Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-583/2022 17.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı Nurəddin oğlunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Nurəddin oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" ASC) torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Nurəddin oğlu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Xanlar (hazırda Göygöl) rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarı ilə Xanlar rayonunun Hacıməlik kəndi (hazırda Gəncə şəhəri Nizami rayonu Qırmızı kənd ərazisi) ərazisindən 0.05 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair KOD 50800016, JN-1153A qeydiyyat nömrəli şəhadətnaməyə əsasən, həmin torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, JN-1153A KOD 50800016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə iddiaçıya 0.05 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismindən məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üçüncü şəxs qismində cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardad ləğv edilmidir. İddiaçının nümayəndəsi X2 iddianı müdafiə etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəslərinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirmişdir. İddiaçı Nurəddin oğlu əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli **********34 nömrəli iddia ərizəsinə etiraz və xx.xx.2022-ci il tarixli, **********35 nömrəli iddia ərizəsinə etiraza əlavədə qeyd edilmişdir ki, "Torpağın mülkiyyətə verilməsinə dair” JN-1153A saylı şəhadətnamədə qeyd olunan 0.05 ha topaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə olan ölçülər arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Belə ki, ərazi idarəsinin elektron baza məlumatlarına əsasən, vətəndaşın faktiki istifadəsində olan 0.05 ha torpaq sahəsi "xxxx" ASC-nin yerləşdiyi dövlət mülkiyyətində olan topaq sahəsidir. "Torpağın mülkiyyətə verilməsinə dair” JN-1153A saylı şəhadətnamədə qeyd olunan 0.05 ha torpaq sahəsi isə başqa şəxsin istifadəsindədir. Həmin şəxs baradə Ərazi İdarəsində məlumat yoxdur. Torpaq sahəsinə müayinə baxışı zamanı tikinti olmadığı müəyyən edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş "xxxx" ASC-nin 9 nömrəli İxtisaslaşdırılmış Tikinti-Quraşdırma idarəsinin xx.xx.2022-ci il tarixli, 11 nömrəli məktubunda bildirilir ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarı ilə İddiaçı Nurəddin oğlunun JN-1153A KOD 50800016 nömrəli şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti "xxxx" ASC-nin 9 nömrəli İxtisaslaşdırılmış Tikinti- Quraşdırma idarəsinin ərazisindən kənarda yerləşir. -JN-1153A KOD 50800016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarında əsasən 0.05 ha torpaq sahəsi İddiaçı Nurəddin oğlunun mülkiyyətinə verilmişdir. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********82 nömrəli məktubundan görünür ki, torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə olan ölçülər arasında uyğunsuzluğun olduğu, belə ki, torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən dövlət mülkiyyətində yerləşdiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. -işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, JN-1153A (KOD ********) nömrəli şəhadətnamədə göstərilən 0.05 ha torpaq sahəsinin 0.0077 ha hissəsi ərazidə faktiki olaraq istifadə olunan yolun 0.0077 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarı ilə iddiaçıya 0.05 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi ilə bağlı JN-1153A KOD 50800016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə olan ölçülər arasında uyğunsuzluğun olduğu qeyd olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planından da görünür ki, mübahisələndirilən torpaq sahəsi hər hansı digər torpaq sahəsi ilə üst-üstə düşmür, yəni digər şəxslərin qanunla qorunan hüquqlarını məhdudlaşdırmır. Həmçinin cavabdehin imtinasının əsası kimi torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə olan ölçülər arasında uyğunsuzluq olması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, şəxsin istifadə etdiyi sahənin ölçülərinin hüquqmüəyyənedici sənədlə müəyyən edilmiş ölçülərə uyğun olmaması həmin sənəddə qeyd edilmiş koordinatlara və konfiqurasiyaya uyğun olaraq əmlak üzərində hüquqlarının Dövlət reyestrində qeydə alınmasına mane olan hal hesab edilə bilməz. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə cavabdeh orqanın qeyd olunan arqumentini əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək JN-1153A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə iddiaçıya məxsus 0.05 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. JN-1153A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə müəyyən edilmiş 0.05 ha torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı Nurəddin oğlunun adına qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-583/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-583/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver