Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-582/2022 07.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X24 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 və üçüncü şəxsin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (üçüncü şəxs X16) qarşı şəhid ailəsi üçün ödənilən təqaüdün dayandırılması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: Qəhraüçüncü şəxsmanov Ramiz Xanlar oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (üçüncü şəxs X16) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə üçüncü şəxs X6, iddiaçının nəvələri 29.04.2009-cu il təvəllüdlü X9 və 03.08.2014-cü il təvəllüdlü X7 görə şəhid atası kimi aldığı prezident təqaüdünün dayandırılması öhdəliyinin qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının qızı X11, uşaqları 29.04.2009-cu il təvəllüdlü X17 və 03.08.2014-cü il təvəllüdlü X12 ilə 2017-ci ilə kimi keçmiş əri X16 ilə birlikdə Sumqayıt şəhərində yaşamış, lakin sonra yola getmədikləri üçün iddiaçının yanına Gəncə şəhərinə gəlmişlər. İkinci Qarabağ müharibəsi zamanı 17.10.2020-ci il tarixdə Gəncə şəhərinə atılan raket mərmilərinin partlaması nəticəsində qızı X11 və nəvələri 29.04.2009-cu il təvəllüdlü X17 və 03.08.2014-cü il təvəllüdlü X12 həlak olmuşlar. Buna görə də X10 şəhid atası kimi Prezident təqaüdü təyin edilmişdir. X16 2017-ci ildən öz uşaqlarına heç bir maddi yardım göstərməmiş, hətta Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28.08.2020-ci il tarixli 2(043)-299/2020 nömrəli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Üçüncü şəxs X16 həmin qətnamədə göstərilən alimenti ödəməmiş, o sadəcə olaraq uşalqarın bioloji atasıdır. İddiaçı, X10 şəhid ailəsi olduğu üçün ödənilən Prezident təqaüdünün dayandırılması üçün cavabdehə müraciət etsə də, cavabdeh 16.11.2021-ci il tarixli imtina məktubu ilə bundan imtina etmişdir. Cavabdeh 16.11.2021-ci il tarixli, **********7 nömrəli imtinasını onunla əsaslandırmışdır ki, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 2-ci və 3-cü bəndlərinə əsasən, şəhidin şəhid ailəsi üzvü hesab olunan arvadına (ərinə), valideynlərinə 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına (uşaqları, qardaş və bacıları tədris müəssisələrində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), qanunla onları saxlayan olmadıqda baba və nənələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilir. Erməni hərbi təxribatı nəticəsində həlak olmuş mərhum şəhid X8 və X2 qanunvericilikdə müəyyən edilmiş ailə üzvü kimi onların atası X10 17.10.2020-ci il tarixdən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddanın təmin edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxin nümayəndəsi iddiaya dair 07.02.2022-ci il tarixli etiraz təqdim edərək bildirmişdir ki, ailə qurduqdan sonra X18 iddiaçının tələbi ilə keçmiş arvadının atasına qulluq etmək məqsədilə ailəsi ilə birlikdə onun yanına Gəncə şəhərinə köçmüşlər. İddiaçı şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün tez-tez əsəbləşib onu ailə üzvlərinin yanında təhqir etdiyindən o bu vəziyyətə dözə bilməyərək keçmiş arvadına Sumqayıt şəhərinə köçməyi təklif etmiş, lakin mərhum həyat yoldaşı buna razı olmamışdır. Üçüncü şəxs Sumqayıt şəhərinə qayıtsa da hər ay mütəmadi olaraq bazarlıq edərək ailəsinə baş çəkmiş, uşaqların alimentini nağd şəkildə ödəmişdir. İddia tələbinin hüququ əsası yoxdur. İddiaçı hazırki tələbini hər hansı qanunverciliyə görə əsaslandıra bilməmişdir. İddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmadığı üçün iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin vəkili X13 iddiaçının subyektiv hüququ olmadığı üçün iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). İş materiallarına Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-299/2020 nömrəli, 28.08.2020-ci il tarixli Qətnaməsi, cavabdehin 16.11.2021-ci il tarixli, **********7 nömrəli imtinası, X9 aid 26.10.2020-ci il tarixli, AZ-ll 130468 nömrəli ölüm haqqında şəhadətnamə, X7 aid 26.10.2020-ci il tarixli, AZ-ll 130469 nömrəli ölüm haqqında şəhadətnamə, 24.12.2021-ci il tarixli, 05/70-1561 nömrəli, Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Arayış, üçüncü şəxsin nümayəndəsinin 07.02.2022ci il tarixli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Həmin Qərarın 6.1-ci bəndində qeyd olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. 26.10.2020-ci il tarixli, AZ-ll 130468 nömrəli ölüm haqqında şəhadətnamədə X8 17.10.2020-ci ildə hərbi məliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr səbəbi ilə öldüyü göstərilmişdir. 26.10.2020-ci il tarixli, AZ-ll 130469 nömrəli ölüm haqqında şəhadətnamədə X2 17.10.2020-ci il tarixdə hərbi məliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr səbəbi ilə öldüyü göstərilmişdir. 24.12.2021-ci il tarixli, 05/70-1561 nömrəli Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Arayışdan görünür ki, X3 17.10.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər arasında yer alan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-299/2020 nömrəli, 28.08.2020 tarixli Qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş 29.04.2009-cu il təvəllüdlü X8 və 03.08.2014-cü il təvəllüdlü X2 nikah pozulduqdan sonra anaları X14 yanında saxlanması və uşaqlar yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün X4 hər ay bir uşaq üçün 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutulub X15 verilməsi, alimentin tutulmasına 13.11.2019-cu il tarixdən hesablanması qət edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, X19 mərhum X8 və X2 atasıdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə valideyn şəhid ailəsinin üzvü hesab edilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.1.2-ci bədninə görə valideyn şəhid ailə üzvü hesab olunur. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Hazırkı iş üzrə iddiaçı iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (üçüncü şəxs X16) qarşı cavabdehin üzərinə üçüncü şəxs X8, iddiaçının nəvələri 29.04.2009-cu il təvəllüdlü X9 və 03.08.2014-cü il təvəllüdlü X7 görə şəhid atası kimi aldığı prezident təqaüdünün dayandırılması tələbinə dair ərizəsi mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-582/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-582/2022
07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver