2-1(114)-579/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-579/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-579/2024 14.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2023-cü il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. 049 nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 933 nömrəli travma haqqında arayışında göstərilmişdir ki, əsgər İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Xocavənd istiqamətində düşmən tərəfindən atılan mərmi partlayışı nəticəsində tankda xəsarət almışdır. Nəticədə partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı və astenonevrotik təzahür edən nəticəsi. Partlayış travması. Başın təpə nahiyyəsinin, sol baldırın kor qəlpə yaralanmasından sonrakı (xx.xx.2020) bərkimiş dəri çapıqları. Barotravma” diaqnozlu travmasının səbəb əlaqəsi “Xəsarət döyüş tapşırığını yerinə yetirərkən alınmışdır” kimi müəyyən edilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qazax rayon Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 621 nömrəli xəstəlik tarixindən çıxarışında İddiaçı "Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar. Postkontuzion sindrom. Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Dissosiativ amneziya. Posttravmatik stress pozuntusu" diaqnozu qoyulmuşdur.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli xəstəlik tarixindən çıxarışında İddiaçı diaqnozu "Üzvi mənşəli şəxsiyyət pozğunluğu" kimi müəyyənləşdirilmişdir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxansı” publik hüquqi şəxsin İddiaçı dair xx.xx.2023-cü il tarixli elektroensefaloqrammasının nəticəsi “Beyinin biocərəyan fəallığı qalıq üzvü tipli dəyişiklik əlamətləri ilə səciyyələnir. Beyin qabığı ilə qapıqaltı mərkəzlər arasında əlaqələrin zəifləməsi əlamətləri nəzərə çarpır. Beyin yarımkürələrinin mütənasibliyi dəyişməyib. Ocaqlı dəyişiklik və epilepsiya əlamətləri aşkar edilmir” kimi qeyd edilmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞnin xx.xx.2023-cü il tarixli 970 nömrəli Tibbi rəyində İddiaçı diaqnozu “Üzvi şəxsiyyət pozuntusu F07.0. Posttravmatik stress pozuntusu F43.1” kimi müəyyənləşdirilmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 162/2022 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz "Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, postkommotsion sindrom. Uzunmüddətli stress pozuntusu, davranış pozuntusu, yaddaşın zəifləməsi" kimi müəyyənləşdirilmişdir.

7. Azərbaycan Tibb Universitetinin X3 İddiaçı dair BERA testinin nəticəsi “Hər iki qulaqda 2-ci dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur. Eşitmənin protezləşməsi tövsiyə olunur” kimi qeyd edilmişdir.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 1552 nömrəli qərarı ilə (xəstəlik haqqında şəhadətnamə) İddiaçı aldığı "Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı tez-tez baş verən dekompensasiyalarla müşayiət olunan mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu. Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla intihar fikirləri ilə. Fəlakət (müharibə) keçirdikdən sonrakı şəxsiyyətin mülayim (orta) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindromlar ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sağ gözün sadə miopik astiqmatizmi Em və M 1.0D, sol gözün travmatik retinopatiyası, mürəkkəb miopik astiqmatizmi M 1,75D və M 0,75D nəticəsində görmə itiliyinin sağda 0,6ya qədər azalması, korreksiya ilə 1,0, solda 0,2-yə qədər azalması, korreksiya ilə 0,5 olmaqla. Partlayış travması (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 3 (üç) metr, sağ qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020), başın təpə nahiyəsinin, sol baldırın orta 1/3-nin ön səthinin kor qəlpə yaralanmasından sonrakı dəri çapıqları" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir.

9. İddiaçı əlilliyi xx.xx.2021-ci il tarixdə tibb müəssisəsinin 0321003AAP3F nömrəli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.

10. İddiaçı əlilliyi xx.xx.2022-ci il tarixdə tibb müəssisəsinin xxxxxxx0002 nömrəli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.

11. İddiaçının əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş Q00067638PHE nömrəli göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu; tez-tez baş verən dekompensasiyalarla; Yanaşı xəstəliklər - S06.0 – Baş beyinin silkələnməsi, Keçirilmiş qapalı kəllə-beyin travması; Yanaşı xəstəliklər – T70.0 – Qulağın barotravması, İkitərəfli xroniki koxlear nevrit, iki tərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 3 (üç) metr, sağ qulaqda 4(dörd) metr məsafədən eşitməsi ilə; Yanaşı xəstəliklər – F43.1 – Posttravmatik stress pozuntusu, Uzunmüddətli posttravmatik stress pozuntusu; Yanaşı xəstəliklər – F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonrakı şəxsiyyətin ifadə olunmuş davamlı dəyişikliyi; Yanaşı xəstəliklər – H52.2 – Astiqmatizm, Sağ gözün sadə miopik astiqmatizmi;

12. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2023-cü il tarixdə qiymətləndirərək, “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul etmişdir.

13. Vətəndaşın həmin qərardan verilmiş şikayətinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16176/2023 nömrəli qərar qəbul edilmişdir.

14. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T880/2023 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən "Əsas diaqnoz: F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla; Yanaşı xəstəliklər: S06.0-baş beyin silkələnməsi, keçirilmiş qapalı kəllə-beyin travması, T70.0-qulağın barotravması, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı niqinin sol qulaqda 3 (üç) metr, sağ qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə, F43.1- posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu, F62.0-fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, fəlakət (müharibə) keçirdikdən sonrakı şəxsiyyətin ifadə olunmuş davamlı dəyişikliyi, H52.2- astiqmatizm, sağ gözündə sadə miopik astiqmatizm" diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş "Əlilliyin təyin edilməsi meyarları"nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. II. Məhkəmədə icraat

15. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun əlillik dərəcəsinin düzgün qiymətləndirilməsi və ona əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tank taborunda baş mexanik sürücü işləmişdir. 2020-ci ilin sentyabr ayından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyə başlamış, xx.xx.2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan mərmi partlayışı nəticəsində tankda olarkən « partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı və astenoneyrotik təzahür edən nəticəsi, başın təpə nahiyyəsinin, solbaldırın kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları, barotravma » xəsarətləri almışdır. xx.xx.2020-xx.xx.2020-ci il tarixədək Kürdəmir RMX-da, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-31,07.2021-ci il tarixədək Müdafiə Nazirliyinin BKH-da, xx.xx.2021-xx.xx.2021, xx.xx.2023-xx.xx.2023-cü il tarixədək Səhiyyə Nazirliyinin Respublika Psixatriya Xəstəxanasında, xx.xx.2022-xx.xx.2022-ci il tarixədək Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixatriya Xəstəxanasında, xx.xx.2022-xx.xx.2022-ci il tarixədək Səhiyyə Nazirliyinin Qazax rayon Psixatriya Xəstəxanasında xx.xx.2023-də Müdaflə Nazirliyinin MHP-da müayinə və müalicədə olmuşdur. Qeyd edir ki, səhhəti imkan vermədiyi üçün hazırda heç bir işlə məşğul ola bilmir, mütəmadi müalicə olunmalıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə « Hərbi Xidmətə görə », « Vətən müharibəsi iştirakçısi », « Cəbrayılın azad olunmasına görə » medalları ilə təltif olunmuşdur. Ona görə də o, müvafiq əlillik dərəcəsinin verilməsi üçün müraciət etmiş və Tibbi Sosial Ekspert Komissiyasından müainədən keçmişdir. Müayinə zamanı ona « Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, uzunmüddətli posttravmatik stress pozuntusu, fəlakət (müharibə) keçirdikdən sonrakı şəxsiyyətin ifadə olunmuş davamlı dəyişikliyi, qulağın barotravması, ikitərəfli xroniki koxlear nevrit, iki tərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqin sol qulaqda 3 metr, sağ qulaqda 4 metr məsafədən eşitməsi ilə, astiqmatizm, sağ gözün sadə miopik astiqmatizmi » diaqnozu qoyulmuşdur. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən cavab gəlmiş və diaqnozun əlillik dərəcəsi təyin etməməsi göstərilərək ona əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Hesba edir ki, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik vəziyyətinin düzgün qiymətləndirilməli və ona əlillik dərəcəsi verilməlidir.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

18. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2023-cü il tarixdən üçüncü dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

19. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

20. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

21. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.

22. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş (əyani müayinə zamanı) və Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə ona əlillik təyinatından imtina edilmişdir. Həmin imtina qərarında ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığı və hazırkı tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

23. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tovuz rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

24. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

25. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

26. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

27. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

28. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

29. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Tovuz rayon sakini xx.xx.1993-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 0321003AAP3F nömrəli göndərişi xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və ona diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı əlillik vəziyyətinin yenidən qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 1034 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Partlayış travması (xx.xx.2020) nəticəsində kecirilmiş qapalı beyin travması baş beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu, davamlı postkommosion sindrom, vegetativ damar davamsızlığı və davranış pozuntusu ilə təzahür edən nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020) başın təpə nahiyəsinin və sol baldırın kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları. Partlayış travması (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020) Sol gözün travmatik retinopatiyası nəticəsində görmə itiliyinin sol gözdə 0.5 qədər azalması, k/olunmur. sağ gözün görmə itiliyi 1.0 olmaqla.")" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; "İkincili hissəvi adentiya" diaqnozlu travmanın səbəb əlaqəsi "Xəstəlikdir, xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Hərbi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ 23.08-xx.xx.2021-ci il tarixli 6870/21 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz "Partlayış travması nəticəsində keçirilmiş qapalı beyin travması baş beyin silkələnməsi. barotravma fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, retroqrad amneziya, davranış pozuntuları" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHS xx.xx.2022-ci il tarixli 694 nömrəli Tibbi rəyində diaqnoz "Postkommosion sindrom" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ 02.03-xx.xx.2022-ci il tarixli 3486/22 nömrəli xəstəlik tarixindan Çıxarışında diaqnoz "Partlayış travması nəticəsində kecirilmiş qapalı beyin travması Postkommosion sindrom. Uzunmüddətli posttravmatik stress pozuntusu, davranis pozuntuları, yaddaşın zəifləməsi" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından yuxu və yaddaşın pozulmasından, eşitmə zəifliyindən, gərginlikdən, səbirsizlikdən, əsəbilikdən, müharibə səhnələrini xatırlamadan şikayətlənmişdir. DTSERA-nın göndərişi əsainda ATU X5 xx.xx.2022-ci il tarixii BERA Test nəticəsi: Hər iki qulaqda ikinci dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur. Eşitmənin protezləşməsi tövsiyə edilir. Ünsiyyət zamanı ağır dərəcəli eşitmə zəifliyini simulyasiya edərək sualları cavablandırılmaması, təqdim olunan instrumental müayinə nəticəsində öz təsdiqini tapmamışdır. Kəskin emosional-vegetativ labillik, ifadəli posttravmatik stress pozuntusu və astenizasiya əlamətləri müşahidə edilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi dissosiativ pozuntu" kimi müəyyənləşdirilmiş və əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Ünsiyyətə həvəssiz daxil olmuş, verilən sualları əsəbi cavab vermiş, əhval-ruhiyyəsi dəyişkən olması, emosional labillik izlənilmişdir. Maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuş, bələdliyi bütün növlər üzrə saxlanımışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi emosional-labil pozuntu. Şəxsiyyətin səciyyəvi xüsusiyyətlərinin qabarması, nümayişkar davranışlarla" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq 187 nömrəli qərarı ilə təsdiq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

30. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

31. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 1552 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi; - 049 nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 933 nömrəli travma haqqında arayışı; - Qazax rayon Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 621 nömrəli xəstəlik tarixindən çıxarışı; - Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli xəstəlik tarixindən çıxarışı; - “Respublika Psixiatriya Xəstəxansı” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli elektroensofaloqrammasının nəticəsi; - Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2023-cü il tarixli 970 nömrəli Tibbi rəyi; - Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 162/2022 nömrəli xəstəlik tarixindən çıxarışı; - Azərbaycan Tibb Universitetinin X3 BERA testinin nəticəsi; - xx.xx.2023-cü il tarixli Q00067638PHE nömrəli göndəriş; - Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlar; - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

32. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

33. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı əlilliyi xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 1552 nömrəli qərarı ilə (xəstəlik haqqında şəhadətnamə) İddiaçı aldığı "Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı tez-tez baş verən dekompensasiyalarla müşayiət olunan mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu. Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla intihar fikirləri ilə. Fəlakət (müharibə) keçirdikdən sonrakı şəxsiyyətin mülayim (orta) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindromlar ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sağ gözün sadə miopik astiqmatizmi Em və M 1.0D, sol gözün travmatik retinopatiyası, mürəkkəb miopik astiqmatizmi M 1,75D və M 0,75D nəticəsində görmə itiliyinin sağda 0,6-ya qədər azalması, korreksiya ilə 1,0, solda 0,2-yə qədər azalması, korreksiya ilə 0,5 olmaqla. Partlayış travması (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 3 (üç) metr, sağ qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020), başın təpə nahiyəsinin, sol baldırın orta 1/3-nin ön səthinin kor qəlpə yaralanmasından sonrakı dəri çapıqları" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir.

34. İddiaçının əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş Q00067638PHE nömrəli göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu; tez-tez baş verən dekompensasiyalarla; Yanaşı xəstəliklər - S06.0 – Baş beyinin silkələnməsi, Keçirilmiş qapalı kəllə-beyin travması; Yanaşı xəstəliklər – T70.0 – Qulağın barotravması, İkitərəfli xroniki koxlear nevrit, iki tərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 3 (üç) metr, sağ qulaqda 4(dörd) metr məsafədən eşitməsi ilə; Yanaşı xəstəliklər – F43.1 – Posttravmatik stress pozuntusu, Uzunmüddətli posttravmatik stress pozuntusu; Yanaşı xəstəliklər – F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonrakı şəxsiyyətin ifadə olunmuş davamlı dəyişikliyi; Yanaşı xəstəliklər – H52.2 – Astiqmatizm, Sağ gözün sadə miopik astiqmatizmi;

35. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2023-cü il tarixdə qiymətləndirərək, “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul etmişdir. Vətəndaşın həmin qərardan verilmiş şikayətinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16176/2023 nömrəli qərar qəbul edilmişdir.

36. Həmçinin həmin göndərişlə müəyyən olunur ki, İddiaçı “U07.1” diaqnozu ilə Maqnit rezonans klinikasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, “Postkontuzion sindrom F07.2” diaqnozu ilə “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, “Postkontuzion sindrom F07.2” diaqnozu ilə X2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, “Üzvi mənşəli şəxsiyyət pozğunluğu F07.0” diaqnozu ilə Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, “Üzvi mənşəli şəxsiyyət pzoğunluğu F07.0” diaqnozu ilə “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr Y36.2” diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, “Baş beyinin silkələnməsi S06.0” diaqnozu ilə Müdafiə Nazirliyi Baş Klinik Hospitalında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək stasionar müalicələrdə olmuşdur.

37. Həmin diaqnozlardan Əsas diaqnoz – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu və Yanaşı xəstəliklər - F43.1 – Posttravmatik stress pozuntusu və S06.0 - Baş beyinin silkələnməsi, Keçirilmiş qapalı kəllə-beyin travması iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur.

38. İddiaçıya qoyulmuş digər diaqnozlar üzrə xəstəliklər isə “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş hər hansı bəndə uyğun gəlməmiş, yəni həmin meyarlarda qeyd edilmiş orqanizmin funksiyalarının pozuntusu hallarından heç birinə uyğun olması müəyyən edilməmişdir.

39. Məhkəmə onu da qeyd edir ki, İddiaçı əlillik təyinatına əsas verən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz və 50-60 faiz aralığında pozulması ilə əlaqədar ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

40. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

41. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

42. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman (xx.xx.2023-cü il tarixdə) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

44. Həmin Əlavə: Sıra Xəstəliklərin, zədələrin və XBT- Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, 10 funksiyalarının funksiyalarının pozulması onların ağırlıq dərəcəsi, (kod) pozulması faizi müddəti mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri

6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması.

6.1 Kəllə-beyin travması və S06-T90 baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi

Qiymətləndirmə 6.1.6 50-60 2 il vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez-tez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə

7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. 7.5.1. F43.1 Posttravmatik stres pozuntusu

Qiymətləndirmə 7.5.1.1. 2 il müddətində əmək 35-60 2 il qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2. F06.5 Üzvi dissosiativ pozuntu

Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin 35-60 2 il nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)

45. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş (Əsas diaqnoz – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu və Yanaşı xəstəliklər - F43.1 – Posttravmatik stress pozuntusu və S06.0 - Baş beyinin silkələnməsi, Keçirilmiş qapalı kəllə-beyin travması) diaqnozlar üzrə orqanizminin funksiyalarının pozulması 35-60 və 50-60 faiz aralığındadır və bu da iddiaçıya üçüncü dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

46. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 1552 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı tez-tez baş verən dekompensasiyalarla müşayiət olunan mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu. Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla intihar fikirləri ilə. Fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətin mülayim (orta) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindromlar ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sağ gözün sadə miopik astiqmatizmi Em və M 1.0D, sol gözün travmatik retinopatiyası, mürəkkəb miopik astiqmatizmi M 1,75D və M 0,75D nəticəsində görmə itiliyinin sağda 0,6ya qədər azalması, korreksiya ilə 1,0, solda 0,2-yə qədər azalması, korreksiya ilə 0,5 olmaqla. Partlayış travması (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, piçıltı nitqini sol qulaqda 3 (üç) metr, sağ qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020), başın təpə nahiyəsinin, sol baldırın orta 1/3-nin ön səthinin kor qəlpə yaralanmasından sonrakı dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirildiyindən, yəni iddiaçıya əlillik təyinatına əsas verən xəstəlik (yanakı xəstəliklər) Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığından iddiaçının əlilliyinin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.

47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar...

48. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

49. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.

36. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə üçüncü dərəcə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar