Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-584/2021 06.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X5, savabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X13 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi) aparılmış qeydin dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: ‘‘Xanlar şəhər Sovetinin balansında olan yaşayış evi və ya mənzillərin alqısatqısı”na dair 23 oktyabr 1992-ci il tarixli müqaviləyə əsasən, Qarabağ (indiki S.Hacıyev küçəsi, bina 77, mənzil 4) küçəsi, 77 ünvanında yerləşən ümumi sahəsi 100.2 kv.m olan, 2 (iki) otaqdan ibarət mənzil X1. X7 adına 02.03.1993-cü il tarixdə tərtib edilmiş 138 invertar nömrəli “Yaşayış sahəsinin texniki pasportu”ndan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin tikinti altı sahəsi 184,5 kv.m, yaşayış evinin ümumi sahəsi 109 kv.m (50 kv.m yaşayış, 59 kv.m köməkçi) olaraq göstərilmişdir. Göygöl Rayon Məhkəməsinin 06.08.2019-cu il tarixli 2(066)-756/2019 saylı qətnaməsi ilə iddiaçı X8 cavabdeh İddiaçı qarşı ünvan 2 ünvanda yerləşən miras mülkə onun mirası qəbul etmə faktının müəyyən olunmaqla onu miras mülkə qanun üzrə vərəsə tanıyaraq ona bərabər paylarla mülkiyyət hüququnun verilməsinə dair iddiası təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21.11.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X8 apellyasiya şikayəti təmin edilməyərək Göygöl Rayon Məhkəməsinin 06.08.2019-cu il tarixli 2(066)-756/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19.10.2020-ci il tarixli, **********38-05101-093003 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 109.7 kv.m olan ünvan 2 ünvanında yerləşən ev X7 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Göygöl rayon notariat ofisinin 05.11.2020-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnaməsinə əsasən, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 109.7 kv.m olan mənzil üzərində İddiaçı vərəsəlik hüququ tanınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12.11.2020-ci il tarixli, **********38-05101-093003 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 109.7 kv.m olan ünvan 2 ünvanında yerləşən ev İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Göygöl şəhəri, S.Hacıyev küçəsi, ev 77, 4 saylı mənzilə dair X7 adına tərtib edilmiş 10.11.2020-ci il tarixli, **********38-05101-093003 reyestr nömrəli texniki pasportda mənzilin ümumi sahəsi 109.7 kv.m (yaşayış sahəsi 50 kv.m) olaraq göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin (bundan sonra mətndə cavabdeh) 18 yanvar 2021-ci il tarixli **********49 nömrəli məktubu ilə ünvan 3 ünvanında yerləşən 4 saylı mənzilin əvvəlki texniki pasportuna və sxeminə uyğun olaraq texniki pasport, çıxarış verilməsi və evin ölçüləri azaldılmış texniki pasportun və çıxarışın ləğv edilməsi barədə İddiaçı müraciətindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, arxiv sənədlərinin araşdırılması zamanı ‘‘Xanlar şəhər Sovetinin balansında olan yaşayış evi və ya mənzillərin alqı-satqısı”na dair 23 oktyabr 1992-ci il tarixli müqaviləyə əsasən, Qarabağ (indiki S.Hacıyev küçəsi, bina 77, mənzil 4) küçəsi, 77 ünvanında yerləşən ümumi sahəsi 100.2 kv.m olan, 2 (iki) otaqdan ibarət mənzil X1. Həmin müqaviləyə uyğun olaraq X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 19.10.2020-ci il tarixli, **********38-05101-093003 reyestr nömrəli çıxarış verilmişdir. Göygöl rayon notariat ofisinin 05.11.2020-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnaməsinə əsasən, qeyd olunan mənzil üzərində İddiaçı vərəsəlik hüququ tanınmış və ona 12 noyabr 2020-ci il tarixli **********38- 05101-093003 reyestr nömrəli çıxarış verilmişdir. Mənzil üzərində hüquqların dövlət qeydiyyatı zamanı hüquqmüəyyənedici sənədlərə uyğun olaraq qeydiyyat aparılmışdır. İmtinanı qanunsuz hesab edən iddiaçı məhkəməyə müraciət edərək Göygöl şəhəri, S.Hacıyev küçəsi, ev 77-də olan 4 saylı mənzilə dair mərhum atası X7 adına verilmiş yaşayış sahəsinə və köməkçi tikililərə dair texniki pasportda göstərilən ölçülərin, yəni 184,05 kv.m sahənin onun adına veriləcək çıxarışda və texniki pasportda eyni ölçülərin maneəsiz şəkildə göstərilməsinə dair vəzifənin və onun adına mülkiyyət hüququna dair qeydiyyatın aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçının vəkili və nümayəndəsi X18 məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Göygöl şəhəri, S.Hacıyev küçəsi, ev 77, 4 saylı mənzilə dair X7 adına verilmiş yaşayış sahəsinə və köməkçi tikililərə dair çıxarışda və texniki pasportda, həmin ünvana dair İddiaçı adına verilmiş 12.11.2020-ci il tarixli, **********38-05101-093003 reyestr nömrəli çıxarışda və 10.11.2020-ci il tarixli, **********38-05101-093003 reyestr nömrəli texniki pasportda cavabdeh tərəfindən düzgün aparılmamış və qanunsuz qeydə alınmış 109,0 kv.m-ə dair qeydin mərhum X7 adına verilmiş köhnə nümunədə olan texniki pasportda və sxematik planda göstərilən 184,5 kv.m tikilələrə uyğun dəyişdirilərək qeydə alınması barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin qətnaməsinə əsasən Göygöl şəhəri, S.Hacıyev küçəsi, ev 77-də olan 4- saylı mənzilin onun tərəfindən miras kimi qəbul edilməsi müəyyən edilmişdir. Evin atasının adına olan sənədində sahəsi 184,05 kv.m olmuşdur. Bununla bağlı atasının adına texniki pasport, qeydiyyat vəsiqəsi və sxematik plan verilmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsi və Göygöl Rayon Şöbəsi qanunsuz şəkildə köhnə ölçülərdən kənara çıxaraq, ona 109 kv.m dair çıxarış və texniki pasport təqdim etmişdir. Tələbi budur ki, onun adına və atasının adına yenidən çıxarış işlənərkən köhnə sxematik planda və çertyojda göstərilən ölçülərə uyğun olaraq, otaqların sayına uyğun olaraq, onların adına yenidən çıxarış, sxematik plan və texniki pasport işlənib hazırlansın. Çünki Daşınmaz Əmlakın Göygöl rayon Şöbəsi köhnə sənədlərə əsasən çıxarış yazmamış və qəsdən mövcud tikililərin və evin ölçüsünü naturada olduğu halda azaltmış və texniki pasporta salmamışdır. Cavabdeh inzibati orqan evdə yaşayan və miras payı barədə iddiası təmin edilməyən X8 evə baxış və ölçü götürməyə maneə etirazını mübahisə kimi qələmə verərək, yenidən ölçü götürməkdən və ona yeni texniki pasport və çıxarış verməkdən qanunsuz şəkildə imtina etmişdir. Cavabdeh inzibati orqan məhkəməyə 09.03.2021-ci il tarixli, **********96 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinin araşdırılması zamanı “Xanlar şəhər Sovetinin balansında olan yaşayış evi və ya mənzillərin alqı-satqısı”na dair 23 oktyabr 1992-ci il tarixli müqaviləyə əsasən, Qarabağ (indiki S.Hacıyev küçəsi, bina 77, mənzil 4) küçəsi, 77 ünvanında yerləşən ümumi sahəsi 100.2 kv.m, yaşayış sahəsi 46.5 kv.m olan, 2 (iki) otaqdan ibarət mənzil X1. Mənzilə dair X7 adına 1993-cü il tarixdə tərtib edilmiş texniki pasportda mənzilin yaşayış sahəsi 50.0 kv.m, köməkçi sahəsi 59.0 kv.m, ümumi sahəsi 109.0 kv.m qeyd olunmuşdur. Həmin texniki pasportda tikinti altı torpaq sahəsi 184.5 kv.m qeyd olunmuşdur. Həmin müqaviləyə uyğun olaraq X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 19.10.2020-ci il tarixli, **********38-05101-093003 reyestr nömrəli çıxarış verilmişdir. Göygöl rayon notariat ofisinin 05.11.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinə əsasən, qeyd olunan mənzil üzərində İddiaçı vərəsəlik hüququ tanınmış və ona 12 noyabr 2020-ci il tarixli, **********38-05101-093003 reyestr nömrəli çıxarış verilmişdir. Mənzil üzərində hüquqların dövlət qeydiyyatı zamanı hüquqmüəyyənedici sənədlərə uyğun olaraq qeydiyyat aparılmışdır. Vətəndaş mənzilə bitişik, əvvəllər yarımçıq tikili olmuş, sonradan onlar tərəfindən tikinti işləri tam başa çatdırılmış 30.5 kv.m sahə üzərində hüquqların dövlət qeydiyyatına alınmasını istədiklərini bildirmişdir. Məlumat üçün qeyd edilir ki, mənzilə dair 1993-cü il tarixində tərtib edilmiş texniki pasportda 30.5 kv.m sahə öz əksini tapmışdır. Lakin həmin sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi üçün həmin sahə üzərində hüquqlar dövlət qeydiyyatına alınmamışdır. Mənzilə dair sənədlər vətəndaşın iştirakı ilə araşdırılmış, qanunvericiliyin tələbləri ona izah edilmiş, mənzil üzərində hüquqların dövlət qeydiyyatı zamanı hüquqmüəyyənedici sənədə uyğun qeydiyyatın aparılması, 184.5 kv.m sahənin tikintialtı sahə olması barədə məlumat verilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 şəhəri, S.Hacıyev küçəsi, bina 77 ünvanında yerləşən 4 nömrəli mənzilə bitişik inşa edilmiş, mənzilə dair 1993-cü il tarixində tərtib olunan texniki pasportda qeyd edilmiş 30.5 kv.m sahənin texniki pasportda qanunsuz tikili kimi göstərilməsi ilə bağlı 19.01.2021-ci il tarixdə (**********) 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətin icrası ilə bağlı sahəyə müayinə baxışı keçirilən zaman həmin sahədə İddiaçı bacısı X8 yaşadığı və tərəflər arasında mübahisənin olduğu müəyyən edilmişdir. X13 həmin sahədə ölçmə işlərinin aparılmasına icazə verməmişdir. Bu səbəbdən ərizənin icrasından imtina edilərək ərizəçiyə 26.01.2021-ci il tarixli, **********31 nömrəli bildiriş göndərilmişdir. İddiaçı nümayəndəsi X11 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi X18 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etirazın məzmununa uyğun izahat vermiş və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinin və cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakları ilə yerində baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzilə dair tərtib edilmiş **********38-05101-093003 reyestr nömrəli texniki pasportda göstərilən 1 nömrəli (28 kv.m), 2 nömrəli (22 kv.m), 3 nömrəli (27.9 kv.m), 4 nömrəli (5 kv.m), 5 nömrəli (10.4 kv.m), 6 nömrəli (4.5 kv.m), 7 nömrəli (4.5 kv.m), 8 nömrəli (3.7 kv.m) və 9 nömrəli (3.7 kv.m) yaşayış sahələri mənzilin real vəziyyəti ilə üst-üstə düşür. İddia ərizəsinə əsasən X7 adına 02.03.1993-cü il tarixdə tərtib edilmiş 138 invertar nömrəli “Yaşayış sahəsinin texniki pasportu”nda qeyd edilən, 28 kv.m sahəyə malik yaşayış otağından (iddiaçının adına verilmiş texniki pasportdakı 1 nömrəli yaşayış sahəsindən) sağda yerləşən 30.5 kv.m yaşayış otağı naturada mövcuddur. Yerli baxışda iştirak edən iddiaçının nümayəndəsi X11 bildirmişdir ki, qeyd edilən 30.5 kv.m yaşayış sahəsi və iddiaçının adına verilmiş texniki pasportdakı 1 nömrəli yaşayış sahəsi (28 kv.m) hazırda iş üzrə üçüncü şəxs X8 faktiki istifadəsindədir. Göygöl Rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli 2(066)-359/2021 nömrəli qətnaməsi ilə X8, X12 və X14 həmin mənzildən əmlakları ilə birlikdə çıxarılması qət edilmişdir. X8 faktiki istifadəsində olan 30.5 kv.m yaşayış sahəsinə giriş həyətdəndir və qapı bağlıdır. Eləcə də, iddiaçının adına verilmiş texniki pasportdakı 1 nömrəli yaşayış sahəsinə (28 kv.m) giriş 3 nömrəli yaşayış sahəsindəndir və həmin qapı da bağlıdır. Ona görə də, qeyd edilən yaşayış sahələrinə daxildən baxış keçirmək mümkün olmamışdır. İddiaçının nümayəndəsi X2 Gülnarə Eldar qızının faktiki istifadəsində olan 30.5 kv.m yaşayış sahəsi ilə iddiaçının adına verilmiş texniki pasportdakı 1 nömrəli yaşayış sahəsi (28 kv.m) arasında qapı mövcud olduğunu bildirmişdir. Yerli baxışda iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaçının nümayəndəsi X5 qeyd etdiyi qapının texniki pasportda göstərildiyini bildirmişdir. Üçüncü şəxslər X10 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, üçüncü şəxs X13 məhkəmə iclasına gəlməmiş, digər üçüncü şəxs isə nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə üçüncü şəxslərin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, ‘‘Xanlar şəhər Sovetinin balansında olan yaşayış evi və ya mənzillərin alqısatqısı”na dair 23 oktyabr 1992-ci il tarixli müqaviləyə əsasən, Qarabağ (indiki S.Hacıyev küçəsi, bina 77, mənzil 4) küçəsi, 77 ünvanında yerləşən ümumi sahəsi 100.2 kv.m olan, 2 (iki) otaqdan ibarət mənzil X1. Həmin müqaviləyə uyğun olaraq X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 19.10.2020-ci il tarixli, **********38-05101-093003 reyestr nömrəli çıxarış verilmişdir. Göygöl rayon notariat ofisinin 05.11.2020-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnaməsinə əsasən, qeyd olunan mənzil üzərində İddiaçı vərəsəlik hüququ tanınmış və 12 noyabr 2020-ci il tarixli **********38-05101-093003 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabınının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin İddiaçı adına yeni texniki pasport verilərkən əvvəlki – X7 adına 02.03.1993-cü il tarixdə tərtib edilmiş texniki pasportda qeyd edilmiş 30.5 kvadratmetrlik evə bitişik sahə yeni texniki pasportda qeyd edilməmişdir. İddia tələbində iddiaçının adına aparılmış 109 kv.m-ə aid qeydin mərhum X7 adına verilmiş köhnə nümunədə olan texniki pasportda və sxematik planda göstərilən 184.5 kv.m-ə uyğun dəyişdirilərək qeydə alınması xahiş olunmuşdur. Məhkəmə iddia tələbini ünvan 2 ünvanına aid olan əvvəlki texniki pasportda qeyd edilmiş 30.5 kvadratmetrlik evə bitişik sahənin yeni texniki pasportda qeyd edilməsi hissəsində əsaslı, iddianın digər hissəsini isə əsassız hesab edir və gəldiyi hüquqi nəticəni aşağıda qeyd edilən maddi hüquq normaları ilə əsaslandırır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. - 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. - 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. - 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. - 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: - 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. - 1.2-ci maddəsinə əsasən xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur. - 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sistemində daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işlərinin aparılmasına dair” Texniki Təlimatın 1.3-cü bəndinə əsasən daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini və tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. Həmin Təlimatın 1.4-cü bəndinə əsasən daşanımaz əmlakın kadastrı və texniki inventarlaşdırma işləri nəticəsində əldə edilmiş məlumatlar əsasında torpaq sahəsinin planı və ölçüsü (kadastr planı), onun üzərində yerləşən daşınmaz əmlak obyektinin texniki pasportu tərtib edilir. Həmin Təlimatın 1.5-ci bəndinə əsasən daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işləri naturada aparılan müayinə və çöl ölçmə işləri nəticəsində daşınmaz əmlak obyektlərinin mövcudluğu (ünvanı, coğrafi məkan məlumatları), mənsubiyyəti, sərhədləri, tərkibi, texniki vəziyyəti (ölçüləri), daşınmaz əmlak obyekti ilə bağlı cari dəyişikliklər barədə məlumatların toplanmasından, emalından və ümumləşdirilməsindən ibarətdir. Həmin Təlimatın 1.8-ci bəndinə əsasən daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işləri Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (bundan sonra “Ərazi İdarələri”) və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçı ünvan 2-ə aid olan və 02.03.1993-cü il tarixli 138 invertar nömrəli texniki pasportda işlənilmiş mənzilə bitişik olan 30.5 kv.m sahə qeyd edildiyindən və bundan sonra 05.11.2020-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnaməsinə əsasən mənzilə mülkiyyət hüququ İddiaçı keçdiyindən onun adına işlənilmiş 10.11.2020-ci il tarixli, **********38-05101-093003 reyestr nömrəli texniki pasportda heç bir hüquqi əsas olmadan 30.5 kv.m sahənin işlənilməməsi qanunauyğun deyildir və inzibati orqanın bu hissə üzrə imtinası əsassızdır. Lakin mənzilə bitişik olan 30.5 kv.m sahənin, eləcə də, 02.03.1993-cü il tarixli 138 invertar nömrəli texniki pasportda tikinti altı sahə kimi göstərilmiş ümumilikdə 184.05 kv.m sahə üzrə hüquqların dövlət reyestirində qeydiyyata alınması ilə bağlı inzibati orqanın imtinası əsaslıdır. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19.10.2020-ci il tarixli, **********38-05101-093003 reyestr nömrəli çıxarışdan və onun verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlərdən məlum olur ki, ümumi sahəsi 109.7 kv.m olan ünvan 2 ünvanında yerləşən ev X7 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış, Göygöl rayon notariat ofisinin 05.11.2020-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnaməsinə əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 109.7 kv.m olan mənzil üzərində İddiaçı vərəsəlik hüququ tanınmış, həmin şəhadətnamə (hüquqmüəyyənedici sənəd) əsasında ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 109.7 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Göründüyü kimi, inzibati orqan mənzilə dair hüquqları dövlət qeydiyyatına alınması zamanı hər hansı qeyri-dəqiqliyə yol verməmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan hüquq müəyyənedici sənəd əsasında iddiaçının hüquqlarını qeydə almışdır. Belə ki, həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırda isə iddiaçı heç bir hüquq müəyyənedici sənəd təqdim etmədiyi mənzilə bitişik olan 30.5 kv.m sahənin, eləcə də, 02.03.1993-cü il tarixli 138 invertar nömrəli texniki pasportda tikinti altı sahə kimi göstərilmiş ümumilikdə 184.05 kv.m sahənin texniki pasporta daxil edilməklə həmin sahə üzrə hüquqların dövlət qeydiyyatına alınması və buna dair çıxarış verilməsini tələb etməklə sanki özbaşına inşa edilmiş sahənin hüquqmüəyyənedici sənədləri olmadan qanuniləşdirilməsini tələb edir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 2-ə aid olan əvvəlki texniki pasportda qeyd edilmiş 30.5 kvadratmetrlik evə bitişik sahənin qeyd edilməklə yeni texniki pasport verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia qismən təmin edilsin. ünvan 2-ə aid olan, 02.03.1993-cü il tarixli 138 invertar nömrəli texniki pasportda qeyd edilmiş 30.5 kvadratmetrlik evə bitişik sahə qeyd edilməklə İddiaçı adına yeni texniki pasport verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-584/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-584/2021
06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver